Məhkəmə qərarları › İş №2-1(3-10)-176/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-176/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-176/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı Iddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı, ##.##.1961-ci ildə doğulmuş, ##.##.1977-ci il tarixdən ##.##.1980-ci ilədək Mingəçevir Rabitə qovşağında poçtalyon işləmiş (iş stajı 2 il 8 ay 6 gün), ##.##.1980-##.##.1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmiş (iş stajı 2 il 2 ay 5 gün), ##.##.1982-ci ildən ##.##.1983-cü ilədək Mingəçevir Rabitə qovşağında poçtalyon işləmişdir (iş stajı 1 il 1 ay 1 gün). ##.##.1985-##.##.1987-ci illər AzDRES-nin X6 qatar tərtibatçısı işləmiş, ##.##.1987-##.##.1989-cu illər həmin müəssisənin X6 teplovoz maşinisti köməkçisi işləmiş, ##.##.1989-cu-##.##.1990-cı illərdə köçürmə yolu ilə Mingəçevir Rabitə qovşağında operator vəzifəsində işləmiş ( iş stajı 3 ay 8 gün), ##.##.1990-##.##.1990-cı illər AzDRES-nin yanacaq nəqliyyat sexinə teplovoz maşinist köməkçisi vəzifəsinə keçirilmiş, ##.##.1990-##.##.1991-ci illər nasos qurğusu maşinisti vəzifəsinə qəbul edilmiş, ##.##.1991-##.##.2006-ci illərdə X6 teplovoz maşinisti vəzifəsində işləmişdir.

2. Iddiaçı, ##.##.2024-cü ildə cavabdeh orqana güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh ##.##.2024-cü il tarixli, 3-17-1\2-M- 51304\**** saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə iş stajı yoxdur. Eyni zamanda iddiaçının işlədiyi vəzifənin müvafiq Siyahı üzrə hansı sahəyə və koda uyğun olması barədə məlumat qeyd olunmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “28 il 1 ay 22 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2019-cu ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçının nümayəndəsi ##.##.2025-cı il tarixində məhkəməyə ərizə təqdim edərək, iddiaçının güzəştli iş stajının 38 il 1 ay 5 gün təşkil etməsini bildirmişdir.

5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1980-ci ilədək Mingəçevir Rabitə qovşağında poçtalyon işləmişdir. (iş stajı 2 il 9 ay 6 gün). ##.##.1981-##.##.1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir. (iş stajı 2 il ) ##.##.1982-ci ildən ##.##.1983-cü ilədək Mingəçevir Rabitə qovşağında poçtalyon işləmişdir. ( iş stajı 1 il 1 ay 2 gün ) ##.##.1985-ci ildən ##.##.1989- cu ilədək AzDRES-nin yanacaq nəqliyyat sexinə qatar tərtibatçısı işləmişdir. ( güzəştli iş stajı 4 il 03 ay 2 gün ) ##.##.1989-cu-##.##.1990-cı illərdə köçürmə yolu ilə Mingəçevir Rabitə qovşağında operator vəzifəsində işləmişdir. ( iş stajı 4 ay 8 gün) ##.##.1990-cı illərdə köçürmə yolu ilə AzDRES-nin yanacaq nəqliyyat sexinə teplovoz maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. ##.##.1990-ci il tarixdə həmin sexdə 3-cü dərəcəli nasos qurğusu maşinisti vəzifəsinə qəbul edilmiş və ##.##.1991-ci il tarixdə AZDRES-ə yanacaq nəqliyyat sexinə teplovoz maşinisti vəzifəsinə keçirilmiş və struktur dəyişiklikliyi ilə əlaqədar işlədiyi yer xxxx “xxxx” adlandırılaraq həmin vəzifədə işləyir ( güzəştli şərtlərlə iş stajı 23 il 11 ay 20 gün). Beləliklə iddiaçının ümumi iş stajı 34 il 3 ay 8 gün, güzəştli şərtlərlə iş stajı isə 28 il 1 ay 22 gün təşkil edir. Iddiaçının ümumi iş stajı eləcədə güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh ##.##.2024-cü il tarixli, 3-17-1\2-M-51304\**** saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı güzəştli şərtlərlə iş stajının olmaması ilə əsaslandırmışdır. Az.Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində ( 21.4) teplovoz, elektrovoz maşinistləri, maşinist köməkçiləri və qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. “xxxx” ASC “xxxx” MMC-nin X7 qatar tərtibçisi, teplovoz maşinisti köməkçisi, daha sonra teplovoz maşinisti vəzifəsində işləməsinə dair fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid edilir. Cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Belə ki, siyahıda (21) ardıcıllıqla dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları qeyd edilməklə müəyyən edilmişdir ki, həmin sahədə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, qatar tərtibçisi, fəaliyyət göstərir və iddiaçının qatar tərtibçisi, maşinist köməkçisi, teplovoz maşinisti vəzifəsində işləməsinin güzəştli şərtlərlə iş stajına aid edilməməsi qanunsuzdur. Iddiaçıya * saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: 1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ilsığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli, 530-VIQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. Iddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı ##.##.2006-cı ilədək tamamlanmışdır. Belə olan halda cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması zərurəti vardır. Iddiaçı Iddiaçı ##.##.1961-ci il təvəllüdlü olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ##.##.2019-ci ildən etibarən yaranır və həmin tərixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 2-ci maddəsinin tələblərinə görə inzbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddiaların (məcburetmə haqqında) baxılması inzibati məhkəmələrə aiddir. Həmin məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.”.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Iddiaçı Iddiaçı iddia ərizəsinin əsasları kimi ##.##.2006-cı il tarixədək tələb olunan ümumi və güzəştli iş stajını tamamlaması ilə əlaqədar qanunvericiliyə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Iddiaçı Iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə ##.##.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-M-*****/**** nömrəli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş güzəştli iş arayışında müvafiq olaraq Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə məlumat qeyd edilmədiyindən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Iddiaçı Iddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçı Iddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirirmişdirlər ki, ##.##.1961-ci il təvəllüdlü iddiaçı Iddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 57 yaşına ##.##.2018-ci il tarixdə çatmışdır. Beləliklə, iddiaçıya ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: • ##.##.2006-cı il tarixədək 25 il ümumi iş stajı; • ##.##.2006-cı il tarixədək * nömrəli siyahı üzrə 12 il 06 ay güzəştli iş stajı. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı tərəfindən təqdim edilən ##.##.2024-cü il tarixli **-** nömrəli güzəştli arayışda iddiaçının 38 il 01 ay 05 gün güzəştli iş stajının olduğu qeyd olunsa da, iddiaçının işlədiyi vəzifənin müvafiq Siyahı üzrə hansı sahəyə və koda uyğun olması barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’'nın 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddəsinin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli və ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarlarına əsasən məhkəmə kollegiyası pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktuba əsaslanaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan sənədlərdə natamamlıq olduğundan onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.”.

7. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Iddiaçı ##.##.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Yuxarıda istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması. Qeyd olunmalıdır ki, anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, “...əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-****/**** nömrəli, ## #### 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)- ***/**** nömrəli, ## ###### 2023- cü il tarixli və s.). Iş üzrə əldə edilmiş “xxxx” MMC tərəfindən verilən **-*** nömrəli ##.##.2025-ci il tarixli işin xarakteri haqqında izahlı arayışın surətindən görünür ki, Iddiaçı (##.##.1961-ci il təvəllüdlü) ##.##.1985-ci il tarixdə xxxx-nin Yanacaq Nəqliyyat sexinə öyrənən qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmişdir (Əmr № *** ##.##.1985). ##.##.1986-cı il tarixdən X6 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsində sərbəst işə buraxılmışdır (Əmr № ** ##.##.1986). ##.##.1987-ci tarixdə həmin sexdə teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № *** ##.##.1987). Belə ki, Iddiaçı işlədiyi müddət ərzində ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək işlədiyi qatar tərtibatçısı vəzifəsində zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəliliyinin, iş yerində havanın temperaturunun , hava cərəyanının sürətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Şəraitinin zərərli olduğuna görə Iddiaçı işlədiyi müddət ərzində ##.##.1985-ci il tarixdən ##.##.1987- ci il tarixədək işlədiyi qatar tərtibatçısı vəzifəsində aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Iddiaçı - ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək X6 qatar tərtibatçısı vəzifəsində işləyərkən bütün hallarda manevr aparılan əraziyə baxış keçirmək, yanğın əleyhinə və siqnala aid olan ləvazimatların mövcudluğuna, hərəkət qatarının yerləşdirilməsi, onun möhkəmləndirilməsini yoxlamaq, saxlanc başmaqlarının qurğusunun istifadəyə yararlı olmasını, vaqonların boşalmaya verilməsini, vaqonların birbiri ilə bağlı olmasına əmin olmadıqda qatarın hərəkətinə imkan verməmək, yol ayrıcısı göstəricisinə xidmət olmayan ərazidə özü çevirmək, siqnal və işarəni maşinist və yaxud maşinist köməkçisini aydın görə biləcəyi yerdə işarə vermək və vaqonların son dayağın hüdudlarında qoyulmasına nəzarət edilməsi işləri ilə məşğul olmuşdur. ##.##.1989-cu il tarixdə köçürmə yolu ilə Mingəçevir şəhər rabitə qovşağına işə qəbul olunduğu üçün işdən azad edilmişdir (Əmr № *** ##.##.1989). ##.##.1990-cı il tarixdə köçürmə yolu ilə Mingəçevir şəhər rabitə qovşağından xxxx-nin Yanacaq Nəqliyyat sexinə teplovoz maşinisti köməkçisi vəzifəsinə işə qəbul edilmişdir (Əmr № ** ##.##.1990). Belə ki, Iddiaçı işlədiyi müddət ərzində ##.##.1987-ci il tarixdən ##.##.1989-cu il tarixədək və ##.##.1990-cı il tarixdən ##.##.1990-cı il tarixədək işlədiyi teplovoz maşinisti köməkçisi vəzifəsində zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəliliyin, titrəmənin səsin, iş yerində havanın temperaturunun hava cərəyanının surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Iş şəraitinin zərərli olduğuna görə Iddiaçı işlədiyi müddət ərzində ##.##.1990-cı il tarixdən ##.##.1990-cı il tarixədək işlədiyi teplovoz maşinisti köməkçisi vəzifəsində aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Iddiaçı - ##.##.1990-cı il tarixdən ##.##.1990-cı il tarixədək X6 teplovoz maşinisti köməkçisi vəzifəsində işləyərkən, bütün hallarda teplovoza baxış keçirmək (yağına, suyuna, yanacağına və texniki vəziyyətinə), teplovoz maşinistinin icazəsi ilə növbətçiliyə başlamaq, teplovozu nəzarətsiz qoymamaq, teplovozu həddindən artıq yükləməmək və sürəti normadan artıq qaldırmamaq, alətləri, xəbərdaredici ləvazimatları və yanğın əleyhinə olan inventarları saz saxlamalı, teplovozu özbaşına idarə etməmək, dəmir yolunun texniki istismar qaydalarına, texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizlik qaydalarına, dəmir yolu üzrə xəbərdarlıq (siqnalizasiya təlimatlarını və dəmir yolunda qatarın manevr və iş təlimatına riayət etməklə öz vəzifə borcunu yerinə yetirmişdir. ##.##.1990-cı il tarixdə həmin sexə 3-cü dərəcəli nasos qurğuları maşinisti (hal- hazırda ştat cədvəlində həmin vəzifənin adı Yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinist adlandırılmışdır) vəzifəsinə keçirilmişdir (Əmr № **/k ##.##.1990). Belə ki, Iddiaçı işlədiyi müddət ərzində ##.##.1990-cı il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi nasos qurğuları maşinisti (hal-hazırda ştat cədvəlində həmin vəzifənin adı Yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinist adlandırılmışdır) vəzifəsində zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəliliyin, səsin, iş yerində havanın temperaturunun, havanın hərəkət surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Iş şəraitinin zərərli olduğuna görə Iddiaçı işlədiyi müddət ərzində ##.##.1990-cı il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi nasos qurğuları maşinisti vəzifəsində (hal-hazırda ştat cədvəlində həmin vəzifənin adı Yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinist adlandırılmışdır) aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Iddiaçı - ##.##.1990-cı il tarixdən ##.##.1991-ci il tarixədək X6 nasos qurğuları maşinisti vəzifəsində işləyərkən mazut təsərrüfatının bütün avadanlıqlarını nasosxananın idarəetmə lövhəsindən idarə edir. Boşalmış mazutu nasoslar vasitəsi ilə çənlərə vurur, yanacağı mazut qızdırıcılarında qızdırdıqdan sonra ötürücü nasoslar vasitəsi ilə qazanlara ötürür, mazut nasosxanasının bütün avadanlıqlarını; mazut nasoslarının, mazut qızdırıcılarının, mazut süzgəclərinin, siyirtmələrinin, tənzimləyicilərin, klapanların mazut və buxar boru xətlərinin təmirə hazırlanması, təmirdən sonra yoxlanılması və işə qoşulması işləri ilə məşğul olmuşdur. ##.##.1991-ci il tarixdə Yanacaq Nəqliyyat sexinə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir (Əmr № **/k ##.##.1991). Belə ki, Iddiaçı işlədiyi müddət ərzində ##.##.1991-ci il tarixdən hal-hazıradək işlədiyi teplovoz maşinisti vəzifəsində zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəliliyinin, iş yerində havanın temperaturunun, hava cərəyanının sürətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Iş şəraitinin zərərli olduğuna görə Iddiaçı işlədiyi müddət ərzində ##.##.1991-ci il tarixdən hal-hazıradək işlədiyi teplovoz maşinisti vəzifəsində aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Iddiaçı - ##.##.1991-ci il tarixdən hal-hazıradək işlədiyi teplovoz maşinisti vəzifəsində işləyərkən bütün hallarda dəmir yollarında siqnalizasiya, qatarın hərəkəti və manevr edilməsinə, qatarın təhlükəsiz hərəkətini təmin edən xəbərdarlıq nişanlarının, dəmir yolu qatarlarının yüklərin boşaltma və yükləmə meydançalarının, yol ayrımlarının mövcudluğunun yoxlanılması, teplovoza baxış keçirtmək, teplovozun mexanizm və aqreqatlarına baxış keçirərək nasazlıqları və çatışmamazlıqları nəzərdən keçirərək işin təhlükəsiz yerinə yetirilməsi işləri ilə məşğul olmuşdur. “xxxx” ASC-nin ##.##.2003-cü il tarixli AÜ/*** saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin ##.##.2006-cı il tarixli AÜ/*** saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. Iddiaçı X6 işlədiyi ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək qatar tərtibatçısı, ##.##.1990-cı il tarixdən ##.##.1990-cı il tarixədək teplovoz maşinisti köməkçisi, ##.##.1991-ci il tarixdən hal-hazıradək teplovoz maşinisti vəzifələri bilavasitə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının XXVIII Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibatçısı (vəzifə kodu 23001000-18726), teplovoz maşinist köməkçisi (vəzifə kodu 23001000-14241), teplovoz maşinisti (vəzifə kodu 23001000-14241) vəzifələrinin xüsusiyyətlərinə uyğundur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 21.4 Dəmiryol nəqliyyatı bölməsinin, qatar tərtibatçısı, teplovoz maşinist köməkçisi , teplovoz maşinisti vəzifələri ilə eynilik təşkil etməklə eyni iş xüsusiyyətlərinə malikdir. Iddiaçı X6 ##.##.1990-cı il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi nasos qurğuları maşinisti (hal-hazırda ştat cədvəlində həmin vəzifənin adı Yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinist adlandırılmışdır) vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarına əsasən XIII bölməsində yanacaq ötürücülərinin maşinistləri vəzifəsinin (2140000a-14261 vəzifə koduna) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, yanacaq ötürücülərin maşinistləri qazanları mərkəzi istilik lövhələrindən idarəedən maşinistlər (nasos qurğuları maşinisti) vəzifəsi ilə eynilik təşkil etməklə eyni iş xüsusiyyətlərinə malikdir. Beləliklə, Iddiaçı qeyd edilən zərərli iş şəraitində işlədiyi dövrlərdə iş stajı, yəni ##.##.1985-ci il tarixdən ##.##.1989-cu il tarixədək -04 il 03 ay 02 gün, ##.##.1990-cı il tarixdən hal-hazıradək - 35 il 05 ay 02 gün Cəmi 39 il 08 ay 04 gün təşkil edir. X2 üzrə iş yerinin Attestasiya xəritəsinə, vəzifə təlimatına və əmək kitabçasına əsasən hazırlanmışdır. Iş materiallarında olan “xxxx” MMC tərəfindən verilən **-** nömrəli ##.##.2024-cü il tarixli Islehsalat fəaliyyəti haqqında arayışın surətindən görünür ki, Iddiaçı (##.##.1961-ci il təvəllüdlü) ##.##.1985-ci il tarixli *** saylı Əmrlə ##.##.1985-cı ildən ##.##.1987- cı ilədək “xxxx”-nın (“xxxx” MMC) X6 (YNS) “lokomotiv briqadasında” Qatar tərtibatçısı vəzifəsinə işə qəbul olunmuşdur. Iddiaçı ##.##.1987-ci il tarixli *** saylı Əmrlə ##.##.1987-ci ildən ##.##.1989-cu ilədək teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir. ##.##.1989-cu il ** saylı Əmrlə işdən azad olunmuşdur. Yenidən ##.##.1990-ci il tarixli ** saylı Əmrlə ##.##.1990-cı ildən ##.##.1990-cı ilədək teplovoz maşinisti köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.1990-cı il tarixli ** saylı Əmrlə ##.##.1990-cı ildən ## ##.1991-cı ilədək X7 əməliyyat heyətinin nasos qurğuları maşinisti (yanacaq nəqli üzrə maşinist) vəzifəsinə keçirilmişdir. ##.##.1991-cı il tarixli ** saylı Əmrlə ##.##.1991-ci il tarixdən hal-hazıradək X7 Lokomotiv heyyətində teplovoz maşinisti vəzifəsində işləyir. “xxxx” MMC - Azərbaycan Dəmir Yolları QSC-nin Mingəçevir şəhər dəmir yolu stansiyasından 6.3 km-r məsafədə yerləşir. “xxxx” MMC-nin öz ünvanına Mingəçevir şəhər dəmir yolu stansiyasına gəlmiş yükləri qəbul edir, öz teplovozları ilə 6.3 km-lik baş yolla “xxxx” MMC-yə gətirir, daxili dalan dəmir yolları ilə manevr işləri aparmaqla yükləri aidiyyatı boşaltma yerlərinə aparır. Boşalmış vaqonları (çənləri) Mingəçevir şəhər dəmir yolu stansiyasına geri qaytarır. “xxxx” MMC-nin dəmiryollarında aparılan əməliyyatları (dolu və boş vaqonların daşınması) “xxxx” MMC-nin öz teplovozları ilə öz işçi heyyəti - qatar tərtibatçıları, teplovoz maşinistləri və teplovoz maşinist köməkçiləri yerinə yetirir. “xxxx” MMC-nin ünvanına gələn yüklərin 99%-ni mazut yanacağı təşkil edir. “xxxx” MMC, - Azərbaycan Dəmir Yolları QSC-nin Mingəçevir şəhər dəmir yolu stansiyasından 44 metr yüksəklikdə yerləşir. Yəni dolu vaqonlar (çənlər) yüksəkliyə daşınır. 6.3 km baş yolda yüksəkliyə qalxma eyni zamanda 300 və 500 metrlik radiusda döngələrdən keçdiyindən bu yol ağır keçilən sahə hesab olunur. Yüksəkliyə qalxma 11.4%- dir Çətin dövrlərdə müqavilə ilə Azərbaycan Dəmir Yolları QSC-dən köməyə çağrılmış teplovozlar (öz lokomativ briqadası ilə) mazut yanacağı ilə dolu sisternlərin (vaqonların) yüksəkliyə daşınmasına tab gətirməmiş, teplovozların tez-tez sıradan çıxdığından bu işdən imtina etmişlər. “xxxx" MMC-nin dəmir yolunda ən intensiv dövr 1989-2003-cü illərə aiddir. Bu dövrlərdə stansiyanın mazut yanacağına olan tələbatını ödəmək üçün ildə 2.8-3.2 milyon ton mazut daşınmışdır. “xxxx” MMC-nin X6 (YNS) Lokomotiv briqadasında teplovoz maşinistləri, teplovoz maşinist köməkçiləri və qatar tərtibatçılarının gördükləri iş Azərbaycan Dəmir Yolları QSC-də çalışan teplovoz maşinistləri, teplovoz maşinist köməkçiləri və qatar tərtibatçılarının gördükləri işlərlə eynilik təşkil edir. Qatar tərtibatçısının vəzifəsi “xxxx” MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması zamanı, manevr işində iştirak edən işçilərin, o cümlədən Lokomativ heyyətinin tam tərkibdə öz yerlərində olmasını, görüləcək iş barəsində heyyəti tanış etməklə daşınan çən- vaqonların hərəkəti sahəsində ona mane olan yad əşyaların olub olmamasını və boşaltma sahəsinə verilmiş çən-vaqonların düzgün verilib-verilməməsini, saxlanc başmaqları ilə bərkidilməsini yoxlamaqla, çən-vaqonların, boşalmasını və bağlanmasına tam əmin olmaqla, manevr işi görən qatarın hərəkətinə göstərişlər vermək. Manevr işi aparılan zaman onda iştirak edəcək işçilərin şəxsi təhlükəsizliyini, hərəkət qatarının bütövlüyünü təmin etmək çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirməkdir. Teplovoz maşinisti və teplovoz maşinisti köməkçisinin vəzifəsi “xxxx” MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) teplovoz maşinisti köməkçisi növbətçiləri qrafik üzrə 12 saatlıq normalaşdırılmış iş gününə malikdir. Nasos Qurğuları maşinisti (yanacaq nəqli üzrə maşinist) vəzifəsi: Mazut təsərrüfatının nasosxanasında işləyən-işləməyən avadanlıqlarına idarə etmə lövhəsində nəzarət etməklə, boşalmış mazut yanacağını nasoslar vasitəsi ilə çənlərə vurulmasını, mazut yanacağını normativə uyğun mazut qızdırıcılarında qızdırdıqdan sonra ötürücü nasoslar vasitəsi ilə qazanlara ötürülməsinə nəzarət edir. Nasos Qurğuları maşinisti (yanacaq nəqli üzrə maşinist) mazut nasosxanasının bütün avadanlıqlarını; mazut nasoslarının, mazut qızdırıcılarının, mazut süzgəclərinin, siyirtmələrin, tənzimləyicilərin, qlapanların, mazut və buxar boru xətlərinin təmirə hazırlanması, təmirdən sonra yoxlanılmasını və istismara qəbulu işlərini yerinə yetirir. Iddiaçı işlədiyi vəzifələrə uyğun “Iş şəraitinin” ağır və zərərli olduğuna görə ona ##.##.1985-cı il tarixdən hal-hazıradək 12% miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün Iddiaçı əmək məzunuyyətinə çıxan zaman ##.##.1985-ci il tarixdən hal-hazıradək 06 tg günü əlavə məzuniyət verilmişdir.”. Iddiaçının icra etdiyi funksional vəzifələrin bir qisminin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olması həm əmək kitabçası ilə həmdə yuxarıda qeyd olunan arayışlarla təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya * saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) iddiaçı tələb olunan yaş həddinə çatmalıdır. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan çoxdur. Cavabdehin dəlilinə münasibətdə məhkəmə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmasını zəruri hesab edir. Beləliklə, iddiaçının 12 il 06 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ##.##.2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində iddia tələbinə etirazda qeyd olunmuş xüsusatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Iddiaçı ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, ##.##.1985-ci il tarixində xxxx-nin Yanacaq Nəqliyyat sexinə öyrənən qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmişdir (Əmr № *** ##.##.1985). ##.##.1986-cı il tarixindən X6 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsində sərbəst işə buraxılmışdır (Əmr № ** ##.##.1986). ##.##.1987-ci tarixində həmin sexdə teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № *** ##.##.1987). ##.##.1989-cu il tarixində köçürmə yolu ilə Mingəçevir şəhər rabitə qovşağına işə qəbul olunduğu üçün işdən azad edilmişdir (Əmr № *** ##.##.1989). ##.##.1990-cı il tarixində köçürmə yolu ilə Mingəçevir şəhər rabitə qovşağından xxxx-nin Yanacaq Nəqliyyat sexinəteplovoz maşinisti köməkçisi vəzifəsinə işə qəbul edilmişdir (Əmr № ** ##.##.1990). ##.##.1990-cı il tarixində həmin sexə 3-cü dərəcəli nasos qurğuları maşinisti (hal-hazırda ştat cədvəlində həmin vəzifənin adı Yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinist adlandırılmışdır) vəzifəsinə keçirilmişdir (Əmr № **/k ##.##.1990). ##.##.1991-ci il tarixində Yanacaq Nəqliyyat sexinə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir (Əmr № **/k ##.##.1991). Məhkəmə mübahisəli halı iddiaçının işlədiyi vəzifə üzərindən qiymətləndirsə də, cavabdeh tərəfindən iddiaçının vəzifəsi deyil, sahəsi mübahisələndirilmişdir. Necə ki, buldozer maşinisti bütün sahələrdə eyni işləri yerinə yetirir, lakin Siyahı üzrə bir neçə bölmədə nəzərdə tutulmuş, yəni məhz həmin sahədə o işlərin görülməsi güzəştli şərtlərlə pensiya hüquq yaradır. Bu qəbildən olan onlarla misal göstərmək mümkündür. Məhkəmə əsassız olaraq vəzifə üzrə eyni işlərin görülməsini yetərli hesab edərək, sahənin də uyğun olmasının zəruriliyini gözardı etmişdir. Həmin Siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. Iddiaçı teplovoz maşinisti, onun köməkçisi və qatar tərtibçisi vəzifələrində işləsə də, bu vəzifələri yanacaq sexində (istilik elektrik müəssisəsində) həyata keçirmiş, buna görə də sözügedən vəzifələrdə əmək fəaliyyəti Siyahının XXVIII nəqliyyat sahəsində fəaliyyət kimi nəzərə alınmamalıdır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda da bu 2 vəzifənin adı çəkilir. Belə ki, qatar tərtibçisi və teplavoz maşinisti vəzifəsi yalnız Siyahının XXVIII Nəqliyyat sahəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən olunur. Iddiaçı işlədiyi vəzifələrin Siyahının XXVIII Nəqliyyat sahəsinə uyğun olmaması məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə araşdırma zamanı əldə edilmiş vəzifə təlimatları əsasında aparılmış araşdırma ilə kifayətlənmişdir. Göründüyü kimi vəzifə təlimatları sahə uyğunsuzluğuna dair mübahisəni aradan qaldıracaq məlumatları özündə əks etdirmir, sadəcə müvafiq peşə və ya vəzifə üzrə şəxin bilməli və yerinə yetirməli olduğu işlərin siyahısından ibarətdir. Qanunvericilik tərəfindən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin sosial təminatı sahəsində diferensasiya müəyyən edilmiş və bu şəxslərə qarşı müəyyən güzəştlər tətbiq edilmişdir. Bu peşə, vəzifə və sahələrdə çalışan şəxslərə tətbiq edilən güzəştlər dövlətin maliyyə imkanları və dövlət büdcəsi hesabına həyata keçirildiyindən bu sahədə xüsusi tənzimlənmə aparılaraq bu güzəştlərin iş yerindən arayış verilməklə tətbiq edilməli olduğu müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi dövlətin sosial sahədə apardığı tənzimlənmələri, dövlətin sosial təminat siyasətini, həmçinin qanunvericiliyi nəzərə almayaraq qanunda nəzərdə tutulmamış qaydada Iddiaçı güzəştli iş stajının olması qənaətinə gəlmişdir. Inzibati məhkəmə icraatı zamanı məhkəmə, ilk növbədə maddi və inzibati icraat normalarının pozulub-pozulmamasını müəyyən etməlidir. Burada iki prinsip rəhbər tutulmalıdır: 1. hüquq dövlət prinsipi (bu prinsip Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir); 2. hüquqa uyğunluq prinsipi. Hüquqi dövlət prinsipi tələb edir ki, inzibati orqan publik hüquq sahəsində nəyisə nizama salarkən və ya həll edərkən, onların maddi və hüquqi səbəblərini irəli sürsün. Nizama salma və ya həll etmə isə publik mənafeni nəzərə almaqla edilməlidir. Belə ki, ictimai mənafe, qanunvericilik sistemi tərəfindən müəyyən edilən məhdudiyyətlər çərçivəsində və hüquqa uyğun istifadə edildiyi təqdirdə, mütənasibdir. Ümumən inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1. formal-hüquqi baxımdan; 2. maddi-hüquqi baxımdan. Inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. Inzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. Inzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Işin hallarında da göründüyü kimi inzibati orqanın imtina əsasları qanunda əks olunan göstərişlərdən irəli gələrək formal-hüquqi və maddi-hüquqi baxımdan qanuni hesab olunur. Beləliklə, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Bildirmişdirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlıAli Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2- 1(102)- 1410/2021, 2-1(102)-131/2022, 2-1(102)- ****/**** №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərın icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Avropa Insan Hüquqları Məhkəməsinin “Karson və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə Böyük Palatanın ##.##.2010-cu il tarixli Qərarının 61-ci paraqrafında qeyd edilir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir. Avropa Insan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə ##.##.2011-ci il tarixli Qərardadının 21-ci paraqrafında qeyd etmişdir ki, əgər dövlətin daxili qanunvericiliyində müvafiq hüquq nəzərdə tutulmamışdırsa, Konvensiyanın qeyd olunan norması özözlüyündə pensiyanın hər hansı növünə və ya onun müəyyən həcminə olan hüquqa təminat vermir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. tətbiq edilən hüquq

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... ## #### 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır. Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə 2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir (iddiaçı ##.##.1961-ci ildə doğulub). Iddiaçının 57 yaşı ##.##.2018-ci ildə tamam olmasına baxmayaraq, o ##.##.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürmüşdür.

22. Iddiaçı, cavabdeh orqana ##.##.2024-cü il tarixdə müraciət etdiyindən hər bir halda əvvəlki 3 il üzrə ödəmə 2021-ci ildən həyata keçiriləcəyindən təyinatın ##.##.2019-cu ildən aparılması mübahisənin mahiyyətinə və iddiaçının hüquqi marağına təsir etmir.

23. Iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2006-cı il tarixədək 25 il ümumi iş stajının və 12 il 6 ay xüsusi iş stajının mövcud olması tələb olunur.

24. Iddiaçının ##.##.1977-##.##.1980, ##.##.1980-##.##.1982, ##.##.1982- ##.##.1985, ##.##.1982-##.##.1985-##.##.1987-ci illər, ##.##.1987.##.##.1989-cu illər, ##.##.1990-##.##.1990-cı illər, ##.##.1990-##.##.1991-ci illər və ##.##.1991- ##.##.2006-ci illərdə ümumi iş stajı 25 ildən artıqdır.

25. Iş materiallarından göründüyü kimi cavabdeh orqan iddiaçının yaşını və ümumi iş stajını mübahisələndirməmişdir. Mübahisə iddiaçının xüsusi iş stajı ilə bağlıdır.

26. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının vəzifəsi deyil, sahəsi mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq vəzifə üzrə eyni işlərin görülməsini yetərli hesab edərək, sahənin də uyğun olmasının zəruriliyini gözardı etmiş, həmin Siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. Belə ki, vəzifə təlimatları sahə uyğunsuzluğuna dair mübahisəni aradan qaldıracaq məlumatları özündə əks etdirmir, sadəcə müvafiq peşə və ya vəzifə üzrə şəxin bilməli və yerinə yetirməli olduğu işlərin siyahısından ibarətdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ##.##.1985-##.##.1987-ci illər, ##.##.1987.##.##.1989-cu illər, ##.##.1990-##.##.1990-cı illər, ##.##.1990-##.##.1991ci illər və ##.##.1991-##.##.2006-ci illərdə sözügedən müəssisədə X6 işlədiyi qatar tərtibatçısı, teplovoz maşinisti köməkçisi, nasos qurğuları maşinisti və teplovoz maşinisti vəzifəsi güzəştli iş stajı 19 il 11 ay 1 günə bərabərdir.

28. Azərbaycan Istilik Eelektrik Stansiyası” MMC-nin **-*** nömrəli ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı, X6 qatar tərtibatçısı vəzifəsində işləyərkən bütün hallarda manevr aparılan əraziyə baxış keçirmək, yanğın əleyhinə və siqnala aid olan ləvazimatların mövcudluğuna, hərəkət qatarının yerləşdirilməsi, onun möhkəmləndirilməsini yoxlamaq, saxlanc başmaqlarının qurğusunun istifadəyə yararlı olmasını, vaqonların boşalmaya verilməsini, vaqonların bir-biri ilə bağlı olmasına əmin olmadıqda qatarın hərəkətinə imkan verməmək, yol ayrıcısı göstəricisinə xidmət olmayan ərazidə özü çevirmək, siqnal və işarəni maşinist və yaxud maşinist köməkçisini aydın görə biləcəyi yerdə işarə vermək və vaqonların son dayağın hüdudlarında qoyulmasına nəzarət edilməsi işləri ilə məşğul olmuş, teplovoz maşinisti köməkçisi vəzifəsində işləyərkən, bütün hallarda teplovoza baxış keçirmək (yağına, suyuna, yanacağına və texniki vəziyyətinə), teplovoz maşinistinin icazəsi ilə növbətçiliyə başlamaq, teplovozu nəzarətsiz qoymamaq, teplovozu həddindən artıq yükləməmək və sürəti normadan artıq qaldırmamaq, alətləri, xəbərdaredici ləvazimatları və yanğın əleyhinə olan inventarları saz saxlamalı, teplovozu özbaşına idarə etməmək, dəmir yolunun texniki istismar qaydalarına, texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizlik qaydalarına, dəmir yolu üzrə xəbərdarlıq (siqnalizasiya təlimatlarını və dəmir yolunda qatarın manevr və iş təlimatına riayət etməklə öz vəzifə borcunu yerinə yetirmiş, nasos qurğuları maşinisti vəzifəsində işləyərkən mazut təsərrüfatının bütün avadanlıqlarını nasosxananın idarəetmə lövhəsindən idarə edir. Boşalmış mazutu nasoslar vasitəsi ilə çənlərə vurur, yanacağı mazut qızdırıcılarında qızdırdıqdan sonra ötürücü nasoslar vasitəsi ilə qazanlara ötürür, mazut nasosxanasının bütün avadanlıqlarını; mazut nasoslarının, mazut qızdırıcılarının, mazut süzgəclərinin, siyirtmələrinin, tənzimləyicilərin, klapanların mazut və buxar boru xətlərinin təmirə hazırlanması, təmirdən sonra yoxlanılması və işə qoşulması işləri ilə məşğul olmuş, teplovoz maşinisti vəzifəsində işləyərkən bütün hallarda dəmir yollarında siqnalizasiya, qatarın hərəkəti və manevr edilməsinə, qatarın təhlükəsiz hərəkətini təmin edən xəbərdarlıq nişanlarının, dəmir yolu qatarlarının yüklərin boşaltma və yükləmə meydançalarının, yol ayrımlarının mövcudluğunun yoxlanılması, teplovoza baxış keçirtmək, teplovozun mexanizm və aqreqatlarına baxış keçirərək nasazlıqları və çatışmamazlıqları nəzərdən keçirərək işin təhlükəsiz yerinə yetirilməsi işləri ilə məşğul olmuşdur.

29. Belə ki, iddiaçının X6 işlədiyi ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək qatar tərtibatçısı, ##.##.1990-cı il tarixdən ##.##.1990-cı il tarixədək teplovoz maşinisti köməkçisi, ##.##.1991-ci il tarixdən hal-hazıradək teplovoz maşinisti vəzifələri bilavasitə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının XXVIII Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində qatar tərtibatçısı (vəzifə kodu 23001000-18726), teplovoz maşinist köməkçisi (vəzifə kodu 23001000-14241), teplovoz maşinisti (vəzifə kodu 23001000-14241) vəzifələrinin xüsusiyyətlərinə uyğundur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 21.4 Dəmiryol nəqliyyatı bölməsinin, qatar tərtibatçısı, teplovoz maşinist köməkçisi, teplovoz maşinisti vəzifələri ilə eynilik təşkil etməklə eyni iş xüsusiyyətlərinə malikdir. Iddiaçının X6 ##.##.1990-cı il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi nasos qurğuları maşinisti (hal-hazırda ştat cədvəlində həmin vəzifənin adı Yanacaq nəqli üzrə (ötürülməsi üzrə) maşinist adlandırılmışdır) vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarına əsasən XIII bölməsində yanacaq ötürücülərinin maşinistləri vəzifəsinin (2140000a-14261 vəzifə koduna) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, yanacaq ötürücülərin maşinistləri qazanları mərkəzi istilik lövhələrindən idarəedən maşinistlər (nasos qurğuları maşinisti) vəzifəsi ilə eynilik təşkil etməklə eyni iş xüsusiyyətlərinə malikdir.

30. Göründüyü kimi “xxxx” MMC-nin dəmiryolları şəbəkəsi elektrik enerjisinin istehsalı üçün zəruri olan mazut yanacağının və digər yüklərin daşınması məqsədləri üçün istifadə edilir və respublikanın magistral dəmir yolları sisteminə çıxışı vardır. Iddiaçı “xxxx” MMC-nin X6 qatar tərtibatçısı, teplovoz maşinisti köməkçisi, nasos qurğuları maşinisti və teplovoz maşinisti işləmiş və yuxarıda sadalanan əmək fəaliyyətini həyata keçirmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız “xxxx” QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız “xxxx” QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, “xxxx” QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız “xxxx” QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, iddiaçının işlədiyi Yanacaq Nəqliyyat sexi istilik elektrik stansiyasının tərkibində olsa da, həmin sexdə onun icra etdiyi işlər bilavasitə dəmiryolu nəqliyyatı funksiyasına qatarların tərtibinə, manevr hərəkətlərinə, teplovozların idarə olunmasına və yüklərin daşınmasına aid olmuşdur. Siyahının XXVIII bölməsinin tətbiqi üçün həlledici meyar işçinin faktiki olaraq dəmiryolu nəqliyyatı üzrə Siyahıda göstərilən peşə və vəzifələri icra etməsidir. Bu səbəbdən həmin vəzifələrin X6 yerinə yetirilməsi onların dəmiryolu nəqliyyatı sahəsinə aid edilməsini istisna etmir.

33. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar