Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-174/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı Iddiaçı iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə qarşı «iddiaçının mərhum qardaşının adının əbədiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. X3 1996-cı ilin avqust ayınadək Gəncə şəhəri Nizami Rayon Polis Şöbəsində zabit heyətində xidmət etmişdir. 1996-cı ilin avqust ayında Gəncə şəhərində həlak olmuşdur. Ölüm haqqında şəhadətnamədə ölümün səbəbi kimi “baş beyin maddəsinin yaralanması” qeyd olunmuşdur.
2. Mərhumun bacısı Iddiaçı Cavabdeh müraciət edərək, qardaşı X3 adının əbədiləşdirilməsini xahiş etmişdir. Qaldırılan məsələ müsbət həllini tapmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı «iddiaçının mərhum qardaşının adının əbədiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırır ki, qardaşı Şahin Bəylərov polis əməkdaşı olmuşdur. O, vaxtilə İ Qarabağ müharibəsinin iştirakçısı olmuş və döyüşlərdə xəsarət almışdır. 1996-cı ildə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. O, yüzlərlə sakinin həyatını xilas etmək üçün özünü partlayıcının (qumbaranın) üstünə atmış və cinayətkar dəstəni zərərsizləşdirmişdir. Lakin hadisə onun ölümü ilə nəticələnmişdir. Mərhumun adının əbədiləşdirilməsi ilə bağlı cavabdehə müraciət olunsa da, məsələ həll edilməmişdir.
5. Cavabdeh Şəxsi Heyətlə Iş Idarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubunda bildirilir ki, «Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında» Nazirlər Kabinetinin # ##### 2019-cu il tarixli qərarına əsasən dövlət müəssisələrinin, təşkilatların, idarələrin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər əsasında Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir. Gəncə Şəhər Polis Idarəsinin əməkdaşı olmuş X3 ## ###### 1996-cı il tarixdə xidməti vəzifə borcunu yerinə yetirərkən qumbara partlaması nəticəsində aldığı xəsarətdən həlak olmuşdur.
6. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dövlət müəssisələrinə, təşkilatlarına, idarələrinə və digər obyektlərə görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar məsələlərin araşdırılması (vəsatətlərə baxılması və s.) və nəticəsi barədə arayışın bununla bağlı yaradılmış müvafiq Komissiyaya təqdim edilməsi Nazirlər Kabineti Aparatının, konkret təklifin Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla müvafiq qərar qəbul edilməsi isə Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Bu isə belə qənaətə əsas verir ki, iddia tələbi üzrə qaldırılan məsələ ilə bağlı iddiaçı Iddiaçı mərhum polis əməkdaşının bacısı olaraq marağına toxunan (marağı yaranan) şəxs kimi subyektiv hüquqa malik olsa da, bununla əlaqədar hazırkı cavabdeh Cavabdeh səlahiyyətli orqan kimi çıxış edə bilməz. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Buna görə də iddia mümkün sayılmamalıdır.
8. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin dəlilləri təkrarlanmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsnin qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. Məhkəmə işin hallarını hərtərəfli araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və bunu cavabdehin düzgün seçilməməsi ilə əsaslandırmışdır. Hesab edir ki, bu nəticə əsassızdır. Məhkəmə işin faktiki hallarını və müraciətlərin ardıcıllığını nəzərə almadan yalnız formal əsaslarla iddianı mümkün saymamışdır ki, bu da işin mahiyyəti üzrə araşdırılmasının qarşısını əsassız olaraq almışdır. Lakin məsələnin həlli üçün ilkin mərhələdə zəruri olan hüquqi prosedurun – yəni təltif (Order və ya digər dövlət mükafatı) məsələsinin baxılması üçün müraciətləri Cavabdeh yönəldilmişdir. Buna baxmayaraq, həmin orqan tərəfindən onun müraciətinə mahiyyəti üzrə baxılmamış və əsaslandırılmış cavab verilməmişdir. Adın əbədiləşdirilməsi məsələsi mərhələli prosedurdur və bu prosesdə ilkin olaraq şəxsin xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsi ( o cümlədən təltif olunması məsələsi) mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən onun müraciətləri Cavabdeh yönəldilmiş və həmin orqan bu məsələyə münasibət bildirməli olan əsas qurumlardan biridir. Müraciətlərin yönləndirilməsi faktından müəyyən olunur ki, icra hakimiyyəti orqanlarının özləri müraciəti Daxili Işlər Nazirliyinə yönləndirmişdirlər ki, bu da həmin orqanın bu prosesdə iştirak edən və mövqe bildirməli olan səlahiyyətli subyekt olmasını təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, yerli icra hakimiyyəti iddiaçıya DIN qarşısında orden və digər dövlət mükafatının verilməsi üçün vəstət qaldırmalı olduğunu bildirmişdir. Belə ki, medal olmazsa, adın əbədiləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
13. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. “Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il # ##### tarixli *** nömrəli Qərarı: Bənd 2. Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir. Bənd 3. Komissiyada baxılan təklif və vəsatətlər məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunur. Hazırlanmış təkliflər (layihələr) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
19. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
20. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının faktiki marağı onun mərhum qardaşının adının əbədiləşdirilməsinə nail olmaqdır.
21. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyü üçün iddiaçının irəli sürdüyü tələb cavabdeh inzibati orqanın səlahiyyət dairəsinə aid olmalı, həmin orqanın inzibati aktı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi yalnız “Inzibati icraat haqqında” Qanunun müddəaları baxımından deyil, həm də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normayaratma fəaliyyəti ilə bağlı müddəaları nəzərə alınmaqla qiymətləndirilməlidir.
23. Nəzərə alınmalıdır ki, normativ hüquqi aktların hazırlanması, qəbul edilməsi, dəyişdirilməsi, şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı fəaliyyət normayaratma fəaliyyəti kimi ayrıca hüquqi rejimə tabedir. Normayaratma təşəbbüsü hüququ yalnız qanunla və səlahiyyətlə müəyyən edilmiş subyektlərə məxsusdur. Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər isə normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya layihəni müvafiq səlahiyyətli dövlət orqanına təqdim edə bilərlər. Lakin bu hər hansı dövlət orqanının fiziki şəxsin müraciəti əsasında digər dövlət orqanı qarşısında mütləq qaydada normayaratma təşəbbüsü və ya vəsatət qaldırmaq öhdəliyi kimi şərh edilə və inzibati icraat qaydasında baxılan mübahisə kimi qiymətləndirilə bilməz. Belə ki, bu tələb şəxsin barəsində hüquqi nəticə yaradan fərdi inzibati aktın qəbuluna deyil, başqa dövlət orqanının səlahiyyət dairəsində olan normayaratma prosedurunun başlanmasına yönəlmişdir.
24. “Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2019-cu il tarixli *** nömrəli Qərarının 2-ci hissəsinə əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün həmin Qərarın 1-ci hissəsi ilə yaradılmış Komissiyaya təqdim edilir.
25. Həmin Qərarın 3-cü hissəsinə görə Komissiyada baxılan təklif və vəsatətlər məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunur. Hazırlanmış təkliflər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.
26. Beləliklə, şəxsin adının dövlət müəssisəsinə, təşkilatına, idarəsinə və ya digər obyektə verilməsi bir inzibati orqanın fərdi qərarı ilə deyil, *** nömrəli Qərarda nəzərdə tutulmuş xüsusi prosedur üzrə, yekunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həll edilən məsələdir.
27. Həmin prosedurda Cavabdeh qərar qəbul edən orqan kimi müəyyən edilməmişdir. Daxili işlər nazirinin müavininin Komissiyanın tərkibində üzv kimi nəzərdə tutulması Daxili Işlər Nazirliyinə müstəqil qaydada adın əbədiləşdirilməsi barədə qərar qəbul etmək səlahiyyəti vermir. Odur ki iddiaçının irəli sürdüyü tələb cavabdeh inzibati orqanın səlahiyyət dairəsinə aid deyildir.
28. Kollegiya həmçinin cavabdehin Nazirlər Kabineti qarşısında vəsatət qaldırması ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, istinad olunan Qərarda dövlət orqanları tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması imkanı nəzərdə tutulsa da, həmin X1 Nazirliyinin üzərinə hər müraciət üzrə mütləq qaydada Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq vəzifəsi qoymur.
29. Normada öz əksini tapan “daxil olmuş təkliflər” və “Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər” ifadələri Nazirlər Kabineti Aparatında müvafiq icraatının başlanmasının hüquqi mənbələrini müəyyən edir. Başqa sözlə, hazırkı cavabdehin irəli sürülmüş tələblə bağlı yekun qərarvermə səlahiyyəti olmadığı kimi, həmin Qərardan irəli gələn məcburi vəsatət vermə öhdəliyi də yoxdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, yekunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həll edilən və xüsusi normativ prosedur çərçivəsində həyata keçirilən məsələ inzibati icraat predmeti kimi qiymətləndirilə bilməz.
31. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilə edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.