Məhkəmə qərarları › İş №2-1(3-10)-181/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-181/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-181/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı və onun ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Iddiaçının ailəsi 5 nəfərdən ibarətdir. Iddiaçının övladları yetkinlik yaşına çatmamışdır.

2. Iddiaçı ailəsi tərəfində müvəkkil edilmiş şəxs kimi ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının ##.##.2025-ci il tarixli, *********S*** nömrəli müraciəti üzrə imtina cavabı vermişdir. Imtina onunla əsaslandırılmışdır ki, maddi-məişət şəraitinin yoxlanılması nəticəsində ailənin gəlirləri barədə məlumat düzgün qeyd edilməmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia ərizəsinin əsaslarına görə, iddiaçı ##.##.2010-cü ildə X4 ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən 4 uşaqları olmuşdur: ## ###### 2011-ci il təvəllüdlü Adilə, ##.##.2013-cü il təvəllüdlü Nəbi, ##.##.2017-ci il təvəllüdlü Cənnət, ##.##.2020-cI il təvəllüdlü Ramilə. Mingəçevir şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 arasında ## ###### 2010-cu ildə Mingəçevir şəhər Nikah evində qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2023-cü il tarixli 2( ***)-***/**** saylı qətnaməsi ilə iddiaçının cavabdeh X4 qarşı Adilə, Nəbi, Cənnət və Ramilə adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi * nömrəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən X4 mülkiyyətində olan * nömrəli fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmışdır. Keçmiş əri Bəbir Nəbiyev 4 övladı da iddiaçının yanında qoyaraq yenidən ailə qurduğundan uşaqlarının bütün tələbatlarını iddiaçı ödəyir. Iddiaçı gəlirlərini təqdim etməklə cavabdeh orqana sosial müavinət təyin olunması üçün müraciət etmişdi. ## #### 2025-ci il tarixdə qurumlararası yoxlanış üzrə vətəndaş müraciətinin emalı zamanı texniki problemin yaranması əsası ilə imtina verilmişdir. Halbuki, inzibati orqanın belə bir imtina vermək səlahiyyəti olmamışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırır ki, iddiaçı İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli, *********S*** nömrəli ərizə ilə Nazirliyə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Belə ki, iş üzrə maddiməişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən boşanmaya dair 2018-ci il tarixli məhkəmə qətnaməsi (3 uşaq üçün aliment ödənişini nəzərdə tutan) yoxlanışı həyata keçirən əməkdaşlara təqdim olunsa da, daha sonra dünyaya gəlmiş övladı X3 ilə bağlı aliment ödənişinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsini təqdim etməmişdir. Əldə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mingəçevir şəhər Icra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli arayışında təmsilçinin övladı R.Nəbiyevanın adı “Kamilə” olaraq qeyd olunduğundan sözügedən hal ərizəbəyannamədə qeyd olunmuş məlumatlarla müqayisədə uyğunsuzluq təşkil etmişdir. Qeyd olunan əsaslara uyğun olaraq təmsilçi İddiaçı müraciətindən imtina olunmuşdur. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Cavabdeh orqan mövqeyini “Ünvanlı dövlət sosial yardım haqqında “Qanun”un 1.0.3, 6.2, 6.3, 7.1, 7.3-cü maddələri, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 1.2.2, 3.1, 3.2, 3.3, 3.7.1, 3.4.1, 3.4.2, 5.22, 5.3, 5.4-cü bəndləri və analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2-1(102)- ***/**** nömrəli qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, maddi-məişət yoxlaması zamanı İddiaçı təqdim etdiyi Mingəçevir şəhər Icra və Probasiya şöbəsinin arayışında qeyd olunmuş X3 adının “Kamilə” olaraq qeyd olunması “Ərizə-bəyannamə”də əks olunmuş məlumatlarla müvafiq arayış arasında ziddiyyətlərin yaranmasına və sistem üzərindən qeyd olunan hala uyğun olaraq imtina verilməsinə əsas yaratmışdır. Cavabdeh tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixdə imtina verilməsinə baxmayaraq, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iddiaçı tərəfindən daxil edilən müraciətə əsasən müvafiq araşdırma aparılmış, ünvanda müayinə keçirilmiş və ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbəbdən də, iddiaçıya ÜDSY-ın təyin olunması mümkün olmamışdır. Beləliklə, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir.

6. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun üzərinə İddiaçı ##.##.2025-ci il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdehin istinad etdiyi arqument ondan ibarətdir ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən boşanmaya dair 2018-ci il tarixli məhkəmə qətnaməsi (3 uşaq üçün aliment ödənişini nəzərdə tutan) yoxlanışı həyata keçirən əməkdaşlara təqdim olunsa da, daha sonra dünyaya gəlmiş övladı X3 ilə bağlı aliment ödənişinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsini təqdim etməmişdir. Əldə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mingəçevir şəhər Icra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli arayışında təmsilçinin övladı R.Nəbiyevanın adı “Kamilə” olaraq qeyd olunduğundan sözügedən hal ərizəbəyannamədə qeyd olunmuş məlumatlarla müqayisədə uyğunsuzluq təşkil etmişdir. Iddianın hüquqi əsasına münasibətdə məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə analoji mübahisələr üzrə məhkəmə təcrübəsini yaradan Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli qərarını qeyd etməyi zəruri hesab edir. Həmin qərarda formalşmış hüquqi mövqe belə ifadə olunur ki, “ 30.Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “Inzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. 31. “Inzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. 32. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. 33. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. 34. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətlərin iki mərhələli yoxlamadan keçirildiyini, yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə şəxsə ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsinin mümkünlüyü ilə bağlı cavabdehin mövqeyinə dair aşağıdakıları qeyd edir. 35. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, müraciət üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilməsi yolverilməz və qanunsuzdur.”. Hazırkı halda cavabdeh inzibati orqan imtinasının əsası kimi yalnız iddiaçı tərəfindən aliment ödənişinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsinin təqdim etməməsinə əsaslansada, bu məlumatın iddiaçı tərəfindən verilməməsi ailənin əmlakı barədə məlumatın düzgün göstərilmədiyi anlamına gəlmir. Belə ki, ailə qanunvericiliyinə əsasən aliment, bir şəxsdən digərinə (adətən uşaqlara və ya keçmiş həyat yoldaşlarına) maddi dəstək vermək üçün qanunla müəyyən edilmiş öhdəlikdir. Hazırkı halda alimentin məqsədli təyinatı yalnız ona təyin edilmiş azyaşlının normal inkişafını təmin etməkdən ibarətdir və ailənin ümumi əmlakı kimi qəbul edilməməlidir. Odur ki məhkəmə belə hesab edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (uşağa alimentin təyin edilməsi ilə bağlı məhkəmə aktı) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Odur ki, iddia təmin edilməli, iddiaçının müraciətindən imtina ##.##.2025-ci il tarixdə verildiyindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixdən 1 il müddətinə sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh inzibati orqan tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “Inzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Göründüyü kimi ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsi məsələsinin həllində qanunvericiliyə uyğun olaraq başqa gəlirlərlə yanaşı ödənilən alimentlər də nəzərə alınır. Digər gəlirlərə münasibətdə ailənin əldə etdiyi və yuxarıda sözügedən gəlirlər kateqoriyasına aid edilməyən gəlirlər daxil edilir. Məlum olduğu kimi, iddiaçı İddiaçı 3 övladına münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2018-ci il tarixli 2(051)-1174/2018-ci il tarixli məhkəmə qətnaməsini təqdim etsə də, digər övladı R.Nəbiyevaya münasibətdə isə müvafiq məhkəmə qətnaməsini təqdim etməmiş, nəticədə ailə gəlirləri ilə bağlı məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Ailə gəlirləri ilə bağlı məlumatların dəqiqləşdirilməsi isə gəlirlərin düzgün müəyyənləşdirilməsi, həmçinin ailəyə ünvanlı dövlət sosial yardımın təyin olunması və ya ondan imtina olunması üçün haqlı olaraq əsas təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən qeyd edilməlidir ki, iddiaçı tərəfindən daxil edilən müraciətə əsasən müvafiq araşdırma aparılmış, ünvanda müayinə keçirilmiş və ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbəbdən də, iddiaçıya ÜDSY-ın təyin olunması mümkün olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. tərəflərin izahatları

11. Iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” kimi oxunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq

13. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3 Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X8 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X8 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (* nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.1-1. Təmsilçilik barədə ərizə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X8 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (* nömrəli əlavə) qərar çıxarılır. 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X10 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir.

15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından vənəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanınxidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü iləəlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdimolunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuşhallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarüzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, cavabdeh orqan və ünvanlı dövlət sosial yardımının başlanğıc tarixi düzgün müəyyən edilməmişdir. Odur ki, qərar həmin hissələrdə dəyişdirilməlidir.

20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixdən ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsinə nail olmaqdır.

21. Iddiaçı, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli, *********S*** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan ##.##.2025-ci il tarixli qərarında imtina səbəbini “qurumlararası yoxlanış üzrə vətəndaş müraciətinin emalı zamanı texniki problemin yaşanması” kimi göstərilmişdir.

22. Cavabdeh orqan apellyasiya şikayətində və birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının müraciəti üzrə ailə gəlirlərini dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdeh bunu ##.##.2020-ci il təvəllüdlü uşaq barədə aliment qətnaməsinin və düzgün icra sənədinin təqdim edilməməsi, həmçinin həmin uşağın adının Mingəçevir şəhər Icra və Probasiya şöbəsinin arayışında “Kamilə”, ərizə-bəyannamədə isə “Ramilə” kimi göstərilməsi ilə əsaslandırmışdır.

23. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filalının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2025-ci il tarixli ************** nömrəli müraciətinə əsasən ailənin gəlirləri (övladı X3 üçün aliment qətnaməsinin və düzgün icra sənədinin təqdim olunmaması, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər Icra və Probasiya şöbəsinin arayışı təqdim edilsə də, arayışda alimentin tam ödənilməməsinə dair səbəbin qeyd olunmaması) səbəbindən imtina edilmişdir.

24. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iddiaçı İddiaçı 3 övladına münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2018-ci il tarixli 2(051)-1174/2018-ci il tarixli məhkəmə qətnaməsini təqdim etsə də, digər övladı R.Nəbiyevaya münasibətdə isə müvafiq məhkəmə qətnaməsini təqdim etməmiş, nəticədə ailə gəlirləri ilə bağlı məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır.

25. Kollegiya ilk növbədə qeyd edir ki, ümumiyyətlə müraciətinin emalı zamanı yaranmış texniki problem ailənin sosial yardım almaq hüququnun mövcud olubolmamasını müəyyən edən meyar kimi qəbul edilə və bu əsasla imtina cavabı verilə bilməz.

26. Apellyasiya şikayətində göstərilən “iddiaçının ailə gəlirləri ilə bağlı məlumatların dəqiqləşdirilməsinin mümkünsüzlüyü” ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarında iddiaçının xeyrinə aliment tutulmasına dair bir neçə məhkəmə aktı mövcuddur.

27. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X4 ##.##.2011-ci il təvəllüdlü Adilə, ##.##.2013-cü il təvəllüdlü Nəbi və ##.##.2017-ci il təvəllüdlü Cənnətin yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2018-ci il tarixdən başlayaraq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

28. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2020-ci il təvəllüdlü uşağın saxlanması üçün ##.##.2021-ci il tarixdən başlayaraq hər ay 170 manat alimentin, habelə həmin uşaq 3 yaşına çatanadək iddiaçıya əlavə olaraq hər ay 50 manatın ödənilməsi cavabdehin üzərinə qoyulmuşdur. Uşaq ##.##.2023-cü il tarixdə 3 yaşına çatdığından əlavə 50 manat ödənişlə bağlı öhdəlik həmin tarixədək mövcud olmuşdur.

29. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2020-ci il təvəllüdlü uşaq üçün əvvəl müəyyən edilmiş 170 manat aliment artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilmişdir.

30. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə həmin uşaq üzrə aliment ##.##.2025-ci il tarixdən minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilmişdir.

31. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə üç uşaq üzrə əvvəllər qazancın və başqa gəlirlərin 1/2 hissəsi kimi müəyyən edilmiş aliment hər uşağa görə minimum əmək haqqının 0,615 misli həddində sabit məbləğə dəyişdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə isə həmin qətnamə alimentin məbləği hissəsində dəyişdirilərək aliment hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir.

32. Kollegiya qeyd edir ki, sadalanan məhkəmə aktları iddiaçının uşaqlarının saxlanması üçün aliment almaq hüququnun mövcud olmasını təsdiq edir. Bununla belə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi baxımından həlledici olan məsələ alimentin məhkəmə aktı ilə hansı məbləğdə müəyyən edilməsi və ya borclu tərəfindən aliment öhdəliyinin tam icra edilib-edilməməsi yox, ailənin müraciətdən əvvəlki dövr üzrə faktiki əldə etdiyi gəlirdir.

33. Kollegiya qeyd edir ki, icra sənədi üzrə alimentin tam ödənilməməsinin səbəbi yalnız o halda sosial yardım hüququnun qiymətləndirilməsi baxımından həlledici əhəmiyyət kəsb edə bilər ki, iddiaçının məhkəmə qətnaməsi ilə ona ödənilməli olan alimenti almaqdan imtina etməsi və ya həmin alimentin alınmasına öz hərəkətləri (hərəkətsizliyi) ilə mane olması müəyyən edilsin. Hazırkı işdə isə belə hal müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın alimentin tam ödənilməməsinin səbəbinin arayışda göstərilməməsinə istinadı əsassız olmuşdur.

34. Nəzərə alınmalıdır ki, iddiaçının aliment almaq imkanının mövcud olması və bu barədə məhkəmə qətnaməsinin qəbul edilməsi onun avtomatik olaraq “sosial yardıma ehtiyacı olmayan” şəxs kimi qiymətləndirilməsinə səbəb olmur. Qanunvericiliyin məqsədi ailənin faktiki gəlir vəziyyətinə əsaslanaraq sosial yardımın təyin edilməsindən ibarətdir. Buna görə də cavabdeh orqanın vəzifəsi iddiaçının real maliyyə vəziyyətini müəyyən etməkdən ibarət olmalıdır. Belə qiymətləndirmə zamanı yalnız faktiki olaraq əldə edilmiş real gəlirlər əsas götürülməlidir. Faktiki olaraq reallaşdırılmamış aliment almaq hüququnun mövcudluğu gəlir kimi qiymətləndirilə bilməz. Əks yanaşma ünvanlılıq prinsipinin mahiyyətinə birbaşa zidd olardı. “Ünvanlı dövlət sosial yardımının təyin edilməsi Qaydaları”nın 5.20-ci bəndinin məzmunundan da göründüyü kimi, ailənin məcmu gəlirinin hesablanması zamanı yalnız faktiki olaraq alınan aliment nəzərə alınmalıdır.

35. Iş materiallarında olan Mingəçevir şəhər Icra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ümumilikdə 5794 manat aliment ödənilmişdir. Qeyd olunan məbləğ 12 aya bölündükdə iddiaçının aliment üzrə orta aylıq faktiki gəliri 482,83 manat olacaqdır.

36. Iddiaçının ailə tərkibinin özü və 4 uşağından ibarət olması nəzərə alındıqda ailə üzvlərinin sayı 5 nəfərdir. 2025-ci il üçün ehtiyac meyarı 285 manat olduğundan ailə üzrə ehtiyac meyarının məcmusu 1425 manat təşkil edir. Aliment üzrə müəyyən edilmiş 482,83 manat orta aylıq gəlir həmin məbləğdən aşağıdır.

37. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi uşağın adında yol verilmiş xəta ilə bağlı uyğunsuzluq da, iddiaçının sosial yardım almaq hüququnu istisna etməməıidir. Iş materiallarında iddiaçının 4 uşağına münasibətdə aliment tutulmasına dair məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr əsasında iddiaçının hansı övladlarına münasibətdə hansı məbləğdə alimentin təyin edilməsini müəyyən etmək mümkündür.

38. Kollegiya xüsusilə qeyd edir ki, ailəyə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı icraatın məqsədi ailənin həqiqətən aztəminatlı olub-olmamasını və müraciət anına qədərki dövr üzrə faktiki gəlirlərinin ehtiyac meyarının məcmusundan aşağı olub-olmamasını müəyyən edilməsidir. Cavabdeh orqan istinad etdiyi uyğunsuzluğu məhkəmə aktlarında göstərilən məlumatlarla (uşağın təvəllüdü, valideynləri və s.) müqayisəli şəkildə yoxlamaqla söhbətin eyni uşaqdan getdiyi müəyyən edilə bilərdi. Bu baxımdan, “Ramilə” və “Kamilə” adları arasındakı fərq ailənin gəlirlərinin gizlədilməsi və ya düzgün göstərilməməsi kimi yox, araşdırma yolu ilə (“Inzibati icraat haqqında” Qanunun 23, 30.4 və 32-ci maddələrinin tələblərinə uyğun olaraq) aradan qaldırıla bilən formal xəta kimi qiymətləndirilməli idi.

39. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə əsassız olmuş, təqdim edilmiş sənədlər əsasında iddiaçının aliment gəlirinin müəyyən edilməsi mümkün olmuşdur.

40. Birinci instansiya məhkəməsi iddiaçıya ÜDSY-nin ##.##.2025-ci il tarixdən təyin edilməsi qənaətinə gəlmişdir. Lakin nəzərə alınmalıdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Iddiaçı cavabdeh inzibati orqana ##.##.2025-ci il tarixdə müraciət etdiyindən, sosial yardımın təyin edilməli olduğu başlanğıc tarix ##.##.2025-ci il kimi müəyyən edilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı cavabdeh orqana və ÜDSY-nin təyin olunduğu tarixə münasibətdə dəyişdirilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “cavabdeh orqana və ÜDSY-nin təyin olunduğu tarixə” münasibətdə dəyişdirilir. Iddia təmin edilir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar