Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-184/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmaqla ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “2024-cü ilin mart ayından etibarən əmək pensiyasının 1909 manat hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsinə əsasən, “iddiaçıya verilən pensiya diqqətsizlik üzündən azaldılmış, əsassız tutulmalara yol verilmişdir. Iddiaçının aylıq pensiyası 2023-cü ildə 1711 manat olmuş, 2024-cü ildə artaraq 1902 manat olmuşdur. Həmin artım məbləğinin 2024-cü ilin yanvar-fevral aylarında almışdır. Lakin 2024-cü ilin mart ayından hesabına 1902 manat əvəzinə 1492 manat, aprel ayından 1540 manat köçürülmüşdür. Iddiaçı bununla əlaqədar cavabdeh nazirlikdə olmuş və ərizə vermişdir. Iddiaçıya izah etmişlər ki, 1997-ci ildə əmək pensiyasına çıxarkən iş stajı səhv hesablanmışdır. Guya iş stajı faktiki olaraq 20 il 10 ay yox, pensiyaya çıxdığı 60 ayda olan iş stajı ilə hesablanmalı imiş. Yəni, qulluq stajı 10 ildən 15 ilə qədər olan aylıq vəzifə maaşına əlavə 20 faizlə hesablanmalı imiş. Halbuki, həmin artım 9 faizlə hesablanmışdır. Iddiaçıya aylıq vəzifə maaşına əlavə dövlət qulluğu stajına uyğun oluruq 30 faizlə hesablanmışdır. 17 ildir ki, həmin qayda ilə pensiya alır. Burada heç bir qanunsuzluq yoxdur ki, cavabdeh iddiaçının pensiyasını ayda 250 manat azaltmaqla hələ iddiaçıya son 3 il ərzində 6802.11 manat borc hesablanmışdır. Bu tamamilə qanunsuzluqdur. Belə ki, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi ilə ödənilməsi qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2002-ci il tarixli *** nömrəli Fərmanında bu şərtlər dəqiq göstərilmişdir. Iddiaçı qeyd etmişdir ki, 2016-cı ildə də bu hadisə başına gəlmiş, ona görə də Baş Nazirin müavini cənab Əli Əhmədovun qəbulunda olmuş, ona şikayət ərizəsi vermişdir. Onun tapşırığı əsasında 2016-cı ildə komissiyada iddiaçının şikayətinə baxılmış, aylıq pensiyası 568.53 manatdan, 786.93 manata qaldırılmış, yəni hüququ bərpa edilmişdir. Iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli 665 Fərmanı ilə təsdiq edilmiş, vəzifə maaşına əlavə ardıcıl işlədiyi dövrdən iddiaçıya verilməmişdir. Yəni, 20 il 10 ay 19 gün üçün. Ona görə də iddiaçıya 9 il staja həmin artımın verilməsini, qalan illər üçün verilməməsini, hüququnun pozulması hesab edir. Iddiaçı uzun bir müddət dövlətin rəhbər strukturlarında işləmiş bir şəxsdir. Cavabdeh orqanın mövqeyi ilə heç bir halda razılaşmır. Bütün bunları əsassız hesab edir. Iddiaçıya qarşı ediləni ədalətsiz bir mövqe kimi başa düşür. Yuxarıda sadaladığı hallar real bir həqiqətdir. Bütün bunlardan cavabdeh orqanın yayınması qeyd etdiklərini praktika ilə uzlaşdırması doğru və ədalətli deyil. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndində qeyd edilir ki; Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşaağıdakı qaydada hər ay əlavə haqq ödənilir: Qulluq stajı (il) aylıq vəzifə maaşına əlavə (fazilə) 1 ildən-5 ilədək 5, 5 ildən – 10 ilədək 10, 10 ildən – 15 ilədək 20, 15 ildən yuxarı
30. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bu qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Dövlət X6 tərəfindən aradan qaldırılır. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır. Eləcə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli ** nömrəli Fərmanı ilə dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanma Qaydalarının 3-cü bəndində deyilir ki; Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövrün 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydalarının 3-cü bəndində deyilir ki; Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla, dövlət məvacibi yenidən hesablanır. 8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Pensiya təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. Iddiaçı 2024-cü ilin mart ayından etibarən əmək pensiyasının 1909 manat hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair məhkəmə qərarı qəbul edilməsini qanuni və əsaslı hesab edir. Iddiaçının əmək pensiyası 1909 manatdır.”
3. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçı İddiaçı Şəki Inzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, Fondun Yevlax rayon şöbəsi tərəfindən ona ## ##### 2007-ci ii tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin edilən zaman onun dövlət qulluğu vəzifəsində 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq ##.##.2024-cü il tarixədək iddiaçıya pensiya məbləği düzgün hesablanaraq ödənilməmiş, nəticədə artıq ödəmə yaranmışdır. Odur ki, o, dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın ##.##.2024-cü il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya hüququnun yarandığı ##.##.2007-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılmışdır. Iddiaçıya dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar ##.##.2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 711,67 manat, qulluq stajına görə əlavə 64.05 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 125,00 manat olmaqla orta aylıq əməkhaqqı 980,72 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (980,72 manat) 80 faizi - 784,57 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin ##.##.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2017-ci il tarixədək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği ##.##.2017-ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixədək qüvvədə olmuş “##.##.2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla 15 il qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin ##.##.2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 20 il 10 ay 19 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67,50 faiz təşkil etmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının ##.##.2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 781,92 manat, qulluq stajına görə əlavə 70.46 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 137,50 manat olmaqla orta aylıq əməkhaqqı 1070,88 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada ##.##.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (980,72 manat) ilə ##.##.2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqının (1070,88 manat) arasındakı fərq məbləğinin (90,16 manat) 67,50 faizi - 60,86 manat ##.##.2018-ci il tarixədək hesablanmış pensiyasının (784,57 manat) üzərinə əlavə olunmaqla iddiaçıya məxsus əmək pensiyası 845,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar ##.##.2019-cu il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1176,83 manat, qulluq stajına görə əlavə 105,92 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 206,67 manat olmaqla orta aylıq əməkhaqqı 1569,42 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin ##.## 2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada ##.##.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (1070,88 manat) ilə ##.##.2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (1569,42 manat) arasındakı fərq məbləğinin (498,54 manat) 67,50 faizi - 336,51 manat ##.##.2019-cu il tarixədək hesablanmış pensiyasının (845,43 manat) üzərinə əlavə olunmaqla iddiaçıya məxsus əmək pensiyası 1181,94 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1356,78 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3883,95 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar ##.##.2023-cü il tarixdən iddiaçının əmək pensiyası 1491,26 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ##.##.2023- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 17895,12 manat əmək pensiyası ödənilməli olduğu halda 20322,70 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə 2427,58 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, əmək pensiyalarının ##.##.2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1658,28 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar və fevral ayları üzrə ona hər ay 1907,57 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən iddiaçıya ümumilikdə 490,58 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, son 3 il üzrə iddiaçıya ümumilikdə 6802,11 manat (3883,95+2427,58+490,58) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 6802,11 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün o yazılı razılığının alınması məqsədilə Mərkəzi Filiala dəvət olunmuş, lakin gəlməmişdir. Həmçinin bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 209,88 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin 209,88 manat pul vəsaitinin 165,82 manat hissəsi cari ilin mart ayında, 44,06 manatı isə aprel ayında iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir". “Dövlət qulluğu haqqında" Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır". Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 67-ci maddəsində qanunsuz inzibati aktın ləğv olunması tənzimlənmişdir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin məcəllənin 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunan müddəa inzibati aktın bütünlüklə ləğv edilməsini özündə ehtiva edir. Həmin maddədə inzibati aktın ləğv edilməsi dedikdə hüquqi müdafiə vasitələrindən istifadə edilmədən ləğv etmə başa düşülür. Maddi anlamda, bu, eyni iş barəsində yeni inzibati aktın qəbulu deməkdir. Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş qanunsuz inzibati akt dedikdə Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt başa düşülməlidir. Inzibati akt o halda qanunsuz hesab edilir ki, onun qəbul edilməsi zamanı hüquq normaları səhv tətbiq edilsin və ya qərarın qəbul edilməsi zamanı işin halları səhv müəyyən edilsin. Cavabdehə təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın qanunsuz əlverişsiz və ya qanunsuz əlverişli inzibati akt olub-olmaması müəyyən edilməlidir. Hesab edirik ki, cavabdehə təyin edilmiş ailə başçısını itirməyə görə pensiyası qanunsuz əlverişli inzibati aktdır. Belə ki, əlverişli inzibati akt “status quo” dan status quo plusa”-a olan dəyişiklikdir. Yəni cavabdehin xeyrinə hüquq və imtiyaz müəyyən edilmişdir. Hər nə qədər Qanunun 67.5-ci maddəsində maraqlı şəxslərin əlverişli mövqeyinə olan maraqları qorunmalıdır qeyd olunsa da, bununla yanaşı etimad hüququna istinad edilə bilməyən halları da müəyyən edən şərtlər də nəzərdə tutulmuşdur. Bu hallar (başqa şəxslərin qanunla qorunan maraqlarına və hüquqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğu hallar) mövcud olduğu zaman maraqlı şəxs öz etimad hüququna istinad edə bilməz. Eyni zamanda Qanunun 67.6.3-cü yarımbəndində qeyd olunur ki, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda da şəxs öz qorunan etimad hüququna malik ola bilməz. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.”
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) # ###### 2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçıya hüququnun yarandığı ##.##.2007-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılmışdır. Iddiaçıya dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar ##.##.2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 711,67 manat, qulluq stajına görə əlavə 64,05 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 125,00 manat olmaqla orta aylıq əməkhaqqı 980,72 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (980,72 manat) 80 faizi - 784,57 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin ##.##.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2017-ci il tarixədək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği ##.##.2017-ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyər edilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixədək qüvvədə olmuş “##.##.2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla 15 il qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin ##.##.2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 20 il 10 ay 19 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67,50 faiz təşkil etmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının ##.##.2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 781,92 manat, qulluq stajına görə əlavə 70,46 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 137,50 manat olmaqla orta aylıq əməkhaqqı 1070,88 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada ##.##.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (980,72 manat) ilə ##.##.2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqının (1070,88 manat) arasındakı fərq məbləğinin (90,16 manat) 67,50 faizi - 60,86 manat ##.##.2018-ci il tarixədək hesablanmış pensiyasının (784,57 manat) üzərinə əlavə olunmaqla iddiaçıya məxsus əmək pensiyası 845,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar ##.##.2019-cu il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1176,83 manat, qulluq stajına görə əlavə 105,92 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 206,67 manat olmaqla orta aylıq əməkhaqqı 1569,42 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada ##.##.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (1070,88 manat) ilə ##.##.2019-cu il tarixdən sonrakı orta aylıq əməkhaqqının (1569,42 manat) arasındakı fərq məbləğinin (498,54 manat) 67,50 faizi - 336,51 manat ##.##.2019-cu il tarixədək hesablanmış pensiyasının (845,43 manat) üzərinə əlavə olunmaqla iddiaçıya məxsus əmək pensiyası 1181,94 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1356,78 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3883,95 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar ##.##.2023-cü il tarixdən iddiaçının əmək pensiyası 1491,26 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 17895,12 manat əmək pensiyası ödənilməli olduğu halda 20322,70 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə 2427,58 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda əmək pensiyalarının ##.##.2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1658,28 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar və fevral ayları üzrə ona hər ay 1907,57 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən iddiaçıya ümumilikdə 490,58 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, son 3 il üzrə iddiaçıya ümumilikdə 6802,11 manat (3883,95+2427,58+490,58) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 6802,11 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün o, yazılı razılığının alınması məqsədilə Mərkəzi Filiala dəvət olunmuş, lakin gəlməmişdir. Həmçinin, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 209,88 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin 209,88 manat pul vəsaitinin 165,82 manat hissəsi cari ilin mart ayında, 44,06 manatı isə aprel ayında iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. Inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Göründüyü kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəx; yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli, **** nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnamə: təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” “Inzibati icraat haqqında” və “Informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi üçür əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Mərkəzi Filial inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Mərkəzi Filial əsasnaməsinin tələbləri baxımından tədbirlər görərkən “Inzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Məhkəmə əsaslandırmasına münasibətdə bildiririk ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin sosial təminat sisteminin əsas prinsiplərindən biri də ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. ##.##.1971-ci il tarixli nömrəli Əmək kitabçası;
2. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubu;
3. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1950-cı il təvəllüdlüdür.
4. Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin ##.##.2016-cı il tarixli **/*** nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Əli Əhmədova ünvanladığınız şikayəti ilə əlaqədar olaraq şöbədə komissiya təşkil edildi. Sizə ##.##.2007-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən əlavə dövlət qulluqçusu iş stajınız qəbul edilməklə, orta aylıq əmək haqqınız artırılmaqla ##.##.2013-cü il tarixdən aylıq pensiyanız 568,53 manatdan 786,93 manata qaldırılmışdır. Həmin tarixdən ödənilməyən məbləğiniz ##.##.2016-cı il tarixdə ödəniləcəkdir.
5. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair arayışların surəti.
6. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Yevlax rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı adıçəkilən şəxsə vaxtilə pensiya təyin edilərkən dövlət qulluğu pensiyasının düzgün müəyyən edilmədiyi aşkar olunub. Belə ki, İddiaçı pensiyası hesablanan ##.##.1987-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzindəki müvafiq qulluq illərinə uyğun olaraq 5 ildən az qulluq müddəti olan 12 ay üçün vəzifə maaşının 5 faizi, 5 ildən çox qulluq müddəti olan 48 ay üçün isə 10 faizi miqdarında əlavə hesablanmalı (12x5+48x10):60=9 %) olduğu halda rayon şöbəsi adıçəkilən şəxsə 30% qulluq əlavəsi müəyyən edib. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ###### 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 711,67 manat, qulluq stajına görə vəzifə maaşının 9 faizi (vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (##.##.1987-##.##.1992- ci il tarixləri arasındakı dövr) ərzindəki müvafiq qulluq illərinə uyğun olaraq 5 ildən az qulluq müddəti olan 12 ay üçün vəzifə maaşının 5 faizi, 5 ildən çox qulluq müddəti olan 48 ay üçün isə faizi miqdarında əlavə hesablanmaqla (12x5+48x10):60=9)) miqdarında əlavəsi 64,05 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 125 manat olmaqla orta aylıq əmək haqqısı 980,72 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (980,72 manat) 80 faizi-784,57 manat məbləğində hesablanıb. "Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş "2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin # #### 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 20 il 10 ay 19 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67,50 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı # #### 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 782,92 manat, qulluq stajına görə əlavəsi 70,46 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 137,50 manat olmaqla orta aylıq əmək haqqısı 1070,88 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # #### 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (980,72 manat) ilə # #### 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1070,88 manat) arasındakı fərq məbləğinin (90,16 manat) 67,50 faizi-60,86 manat # #### 2018-ci il tarixinədək hesablanmış pensiyanın (784,57 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 845,43 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ######## 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1176,83 manat, qulluq stajına görə əlavəsi 105,92 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 206,67 manat olmaqla orta aylıq əmək haqqısı 1569,42 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı # ######## 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (1070,88 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1569,42 manat) arasındakı fərq məbləğinin (498,54 manat) 67,50 faizi-336,51 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyasının (845,43 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1181,94 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1356,78 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə adıçəkilən şəxsə 3883,95 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən İddiaçı əmək pensiyası 1491,26 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 17895,12 manat əmək pensiyası ödənilməli olduğu halda, 20322,70 manat ödənilib. Bu səbəbdən də həmin dövr üzrə adıçəkilən şəxsə 2427,58 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 1658,28 manat məbləğində hesablanmalı olduğu halda, 2024cü ilin yanvar və fevral ayları üzrə ona hər ay 1903,57 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ümumilikdə adıçəkilən şəxsə 490,58 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ona ümumilikdə 6802,11 (3883,95+2427,58+490,58) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün İddiaçı 209,88 manat artıq pul vəsaiti ödənilib. Həmin 209,88 manat pul vəsaiti 2024-cü ilin mart və aprel aylarında adıçəkilən şəxsin əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Mərkəzi Filiala İddiaçı ## ### 2024-cü il tarixində daxil olmuş müraciətilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına əsasən pensiyası yenidən hesablanaraq ## ### 2021-ci il tarixindən 1186,90 manat, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən 1497,51 manat, növbəti dəfə indeksləşdirilmə ilə əlaqədar # ###### 2024-cü il tarixindən 1665,23 manat məbləğində müəyyən edilib.
TƏTBIQ EDILƏN HÜQUQ
12. Inzibati Prosessual Məcəllə: Maddə 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 26.1. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddə 26.2. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Maddə 26.3. 2017-ci il ####un #-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və hərbi xidmətdən buraxıldıqda; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. 7.5. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği Qanunun 39-cu maddəsinə əsasən pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur.
