Məhkəmə qərarları › İş №2-1(3-10)-177/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-177/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-177/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Kıdır oğlunun cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iddiaçı İddiaçı Kıdır oğlu vergi ödəyicisidir, ona vergi orqanı tərəfindən 5400661192 VÖEN verilmişdir, əsas fəaliyyət növü kənd təsərrüfatı məhsullarının idxalı və ixracıdır.

2. Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin istintaqı üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.4, 85.6, 143.2-ci maddələrinə və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən müvafiq şəxslərin bütün fəaliyyət dövründə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə göndərilmişdir.

3. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi Baş Prokurorluğun yuxarıda qeyd olunan qərarı əsasında vergi ödəyicisi İddiaçı Kıdır oğlunun # ###### 2017-ci il tarixdən ## ####### 2024-cü il tarixədək olan dövr üzrə fəaliyyətində səyyar vergi yoxlamasının keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli ***************** nömrəli qərar qəbul etmişdir.

4. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair # ### 2025ci il tarixli **************** nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ### 2025-ci il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçı İddiaçı Kıdır oğlu cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə qarşı ## ### 2025-ci il tarixli **************** nömrəli qərarın ləğv edilməsi tələbi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir.

6. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilmişdir.

7. Iddiaçı İddiaçı Kıdır oğlu tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), o, 2022 – 2023-cü illərdə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü ilə məşğul olmuş və mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur, ## ###### 2023-cü il tarixdə fəaliyyətini 2043-cü ilədək dayandırmışdır. Onun əvvəlki dövrlərdə fəaliyyəti üzrə ## ###### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixədək səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 2017 – 2023-cü illəri əhatə etmişdir. Iddiaçı yoxlamaya bütün zəruri sənədləri təqdim etmişdir. Lakin yoxlamanın nəticələrinə dair akt düzgün tərtib edilməmişdir. O cümlədən, iddiaçının kənd təsərrüfatı məhsulları aldığı bir neçə şəxsin ona mal satmaması barədə ərizələrinə istinad olunsa da, əvvəllər keçirilmiş kameral vergi yoxlaması zamanı onların həmin ərizələri vergi orqanının təzyiqi altında yazdıqları barədə vergi orqanında məlumat olduğu qeyd edilməmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 67, 83.9-cu maddələrinin, eləcə də Nazirlər Kabinetinin # #### 2001ci il tarixli ** nömrəli qərarının tələbləri düzgün tətbiq edilməmiş, iddiaçının faəliyyəti üzrə müvafiq xərclər nəzərə alınmamışdır. Cavabdeh inzibati orqan yoxlama aparılan zaman, mallarının dəyərinin müəyyən edilməsi üçün ekspertiza və ya mütəxəssis rəyinin alınması ilə bağlı səlahiyyətləri olsa da, imkanlarından istifadə etməmişdir.

8. Cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi iddia ilə bağlı məhkəməyə yazılı vəsatət təqdim etmiş və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Baş Prokurorluğun müvafiq cinayət işi üzrə ## ###### 2024-cü il tarixli qərarından görünür ki, istintaq zamanı İddiaçı Kıdır oğlu və digərlərinin adından həyata keçirilən sahibkarlıq fəaliyyətinə faktiki olaraq Kərimov Vasif Həsənxan oğlunun rəhbərlik etdiyi müəyyən olunmuşdur. Həmin qərar əsasında səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi barədə ## ### 2025-ci il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur. Cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlu Cinayət Məcəlləsinin 188.3, 208.2.1, 213.3 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, cinayət işi Ismayıllı Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Hazırda cinayət işi məhkəmənin icraatına (*(***)-**/**** nömrəli iş) qəbul edilərək, məhkəmə baxışına təyin edilmişdir. Cinayət- Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Göründüyü kimi, qanunvericilikdə cinayət təqibi yalnız cinayət işi üzrə məhkəmə mübahisəsinin mövcüdluğu deyil, həmçinin cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi kimi hallarıda özündə ehtiva edir. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar və sənədlər əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatınızda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Hesab olunur ki, iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmalıdır.

9. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia tələbi mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi hansısa inzibati münasibətlərdə inzibati orqan statusu ilə çıxış etməsinə baxmayaraq, nəzərə alınmalıdır ki, qurum müvafiq istintaqı aparan orqandır və həyata keçirdiyi səyyar vergi yoxlaması özünün apardığı cinayət işi olmasa da, aidiyyəti orqanın cinayət işi üzrə cinayətprosessual fəaliyyəti ilə bağlıdır. Bundan başqa, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarda da əks olunduğu kimi yoxlama vergi ödəyicisi qismində hazırkı iddiaçının # ###### 2017-ci il tarixdən ## ####### 2024-cü il tarixədək olan 7 ilə yaxın dövr üzrə fəaliyyətini əhatə etmişdir ki, bu müddət də, vergi qanunvericiliyi ilə vergilərin hesablanması və tutulması üçün müəyyən edilmiş müvafiq 3 illik və 5 illik müddət kriteriyaları ilə deyil, cinayət qanuni ilə “az ağır cinayət” sayılan əməllərə görə məsuliyyətə cəlb etmə müddəti ilə uzlaşdırılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən qərarın qəbulu üzrə aparılmış səyyar vergi yoxlaması vergilərin və digər ödənişlərin hesablanması və ödənilməsi məqsədinə deyil, cinayət təqibi üzrə halların aşkar olunmasına yönəlmiş sübutun toplanmasına xidmət edir. Bu səyyar yoxlamanın aparılmasının qanuniliyinə və onun nəticələrinin mötəbərliyinə cinayət mühakimə icraatı çərçivəsində də qiymət verilə bilər. Başqa sözlə desək, səyyar vergi yoxlamasının nəticələrinə dair ## ### 2025-ci il tarixli **************** nömrəli qərar formal olaraq əlamətləri əks etdirsə də, inzibati icraatın nəticəsi kimi əlverişsiz inzibati akt deyil, cinayət işi üzrə müvafiq qaydada qiymətləndirilə bilən sübutdur. Bununla da məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, hazırkı iddiaya “mübahisələndirmə haqqında” iddia kimi inzibati məhkəmə icraatında baxıla bilməz.

11. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: Birinci instansiya məhkəməsinin əsaslandırması qanunsuz və əsassız olmaqla, işə sədrlik edən hakimin subyektiv yanaşmasıdır. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi Baş Idarənin qərarın qəbul edilməsinə əsas kimi deyil - halbuki, iş materiallarında olan hazırki iş üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında № **************** nömrəli, ##.##.2024-cü il tarixli qərarda İddiaçı Kıdır oğlu Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2017 - oktyabr 2024 dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bununla da təsdiq edilir ki, hazırki iş üzrə mübahisələndirilən inzibati akt olan - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin ##.##.2025-ci il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərar – cavabdeh inzibati orqanın – “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar № **************** nömrəli, ##.##.2024-cü il tarixli qərar əsasında qəbul edilmişdir. Həmin qərarın da qəbul edilmə əsasları yuxarıda qeyd olunmuşdur. Bununla da bir daha təsdiq edilir ki, mübahisələndirilən inzibati akt cavabdeh inzibati orqanın cinayət-prosessual fəaliyyəti əsasında deyil, inzibati orqan kimi səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində qəbul edilməklə, inzibati icraatın hüquqi nəticəsi olaraq qəbul edilmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi öz qərardadının 5-ci səhifəsinin 7-ci bəndində “Vergi Məcəlləsinin” 38.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir qeyd etməsinə baxmayaraq, bir daha qanunsuz və əsassız olaraq iddianı mümkün saymamışdır. Bununla da bir daha sübut olunur ki, mübahisələndirilən qərar istintaq orqanın qərarı ilə deyil, cavabdeh inzibati orqanın cinayət-prosessual fəaliyyəti ilə deyil məhz cavabdeh inzibati orqanın VM-nin 38.1-ci maddəsindən irəli gələn inzibati icraat nəticəsində qəbul etdiyi qərardır. Bununla da hazırki iş üzrə iddia mümkün olan iddiadır. Eyni zamanda birinci instansiya məhkəməsi öz qərardadında texniki səhvlər (qərardadın 2-ci vərəqinin 2-ci abzasında – 02 may) və düzgün olmayan prosessul hüquq normasını (CPM-nin 85.6) tətbiq etmişdir. - Birinci instansiya məhkəməsi öz qərardadında “Cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi iddia ilə bağlı məhkəməyə yazılı vəsatət təqdim etmiş və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir” qeyd etsə də, işə baxan zaman, nə cavabdehin bu vəsatətinə münasibət bildirməmiş, bununla bağlı vəsatətin təmin edilərək icraatın dayandırılması və ya icraatın dayandırılmasından imtina edilməsi barədə qərardad qəbul etməmiş, iddiaçının nümayəndəsi və vəkilinin cavabdehin bu vəsatətinə etirazının dəlillərinə hüquqi qiymət verməmişdir. Halbuki, bu hallar məhkəmənin hazırlıq iclasında araşdırılmalı, işin mahiyyətinə təsir etməyən hallardır. - Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki, “cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi hansısa inzibati münasibətlərdə inzibati orqan statusu ilə çıxış etməsinə baxmayaraq, nəzərə alınmalıdır ki, qurum müvafiq istintaqı aparan orqandır və həyata keçirdiyi səyyar vergi yoxlaması özünün apardığı cinayət işi olmasa da, aidiyyəti orqanın cinayət işi üzrə cinayət-prosessual fəaliyyəti ilə bağlıdır” Belə ki, cavabdeh inzibati orqan özü özülüyndə istintaq aparan orqan deyil. Cavabdeh Baş Idarənin tərkibində Istintaq və Təhqiqat Idarəsi – istintaq aparan hüquq mühafizə orqanıdır. Bütövlükdə Baş Idarənin özü istintaq aparan orqan deyil. Hesab edir ki, birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərardadını əsaslandıra bilmədikdə, qərardadın qəbul edilməsi üçün maddi və prosessual hüquq normaları tapa bilmədikdə bu cür qanunsuz və əsassız hüquqi yanaşma irəli sürmüşdür. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki, “Bundan başqa, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarda da əks olunduğu kimi yoxlama vergi ödəyicisi qismində hazırkı iddiaçının # ###### 2017-ci il tarixdən ## ####### 2024-cü il tarixədək olan 7 ilə yaxın dövr üzrə fəaliyyətini əhatə etmişdir ki, bu müddət də, vergi qanunvericiliyi ilə vergilərin hesablanması və tutulması üçün müəyyən edilmiş müvafiq 3 illik və 5 illik müddət kriteriyaları ilə deyil, cinayət qanuni ilə “az ağır cinayət” sayılan əməllərə görə məsuliyyətə cəlb etmə müddəti ilə uzlaşdırılmışdır.” - Birinci instansiya məhkəməsinin bu cür əsaslandırması iddianın mümkün sayılmaması qənaətinə gəlinməsi üçün heç bir hüquqi əsas yaratmamış, vergi və cinayət məcəllələrinin normalarının qeyd olunmasının hansı məqsədə nail olmaq üçün əlçatanlığı müəyyən olunmur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki, “Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən qərarın qəbulu üzrə aparılmış səyyar vergi yoxlaması vergilərin və digər ödənişlərin hesablanması və ödənilməsi məqsədinə deyil, cinayət təqiqi üzrə halların aşkar olunmasına yönəlmiş sübutun toplanmasına xidmət edir. Bu səyyar yoxlamanın aparılmasının qanuniliyinə və onun nəticələrinin mötəbərliyinə cinayət mühakimə icraatı çərçivəsində də qiymət verilə bilər. Başqa sözlə desək, səyyar vergi yoxlamasının nəticələrinə dair ## ### 2025-ci il tarixli **************** nömrəli qərar formal olaraq əlamətləri əks etdirsə də, inzibati icraatın nəticəsi kimi əlverişsiz inzibati akt deyil, cinayət işi üzrə müvafiq qaydada qiymətləndirilə bilən sübutdur.” - Iş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” № **************** nömrəli, ##.##.2024-cü il tarixli Qərarda məhz İddiaçı Kidir oğlu üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2017 - oktyabr 2024 dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qərardan da göründüyü kimi qərarın qəbul edilməsi əsası vergilərin hesablanmasından ibarətdir. - Eyni zamanda bildirirmişdir ki, hazırda mübahisələndirilən inzibati akt və onun qəbul edilməsinə əsas olan səyyar vergi yoxlaması aktına, istər cinayət mühakimə icraatında, istərsə də inzibati icraat zamanı məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Qeyd olunan inzibati akta onun tərəfindən digər şəxsin təqsirləndirilməsinə dair cinayət mühakimə icraatı zamanı hər hansı vəsatət verməsi, həmin icraatda iştirakı hüquqi cəhətdən mümkün deyildir. Hüquqlarının müdafiəsi məqsədilə, inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş inzibati aktı isə yalnız və yalnız bu inzibati icraat zamanı mübahisələndirə bilər. Bu baxımdan hüquqlarından istifadə edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin ##.##.2025-ci il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. - Birinci instansiya məhkəməsinin mübahisələndirilən “inzibati aktın inzibati icraatın nəticəsi kimi əlverişsiz inzibati akt deyil, cinayət işi üzrə müvafiq qaydada qiymətləndirilə bilən sübutdur” əsaslandırması ilə bağlı bildirilir ki, mübahisələndirilən qərar məhz inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktdır. Hüquqi əsaslandırmasını yuxarıda kifayət qədər qeyd etmişdir. Eləcə də, mübahisələndirilən inzibati aktın cinayət işi üzrə müvafiq qaydada qiymətləndirilə bilən sübut kimi hissəsində isə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən mübahisələndirilən inzibati akt sübut kimi qəbul edilə bilməz. Cinayət mühakimə icraatı zamanı isə yalnız mübahisələndirilən inzibati aktın nəticəsində keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının CPM-nin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi – hansı ki cinayət işi materiallarında olan – sübut qismində qəbul edilə bilər. Bununla da bir daha sübut olunur ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda cinayət işi Kərimov Vasif Həsənxan oğlu barəsində davam etdirilir. Eyni zamanda bildirmişdir ki, əsası Azərbaycan Respubilkasının Vergi Məcəlləsinin 38.3.6-cı maddəsi olan qərarların heç biri inzibati akt deyildir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

15. “Inzibati icraat haqqında” Qanun Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Maddə 38.1. Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - 38.3.6 cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. ...

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən də işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş baxılması üçün geri qaytarılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

19. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

20. Nəzərə alınmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlər ödənildiyi təqdirdə məhkəmə tərəfindən mümkün sayılır.

21. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Yalnız inzibati orqanın inzibati aktları, hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması imkanının və ya ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur.

22. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla belə nəticəyə gəlmişdir ki, səyyar vergi yoxlaması cinayət işi üzrə qəbul edilmiş qərar əsasında aparıldığından, həmin yoxlamanın nəticəsində qəbul edilmiş ## ### 2025-ci il tarixli qərar inzibati icraatın nəticəsi kimi əlverişsiz inzibati akt deyil, cinayət işi üzrə qiymətləndirilə bilən sübut xarakteri daşıyır. Məhkəmə kollegiyası bununla razılaşmır.

23. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə ## ###### 2024-cü il tarixli “növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi” haqqında qərar qəbul edilmişdir.

24. Həmin qərar əsasında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən iddiaçı İddiaçı Kıdır oğlunun # ###### 2017-ci il tarixdən ## ####### 2024-cü il tarixədək olan dövr üzrə fəaliyyəti barədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli qərar qəbul edilmişdir.

25. Bundan sonra səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair # ### 2025-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ## ### 2025-ci il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur.

26. Hazırkı iş üzrə iddiaçı məhz həmin ## ### 2025-ci il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. Iddianın predmeti səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş və iddiaçı üçün vergi məsuliyyəti doğuran qərardır.

27. “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı qərarın inzibati akt sayılması üçün, həmin qərarın ünvanlandığı şəxsə münasibətdə mütləq qaydada hüquqi nəticələr yaratması tələb olunur.

28. Başqa sözlə, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi statusunda müəyyən dəyişikliyə səbəb olur, onun hüquqi vəziyyətini dəyişdirir, şəxsin üzərinə müəyyən vəzifə və ya öhdəlik qoyur, yaxud da onun bu və ya digər hüququnu təsbit edir və ya ona hər hansı hüquq tanıyır və bunun üzərindən hüquq münasibətlərinin əmələ gəlməsinin, mövcud münasibətlərin dəyişdirilməsinin və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə istintaq orqanının qərarı əsasında səyyar vergi yoxlamasının təyin edilməsi həmin yoxlama nəticəsində qəbul edilmiş vergi məsuliyyəti qərarının hüquqi təbiətini dəyişmir. Belə ki, vergi yoxlamasının təyin edilməsi barədə qərarla vergi yoxlamasının nəticəsində qəbul edilmiş vergi məsuliyyəti qərarı hüquqi təbiətinə və doğurduğu nəticələrə görə fərqlidir.

30. Cinayət prosessual qanunvericiliyinə uyğun olaraq hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı yoxlamanın başlanmasına yönəlmiş prosessual xarakterli qərar olmaqla, vergi ödəyicisi üçün müstəqil vergi öhdəliyi yaratmır.

31. Nəzərə alınmalıdır ki, vergi nəzarəti tədbirlərinin, o cümlədən vergi yoxlamasının keçirilməsi, vergilərin hesablanması və nəticədə müəyyən edilmiş vergi öhdəliklərinə dair inzibati aktların qəbul edilməsi prosedurları və prinsipləri vergi və inzibati icraat hüququ ilə tənzimlənir. Belə yoxlamanın (inzibati icraatın) aparılması və müvafiq qərarın qəbul edilməsi inzibati orqanın (vergi orqanının) Vergi Məcəlləsindən irəli gələn müstəsna səlahiyyətidir.

32. Vergi Məcəlləsinin 38-ci maddəsində səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növü müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 38, 39 və 49cu maddələrinin əlaqəli təfsiri baxımından mübahisələndirilən qərar inzibati aktın normativ anlayışı ilə ehtiva olunan zəruri hüquqi nəticə yaratmaq əlamətinə malikdir. Belə ki, vergi məsuliyyəti (hüquqi nəticə) yoxlamanın yekununa dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilmiş qərar əsasında yaranır. Yəni vergi ödəyicisi yalnız vergi orqanının vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi məsuliyyətinə (hüquqi nəticə) cəlb edilə bilər. Bu mənada mübahisələndirilən qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradan (vergi öhdəliyi nəzərdə tutan) inzibati akt qismində qəbul olunmalıdır.

33. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

34. Vergi cinayətlərinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması vergi ödəyicisinin vergi öhdəliyi barədə cavabdehin qəbul etdiyi inzibati akt əsasında müəyyən olunur. Yəni ilk növbədə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində vergi yoxlaması aparılmalı və bunun nəticəsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Həmin inzibati akt üzrə büdcəyə ödənilməli vergi borcunun məbləği 50 000,0 manatdan yuxarı həddə olduğu təqdirdə, cinayət təqibinin başlanılması üçün əsas yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qayda hesablanmış vergi borcu ilə bağlı mübahisənin olmadığı hallara, yəni şəxsin vergi borcunu nəzərdə tutan inzibati aktı mübahisələndirmədiyi hallara şamil olunur və yalnız həmin hallarda keçərlidir.

35. Vergi ödəyicisi ona hesablanmış vergi borcu ilə razılaşmadığı və konstitusion müdafiə hüququndan istifadə edərək həmin öhdəliyi müəyyən edən qərarı məhkəmə qaydasında mübahisələndirdiyi hallarda isə, cinayət təqibinin başlanılması ilə bağlı məsələ həmin mübahisənin nəticəsindən asılı olaraq həll olunmalıdır. Başqa sözlə, cinayət təqibi üzrə icraatın həyata keçirilməsinin əsası qismində 50 000,0 manatdan artıq məbləğdə vergi borcu müəyyən edən inzibati akt çıxış edirsə, həmin vergi borcunun hesablanmasına dair inzibati aktın ləğv edilib-edilməməsindən asılı olaraq şəxsin əməlində cinayət tərkibinin mövcud olub-olmadığı müəyyən oluna bilər.

36. Yəni, şəxsin əməlində vergi cinayəti tərkibinin mövcud olub-olmaması, cinayət təqibi baxımından əhəmiyyət kəsb edən vergi borcunun olub-olmaması və onun məbləği vergi orqanının qəbul etdiyi inzibati aktdan asılıdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə inzibati aktın qanuniliyinin yoxlanılması eyniləşdirilə bilməz. Vergi ödəyicisi ona hesablanmış vergi borcu və tətbiq edilmiş məsuliyyət tədbiri ilə razılaşmadıqda və həmin qərarı inzibati məhkəmə qaydasında mübahisələndirdikdə, cinayət işi üzrə vergi borcuna və vergidən yayınma hadisəsinə dair qiymətləndirmə həmin inzibati mübahisənin nəticəsindən asılı olacaqdır. Əgər vergi öhdəliyini müəyyən edən inzibati akt məhkəmə qaydasında ləğv edilərsə artıq cinayət hadisəsinin olması da, özlüyündə aradan qalxacaqdır.

37. Məhz buna görə cinayət işinin mövcudluğu vergi məsuliyyətinə cəlb etmə qərarının inzibati məhkəmədə mübahisələndirilməsini istisna edən hal kimi qəbul oluna bilməz. Əksinə, vergi borcunun və vergi məsuliyyətinin qanuniliyinə inzibati məhkəmə icraatında qiymət verilməsi cinayət-hüquqi qiymətləndirmə üçün birbaşa hüquqi əhəmiyyət daşıyır. Odur ki cinayət işinin mövcudluğu iddianın mümkünsüzlüyünə deyil, vergi məsuliyyəti qərarının qanuniliyinin inzibati məhkəmə tərəfindən yoxlanılmasının zəruriliyinə dəlalət edir.

38. Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olması müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Mübahisə vergi orqanının lehinə yekunlaşdığı təqdirdə isə, dövlət büdcəsinə ödənilməli olan vergi borcunun mövcudluğu təsbit olunur. Bu hallarda mövcud borcun yaranması və ödəmədən yayındırılması ilə bağlı şəxsin əməlində cinayət tərkibinin olubolmamasının və həmin əməlin törədilməsində şəxsin təqsirli olub-olmamasının müəyyən edilməsi üçün cinayət təqibi həyata keçirilə bilər.

39. Hazırkı işdə də Baş Prokurorluğun cinayət işi üzrə qərarı növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə əsas olmuşdur. Lakin iddiaçı barəsində hüquqi nəticə yaradan akt istintaq orqanının həmin qərarı deyil, vergi orqanının yoxlama nəticəsində qəbul etdiyi ## ### 2025-ci il tarixli vergi məsuliyyəti qərarıdır. Həmin qərar iddiaçının hüquqi vəziyyətini dəyişdirmiş, onun barəsində vergi məsuliyyəti müəyyən etmişdir.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yoxlamanın cinayət işi ilə bağlı aparılması, yoxlanılan dövrün # ###### 2017-ci il tarixdən ## ####### 2024-cü il tarixədək müəyyən edilməsi, Vergi Məcəlləsinin maddələrinin tətbiqinin düzgün olubolmaması, habelə yoxlama nəticəsində iddiaçıya hesablanmış vergi öhdəliyinin və tətbiq edilmiş məsuliyyət tədbirlərinin qanuniliyi iddianın mümkünlüyü mərhələsində deyil, işə mahiyyəti üzrə baxılarkən qiymətləndirilməli olan məsələlərdir. Mübahisələndirilən vergi məsuliyyəti qərarı üzrə məhkəmə araşdırması aparılarkən, həmin qərarın qəbuluna əsas olmuş səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi barədə qərarın da qanunauyğunluğu yoxlanılmalı, yoxlama dövrünün, yoxlamanın əsaslarının və nəticələrinin qanuna uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir.

41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən ## ### 2025-ci il tarixli **************** nömrəli qərar onun üçün hüquqi nəticə yaradan əlverişsiz inzibati aktdır. Həmin qərar inzibati akt kimi məhkəmə nəzarətinə tabe olduğundan, onun mübahisələndirilməsi barədə iddia inzibati məhkəmə icraatı qaydasında baxıla bilən iddiadır. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qənaəti düzgün olmamışdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilir. Inzibati iş baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar