Məhkəmə qərarları › İş №2-1(3-10)-186/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-186/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-186/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “cavabdehin “Ailənin ərizə bəyannamədə göstərdiyi ünvanda yaşamaması” barədə qanunsuz imtina qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi ## #### 2023-cü il tarixdən hər ay üçün 280 AZN olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. İddiaçı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarının əsassız hesab edilməsi və ona ##.##.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə ## #### 2023-cü il tarixli *************** nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı cavabdehin sosial yardımın təyinatından imtinasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir.”.

4. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbi mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin # ###### 2025-ci il tarixli qərarı ilə iddiaçıya sonuncu, yəni ## #### 2024-cü il tarixli müraciətinin araşdırılması məqsədilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Hesab edirik ki, hazırki tələb üzrə icraatınızda olan 2-1(116)- ***/**** saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İşin faktiki hallarına əsasən iddiaçı İddiaçı sosial yardımın təyin edilməsi məqsədilə ## #### 2024-cü il tarixli ***************-*** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinə şərait yaradılmaması səbəbindən imtina edilmişdir. Belə ki, müvafiq müraciət üzrə ## ### 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzildə təmsilçinin özü deyil, müraciətində qeyd etmədiyi övladı aşkar edilmişdir. İddiaçının əvvəlki müraciətlərində olduğu kimi hazırki, müraciətində də, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılması məqsədilə ərizəbəyənnamədə qeyd etdiyi mobil nömrələrə zəng edilmiş, lakin, iddiaçının müvafiq zənglərə cavab verməməsi və ya nömrələrin təyin edilməməsi səbəbindən maddi-məişət şəraitinin həyata keçirilməsi mümkün olmamışdır. İddiaçıya dair Şəki Apellyasiya Məhkəməsinin *- *(***)-***/**** nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilən əvvəlki müraciətlərinə münasibətdə isə bildiririk ki, onun ## ###### 2024-cü il tarixli müraciətinə uyğun olaraq maddi məişət-şəraitinin yoxlanılması məqsədilə iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzilə yaxınlaşılmış, buna baxmayaraq mənzilin qapısını açan olmamışdır. Qeyd edilən səbəblə əlaqədar növbəti gün təkrar mənzilə yaxınlaşılsa da, yenidən qapını açan olmamışdır. Həmçinin ## #### 2023-cü il tarixli müraciəti əsasında keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyannamədə qeyd edilən ünvana əməkdaşlar tərəfindən ezam olunduqları qısa müddət ərzində dəfələrlə yaxınlaşılsa da, evdə heç kim olmamışdır. Bununla bağlı qeyd edirik ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə, təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Bundan başqa, müayinə zamanı iddiaçı İddiaçı ərizə-bəyannamədə qeyd etmədiyi oğlunun evdə olması belə ona ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. Həmçinin bildiririk ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Beləliklə işin faktiki hallarından məlum olduğu kimi, iddiaçı İddiaçı ünvanda yaşamaması və yaxud da ünvanda olmaması Fondun əməkdaşlarının təkrarən yoxlamalar aparması ilə əlaqədar sübut edilmiş, bunun nəticəsi olaraq maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmaması səbəbindən cavabdehin sosial yardım təyin edilməsindən imtina ilə bağlı qərarı qanunauyğun olmuşdur. Əlavə olaraq onu da qeyd edək ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2-1 (***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ** nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona və aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.”.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı ##.##.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi arqument ondan ibarətdir ki, ## ### 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ərizəbəyannamədə qeyd etdiyi mənzildə təmsilçinin özü deyil, müraciətində qeyd etmədiyi övladı aşkar edilmişdir. İddiaçının əvvəlki müraciətlərində olduğu kimi hazırki, müraciətində də, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılması məqsədilə ərizə-bəyannamədə qeyd etdiyi mobil nömrələrə zəng edilmiş, lakin, iddiaçının müvafiq zənglərə cavab verməməsi və ya nömrələrin təyin edilməməsi səbəbindən maddi-məişət şəraitinin həyata keçirilməsi mümkün olmamışdır. İddiaçıya dair Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilən əvvəlki müraciətlərinə münasibətdə isə bildiririk ki, onun ## ###### 2024-cü il tarixli müraciətinə uyğun olaraq maddi məişət-şəraitinin yoxlanılması məqsədilə iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzilə yaxınlaşılmış, buna baxmayaraq mənzilin qapısını açan olmamışdır. Bundan başqa müayinə zamanı iddiaçı İddiaçı ərizə - bəyannamədə qeyd etmədiyi oğlunun evdə olması belə ona ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. - İddianın hüquqi əsasına münasibətdə məhkəmə əvvəla onu qeyd etmişdir ki, cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. - Hazırkı halda cavabdeh inzibati orqan imtinasının əsası kimi yalnız ərizəbəyannamədə qeyd edilən mənzildə iddiaçının deyil, qeyd etmədiyi övladının yaşamasına istinad etmişdir. - Məhkəmə hesab etmişdir ki, bu bir ehtimaldır və iddiaçının müraciətindən imtinaya səbəb ola bilməz. Belə ki, cavabdeh tərəfindən qeyd edilən arqumentin təsdiqlənməsi üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, iddiaçının oğlunun ailə vəziyyəti, iş yeri, yaşayış yeri üzrə qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlar üzrə məlumatlar əldə edilməli idi. Lakin cavabdeh tərəfindən qeyd edilən icraat aparılmamışdır. - İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Odur ki, iddia təmin edilməli, iddiaçının sonuncu müraciəti ##.##.2024-cü il tarixdə verildiyindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixdən sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