15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (IPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı 2024-cü ilin mart ayından azaldılan pensiya məbləğinin bərpa edilməsindən ibarətdir.
20. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçıya ## ##### 2007-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan müvafiq qanunvericiliyə uyğun pensiyanın məbləği bir neçə dəfə artmış, ##.##.2024-cü il tarixə indeksləşmə ilə əlaqədar iddiaçının pensiyası 1907,57 manat məbləğində müəyyən edilmişdir.
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, pensiya təyin edilən zaman iddiaçının dövlət qulluğu vəzifəsində 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq iddiaçıya pensiya məbləği düzgün hesablanaraq ödənilməmiş, nəticədə son üç il üçün ümumilikdə 6802,11 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub və buna görə də ## #### 2024-cü il tarixindən iddiaçının pensiyası 1903,57 manatdan 1658,28 manata azaldılmışdır.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ilk növbədə cavabdeh inzibati orqanın iddiaçı barəsində apardığı inzibati icraat nəticəsində onun pensiya məbləği azaldılmış, lakin bununla bağlı hər hansı inzibati aktın qəbul edilməsini təsdiq edən sənəd nə iddiaçıya nə məhkəməyə təqdim edilməmişdir.
24. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya # ##### 2007-ci il tarixdən sonrakı artımlarla birlikdə ##.##.2024-cü il tarixədək pensiya ödənilmişdir.
25. Belə ki, 27 ildən sonra iddiaçı barəsində qəbul edilmiş əlverişli aktın ləğv edilməsini zəruri edən və qanundan irəli gələn faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut olunmalıdır.
26. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
27. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
28. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarı).
29. “Inzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
30. Cavabdeh iddiaçının pensiyasının yedinən hesablanmasının zəruriliyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndi ilə şərtləndirsə də iş üzrə belə bir zərurətin mövcudluğu müəyyən edilmir.
31. *-*(***)-****/**** nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası aşağıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir.
32. Həmin Qərarda göstərilir ki, “....Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də IPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin IPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “Inzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
33. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.”
34. Göründüyü kimi yuxarıda qeyd olunan qərarda sadalanan normaların məqsədi inzibati orqanın əvvəlki qərarını istənilən vaxt yenidən nəzərdən keçirməsinin qarşısını almaqla hüquqi müəyyənliyin, hüquqi sabitliyin və şəxslərin inzibati aktlara olan etimadının qorunmasını təmin etməkdir. Əks yanaşma iddiaçının öz hüquqi vəziyyətini və həyat şəraitini proqnozlaşdırmaq imkanını aradan qaldırar və inzibati orqanların fəaliyyətinə olan etimadı zəiflədər.
35. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalı, əvvəlki qərarın dəyişdirilməsini şərtləndirən halları müəyyən etməli, həmin halların ona nə vaxt məlum olduğunu müəyyənləşdirməli və 67.12-ci maddədə nəzərdə tutulmuş bir illik müddətin ötüb-ötmədiyini qiymətləndirməlidir. Yalnız bu şərtlər mövcud olduqda əvvəlki qərarın tam və qismən dəyişdirilməsi mümkündür.
36. Hazırkı halda isə cavabdeh inzibati orqan 27 ildən sonra iddiaçı barəsində qəbul edilmiş qərarı bir illik müddət ərzində deyil, həmin müddət keçdikdən xeyli sonra dəyişdirmişdir. Bu baxımdan cavabdehin iddiaçıya təyin edilən pensiyanın azaldılması üçün əsaslar olsa belə həmin inzibati orqana istənilən vaxt pensiyanın məbləğini dəyişdirmək hüququ vermir. Belə səlahiyyətin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət şərtinə əməl olunmalıdır. Belə olan halda, iddiaçı barəsində qəbul edilmiş qərarın dəyişdirilməsini və pensiya məbləğinin azaldılmasını zəruri edən faktiki hallar iş üzrə müəyyən edilməməklə yanaşı, iş üzrə inzibati icraatda işin hallarının obyektiv araşdırılması da şübhə doğurur.
37. Belə ki, iddiaçıya başlanılmış inzibati icraatla bağlı ## #### 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi bildirilsə də ## #### 2024-cü il tarixində artıq iddiaçının pensiyası 1903,57 manatdan 1658,28 manata azaldılmışdır. Bu müddət isə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa yetərli hesab edilə bilməz.
38. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.