Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-185/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi Məmmədov İlqar Sərdar oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1970-ci ildə Yevlax rayonu Hürüuşağı kəndində anadan olmuşdur. Burada orta məktəbə getmişdir. Orta məktəbi bitirdikdən sonra keçmiş Yevlax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1988-ci ilin may ayından 1991-ci ilin may ayı da daxil olmaqla keçmiş Sovetlər İttifaqı dövründə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıtmışdır. Bundan sonra 1992-ci ildə müharibənin qızğın dövründə Səfərbərliklə əlaqədar keçmiş Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqların müdafiəsi uğrunda, əzəli Azərbaycan torpağı olan Qarabağ uğrunda Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşmək üçün hərbi xidmətə çağırılmışdır. Hərbi Komissarlıqdan xidmət etmək üçün həmin dövrdə fəaliyyət göstərən *** nömrəli Yevlax özünümüdafiə batalyonuna göndərilmişdir. O, həmin hərbi hissədə 1992-ci ilin yanvar ayından 1993-cü ilin yanvar ayının 31-də qədər daxil olmaqla hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissədə xidmət etdiyi müddətdə o, bütün təminatlarla təmin olunmuş, o cümlədən xidməti ilə əlaqədar maaş da almışdır. N nömrəli hərbi hissə Yevlax özünümüdafiə batalyonunu əvvəlcə Müdafiə Nazirliyinin tabeliyində olmaqla fəaliyyət göstərmiş, sonra isə Müdafiə Nazirliyinin qərarına əsasən *** nömrəli briqadanın tabeliyində olmaqla fəaliyyət göstərmişdir. Batalyona verilən döyüş tapşırıqları batalyonun şəxsi heyət üzvləri tərəfindən layiqincə yerinə yetirilmişdir. Aparılan döyüşlər ərəfəsində batalyonun şəxsi heyət üzvlərindən şəhid olanlar olmuş, yaralananlar da vardır. Batalyon 1992-ci il fevral ayından may ayına kimi Şuşa şəhərinin və onun kəndlərinin müdafiəsində, 1992-ci ilin iyun ayından Tərtər rayonunun Əksipara, Qapanlı kəndlərinin müdafiəsində, 1992-ci ilin iyul ayından 1993-cü ilin yanvar ayı da daxil olmaqla Ağdərə rayonunun və kəndlərinin erməni işğalçılarından azad edilməsi uğurunda aparılan döyüşlərdə və müdafiəsində fəal iştirak etmişdir. Batalyonun apardığı bütün döyüşlərdə o da fəal iştirak etmişdir. Onun bu döyüşlərdə iştirakını başda komandir batalyon olmaqla sağ qalan bütün şəxsi heyət üzvləri təsdiq edə bilərlər. Aparılan döyüşlər ərəfəsində batalyonun şəxsi heyət üzvlərindən Şuşa şəhəri və onun kəndlərinin müdafiəsi zamanı şəhid olanlar olmuşdur. Bundan əlavə, o cümlədən 1992-ci ildə Ağdərə rayonunun erməni işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə N nömrəli hərbi hissənin şəxsi heyət üzvlərindən Ağdərə rayonunun Metçişen kəndi, Kasapet kəndi və Çıldıran kəndləri uğrunda əmr əsasında aparılan döyüşlərdə də şəhid olanlar olmuşdur. O, onu da qeyd edir ki, həmin hərbi hissədə xidməti barədə, döyüşlərdə iştirakı barədə hərbi biletində qeydlər aparılmışdır. Lakin çox təəssüflər olsun ki, hərbi bileti itdiyindən məhkəməyə təqdim edə bilmir. Bütün bunlara baxmayaraq o, indiyə qədər neçə illərdir çalışsa da, müraciətlər etsə də müharibədə iştirakı ilə əlaqədar əlinə əsaslandırıcı sənəd olan veteranlıq vəsiqəsini ala bilməmişdir. Halbuki bu onun haqlı tələbidir. Səbəblərdən biri də əlində olan sənədlərdən əlavə xidməti ilə əlaqədar arxiv arayışının olmaması olmuşdur. Həmin Arxiv arayışının olmaması səbəbindən o, haqqını tələb edə bilmirdi. Halbuki o, torpaqların müdafiəsi uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə dəfələrlə ölümlə üz-üzə gəlmişdir. İndiki zamanda isə o, haqqını tələb edə bilmir. Bununla əlaqədar o, Cavabdeh Mərkəzi Arxivinə müraciət edərək bu məsələnin həllində ona köməklik olunmasını və göstərilməsini xahiş etmişdir. Cavabdeh Mərkəzi Arxivindən ona cavab gəlmişdir. Bundan sonra o, həmin arxiv arayışının surətini və əlində olan sənədləri notarial qaydada təsdiqlədərək veteranlıq vəsiqəsi almaq üçün Cavabdeh aparatı nəzdində "Veteran adlarının və vəsiqəsinin verilməsi üzrə komissiyaya” ##.##.2025-ci il tarixdə göndərmişdir. Neçə illərdir əziyyət çəkdiyinə görə müharibədə iştirakı ilə əlaqədar bu məsələnin həllində, yəni ona veteranlıq vəsiqəsinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh aparatı nəzdində "Veteran adlarının və vəsiqəsinin verilməsi üzrə komissiyadan"' ona ünvanlanan ##.##.2025-ci il tarixli 3-25-14/2-M-7337- **/**** nömrəli cavabında qeyd olunaraq göstərilmişdir ki, Cavabdeh aparatı nəzdində “Veteran adlarının və vəsiqəsinin verilməsi üzrə komissiyanın” ##.##.2025ci il tarixli iclasında məsələyə baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. O cümlədən qeyd olunur ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən xidmətinə və döyüş əməliyyatlarında iştirakına dair N nömrəli hərbi hissə komandirinin ##.##.1992- ##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində məlumat aşkar olunmadığına görə ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. O, qeyd edir ki, komissiyaya göndərilən sənədlərin içərisində Cavabdeh Mərkəzi arxivindən ona ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-**/*-M***-**/**** nömrəli arayışı da vardır. Həmin arxiv arayışında N nömrəli hərbi hissənin pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısında pul təminatı ilə təmin olunmağı qeyd edilmişdir. Həmin maaş ona xidməti əsasında verilən maaş olub. O cümlədən həmin arxiv arayışında aldığı maaşın bütün ayları yox, cəmi bir neçə ayı göstərilmişdir. Göstərilən aylar iyul, avqust, sentyabr aylarıdır. Digər bir məsələ həmin arxiv arayışında qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Cavabdeh Mərkəzi Arxivinə təhvil verilmədiyindən barəsində araşdırılma apara bilmirlər. Bunu, onunla N nömrəli hərbi hissədə xidmət edən bütün döyüşçü yoldaşları təsdiqləyə bilərlər. Əgər xidməti barədə Mərkəzi Arxivə heç bir məlumat verilməyibsə bu onun günahı deyil.
3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən iddiaçının xidməti və döyüş əməliyyatlarında iştirakına dair N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində məlumat aşkar olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Lakin Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən iddiaçının xidməti və döyüş əməliyyatlarında iştirakına dair N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində məlumat aşkar edilməmişdir. Beləliklə, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya alma) haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ##.##.1988ci il tarixdən ##.##.1991-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəli qovluğunda N nömrəli hərbi hissəyə pul təminatının ödənilməsi cədvəlində iyul, avqust və sentyabr 1992-ci il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - İş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi biletini itirmişdir. - Məhkəmə qeyd etmişdir ki, iş materiallarında iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. - Həmçinin N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il tarixli nizami əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Eyni zamanda iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən daxil olmuş İddiaçı qeydiyyat kartasında 1992-1993-cü illərdə hərbi xidməti barədə heç bir qeydiyyat aparılmamışdır.
6. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, yeni qərar qəbul edilməsini və onun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, o, Azərbaycan dövlətinin vətəndaşı olaraq döyüşlərdə iştirak edən bir şəxs olaraq onun da haqqı var ki, bu imtiyaz və statuslardan istifadə etsin. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatları zamanı döyüş mövqeyindən qaçmamış, hərbi hissəni özbaşına tərk etməmişdir. Eyni zamanda barəsində cinayət tədbirinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya Amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Ona görə də, hesab edir ki, onun müharibə veteranı adı almağı qanuni və əsaslıdır. - Məhkəmə iddia tələbinin təmin edilməsində ona istinad etmişdir ki, Cavabdeh Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin ##.##.1992, ##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. O, bununla razılaşmır. Məlumat üçün bir daha qeyd edir ki, bu qeyd etdikləri ərizəsinin 1-ci səhifəsində qeyd olunub. *** nömrəli Yevlax özünümüdafiə batalyonu əvvəlcə Müdafiə Nazirliyinin tabeliyində olmaqla fəaliyyət göstərmiş, sonra isə Müdafiə Nazirliyinin əmrinə, qərarına əsasən *** nömrəli briqadanın tabeliyində olmaqla fəaliyyət göstərmişdir. Məlumat üçün nəzərinizə çatdırır ki, 1992-ci ilin yanvar ayından may ayı da daxil olmaqla Müdafiə Nazirliyinin tabeliyində olmaqla fəaliyyət göstərib. Qeyd olunan həmin tarixlər üçün ümumiyyətlə onun 1992-ci ilin yanvar ayından, bir daha qeyd edir 1993-cü ilin yanvar ayının 31-dək N nömrəli hərbi hissədə nizami hissə üzrə əmrlərində xidməti barədə qeydləri, bir daha qeyd edir ki, N nömrəli hərbi hissənin komandirləri aparmalı idilər. Nəinki onun N nömrəli hərbi hissənin bütün şəxsi heyət üzvlərinin xidmətləri barədə. Burada bir məsələ vardır ki, xidməti barədə qeydlər, o cümlədən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri onlara çatan məlumata görə və göndərilən bütün Arxiv arayışlarında qeyd olunanlara görə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə N nömrəli hərbi hissəyə aid olan yalnız pul təminatlarının ödənilməsi cədvəlləri təhvil verilmişdir. Başqa əmr sənədləri isə yox. Bu məsələdə onun yenə də qeyd edir əmrə tabe olan sıravi əsgərin, o cümlədən onun döyüşçü yoldaşlarının nə günahı var? Onlar, döyüşçü əsgərlər onlara verilən əmrləri üzərlərinə düşən vəzifəni yerinə yetirmişlər. O da, onun döyüşçü yoldaşları da N nömrəli hərbi hissədə sənəd işi ilə məşğul olmamışlar. Onlar döyüş tapşırıqlarını yerinə yetirmişlər. Əsgər kimdir? Əsgər əmrləri, döyüş tapşırıqlarını, üzərinə düşən vəzifə borcunu yerinə yetirən şəxs, vətəni qoruyan şəxs. Verilən əmrlər hamısı qərərgah rəisində olub. Qərargah rəisi bütün qeydləri apararaq Cavabdeh Mərkəzi Arxivinə təhvil verməli idi. Həmin əmrlərdən biri də N nömrəli hərbi hissənin şəxsi heyət üzvlərinin xidməti əsasında bütün təminatlarla təmin olunması və maaş almasıdır. Əgər bu əmr olmasaydı onlar necə bütün təminatlarla təmin oluna bilərdilər, necə maaş ala bilərdilər? Çox təəssüflər olsun ki, qərargah rəisinin təcrübəsizliyi və səhvi ucbatından bu hadisələrlə üzləşmişlər. Cavabdeh Mərkəzi Arxiv İdarəsinə pul təminatları cədvəllərindən başqa heç bir sənəd daxil olmayıb və verilməyib. Bir daha qeyd edir bu nə onunla xidmət edənlərin, nə də onun günahı deyil. Eyni zamanda, məhkəmə çıxardığı qərarda həm ordudan tərxis olunmamaq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsindən daxil olmuş sənəddə xidmət barədə heç bir qeydiyyat aparılmaması qeyd olunmuşdur. O yenə də qeyd edir günahsız əsgərdir. Bütün bunları, bu qeydləri N nömrəli hərbi hissənin komandirləri etməli idilər. Onlar həmin sənədləri istər Cavabdeh, istərsə də SHXÇDX-nin Yevlax Rayon Şöbəsinə təqdim etməli idilər. Digər bir məsələ ordudan təxris məsələsidir ki, əgər hər hansı hərbi hissə ləğv edilibsə, o əmr əsasında ləğv edilib və bu qeydləri qərargah rəisi aparmalı idi. Bundan əlavə, hərbi qulluqçuların ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 1996-cı il tarixli *** nömrəli fərmanı əsasında çıxarılan qərarı da qeyd edib həmin fərmana əsasən ləğv edilmiş hərbi hissənin şəxsi heyətinin üzvlərinin hərbi biletlərinə ordudan tərxis göstəriş əsasında keçmiş Hərbi Komissarlıqlar tərəfindən qeydiyyat aparılmalı idi və ordudan tərxis vurulmalı idi. O, sıravi döyüşçü əsgərdir, bu işlərə onun gücü çatmır. Buna görə də, o bir daha qeyd edir ki, o Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. Qeyd olunanlarda onun heç bir günahı yoxdur. O, nə edəcəyini bilmir. Bütün bu yazılanları nəzərə alıb məhkəmədən ona köməklik göstərməsini xahiş edir. “Veteranlar” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Hesab edir ki, hazırda müharibə veteranı adına və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Bu haqlı tələbi təmin edilməlidir. Ona görə də, məhkəmə tərəfindən ona “Müharibə veteranı adı və vəsiqəsinin” verilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Məmmədov İlqar Sərdar oğlu izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
12. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
13. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
14. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli *** nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli *** nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Apellyasiya şikayətinin mümkünlüyü
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Belə ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.
25. Bu qərarın 13-cü bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
26. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
27. Mübahisəyə dair işin birinci instansiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı ##.##.1988-ci il tarixdən ##.##.1991-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəli qovluğunda N nömrəli hərbi hissəyə pul təminatının ödənilməsi cədvəlində iyul, avqust və sentyabr 1992-ci il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.
28. Lakin bunlara baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
29. Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
30. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ## ###### 1996-cı il tarixli, *** nömrəli Fərmandan sonra başlamışdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir”.
31. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır.
32. Belə ki, iş üzrə toplanmış sübutlardan görünür ki, İddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində ## ### 1988-ci il tarixdən ## ### 1991-ci il tarixədək müddətli hərbi xidmət keçmişdir. Bununla yanaşı, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi sənədlərində onun 1992-ci ilin iyul, avqust və sentyabr aylarında pul təminatı almasına dair məlumatlar mövcuddur.
33. Kollegiya bildirir ki, qeyd olunan hallar şəxsin müəyyən dövrdə hərbi hissənin təminat siyahılarında olmasını təsdiqləsə də, onun hərbi xidməti qanunvericiliyə uyğun şəkildə başa vuraraq ehtiyata buraxılması faktını təsdiq etmir.
34. Beləliklə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin ## ##### 1992-ci ildən ## ###### 1993-cü ilədək olan dövrü əhatə edən nizami hissə üzrə əmrlərində İddiaçı hərbi xidmətinə dair hər hansı qeyd müəyyən edilməmişdir. Bu hal onun xidmət keçməsi və ya xidmətdən tərxis olunması faktının rəsmi sənədlərlə təsdiqlənmədiyini göstərir.
35. Kollegiya qeyd edir ki, iddiaçının hərbi biletini itirməsi də onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Çünki belə hal yalnız digər mötəbər sübutlarla təsdiqləndiyi təqdirdə hüquqi əhəmiyyət kəsb edə bilər.
36. Eyni zamanda, iş materiallarında mövcud olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən daxil olmuş qeydiyyat kartasında 1992–1993cü illər üzrə iddiaçının hərbi xidməti barədə hər hansı qeydiyyatın aparılmaması da onun həmin dövrdə hərbi xidmət keçməsi və ya xidmətini başa vurması faktını təsdiqləmir.
37. Göründüyü kimi, iddiaçının hərbi hissənin şəxsi heyət siyahısına müəyyən dövrdə daxil olması faktı mövcud olsa da, onun hərbi xidmətdən qanunla nəzərdə tutulmuş qaydada tərxis edilməsi sübuta yetirilməmişdir.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmur.
39. Daha sonra, iddiaçının istinad etdiyi hallara münasibətdə nəzərə alınmalıdır ki, onun qeyd etdiyi hallar iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən, "Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun "döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir.
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından, istinad olunan Əsasnamənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması sübuta yetirilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
41. Məhkəmə kollegiyası "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən səhvə yol verməmiş, işin faktiki hallarını tam şəkildə araşdıraraq doğru nəticəyə gəlmiş, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi düzgün olaraq təmin edilməmişdir.
43. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilməsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.