Məhkəmə qərarları › İş №2-1(3-10)-175/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-175/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-175/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi İsmayılzadə Emil Eldar oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "R hərbi rütbəsinin bərpa edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “R hərbi rütbəsinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, R hərbi rütbəsində Cavabdeh 4 il, ümumilikdə Silahlı Qüvvələrdə 23 il xidmət etmişdir. ##.##.1999-cu il tarixdə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin sıralarından R rütbəsi ilə təqaüdə çıxmışdır, R hərbi rütbəsini Dövlət Sərhəd Xidmətinin rəisinin əmrinə əsasən 2006-cı ildə almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2008-ci il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 182.3.1, 182.3.2 və 310-cu maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə hökmündə qeyd edilmişdir ki, “İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Cavabdeh rəisinə təqdimat göndərilsin.” Buna baxmayaraq Cavabdeh rəisi onu bütün hərbi rütbələrdən məhrum etmişdir. Bundan başqa bildirir ki, R hərbi rütbəsindən məhrum edilməyi ilə bağlı məhkəmə tərəfindən Cavabdeh rəisinə təqdimat göndərilməsinə baxmayaraq Cavabdeh rəisi tərəfindən bütün rütbələrdən məhrum edilmişdir. Eyni əmələ görə həm Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə əsas cəza, işdən azad olunması isə əlavə cəza olmuşdur, hərbi rütbələrin hər birindən azad olunma cəzasının Cavabdeh tərəfindən verilməsi absurtdur. Xüsusilə də bildirir ki, o, yalnız R hərbi rütbəsini Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə almışdır, R hərbi rütbəsi isə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəsi tərəfindən verilmişdir. Belə olan halda onun bütün hərbi rütbələri Cavabdeh tərəfindən götürülə bilməzdi.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2007-ci il tarixli 1560 ş/h nömrəli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “e” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə yol verdiyinə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı DSX Kadrlar Baş İdarəsinə ərizə ilə müraciət edərək barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünə əsasən “R” hərbi rütbəsindən məhrum edilib-edilməməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Qeyd olunan müraciət araşdırılarkən məlum olmuşdur ki, ehtiyatda olan R İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 182.3.1, 182.3.2 və 310-cu maddələri üzrə təqsirli bilinərək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünə əsasən 13 il müddətə azadlıqdan məhrum edilmiş və “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Cavabdeh təqdimat göndərilməsi barədə qərar qəbul edilmişdir. Lakin Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünün surəti, həmçinin ehtiyatda olan R İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsinə dair təqdimat Dövlət Sərhəd Xidmətinə daxil olmadığına görə hökmün müvafiq bəndinin icrası həmin Xidmətin İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırıldıqdan sonra Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrinə əsasən təmin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 182.3.1, 182.3.2 və 310-cu maddələri üzrə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ## ###### 2008-ci il tarixli hökmdə onun “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməsi göstərilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci fəslin 182-ci maddəsində göstərilmişdir ki, ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq hərbi rütbələrindən məhrum edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan Rlər, Rlar və zabitlər müvafiq icra hakimiyyəti orqanı, ali zabitlər isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbədən məhrum edilə bilərlər. Qeyd olunan hökmə əsasən Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 182-ci maddəsinə müvafiq olaraq, İddiaçı “R” hərbi rütbəsindən məhrum edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "R hərbi rütbəsinin bərpa edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 182-ci maddəsinə (ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrindən məhrum edilə bilərlər) müvafiq olaraq ehtiyatda olan R İddiaçı “R” hərbi rütbəsindən məhrum edilmiş və əmrin surəti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmişdir. - Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi, iddiaçı ##.##.2020-ci il tarixli əmr qəbul edildikdən 5 ildən çox müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. - Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ##.##.2020-ci il tarixli əmrlə iddiaçının R hərbi rütbəsindən məhrum edilməsi hökmün icrası qaydasında həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-**/**** nömrəli hökmündən görünür ki, eyni zamanda İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhət Xidmətinin rəisinə təqdimat göndərilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə görə xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə əlavə cəza kimi nəzərdə tutulmuşdur. - Məhkəmə qeyd etmişdir ki, iddiaçı hökmdən (və ya həmin hissəsindən) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna malik olmuşdur. - Məhkəmə iddia ərizəsinin “məhkəmə hökmündə onun “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməsi” qeyd olunsa da, sonuncunun onu bütün hərbi rütbələrdən məhrum etməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrində R İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsi əmr edilmişdir. - Qanunvericiliyin normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir.

6. İddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını və inzibati mübahisə üzrə işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, qeyd olunan qərardaddan aşağıda qeyd olunan səbəblərə görə narazıdır və ləğv edilməsini istəyir. - Məhkəmə tərəfindən İPM-nin 38.1-ci maddəsinə istinad edilsə də, hesab edir ki, məhkəmə tərəfindən onun iddia tələbi müddət ötürüldüyünə görə mümkün sayılmamaqla onun məhkəmə müdafiəsindən istifadə etmək hüququ pozulmuşdur. Məhkəmə hökmü ilə onun yalnız R hərbi rütbəsindən məhrum edilməyi hökm edilmiş olsa da, hökmün icrası ilə əlaqədar o digər hərbi rütbələrdən də məhrum olmuşdur ki, bununla da o pensiya hüququndan məhrum edilmişdir. - İPM-nin 38-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - Hal-hazırda o, məhrum olduğu R hərbi rütbənin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan maddənin məzmununda isə müəyyən olunmuş müddət elmi adlar və elmi dərəcələrin verilməsi ilə bağlı müddətdir. - Onun iddia tələbində qeyd olunan R hərbi rütbəsinin bərpa edilməsi onun əsassız yerə məhrum olduğu digər hərbi rütbələrin bərpa edilməsi üçün əsasdır. Lakin, buna baxmayaraq Şəki İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiası əsassız olaraq mümkün sayılmamışdır. Məhkəmə onun istinad etdiyi faktiki şərtləri nəzərə almamaqla əslində maddi və prosessual hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ## ###### 2008-ci il tarixli hökmünün surəti, həmçinin ehtiyatda olan R İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsinə dair təqdimat Dövlət Sərhəd Xidmətinə daxil olmadığına görə hökmün müvafiq bəndinin icrası həmin Xidmətin İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırıldıqdan sonra Dövlət Sərhəd Xidməti rəisinin ##.## 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən təmin olunmuşdur. - İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 182.3.1, 182.3.2 və 310cu maddələri üzrə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ## ###### 2008-ci il tarixli hökmündə onun "R" hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməsi göstərilmişdir. - Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35 və 47-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Kollegiyaya təqdim etdiyi məhkəmə çıxışının məzmununa və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını və inzibati mübahisə üzrə işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İsmayılzadə Emil Eldar oğlu apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı R hərbi rütbəsinin bərpa edilməsindən ibarətdir.

20. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı həqiqi hərbi xidmət dövründə müvafiq olaraq R rütbəsini SSRİ MN-nin ##.##.1992-ci il, R rütbəsini AR PXİ-nin ##.##.1993cü il, R rütbəsini AR PXİ-nin ##.##.1996-cı il və R rütbəsini DSXR-nin ##.##.2006-cı il tarixli qərarları ilə almışdır. Eyni zamanda bildirilmişdir ki, ##.##.2020-ci il tarixdə DSX rəisinin müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 182-ci maddəsinə uyğun olaraq o, “R” hərbi rütbəsindən məhrum edilmişdir.

21. Həmçinin iş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.1, 182.3.1, 182.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, 178.2.1-ci maddə ilə 5 il, 182.3.1 və 182.3.2-ci maddələrlə 12 il, 310-cu maddə ilə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza müddətinin başlanğıcının ##.##.2007-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası ƏN PX-nin * saylı istintaq təcridxanasında saxlanılması, habelə “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməsi hökm edilmişdir. Hökm qanuni qüvvəsini almışdır.

22. İş materiallarında olan Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 182-ci maddəsinə (ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrindən məhrum edilə bilərlər) müvafiq olaraq ehtiyatda olan R İddiaçı “R” hərbi rütbəsindən məhrum edilmiş və əmrin surəti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmişdir.

23. Kollegiya tərəfindən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-**/**** nömrəli hökmünün “İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməsi” hissəsinin icraya göndərilib-göndərilməməsi, göndərildiyi təqdirdə isə həmin hissənin icrasına dair sənədlərin əldə edilməsi məqsədi ilə Bakı Hərbi Məhkəməsinə sorğu göndərilmişdir.

24. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı Hərbi Məhkəməsinin arxivində olan *(***)-**/**** saylı cinayət işinin materiallarında Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünün İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsi hissəsinin icraya göndərilməsi barədə məlumat yoxdur. İddiaçı “R” hərbi rütbəsindən məhrum edilməsi ilə bağlı Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməmişdir.

25. Kollegiya bildirir ki, hazırda iddiaçı, nəticədə Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli müvafiq əmrini mübahisələndirir.

26. Məhkəmə kollegiyası bildirir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə birinci instansiyanın icraatına daxil olmuşdur və iddiaçı ##.##.2020-ci il tarixli əmr qəbul edildikdən 5 ildən çox müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır.

27. Həmçinin kollegiyanın iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o 2019-cu ilin sonunda cəzadan azad olunmuş və Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən 2020-ci ilin mart ayından məlumatı olmuşdur.

28. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin iddiaçıya ünvanladığı ## #### 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Pensiya hüququnu əldə etmək üçün hərbi rütbədən məhrum edilmənizlə bağlı əmrin ləğv edilməsinə dair Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığınız ərizəyə tərəfimizdən baxılmışdır. - Məlumat üçün bildiririk ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünə əsasən müvafiq əmrlə hərbi rütbədən məhrum edilmisiniz. - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə müvafiq olaraq hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edildiyi üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

29. Göründüyü kimi, iş materialları ilə iddiaçının ##.##.2020-ci il tarixli əmrdən ən geci 2020-ci ilin iyul ayından məlumatlı olduğu tam şəkildə təsdiq edilir.

30. Buna baxmayaraq, o, həmin əmrdən irəli gələn tələblərlə bağlı yalnız ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə onu göstərir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müraciət müddətini üzrlü səbəblər olmadan buraxmışdır.

31. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

33. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

34. Yuxarıda qeyd edildiyi kimi, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Hazırkı iddia Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli müvafiq əmrinin ləğv edilməklə onun R hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı olduğundan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətidir.

35. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

36. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

37. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

38. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

39. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

40. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş edir.

41. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra asılı (törəmə) tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

42. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar