Məhkəmə qərarları › İş №2-1(3-10)-183/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-183/2026

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-183/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Iddiaçı “Göyçay-Inşaat” Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Göyçay Rayon Icra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli, 31№-li Sərəncamı ilə ünvan 2 saylı ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisi üçün verilmiş sxem üzrə 49,5x48,5 m ölçüdə torpaq sahəsinin “xxxx” MMC-yə ayrılması qərara alınmışdır.

2. Göyçay rayon IHB-nın ##.##.2024-cü il tarixli, *** №-li Sərəncamı ilə ünvan 2 saylı ünvanda yerləşən yaşayış binasının tikintisinə icazə verilməsi barədə ##.##.2020-ci il tarixli, 02№-li tikintiyə icazə sənədi ləğv edilmiş, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olmaqla və aidiyyəti qurumların rəyləri nəzərə alınmaqla yeni icazə sənədinin verilməsi məsələsinə baxılması qərara alınmışdır.

2. Göyçay rayon IH-nin ##.##.2024-cü il tarixli, ** №-li obyektin tikintisinə icazə sənədi ilə ünvan 2 saylı ünvanda çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir.

3. ##.##.2025-ci il tarixli Ö/****** nömrəli istismara hazırlıq aktında tikintinin başlanması tarixi ##.##.2019-cu il, qurtarması tarixi isə ##.##.2021-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq qeyd edilmiş məlumatlar Göyçay rayon IHB-nm ##.##.2025-ci il tarixli * №-li tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş texniki parametrlərə uyğundur.

4. Göyçay rayon IH-nin ##.##.2025-ci il tarixli, ** №-li tikinti obyektinin istismarına icazə sənədinə əsasən ünvan 2 saylı ünvanda yerləşən “xxxx” MTK-nın yaşayış binasının istismarına icazə verilmiş, sözügedən yaşayış binası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaşayış binaları Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.

5. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun ##.##.2024-cü il tarixli, ****/** №-li rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun ##.##.2024-cü il tarixli, **** saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.

6. Iddiaçı ünvan 2 saylı ünvanda çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

7. Imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** saylı Fərmanına uyğun olaraq sənədlərin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron qaydada təqdim edilmədiyindən müraciət təmin edilməmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

8. Iddiaçı “Göyçay-Inşaat” Mənzil-Tikinti Kooperativi cavabdeh “xxxx” PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsinə qarşı məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi barədə Göyçay Rayon Icra Hakimiyyəti başçının ##.##.2025-ci il tarixli * nömrəli Tikinti obyektinin istismarına Icazənin qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh “xxxx” PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxslə əvəz edilmişdir.

10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ünvan 2 ünvanında inşa edilmiş 1 ədəd 3 girişli 4-5 mərtəbəli (zirzəmili, birinci mərtəbəsi qeyri-yaşayış sahəsi) yaşayış binasının istismarına icazə verilməsi barədə Göyçay Rayon Icra Hakimiyyəti başçısının ## #### 2025-ci il tarixli ** nömrəli Tikinti obyektinin istismarına Icazənin qeydiyyata alınması barədə ərizə ilə cavabdeh1n ** saylı Ucar Ərazi Idarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Iddiaçı hesab edir ki, imtina tam əsassızdır və qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir. Imtinanı imzalayan vəzifəli şəxs məsələnin həllinə tam laqeyd yanaşaraq səhlənkarlığa yol vermiş və vəzifə səlahiyyətlərini aşaraq cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin tələblərini bilərəkdən tam təhrif etmiş, Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** saylı Fərmanına istinad etməsini əsaslandırmamışdır. Belə ki, həmin Fərman qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi qaydalarını müəyyənləşdirmişdir. Halbuki, “xxxx” MTK tərəfindən inşa edilmiş bina yaşayış binası olmaqla Göyçay rayon IHB tərəfindən həmin yaşayış binalarının istismarına icazə verilmiş və həmin binalar barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair ##.##.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göyçay Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, * nömrəli Sərəncamı ilə “xxxx” MTK-nın istifadəsində olan 0.24 ha torpaq sahəsində 4-5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, tikinti obyektinin layihəçisinin “AZƏRDÖVLƏTLAYIHƏ” dövlət baş layihə institutu olması qeyd edilmişdir. Yaşayış binasının memarlıq-planlaşdırma bölməsi “AZƏRDÖVLƏTLAYIHƏ” dövlət baş layihə institutu tərəfindən tərtib edilmiş, Dövlət Ekspertiza Baş Idarəsi ilə razılaşdırılmış, Göyçay rayon Icra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaşayış binaları Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Göründüyü kimi tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Göyçay rayon Icra hakimiyyətinin səlahiyyətində olmuş və Göyçay rayon IHB-nın 13,03.2025-ci il tarixli 7 JMb-li tikinti obyektinin istismarına icazə sənədi əsasında tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü qeyd olunaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Həmçinin ##.##.2025-ci il tarixli Ö/****** nömrəli istismara hazırlıq aktında tikintinin başlanması tarixi ##.##.2019-cu il, qurtarması tarixi isə ##.##.2021-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq qeyd edilmiş məlumatlar Göyçay rayon IHB-nm ##.##.2025-ci il tarixli 7 N2-II tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş texniki parametrlərə uyğundur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun ##.##.2024-cü il tarixli, 1512/11 N°-li rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun ##.##.2024-cü il tarixli, 1512 sayh iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.0.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi”-nin mahiyyəti də, mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunun təsdiq edilməsindən ibarətdir. Yəni, “tikinti obyektinin istismarına icazə sənədi” Ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Qrupunun iddia olunan “tikilinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə” qərarı məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Hazırkı iddia olunan yaşayış binasına münasibətdə hər iki sənəd mövcuddur və qeyd olunan hal tikinti obyektinin istismara yararlı olmasını və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü birbaşa sübut edir. Göründüyü kimi iddia olunan tikiliyə münasibətdə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinin dispoziyasında tələb olunan şərtlərin hamısı (torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi) yerinə yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon Icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Yuxanda qeyd edilmiş hallardan göründüyü kimi iddia olunan tikinti obyektinə münasibətdə Göyçay Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Göyçay Rayon Icra Hakimiyyətinin vəzifəsi olmuşdur. Göyçay Rayon Icra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də məhz həmin halın təsdiq edilməsidir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Göyçay Rayon Icra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Yuxarıda istinad edilmiş normativ hüquqi aktların məzmunundan aydın olur ki. verilən imtina formal əsaslarla əsaslandırılmış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.”.

11. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Göyçay şəhəri, Atatürk 77 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi barədə Göyçay Rayon Icra Hakimiyyəti başçısının ## #### 2025-ci il tarixli * nömrəli “Tikinti obyektinin istismarına icazənin qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh1 ** saylı Ucar Ərazi Idarəsinin üzərinə qoyulması” barədə iddiası etirazla qarşılanır. Iddiaçı ərizədə qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3- 21-3- 36/2- 2258/2025 xaricolma nömrəli, ##.##.2025-ci il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri yaşayış binasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlarla əsasən, Azərbaycan Respublikasının Inzibati Prosesual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər.”

12. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxsin üzərinə ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasına dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması öhdəliyi qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarındanda göründüyü kimi iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixli ** nömrəli tikinti obyektinin istismarına icazə sənədi əsasında ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüquqlarını qeydə almasından ibarətdir. Ilk növbədə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** nömrəli Fərmanı 2023-cü il ####un #-dək olan tikinti obyektlərinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti ilə bağlı istismarına icazə verilməsi qaydasını tənzimləyir və hazırkı tikilinin inşası ##.##.2025-ci il tarixdə başa çatdığından sözügedən Fərmana cavabdeh tərəfindən istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Bununla yanaşı yuxarıda qeyd edilən normalardan göründüyü kimi qanunvericilikdə tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşası və istismarı üzrə icraat mahiyyət etibarı ilə əsasən iki hissədən: tikintiyə icazənin verilməsi üzrə icraatdan və tikinti obyektinin istismarına icazə üzrə icraatdan ibarətdir. Bu icraatlar çərçivəsində səlahiyyətli qurumların tikintiyə aid müvafiq rəylərinə uyğun olaraq obyektin istismarına icazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edən orqan hazırkı halda “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin # ######## 2012-ci il tarixli *** nömrəli Fərmanının 4.7-1-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyətidir. Iş materiallarından da göründüyü kimi, Göyçay Rayon Icra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## ######## tarixli *** nömrəli qərarına uyğun olaraq ## #### 2025-ci il tarixli tikinti obyektinin istismarına ** nömrəli icazə verilmişdir. Qeyd olunmalıdır ki, mübahisəli tikilinin istismara qəbulu ilə bağlı yekun hakimiyyət iradəsi məhz ## #### 2025-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində ifadə olunur. Iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikili səlahiyyətli orqanın – yerli icra hakimiyyətinin qərarı əsasında istismara yaralı hesab edilmişdir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranaraq, hüquqlarını qeydə alınması üçün müraciət etmişdir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə onu da vurğulayır ki, hazırkı mübahisəyə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsində müəyyən edilən – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Iş üzrə qeyd edilən sənədlərin mövcudluğu təsdiq edilir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdeh isə sözügedən normada müəyyən edilmiş dispozisiya şərtlərinə deyil, ümumiyyətlə səlahiyyət sferasına aid olmayan sənədləri tələb etməklə iddiaçının hüquqlarını əsassız olaraq qeydə almaqdan imtina etmişdir. Məhkəmə ona diqqət çəkir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. Inzibati icraatın gedişində yol verilmiş pozuntular (olsa belə) icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. Inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

14. Cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə, çoxmənzilli yaşayış binasının təqdim edilmiş layihəyə və digər sənədlərdə qeyd olunan texniki göstəricilərə uyğun inşa edilib-edilməməsi, inşasının başa çatdırılıb-çatdırılmaması hallarını araşdırmamışdır

16. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh iş üzrə verdiyi apellyasiya şikayətində maddi hüquq normasının pozulması kimi qeyd olunan çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsini göstərmişdir. Halbuki, məhkəməyə və cavabdehə təqdim olunan sənədlərdən görünür ki, Göyçay Rayon Icra Hakimiyyəti başçısının ## #### 2019-cu il tarixli ** nömrəli Sərəncamı ilə Atatürk küçəsi ** saylı ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisi üçün verilmiş sxem üzrə 49.5 m x 48.5 m ölçüdə torpaq sahəsi “xxxx” MMC-yə ayrılmışdır və cavabdeh orqan tərəfindən həmin torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmçinin cavabdeh verdiyi apellyasiya şikayətində prosessual hüquq normasının pozulması kimi məhkəmənin çoxmənzilli yaşayış binasının təqdim edilmiş layihəyə və digər sənədlərdə qeyd olunan texniki göstəricilərə uyğun inşa edilib-edilməməsi, inşasının başa çatdırılıb- çatdırılmaması hallarının araşdırmamasını göstərmişdir. Halbuki məhkəmə qəbul etdiyi qərarda həmin məsələni tam araşdırmış və istinad etdiyi sənədlərə əsasən yaşayış binasının təqdim edilmiş layihəyə uyğun inşa edilməsini və inşasını başa çatdırılaraq Tikintilərin Dövlət Reyestrinə daxil edilməsini qeyd etmişdir. Cavabdehin verdiyi apellyasiya şikayəti tam əsassız və qanunsuz olduğu üçün təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər.

tərəflərin izahatları

17. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. Iddiaçı, məhkəmə kollegiyasının təklifinə uyğun olaraq ##.##.2026-cı il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 3 saylı ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizə IPM-nin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Maddə 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Maddə 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Maddə 75.14. Tikintiyə icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Maddə 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.

20. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin # ######## 2012-ci il tarixli *** nömrəli Fərmanı:

4. Müəyyən edilsin ki: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7- ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları;.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Cavabdehin nümayəndəsi, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

27. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 3 saylı ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia olunan yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində tələb olunan sənədlərin mövcud olub-olmaması, həmin sənədlərin tikintinin aparıldığı dövrdə hüquqi əhəmiyyəti qiymətləndirilməlidir.

30. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 79 və 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Mübahisəli tikili çoxmənzilli yaşayış binası olduğundan, həmin tikili - barəsində tikintiyə icazə tələb olunan tikinti obyektidir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il ######ın #-dən sonra inşa edilən tikililərə dair, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. Iş materiallarından görünür ki, Göyçay Rayon Icra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli, ** nömrəli sərəncamı ilə ünvan 3 saylı ünvanda, dövlət mülkiyyətində olan torpaq sahəsindən çoxmərtəbəli yaşayış binasının inşası üçün 49,5 x 48,5 metr ölçüdə ərazi iddiaçının istifadəsinə ayrılmış və iddia olunan yaşayış binası sözügedən 0,24 ha torpaq sahəsində inşa edilmişdir.

33. Həmçinin iş materiallarına Göyçay Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli “Obyektin tikintisinə icazə” sənədi və Göyçay Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli, ** nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi əlavə edilmişdir.

34. ##.##.2025-ci il tarixli, Ö/****** nömrəli istismara hazırlıq aktında tikintinin başlanma tarixi ##.##.2019-cu il, başa çatma tarixi isə ##.##.2021-ci il göstərilmişdir.

35. Hazırkı iş üzrə məhkəmə tərəfindən sözügedən yaşayış binasına dair tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi həm iddiaçıdan, həm də tikintiyə icazə icraatını aparmış Göyçay Rayon Icra Hakimiyyətindən tələb edilmişdir. Buna baxmayaraq, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi məhkəməyə təqdim edilməmişdir. Halbuki obyektin tikintisinə və istismarına icazə sənədlərində tikinti obyektinin layihəçisi kimi “Azərdövlətlayihə” DBLI göstərilmişdir.

36. Nəzərə alınmalıdır ki, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan zəruri sənədlərdən biridir. Məhz həmin sənəd vasitəsilə tikintiyə icazədə nəzərdə tutulmuş layihə göstəricilərinin, eləcə də istismara icazədə əks olunmuş faktiki göstəricilərin təsdiq edilmiş layihəyə və inşa edilmiş tikiliyə uyğunluğu yoxlanıla bilər.

37. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikintiyə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı halda icazə verilir.

38. Həmin Məcəllənin 75.5–75.7-ci maddələrinin məzmunundan görünür ki, tikintiyə icazə verilməzdən əvvəl tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy alınmalı, həmin rəy müsbət olduqda isə tikintiyə icazə ilə fəaliyyət sferasına və maraqlarına toxunulan aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməli, tələb olunan hallarda layihə ekspertizadan keçirilməli və yalnız bundan sonra tikintiyə icazə verilməsi və ya icazədən imtina edilməsi barədə qərar qəbul edilməlidir.

39. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinin tikintinin aparıldığı (2019–2021-ci illər) dövrdə qüvvədə olmuş redaksiyasına əsasən, tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunurdu. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab olunurdu. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, onlar tikintiyə icazədə mütləq göstərilməli idi.

40. Göstərilən normaların birgə təhlili onu göstərir ki, tikintiyə icazə institutu şəhərsalma və tikinti məcəlləsində tikinti fəaliyyəti başlanmazdan əvvəl həyata keçirilən dövlət nəzarəti kimi nəzərdə tutulmuşdur. Bu icraat çərçivəsində torpaq sahəsi üzərində aparılacaq tikintinin layihəsinin şəhərsalma sənədlərinə və normativ tələblərə uyğunluğu, aidiyyəti qurumların rəyləri əvvəlcədən yoxlanılmalı və yalnız bundan sonra tikinti işlərinə başlanmasına icazə verilməlidir.

41. Tikinti işlərinin başlanmasından əvvəl aparılmalı olan bu icraat tikintinin şəhərsalma sənədlərinə və normativ tələblərə riayət olunmaqla həyata keçirilməsini təmin edir və Məcəllənin 75-ci maddəsi baxımından tikinti işlərinə başlanması üçün hüquqi əsas yaradır.

42. Nəzərə alınmalıdır ki, tikintiyə icazə öz hüquqi təbiətinə görə gələcəkdə həyata keçiriləcək tikinti fəaliyyətinə münasibətdə qəbul edilən və həmin fəaliyyətə başlanmasına hüquqi əsas yaradan inzibati aktdır. Odur ki, tikintiyə icazə artıq inşası başa çatmış tikilinin sonradan leqallaşdırılması məqsədilə tətbiq edilə bilməz.

43. Iş materiallarından görünür ki, mübahisəli yaşayış binasının tikintisinə ##.##.2019-cu il tarixdə başlanılmış və tikinti ##.##.2021-ci il tarixdə başa çatdırılmışdır. Başqa sözlə, tikinti işlərinə Göyçay Rayon Icra Hakimiyyətinin ##.##.2020-ci il tarixli ilkin tikintiyə icazə sənədi verilməzdən əvvəl başlanılmışdır.

44. Göyçay Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı ilə ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasının tikintisinə icazə verilməsi barədə ##.##.2020-ci il tarixli, ** nömrəli tikintiyə icazə sənədi ləğv edilmişdir. Həmin sərəncamın əsaslandırılmasında göstərilmişdir ki, sözügedən icazə sənədi şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun verilməmiş, tikintiyə icazə verilərkən aidiyyəti qurumların rəyləri alınmamış, sənədə müvafiq məlumatlar daxil edilməmiş (və ya tam daxil edilməmiş), icazə sənədinin verilməsi üçün əsas olan aidiyyəti qurumların rəyləri isə həmin tarixdən xeyli sonra alınmışdır.

45. Ilkin tikintiyə icazə sənədinin ##.##.2020-ci il tarixdə verilməsi (ləğv edilmiş) onu göstərir ki, iddia olunan qeyri-yaşayış binasının tikintisinə ümumiyyətlə onun inşasına icazə verilmədən başlanılmış, həmin bina üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı prosesinin həyata keçirilməsi üçün zəruri olduğundan tikintiyə icazə sənədi formal olaraq tərtib edilmişdir.

46. Göyçay Rayon Icra Hakimiyyəti tərəfindən iddia olunan çoxmənzilli yaşayış binasına sonradan ##.##.2024-cü il tarixli, ** nömrəli tikintiyə icazə sənədi verilmişdir. Lakin həmin tarixdə mübahisəli yaşayış binasının tikintisi artıq başa çatmışdı (##.##.2021-ci il tarixdə).

47. Göründüyü kimi ##.##.2020-ci il tarixli, ** nömrəli tikintiyə icazə sənədi onu qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmiş, daha sonra artıq tikintisi başa çatmış tikiliyə münasibətdə tikintiyə icazə sənədi verilmişdir.

48. Lakin, ##.##.2024-cü il tarixli tikintiyə icazə sənədinin verildiyi vaxt həmin icazənin hüquqi əsas yaratmalı olduğu tikinti fəaliyyəti artıq faktiki olaraq başa çatmışdı.

49. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli yaşayış binasının tikintisinə ##.##.2019-cu il tarixdə, yəni ilkin tikintiyə icazə sənədi verilməzdən əvvəl başlanılmış, ##.##.2020-ci il tarixli ilkin tikintiyə icazə sənədi sonradan şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun verilməməsi əsasları ilə ləğv edilmiş, iddiaçı həmin ləğvetmə sərəncamını mübahisələndirməmiş, növbəti dəfə ##.##.2024-cü il tarixli tikintiyə icazə sənədi isə artıq ##.##.2021-ci ildə başa çatmış tikintiyə münasibətdə verilmişdir.

50. Odur ki tikinti işləri başa çatdıqdan sonra verilmiş həmin icazə sənədi 2019–2021ci illərdə həyata keçirilmiş tikinti işlərinə (icazəsiz və ya qanunvericiliyə uyğun olmayan icazə əsasında aparılmış) münasibətdə Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuş “tikinti işlərinə başlanması üçün hüquqi əsas” kimi qiymətləndirilə bilməz.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli tikintiyə icazə sənədi tikintiyə icazə icraatında qəbul edilməli olan, ŞTM-nin 75-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı əvəz etmir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş anlamda tikintiyə icazə sənədi kimi nəzərdən keçirilə bilməz.

52. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinin məzmununa görə, tikinti obyektinin istismarına icazə tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikilməsini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddir.

53. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ##.##.2024-cü il tarixli tikintiyə icazə sənədinin artıq başa çatmış tikintiyə münasibətdə verilməsi ##.##.2025-ci il tarixli, ** nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin də, sənədləşmə prosesinin tamamlanması məqsədilə formal tərtib edilməsi qənaətini yaradır.

54. Belə ki, istismara icazə sənədində tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi göstərilsə də, tikintinin aparıldığı dövrdə verilmiş ilkin tikintiyə icazə sənədi qanunvericiliyə uyğun verilməməsi əsasları ilə ləğv edilmiş, yeni tikintiyə icazə isə tikinti başa çatdıqdan sonra verilmişdir. Belə olan halda, ilkin olaraq icazəsiz, daha sonra isə qanunvericiliyə uyğun olmayan icazə əsasında aparılmış mövcud tikilinin şəhərsalma və tikinti normativlərinə uyğun inşa edilməsi qənaətinə gəlmək mümkün deyildir.

55. Kollegiya hesab edir ki, mübahisəli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər tam şəkildə yerinə yetirilmədiyindən cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.

56. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olsa da, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları hazırkı iddianın əsassız olması qənaəti yaratdığından, hər bir halda cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilir. Iddiaçı “Göyçay-Inşaat” Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx” publik hüquqi şəxsinə qarşı “ünvan 3 saylı ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar