Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-19/2026 04.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli tam reabilitasiya barədə qərarının ləğv edilməsi və xx.xx.2016-cı il tarixdə təyin edilmiş müddətsiz birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)-1478/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “müddətsiz birinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-442/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyinə görə sosial müvainətin və Prezident təqaüdünün əsassız yerə ödənilməmiş məbləğinin 2024-cü ilin fevral ayının 1dən hesablanmaqla ona ödənilməsi” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır.
3. İddiaçı xx.xx.2025-ci il tarixili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli tam reabilitasiya barədə qərarının ləğv edilməsi və xx.xx.2016-cı il tarixdə təyin edilmiş müddətsiz birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, “2016-cı ilin fevral ayının 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17 saylı Tibbi Sosial Ekspert Komissiyasında keçirilmiş müayinənin nəticəsində barəsində L1 fəqərəsinin kompression sınığı, onurğa beynin ağır əziyi, aşağı paraparez, kiçik manaq oynaqlarının funksiya pozğunluğu, fəqərə sütununun funksiya pozğunluğu diaqnozu qoyulmuş və müddətsiz olaraq birinci dərəcəli əlil statusu verilmişdir. İ qrup əlilliyə görə iddiaçı sosial müavinət, 2019-cu ildən isə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019 cu il tarixli, 992 nömrəli sərəncamına əsasən Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda "İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən İ dərəcəli əlil kimi iddiaçı qulluq edən şəxsə də 2019-cu ildən Prezident təqaüdü təyin edilmişdir. Cavabdehin iddiaçının ünvanına göndərdiyi 10 oktyabr 2022-ci il tarixli, **********6 nömrəli bildirişlə 2022-ci ilin oktyabr ayının 31-də əyani müayinəyə dəvət edilmişdir. Bildirişdə göstərildiyi tarixdə, yəni 31 oktyabr 2022-ci ildə dəvət edildiyi ünvanda olmuşdur və qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdikdən sonra müayinənin bir neçə gün sonra olacağı iddiaçıya bildirilmişdir. 2022-ci ilin noyabr ayının 3-də müayinədən keçmişdir. Bu müayinədən sonra 2023-cü ilin noyabr ayınadək (1 il) əvvəlki qaydada fasiləsiz olaraq iddiaçıya İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü ödənilmişdir. 2023-cü ilin noyabr ayında, yəni əyani müayinədən keçdiyi tarixdən 1 (bir) il sonra heç bir əsas olmadan ödənişlər dayandırılmışdır. Bununla bağlı iddiaçı çağrı mərkəzinə, eyni zamanda Şəki TSEK-ə müraciət edərək yaranmış anlaşılmazlığa aydınlıq gətirməyə çalışmışdır. Əsaslı, dolğun məlumat əldə edə bilmədiyi üçün növbə alıb 2024-cü ilin yanvar ayında Agentliyə getmişdir. Agentlikdə mövcud problemi araşdırmaq və qanuni həllini təmin etmək əvəzinə iddiaçını təkrar əyani müayinəyə cəlb etmişdirlər. İddiaçı 1 il öncə əyani müayinədən keçdiyini və bu müayinədən sonra əlillik təyinatı ilə bağlı barəsində 2016-cı ildə qəbul edilmiş qərarın qüvvədə saxlanıldığını onlara bildirmişdir. İddiaçını dinləyən olmamışdır. Əyani müayinənin zəruri olduğunu və müayinənin nəticəsi barədə iddiaçını məlumatlandıracaqlarını bildirmişlər. Əlilliyinin qiymətləndirilməsi barədə mövcud qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda təkrar əyani müayinəyə cəlb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndindən məlum olur ki, agentlik, əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə o halda cəlb edə bilər ki, onun əlilliyinin qiymətləndirilməsi barədə TSEK-in mövcud qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilmiş olsun. Şübhələr barədə iddiaçıya heç bir məlumat verilmədən formal, natamam, yəni sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə, müvafiq diaqnostik müayinə metodlarına uyğun olmayan bir tərzdə müayinə aparılmışdır. Halbuki, inzibati icraatın iştirakçısı kimi iddiaçıya aid bütün sənədlərlə, məlumatlarla tanış olmaq səlahiyyəti var və agentlik bir inzibati orqan olaraq, barəsində mövcud olan qərarın düzgünlüyünü şübhə altına alan audit yoxlamasının nəticələri ilə tanış olmağına şərait yaratmalı idi. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına aid olan məsələlərlə bağlı inzibati orqandan məlumat əldə etmək hüququ vardır, inzibati orqan isə bu məlumatları verməyə borcludur. Müayinədən bir müddət sonra heç bir cavab olmadığı üçün iddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə rəsmi qaydada müraciət etmişdir. Ombudsmanın 01 may 2024-cü il tarixli, 2-5/2-10873/2024 nömrəli cavab məktubu bu anlaşılmazlıqlara qismən də olsa aydınlıq gətirmişdir. Sözügedən məktubda yer almış mülahizələrə görə guya ki, dəfələrlə dəvət edilməyinə baxmayaraq əyani müayinəyə getmədiyi üçün mövcud sənədləri və ekspertiza baxımından əhəmiyyətli hesab edilən digər məlumatlar üzrə araşdırma və qiymətləndirmə aparılmış, nəticədə "xx.xx.2016-cı il tarixindən diaqnozun öz təsdiqini tapmaması" barədə 2023-cü il 07 dekabr tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərar qəbul edilmişdir. İddiaçı 2022-ci ilin noyabr ayında Agentliyin rəsmi dəvəti ilə orada əyani müayinədən keçmişdir. Həmin müayinədən sonra 2016-cı ildə barəsində təyin edilmiş müddətsiz İ dərəcə əlillik statusu dəyişdirilmədən saxlanılmış və 1 il müddətində, yəni 2023-cü ilin noyabr ayınadək iddiaçıya eyni qaydada fasiləsiz olaraq sosial müavinət və Prezident təqaüdü ödənilmişdir. Maraqlıdır, Agentlik "xx.xx.2016-cı il tarixindən diaqnozun öz təsdiqini tapmaması" barədə 2023-cü il 07 dekabr tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərarı hansı əsasla qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinin məzmunundan aydın olur ki, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinədən keçirdikdən sonra həmin müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmal"ında qeyd edilir: "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin dispozisiya şərtlərinə görə TSEK-in qəbul etdiyi qərarı dəyişdirmək və ya ləğv etmək üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır". İddiaçı qeyd edir ki, 2023-cü il 07 dekabr tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərarını qəbul edərkən Agentlik bu şərtlərdən heç birinə əməl etməmişdir. Əyani müayinəyə o, Agentlik tərəfindən yalnız 2022-ci ildə dəvət olunmuş və həmin müayinədən keçmişdir. 2022-ci ildən əvvəl və ya sonra Agentlik iddiaçını hər hansı müayinəyə dəvət etməmişdir. Əgər Agentlik əksini iddia edirsə, o zaman müayinəyə dəvət olunmağına dair ünvanına göndərdiyi bildiriş məktublarının müvafiq reyestr çıxarışlarını məhkəməyə təqdim etsin. Ombudsmanın cavab məktubunda diqqət çəkən məqamlardan biri də Agentliyin "xx.xx.2016-cı ii tarixindən diaqnozun öz təsdiqini tapmaması" barədə 2023-cü il 07 dekabr tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərarını öz təşəbbüsü ilə 2023-cü ilin dekabr ayının 11-də ləğv etməsi ilə bağlıdır. Göründüyü kimi, Agentlik 2023-cü il 07 dekabr tarixli 3-17- 4/3-3-19368/2023 nömrəli qərarının qəbulu prosesində yol verdiyi ciddi qanun pozuntularını anlamış və həmin nöqsanlı qərarını öz təşəbbüsü ilə 2023-cü il 11 dekabr tarixində ləğv etmişdir. Nəticəsində 2016-cı il 24 fevral tarixində təyin edilmiş müddətsiz İ dərəcə əlilliyinin ləğvi barədə qərarın qüvvədə saxlanıldığı bildirdimişdir. Maraqlıdır, hansı qərardan söhbət gedir? Axı, belə qərar yoxdur. Agentlik həmin nöqsanlı qərarını, yəni 2023-cü il 07 dekabr tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərarını 2023-cü ilin 11 dekabr tarixində öz təşəbbüsü ilə ləğv etmişdir. O zaman Agentlik hansı qərarın qüvvədə saxlanıldığından bəhs edir?! Göründüyü kimi bildirişdə yer almış fikirlər mövcud anlaşılmazlığa nəinki aydınlıq gətirməmiş, əksinə, onu daha da qəlizləşdirmişdir. İnsan hüquqları üzrə müvəkkilin yuxarıda bəhsi gedən cavab məktubunda hazırkı iş üçün əhəmiyyətliliyi baxımından araşdırılması zəruri olan məqamlardan biri də 26 yanvar 2024cü il tarixdə barəsində "tam reabilitasiya olunması" haqqında qərarın qəbul edilməsi ilə bağlıdır. Yuxarıda qeyd etmişdir ki, ödənişlərin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün 2024-cü ilin yanvar ayında öz təşəbbüsü ilə Agentlikdə olmuşdur. Orada iddiaçını maraqlandıran məsələ bir kənarda qalmış və iddiaçı tam əsassız olaraq yenidən əyani müayinəyə cəlb edilmişdir. Müayinə isə formal, natamam xarakterli olmaqla diaqnostik müayinə metodları ilə uzlaşmayan bir tərzdə həyata keçirilmişdir. Nəyə görə Agentlik yenidən əyani müayinənin keçirilməsinə belə həvəs göstərirdi? Bir il öncə keçirilmiş əyani müayinənin nəticələrində Agentlik üçün şübhəli olan məqamlar nədən ibarət idi? Əslində, heç bir şübhəli məqam yox idi. Agentlik 2023-cü ildə barəsində yol verdiyi kobud qanun pozuntularını yaxşı dərk etmiş və sonuncu "müayinə" ilə sanki yol verdiyi nöqsanları arxa plana çəkməyə, diqqət dairəsindən çıxarmağa çalışmışdır. İddiaçı qeyd etmişdir ki, tam reabilitasiya olunması haqqında 26 yanvar 2024-cü il tarixli qərar barədə məlumatı ilk dəfə ombudsmanın yuxarıda bəhsi gedən 01 may 2024-cü il tarixli cavab məktubundan ala bilmişdir. Lakin, Agentliyi iddiaçıya münasibətdəki fəaliyyətində müşahidə etdiyi hüquqi intizamsızlıq sözügedən qərarın həqiqətən də mövcud olubolmadığına, nöqsanlı bir qərar kimi sonradan Agentliyin özü tərəfindən ləğv edilibedilmədiyinə dair qəti nəticəyə gəlməyinə əngəl yaradırdı. Belə bir qeyri-müəyyənlik isə hüquqi marağına və çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növünü seçməyə imkan vermirdi. Ona görə də həmin qərarın mövcudluğunun Agentlik tərəfindən təsdiq olunması üçün təkrar onlara müraciət etmiş və 2024-cü ilin 08 oktyabr tarixində poçt vasitəsi ilə cavab məktubu almışdır. Həmin məktubda tam reabilitasiya olunması barədə 2024-cü il 26 yanvar tarixli qərarın mövcudluğu öz təsdiqini tapmışdır. İddiaçı qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Müvəkkilə müraciətindən sonra Agentlikdən də ünvanına 2024-cü il 05 aprel tarixli 3-174/2-U-9221/2024 nömrəli bildiriş məktubu daxil olmuşdur. Məktubda 2024-cü ilin yanvar ayında cəlb edildiyi müayinənin nəticəsində 2016-cı il 24 fevral tarixində təyin edilmiş müddətsiz İ dərəcə əlilliyinin ləğvi barədə qərarın qüvvədə saxlanıldığı bildirmişdir. Maraqlıdır, hansı qərardan söhbət gedir?! Axı, belə qərar yoxdur. Agentlik həmin nöqsanlı qərarını, yəni 2023-cü il 07 dekabr tarixli 3-17-4/3-319368/2023 nömrəli qərarını 2023-cü ilin 11 dekabr tarixində öz təşəbbüsü ilə ləğv etmişdir. O zaman Agentlik hansı qərarın qüvvədə saxlanıldığından bəhs edir?! Göründüyü kimi bildirişdə yer almış fikirlər mövcud anlaşılmazlığa nəinki aydınlıq gətirməmiş, əksinə, onu daha da qəlizləşdirmişdir. İnsan hüquqları üzrə müvəkkilin yuxarıda bəhsi gedən cavab məktubunda hazırkı iş üçün əhəmiyyətliliyi baxımından araşdırılması zəruri olan məqamlardan biri də 26 yanvar 2024-cü il tarixdə barəsində "tam reabilitasiya olunması" haqqında qərarın qəbul edilməsi ilə bağlıdır. Yuxarıda qeyd etmişdir ki, ödənişlərin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün 2024-cü ilin yanvar ayında öz təşəbbüsü ilə Agentlikdə olmuşdur. Orada iddiaçını maraqlandıran məsələ bir kənarda qalmış və iddiaçı tam əsassız olaraq yenidən əyani müayinəyə cəlb edilmişdir. Müayinə isə formal, natamam xarakterli olmaqla diaqnostik müayinə metodları ilə uzlaşmayan bir tərzdə həyata keçirilmişdir. Nəyə görə Agentlik yenidən əyani müayinənin keçirilməsinə belə həvəs göstərirdi? Bir il öncə keçirilmiş əyani müayinənin nəticələrində Agentlik üçün şübhəli olan məqamlar nədən ibarət idi? Əslində, heç bir şübhəli məqam yox idi. Agentlik 2023-cü ildə barəsində yol verdiyi kobud qanun pozuntularını yaxşı dərk etmiş və sonuncu "müayinə" ilə sanki yol verdiyi nöqsanları arxa plana çəkməyə, diqqət dairəsindən çıxarmağa çalışmışdır. İddiaçı qeyd etmişdir ki, tam reabilitasiya olunması haqqında 26 yanvar 2024-cü il tarixli qərar barədə məlumatı ilk dəfə ombudsmanın yuxarıda bəhsi gedən 01 may 2024-cü il tarixli cavab məktubundan ala bilmişdir. Lakin, Agentliyin iddiaçıya münasibətdəki fəaliyyətində müşahidə etdiyi hüquqi intizamsızlıq sözügedən qərarın həqiqətən də mövcud olub-olmadığına, nöqsanlı bir qərar kimi sonradan Agentliyin özü tərəfindən ləğv edilib-edilmədiyinə dair qəti nəticəyə gəlməyinə əngəl yaradırdı. Belə bir qeyri-müəyyənlik isə hüquqi marağına və çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növünü seçməyə imkan vermirdi. Ona görə də həmin qərarın mövcudluğunun Agentlik tərəfindən təsdiq olunması üçün təkrar onlara müraciət etmiş və 2024-cü ilin 08 oktyabr tarixində poçt vasitəsi ilə cavab məktubu almışdır. Həmin məktubda tam reabilitasiya olunması barədə 2024-cü il 26 yanvar tarixli qərarın mövcudluğu öz təsdiqini tapmışdır”.
5. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında bildirmişdir ki, “iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış Diaqnoz: L1 fəqərəsinin kompression sınığı. onurğa beynin ağır əziyi. aşaği paraparez. kiçik manaq oynaqlarının funksiya pozğunluğu. fəqərə sütünunun funksiya pozğunluğu olmaqla “Tam reabilitasiya olunması” barədə imtina qərarı verilmişdir. Şəki rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona “L1 fəqərəsinin kompression sınığı. Onurğa beynin ağır əziyi. Aşağı paraparez. Kiçik çanaq orqanlarının funksiya pozğunluğu” diaqnozuyla ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3- 174/2-R-26623/2023 nömrəli xx.xx.2023-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərarla xx.xx.2016-cı il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən 3-17-4/2- H34226/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Obyektiv baxış zamanı ümumi xarakterili ağrılardan şikayətlənmiş, yeriməkdə çətinlik çəkdiyini qeyd etmişdir. Vətəndaş ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixdə nevroloq tərəfdən müayinə olunmuş, nəticə “Reflekslər orta canlı, əzələlərdə atrofiya qeyd olunmamışdır. Vətəndaş aqrobasiya etdiyi üçün əzələ gücünü yoxlamaqda çətinlik yaratmış, əlillik təyinatına əsas verən iflic, parez qeyd olunmadı” kimi qiymətləndirilmişdir. Təqdim edilmiş AR SN Şəki Rayon Mərkəzi Xəstəxanası xx.xx.2016-xx.xx.2016-cı il tarixli Çıxarışda diaqnoz “L1 fəqərəsinin kompression sınığı, onurğa beynin ağır əziyi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, aşağı paraparez” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir”.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 3 dekabr 2025-ci il tarixli 2- 1(116)-1478/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona "L1 fəqərəsinin kompression sınığı. Onurğa beynin ağır əziyi. Aşağı paraparez. Kiçik çanaq orqanlarının funksiya pozğunluğu" diaqnozuyla ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-R-26623/2023 nömrəli xx.xx.2023-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü tarixli 3-17-4/3- 319368/2023 nömrəli qərarla xx.xx.2016-cı il tarixindən "diaqnozun təsdiqini tapmaması" barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən 3-17-4/2-H34226/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Obyektiv baxış zamanı ümumi xarakterili ağrılardan şikayətlənmiş, yeriməkdə çətinlik çəkdiyini qeyd etmişdir. Vətəndaş ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixdə nevroloq tərəfdən müayinə olunmuş, nəticə "Reflekslər orta canlı, əzələlərdə atrofiya qeyd olunmamışdır. Vətəndaş aqrobasiya etdiyi üçün əzələ gücünü yoxlamaqda çətinlik yaratmış, əlillik təyinatına əsas verən iflic, parez qeyd olunmadı" kimi qiymətləndirilmişdir. Təqdim edilmiş AR SN Şəki Rayon Mərkəzi Xəstəxanası xx.xx.2016-xx.xx.2016-cı il tarxli Çıxarışda diaqnoz "L1 fəqərəsinin kompressio sınığı, onurğa beynin ağır əziyi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, aşağı paraparez" kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-19368/2023 nömrəli qərara əsasən təyin edilmiş "diaqnozun təsdiqini tapmaması" barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixdən "Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 3 dekabr 2025-ci il tarixli 2-1(116)-1478/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 3 dekabr 2025-ci il tarixli 2-1(116)- 1478/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2022-ci il tarixli bildirişinin surəti. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunun surəti. • İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının xx.xx.2024-cü il tarixli məktubu. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı • Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1478/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubu.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarınınpozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Maddə 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)-1478/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
24. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
25. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İşin hallarından müəyyən edilir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixində müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. X3-Sosial Ekspertiza və X1 Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş əlilik xx.xx.2024-cü il tarixində ləğv olunmuşdur.
28. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
29. Qeyd edilməlidir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
30. AR SN Şəki Rayon Mərkəzi Xəstəxanası xx.xx.2016-xx.xx.2016-cı il tarixli Çıxarışda diaqnoz “L1 fəqərəsinin kompression sınığı, onurğa beynin ağır əziyi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, aşağı paraparez” kimi qeyd olunmuşdur.
31. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2016-cı il tarixdə onun sağlamlığı qiymətləndirilmiş və ona “L1 fəqərəsinin kompression sınığı. Onurğa beynin ağır əziyi. Aşağı paraparez. Kiçik çanaq orqanlarının funksiya pozğunluğu” diaqnozuyla ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.
32. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən cavabdeh tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilsin.
33. İş materialları ilə təsdiq olunur ki, müddətsiz əlilliklə bağlı uzun müddət iddiaçıya müvafiq ödənişlər aparılmışdır.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı halda iddiaçı barəsində qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarın qanunsuz olması ilə bağlı cavabdeh tərəfindən göstərilən apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
35. Belə ki, mövcud qanunvericilikdə qanuni əlverişli inzibati aktın ləğvi üçün yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2-ci maddəsində müəyyən edilmiş dispozisiya şərtləri mövcud olmalıdır.
36. xx.xx.2023-cü tarixli 3-17-4/3-3-19368/2023 nömrəli qərarla xx.xx.2016-cı il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilən zaman iddiaçıya münasibətdə hər hansı bir icraat aparılmadan, onun məlumatlandırılması və dinlənilməsi təmin olunmadan, eləcə də əyani müayinəsi aparılmadan həyata keçirilmişdir.
37. Lakin iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın isə qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən edilmir.
38. İddiaçının əlilliyinin təyini barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar qismində cavabdeh yalnız vətəndaş müraciətinə əsaslanmışdır.
39. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətində gəlmək üçün yetərli sayıla bilməz.
40. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
41. Qeyd edilməlidir ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir.
42. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
43. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1043/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında hazırkı hüquqi mövqeyi ifadə etmişdir. Həmin qərara əsasən, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.”
44. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir.
45. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)-1478/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.