7. Cavabdeh Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı İddiaçı sosial yardımın təyin edilməsi məqsədilə ## #### 2024-cü il tarixli ***************-*** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinə şərait yaradılmaması səbəbindən imtina edilmişdir. - Belə ki, müvafiq müraciət üzrə ## ### 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzildə təmsilçinin özü deyil, müraciətində qeyd etmədiyi övladı aşkar edilmişdir. - İddiaçının əvvəlki müraciətlərində olduğu kimi hazırki, müraciətində də, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılması məqsədilə ərizə-bəyannamədə qeyd etdiyi mobil nömrələrə zəng edilmiş, lakin, iddiaçının müvafiq zənglərə cavab verməməsi və ya nömrələrin təyin edilməməsi səbəbindən maddi-məişət şəraitinin həyata keçirilməsi mümkün olmamışdır. - İddiaçıya dair Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilən əvvəlki müraciətlərinə münasibətdə isə bildiririk ki, onun ## ###### 2024-cü il tarixli müraciətinə uyğun olaraq maddi məişət-şəraitinin yoxlanılması məqsədilə iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzilə yaxınlaşılmış, buna baxmayaraq mənzilin qapısını açan olmamışdır. Qeyd edilən səbəblə əlaqədar növbəti gün təkrar mənzilə yaxınlaşılsa da, yenidən qapını açan olmamışdır. - Həmçinin ## #### 2023-cü il tarixli müraciəti əsasında keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyannamədə qeyd edilən ünvana əməkdaşlar tərəfindən ezam olunduqları qısa müddət ərzində dəfələrlə yaxınlaşılsa da, evdə heç kim olmamışdır. - Bununla bağlı qeyd edirik ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddiməişət şəraitinin yoxlanılması həyata keçirilir. - Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - Həmin Qaydaların 3.4-cü bəndinə əsasən bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. - Bundan başqa, müayinə zamanı iddiaçı İddiaçı ərizə -bəyannamədə qeyd etmədiyi oğlunun evdə olması belə ona ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. - Həmçinin bildiririk ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. - Beləliklə işin faktiki hallarından məlum olduğu kimi, iddiaçı İddiaçı ünvanda yaşamaması və yaxud da ünvanda olmaması Fondun əməkdaşlarının təkrarən yoxlamalar aparması ilə əlaqədar sübut edilmiş, bunun nəticəsi olaraq maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmaması səbəbindən cavabdehin sosial yardım təyin edilməsindən imtina ilə bağlı qərarı qanunauyğun olmuşdur. - Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona və aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 7.1. sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1. sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (* nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Bənd 2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Bənd 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X7 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir.

15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” Bənd 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd 3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona ##.##.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi olmuşdur.

20. İşdən görünür ki, iddiaçı İddiaçı sosial yardımın təyin edilməsi məqsədilə ## #### 2024-cü il tarixli ***************-*** nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən imtina edilmişdir. Belə ki, müvafiq müraciət üzrə ## ### 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi mənzildə təmsilçinin özü deyil, müraciətində qeyd etmədiyi övladı aşkar edilmişdir.

21. İddiaçının əvvəlki müraciətlərində olduğu kimi hazırki, müraciətində də, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılması məqsədilə ərizə-bəyannamədə qeyd etdiyi mobil nömrələrə zəng edilmiş, lakin, iddiaçının müvafiq zənglərə cavab verməməsi və ya nömrələrin təyin edilməməsi səbəbindən maddi-məişət şəraitinin həyata keçirilməsi mümkün olmamışdır.

22. Bununla bağlı cavabdeh orqanın nümayəndələri tərəfindən tərtib edilmiş ## ### 2024-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”dan görünür ki, iddiaçının Mingəçevir şəhərində yaşadığı ünvana gedilmiş, ünvanda olmuşlar, mənzildə təmsilçinin ərizə-bəyannamədə qeyd olunmayan övladı var idi. Burada yaşamadığını, qonaq gəldiyini bildirdi. Təmsilçinin harada olduğunu bilmədi. Ərizə-bəyannamədə qeyd olunan nömrələrlə dəfələrlə əlaqə saxlasalar da, zənglərə cavab verən olmadı. Müayinə aparmaq mümkün olmadı.

23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mərhələdə də maddi-məişət şəraitinin müayinəsi üçün iddiaçının ünvanına baxış keçirilməsi müraciətdən uzun müddət keçdiyinə görə əsaslı hesab edilmir.

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ünvanlı sosial yardımın təyin olunması üçün təmsilçi tərəfindən VEMTAS-a daxil olaraq tələb olunan məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etmək lazımdır. VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 3.3-cü bəndinə əsasən müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir.

26. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən iddiaçının izahatlarından müəyyən edilir ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda olmuşdurlar. Bu barədə iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmaq xahiş olunmuşdur. Lakin iddiaçı tərəfindən belə şərait yaradılmamış, o, müraciətində qeyd etdiyi ünvana gəlməmişdir.

28. Göründüyü kimi, iddiaçının müraciəti əsasında məlumatlar VEMTAS tərəfindən emal olunduqdan sonra ilkin mərhələdə müsbət qiymətləndirilmə aparılmışdır. Bundan sonra isə cavabdehin vəzifəsi iddiaçının maddi-məişət şəraitinin müayinəsini həyat keçirməklə ona ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə yekun nəticəyə gəlmək olmuşdur. İddiaçının hərəkətsizliyi nəticəsində cavabdeh inzibati orqan müvafiq hərəkətləri yerinə yetirə bilməmişdir.

29. Həmçinin, iddiaçı İddiaçı ünvanda yaşamaması və yaxud da ünvanda olmaması Fondun əməkdaşlarının sonuncu imtinadan əvvəllər də təkrarən yoxlamalar aparması ilə əlaqədar sübut edilmiş, bunun nəticəsi olaraq maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmaması səbəbindən cavabdeh tərəfindən sosial yardım təyin edilməsindən imtina ilə bağlı qərarlar qəbul edilmiş, həmin qərarların da qanunauyğun olması öz təsdiqini tapmışdır.

30. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya ünvanlı sosial yardımın verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərəkətsizliyinin zəruri əsasını sübut edə bilməmişdir.

31. Göründüyü kimi, iddiaçının ünvanlı sosial yardımın təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ünvanlı sosial yardımın təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.

33. Məhkəmə kollegiyası da cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin ##.##.2024-cü il tarixli qərarının əsassız hesab edilməsi və ona ##.##.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar