Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-173/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “## ######## 2023-cü ildə 57 yaşının tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ######## 1966-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, ##.##.1983-cü ildən ##.##.1984-cü il tarixinədək Azərbaycan SSR Mingəçevir Şəhər ** №-li Texniki Məktəbində oxumuşdur, həmin məktəbin tam kursunu keçməklə əyirici peşəsini almışdır. ##.##.1984-##.##.1989-cu ilədək “Mingəçevir şəhəri Toxuculuq Kombinatı”nda əyirici istehsalatında əyirici vəzifəsində işləmişdır. ##.##.1996-##.##.2001-ci ilədək “xxxx” xüsusiləşdirilmiş Təmir-Quraşdırma Müəssisəsində əvvəlcə tabelçi, sonra isə 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. ##.##.2001-##.##.2004-cü ilədək “Azərbaycan” DRES-də xadimə, anbarçı vəzifəsində işləmişdir. ##.##.2004-##.##.2006-cı ilədək “xxxx” MMC-də 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. ##.##.2006-##.##.2008-ci ilədək “xxxx” ASCnin xxxxtikinti MMC-nin X10 və Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri Sexində 3cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. ##.##.2009-##.##.2010-cu ilədək “İnterenerji” MMC-nin X8 Təmiri və Sazlanması İdarəsinin Generator və Mühərriklərin Təmiri Sexində elektrik 3-cü dərəcəli elektrik çilingər vəzifəsində işləmişdir. ##.##.2010-##.##.2012ci ilədək “xxxx” ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri Sexində elektrik 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. ##.##.2012-##.##.2015-ci illərdə “xxxx” MMC-də 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. ## ######## 2023-cü ildə 57 yaşının tamam olması ilə güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaqla bağlı müraciət etdi və müraciətində bildirdi ki, onun 30 ildən çox ümumi iş stajı var və onun 20 ilə yaxını zərərli, ağır şəraitli işlərdə işlədiyindən ona güzəştli şərtlərlə pensiya hesablanmalıdır. Bununla bağlı iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdi. Lakin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiya almağa imkan vermir, çünki güzəştli iş stajı 10 ildən az, konkret olaraq 5 il 4 ay 22 gündür”. Buna görə də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Lakin, iddiaçı bununla razı deyil. Belə ki, “Mingəçevir şəhəri Toxuculuq Kombinatı”nda, “xxxx” xüsusiləşdirilmiş Təmir- Quraşdırma Müəssisəsində, “xxxx” MMC-də, “xxxx” ASC, “İnterenerji” MMC, “xxxx” ASC, “xxxx” MMC-də işlədiyi peşələr zərərli peşələrdir və güzəştli şərtlərlə pensiya təminatı yaradır. Eyni zamanda, işlədiyi bütün müəssisələr, idarələr əmək kitabçasında və güzəştli arayışlarda qeyd olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd edir ki, iddiaçı şəhid ailəsinin üzvüdür və müvafiq vəsiqənin surətini də ərizəsinə əlavə etmişdir. Bu işin faktiki tərəfləri ilə yanaşı, qanunvericilikdə də kifayət qədər hüquqi normalar iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiq edir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələbinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Qərarının 24 və 29-cu bəndlərində müvafiq peşələrin zərərli işlərə aid olması və güzəştli pensiya təminatı yaratması qeyd edilmişdir. Belə ki, X2 stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı adlı 24-cü bəndinin A) “Fəhlələr” hissəsində - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri adlı peşələr iddiaçının gördüyü işlərə aiddir. X4 Toxuculuq istehsalatı adlı 32-ci bəndinin “əyiricilər” adlı hissəsi də onun gördüyü işlərə aiddir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, icraatda olan *- *(***)-****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən aidiyyəti üzrə baxılaraq ##.##.2024-cü il tarixli *-**-*/*-H-*****/**** nömrəli məktubla cavab verilmişdir. Həmin məktuba əsasən iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının minimun staj müddətindən (10 il) az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ## #### 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirirlər ki, iddiaçı İddiaçı ##.##.1966-cı ildə anadan olmuşdur və ##.##.2023-cü ildə 57 yaşı tamam olur. Azərbaycan Respublikası ərazisi üzrə qadınlar üçün pensiya yaşı sözügedən il üçün 63 il, 06 ay olaraq müəyyən edilmişdir. Yəni ##.##.2023-cü ildə qadınlar üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 58 il, 06 ay olaraq müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı İddiaçı ##.##.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün yaşı uyğun deyildir. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulub. İddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli **-PH/*** nömrəli arayışında ##.##.2006-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin “xxxxtikinti” MMC-nin X10 və Təmiri İdarəsinin Generator və Mühərriklərin təmiri sexinin Mingəçevir sahəsində, ##.##.2010-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin Energetika avadanlıqlarının Təmiri idarəsinin Generator və Mühərriklərin təmiri sexinin Mingəçevir sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə və həmin sahəyə xidmət üzrə elektrik çilingərləri vəzifəsinə aid deyil. Buna görə də, həmin dövrü onun güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı İddiaçı güzəştli iş stajı 10 ildən az (5 il 4 ay 22 gün (##.##.1984- ##.##.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ##.##.2022-ci il tarixdə iddiaçı İddiaçı münasibətdə 54000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 28561,80 manat təşkil edirdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar mübahisə üzrə ##.##.2021-ci il tarixli *-*(***)****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, iddiaçının bilavasitə çalışmış olduğu teplovoz maşinisti və maşinist köməkçisi vəzifələri dəmiryol nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Belə ki, siyahının quruluşundan göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. Ümumilikdə isə iddiaçının işlədiyi “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuş və yalnız onun çalışdığı zavodda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut yoxdur. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçı İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçası; - Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu; - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1966-cı il təvəllüdlüdür; - ##.##.2016-cı il tarixli *** saylı Güzəştli arayış; - ##.##.2023-cü il tarixli X6 filialı tərəfindən təqdim edilmiş arxiv arayışının surəti; - ##.##.2024-cü il tarixli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın surəti; - Г 621702 seriya nömrəli diplomun surəti; - Mingəçevir şəhəri MKTK MİS-3 ##.##.2024-cü ilin arayışın surəti; - İddiaçıya məxsus 004106 seriya nömrəli Şəhid ailəsi üzvülüyü vəsiqəsinin surəti; - Cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, X7 ümumi iş stajı 23 il 10 ay 27 gün (##.##.2006-cı il tarixinədək 14 il 9 ay 27 gün (##.##.1984-##.##.1989-cu il, ##.##.1996-##.##.2001-ci il, ##.##.2001-##.##.2004-cü il, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il 1 ay) təşkil edir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ## ######## 2023-cü ildə 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, ## ######## 2023-cü ildə 57 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. - Cavabdeh imtinasının əsası kimi iddiaçının işlədiyi sahə və vəzifələrin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə və həmin sahəyə xidmət üzrə elektrik çilingərləri vəzifəsinə aid olmadığından, onun güzəştli iş stajının 10 ildən az (5 il 4 ay 22 gün (##.##.1984-##.##.1989-cu il tarixləri arasındakı dövr)) olması ilə əsaslandırmışdır. - Məhkəmə aşağıdakılara görə cavabdehin imtinasını əsaslı hesab etmir. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddiaçının güzəştli iş stajının 5 il 4 ay 22 gün (##.##.1984-##.##.1989-cu il tarixləri arasındakı dövr) olması mübahisələndirilmir. - İş materiallarında olan “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-PH/*** nömrəli məktubunun surətindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən ##.##.2006-cı ildə (əmr № **-kş, ##.##.2006-cı il) ”xxxx”ASC-nin “xxxxtikinti” MMC-nin X10 və Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri sexinin Mingəçevir sahəsinə elektrik çilingər peşəsinə işə qəbul edilib və ##.##.2008-ci ildə (Əmr №-08/17-kş, ##.##.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. ##.##.2010-cu ildə (əmr № **/**-kş. ##.##.2010-cu il) “xxxx”ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri sexinin Mingəçevir sahəsinə elektrik çilingər peşəsinə qəbul edilib. ##.##.2012-ci ildə (Əmr №-152/17- kş, ##.##.2012-ci il) "STP”-nin Ağır Maşınqayırma Departamentinə qeyd olunan sahələrdə təmir işlərini yerinə yetirən elektrik çilingər peşəsinə keçirilib və ##.##.2012-ci ildə (Əmr №-48/6-kş, ##.##.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində Qazanxana və Turbin Avadanlığının işini təmin edən Generator və Mühərriklərin təmirini həyata keçirən zaman səs-küy, tozun, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması, istismar olunan zaman yanmış generator və mühərrik naqil və yağlarından ayrılan sağlamlığa zərərli iy, tüstü faktorları mövcud olmuşdur. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı’" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən elektrik çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №li siyahısının, XIII Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın *******a-***** saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 05 il, 08 ay, 19 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “xxxx” ASC-nin ##.##.2005-ci il tarixli AÜ *** №-li əmrinə əsasən isə “xxxxtikinti” MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2008-ci il *** №-li sərəncamına əsasən “xxxx”ASC adlandırılıb. - İş materiallarında olan ##.##.2024-cü il tarixli 03/GR işin xarakteri haqqında güzəştli arxiv arayışının surətindən görünür ki, “1966-cı il təvəllüdlü İddiaçı həqiqətən ##.##.2009-cu ildə (əmr № */k, ##.##.2009-cu il) “İnterenerji” MMC-nin X8 Təmiri və Sazlanması İdarəsinin Generator və Elektrik mühərriklərinin təmiri sexinə elektrik çilingəri peşəsinə işə qəbul edilib və ##.##.2010-cu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddasinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12№-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri "a” fəhlələr bəndinə əsasən elektrik çilingərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj 01 il təşkil edir.”. “İnterenerji” MMC ##.##.2012-ci il tarixdən “xxxx” MMC adlandırılıb. Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fonduna təqdim etmək üçün verilir. - Həmçinin “xxxx” MMC-nin verdiyi ##.##.2024-cü il tarixli ** nömrəli arayışında iddiaçının elektrik çilingəri vəzifəsində iş stajının 2 il olduğu qeyd olunub. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr - Ümumi olaraq qəbul edildikdə qeyd olunan arayışlara əsasən iddiaçının iş stajı 08 il, 08 ay, 19 gün təşkil edir. - Beləliklə işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan yaş həddinə çatmış, onun ümumilikdə 25 il sığorta stajına və 10 il (08 il, 08 ay, 19 gün + 5 il 4 ay 22 gün) güzəştli iş stajı mövcud olduğu halda cavabdeh ona pensiya təmin etməkdən imtina etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətinin dəlilləri
Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Qanunun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır:
1. tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 59.5);
2. azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumməbləğindən az olmayan pensiya təminatına imkan verməli;
3. stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. - Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yuxarıda qeyd edilən bütün şərtlər ödənilməlidir. - Birinci şərtə münasibətdə qeyd etmək istərdilər ki, ##.##.1966-cı il təvəllüdlü iddiaçının pensiya təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi ##.##.2024-cü il tarixində 57 yaşı olduğundan və həmin tarixdə qanunvericiliyin tələbinə əsasən qadınlara pensiya təyinatı üçün 58 yaş 6 ay tələb olunduğundan müraciəti əsassız olmuşdur. - İkinci şərtə münasibətdə qeyd etmək istərdilər ki, iddiaçının işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə və həmin sahəyə xidmət üzrə elektrik çilingərləri vəzifəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 10 ildən az (5 il 4 ay 22 gün (##.##.1984- ##.##.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. - Əlavə olaraq məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istərdilər ki, iddiaçının iddia tələbi 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olmuş, məhkəmə tərəfindən iddia tələbi təmin edilərək həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. - Lakin qeyd edilməlidir ki, indiyədək dərc edilmiş qanunvericilik aktlarının heç birində qadınlar üçün 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə göstəriş mövcud deyildir. - Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (##.##.2006) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur:
1. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilərin ##.##.2006-cı il tarixədək ümumi iş stajı 20 il olmalı;
2. Bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar - İş materiallarına əlavə edilmiş cavabdehin ##.##.2024-cü il tarixli 3-17-1/3-1- 49541/2024 məktubuna əsasən, iddiaçının ümumi iş stajı 23 il 10 ay 27 gün (##.##.2006-cı il tarixinədək 14 il 9 ay 27 gün (##.##.1984-##.##.1989-cu il, ##.##.1996-##.##.2001-ci il, ##.##.2001-##.##.2004-cü il, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındaki dövrlər), həmin tarixdən sonra 9 il 1 ay) təşkil etmişdir. - Qeyd olunanlardan göründüyü kimi, iddiaçının ##.##.2006-cı il tarixinədək əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyəti dövrlərindən heç biri mübahisələndirilməmiş və iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 9 ay 27 gün) təşkil etmişdir. - Bu səbəbdən iddiaçıya Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən pensiya təyinatının aparılması mümkün olmamışdır. - Əlavə olaraq qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 59 yaş 6 ayının tamam olduğu ##.##.2026cı il tarixində yaranmış, inzibati orqana müraciət etdiyi ##.##.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmamışdır. - Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, qanunvericiliyin ##.##.2006-cı il tarixinədək, ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş və hazırda qüvvədə olan 9-cu maddəsinin heç bir redaksiyasında qadınların yaş həddi 57 olmamışdır. - Bundan başqa, hazırda iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunvericilikdə nəzərdə tutulmuş 59.5 yaşına çatdığı ##.##.2026-cı il tarixindən sonra cavabdehə müraciəti olmamış, cavabdehə müraciət etdiyi ##.##.2024-cü il tarixində qüvvədə olan Qanunun 9-cu maddəsinin tələblərinə əsasən pensiya təyinatına imkan verən yaş həddinə çatmadığından pensiya hüququ olmamışdır. - İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan ümumi iş stajı və güzəştli iş stajı olmadığından, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
9. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
İddiaçı apellyasiya şikayətinə vermiş olduğu etiraz ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti aşağıdakı məsələlərə görə əsassız hesab edilməlidir. - Birincisi, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, ##.##.1966-cı il təvəllüdlü iddiaçının pensiya təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi ##.##.2024-cü il tarixində 57 yaşı olduğundan və həmin tarixdə qanunvericiliyin tələbinə əsasən qadınlara pensiya təyinatı üçün 58 yaş 6 ay tələb olunduğundan müraciəti əsassız olmuşdur. - Bu fikir yanlışdır, belə ki, “Əmək pensiyaları haqqında" AR Qanununun 7.1 və 9.1-ci maddələrinə baxdıqda da görünür ki, güzəştli şərtlərlə pensiya yaşı 5 il azaldıla bilər. Yəni iddiaçının müraciət etdiyi ##.##.2024-cü il tarixində 55 yaşı olsa da kifayət edirdi, halbuki iddiaçının həmin vaxt 58 yaşı var idi. - İkincisi, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, iddiaçının işlədiyi sahə və vəzifə təqdim etdiyi arayışlarda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə və həmin sahəyə xidmət üzrə elektrik çilingərləri vəzifəsinə aid deyil. - Halbuki, cavabdeh nə məhkəməyə qədər, nə də məhkəmə prosesində bu fikrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehdən fərqli olaraq biz, bunun əksini göstərən sübutları (iş yerindən arayışları və s. sənədləri) təqdim etmişik. Hətta məhkəmə prosesində də cavabdeh tərəf həmin sənədlərin saxta və ya qeyri-mötəbərliyi barədə bir söz və ya etiraz da bildirməmişdir. - İnzibati icraat haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. - İddiaçının işlədiyi quraşdırıcı, çilingər və ya quraşdırıcı-çilingər vəzifələri Nazirlər Kabinetinin 2007-ci il tarixli Qərarında qeyd edilən quraşdırıcı vəzifəsi üst-üstə düşmür. - Hesab edir ki, bu tip yanaşma tamamilə əsassız və yanlışdır, belə ki, iddiaçının iş yeri ilə bağlı təqdim edilən arayışlarda da açıq aydın şəkildə göstərilmişdir ki, həmin vəzifələr AR Nazirlər Kabinetinin 1993-cü il və 2007-ci il tarixli qərarlarında təsbit olunan vəzifələrə uyğundur və güzəştli şərtlərlə pensiya təminatına imkan verir. - Üçüncüsü, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, iddiaçının ümumi iş stajı 23 il 10 ay 27 gün (##.##.2006-cı il tarixinədək 14 il 9 ay 27 gün (##.##.1984-##.##.1989-cu il, ##.##.1996-##.##.2001-ci il, ##.##.2001-##.##.2004-cü il, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındaki dövrlər), həmin tarixdən sonra 9 il 1 ay) təşkil etmişdir. - Bu fikrin də əsası yoxdur, belə ki, iş materiallarından da açıq-aydın şəkildə görünür ki, onun 30 ildən çox ümumi iş stajı var və onun 20 ilə yaxını zərərli, ağır şəraitli işlərdə keçmişdir. - Bu vacib məqamı da qeyd edir ki, cavabdeh ##.##.2006-cı il tarixinədək onun əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyəti dövrlərini (14 il 9 ay 27 gün) qəbul edir, lakin 2006cı ildən sonrakı 9 il 1 ay iş stajını qəbul etmir, halbuki həmin staj da elə eyni əmək kitabçasında qeyd edilmişdir. Yəni cavabdeh bir tərəfdən əmək kitabçasını mötəbər sübut kimi qəbul edir, digər tərəfdən isə ona istinad etmir. - Dördüncüsü, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, iddiaçının pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ##.##.2022-ci il tarixinə iddiaçıya münasibətdə 54000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 28561,80 manat təşkil edirdi. Biz bu fikirlə razı deyilik, çünki pensiya qanunvericiliyi və həmin qanunvericiliyin tətbiqinə dair AR Ali Məhkəməsinin və AR Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında formalaşmış mövqeyə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün pensiya kapitalı tələbi yoxdur, bu tip işlərdə 3 şərt tələb olunur, 1) ümumi iş stajı; 2) yaş həddi və 3) iş rejimi. Yəni pensiya kapitalı tələbi yoxdur. - Beşincisi, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun ##.##.2006-cı il tarixindən - ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş və hazırda qüvvədə olan 9-cu maddəsinin heç bir redaksiyasında qadınların yaş həddi 57 olmamışdı və hazırda iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunvericilikdə nəzərdə tutulmuş 59.5 yaşına çatdığı ##.##.2026-cı il tarixində müraciət etməli idi. - Bu yanaşma əsassız və məntiqsizdir, belə ki, cavabdehin məntiqi ilə 57 yaşında müraciət olmursa, deməli 59.5 yaşında da müraciət ola bilməz, yəni heç bir qanunda 59.5 yaşında müraciət etmək qeyd edilmir. Cavabdeh özü də bilir ki, müraciət üçün 55 yaşın tamam olması kifayətdir, sadəcə belə məntiqsiz yanaşmalarla vaxt uzatmaq istəyirlər. - Altıncısı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılması zamanı iddiaçının vəzifəsinin güzəştli şərtlərə düşən peşələrə aid edilməsinin qeyri-mümkünlüyünü bildirir, eyni zamanda məhkəmənin bu məsələdə heç bir sübuta istinad etmədiyini bildirir. Qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. - Halbuki, işə baxan məhkəmə bu məsələdə düzgün qənaətə gəlmiş və zəruri sübutlara istinad etmişdir. Müvafiq məsələ ilə bağlı AR Ali Məhkəməsinin müxtəlif işlərdə formalaşdırdığı mövqeyi də belədir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. - Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İPM-in 1.2, 22.2, 1.3-cü və AR MPM-in 47.2 və 367.2-ci maddələrini nəzərə alaraq apellyasiya şikayətinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. (##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ##.##.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. (iddiaçı ##.##.1966-cı ildə anadan olub.)
23. Apellyasiya kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, tərəflərin izahatlarını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin və iddiaçının həmin şikayətə qarşı təqdim etdiyi etirazın dəlillərini hərtərəfli, obyektiv və tam şəkildə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
24. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı mübahisə iddiaçının güzəştli şərtlərlə yaşa görə 57 yaşının tamam olduğu ## ######## 2023-cü il tarixdə və daha sonra əmək pensiyası hüququnun yaranıb-yaranmaması ilə bağlıdır və bu hüququn müəyyən edilməsi üçün həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 9-cu maddələrində nəzərdə tutulmuş bütün şərtlərin məcmu qaydada mövcudluğu zəruridir.
25. Belə ki, kollegiya hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin: 1) qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması, 2) tələb olunan ümumi sığorta stajına malik olması və 3) azı 10 il əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması faktı sübuta yetirilməlidir. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını istisna edir.
26. İş materiallarından müəyyən edilir ki, iddiaçı ##.##.1966-cı il təvəllüdlüdür və cavabdeh orqana güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Kollegiya bildirir ki, həmin tarixdə iddiaçının 57 yaşı olmuşdur.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 5.2-ci bəndində göstərilir ki, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi # #### 2017 - ## #### 2018 63 il 6 ay 60 il 6 ay # #### 2018 - ## #### 2019 64 il 61 il # #### 2019 - ## #### 2020 64 il 6 ay 61 il 6 ay # #### 2020 - ## #### 2021 65 il 62 il # #### 2021 - ## #### 2022 65 il 62 il 6 ay # #### 2022 - ## #### 2023 65 il 63 il # #### 2023 - ## #### 2024 65 il 63 il 6 ay # #### 2024 - ## #### 2025 65 il 64 il # #### 2025 - ## #### 2026 65 il 64 il 6 ay # #### 2026-cı il və sonrakı 65 il 65 il
28. Bununla əlaqədar kollegiya qeyd edir ki, mübahisə dövründə (# #### 2023 - ## #### 2024) qüvvədə olan qanunvericiliyə əsasən qadınlar üçün ümumi pensiya yaşı 63 il 6 ay, güzəştli şərtlərlə pensiya yaşı isə bu həddən 5 il az olmaqla 58 il 6 ay müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı nə müraciət etdiyi ## ###### 2024-cü il tarixdə, nə də iddia etdiyi ##.##.2023-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş güzəştli pensiya yaş həddinə çatmamışdır.
29. Bundan başqa, hazırda iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunvericilikdə nəzərdə tutulmuş 59.5 yaşına çatdığı ##.##.2026-cı il tarixindən sonra cavabdehə müraciəti olmamışdır.
30. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
31. İş materialları təhlil edilərkən qanun normasının qeyd edilən dispozisiya şərtlərinin (2006-cı il tarixinədək ümumi sığorta stajı yetərli deyil) də iddiaçıya münasibətdə mövcud olmadığı müəyyən edilir.
32. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən mühüm halları nəzərə almamış, qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş və nəticədə əsassız olaraq iddianı təmin etmişdir.
33. Digər tərəfdən, kollegiya iddiaçının əmək fəaliyyəti və iş stajı ilə bağlı məsələləri təhlil edərək qeyd edir ki, iş materiallarında əks olunmuş sənədlərə əsasən iddiaçının əmək fəaliyyəti müxtəlif dövrləri əhatə etmişdir.
34. Belə ki, iddiaçı ##.##.1984-cü ildən ##.##.1989-cu ilədək Mingəçevir şəhəri Toxuculuq Kombinatında əyirici vəzifəsində çalışmış, sonrakı dövrlərdə isə – ##.##.1996- ##.##.2001-ci illərdə “xxxx”nin Təmir-Quraşdırma Müəssisəsində, ##.##.2001-##.##.2004-cü illərdə “Azərbaycan” DRES-də, ##.##.2004-##.##.2005-ci illərdə “xxxx” MMC-də müxtəlif vəzifələrdə işləmişdir.
35. Bundan əlavə, iddiaçı ##.##.2006-##.##.2008-ci illərdə “xxxx” ASC sistemində, ##.##.2009-##.##.2010-cu illərdə “İnterenerji” MMC-də, ##.##.2010-##.##.2012-ci illərdə “xxxx” ASC-də, ##.##.2012-##.##.2015-ci illərdə isə “xxxx” MMC-də elektrik çilingəri vəzifəsində çalışmışdır.
36. Göründüyü kimi, iddiaçının istinad etdiyi ümumi və güzəştli iş stajının mövcudluğu mübahisəsiz qəbul edilsə belə, onun əmək pensiyası hüququnun yaranması üçün zəruri olan digər şərtlərdən biri – Qanunun 7-ci və 9-cu maddələrinin tələblərinə əsasən yaş həddinə çatması müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün qanunla müəyyən edilmiş şərtlərin məcmusu mövcud deyildir.
37. Belə ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, azı 25 ildən çox ümumi sığorta iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalıdır.
38. Beləliklə də, müəyyən edilir ki, iddiaçı ##.##.1966-cı ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının tələb etdiyi dövrdə yaş həddinə çatmamışdır. Hazırki vəziyyətdə onun hüququnun yarandığı tarix ## #### 2026-cı il tarixdir ki, hansı ki, bununla bağlı o, cavabdeh orqana müraciət etmək, daha sonra isə tələbi təmin edilmədiyi halda müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
39. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının nə iddia etdiyi ##.##.2023-cü il tarixdə, nə də cavabdeh orqana müraciət etdiyi ##.##.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
40. Nəticə etibarilə, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını səhv tətbiq etmişdir. Bu səbəbdən həmin məhkəmə qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmalıdır.
41. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmaqla, iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsaslıdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyil. Nəticədə isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmamalıdır. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
42. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunamüvafiq olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmamışdır.
43. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.