Məhkəmə qərarları › İş №2-1(3-10)-190/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-190/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-190/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2021ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ** saylı regional ərazi filialına müraciət etmişdir. Müraciətə ünvanlanmış ## ###### 2022-ci il tarixli cavab məktubu ilə cavabdeh tərəfindən imtina verilmişdir. İmtina məktubunda qeyd olunur ki, təqdim edilən ##.##.1975-ci il tarixdə iddiaçının adına tərtib olunmuş əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı 19 il 7 ay təşkil edir. Qeyd edilir ki, ##.##.1975-ci il tarixində iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1980-cı il tarixdən ##.##.2002-ci il tarixinədək “xxxx” D.Ş-dakı və ##.##.2002-ci il tarixindən ##.##.2003-cü il tarixinədək Təsərrüfat hesablı ünvan 1ndəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, DSMF-nun * saylı regional ərazi filialının ##.##.2021-ci il tarixli aktına əsasən ##.##.2002-##.##.2003-cü illəri əhatə edən Təsərrüfat hesablı ünvan 1nin sənədləri Sabirabad rayon Dövlət arxivinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun ** saylı Regional filialının ##.##.2021-ci il tarixli aktına əsasən “xxxx” D.Ş-dakı ##.##.1983-##.##.1987ci və 1996-cı illəri əhatə edən fəaliyyət dövlərinin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün yoxlanması mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab olunmur. Təsərrüfat hesablı ünvan 1nin sənədləri və xxxx D.Ş-dakı əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyasının təyin olunmaması üçün əsaslı hesab edilə bilməz. Qeyd olunan illər əmək kitabçasında öz əksini tapmışdır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin maddənin 2.2.3-cü bəndinə əsasən İnzibati Məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, icraatda olan e-*- *(***)-****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən iddiaçı İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə baxiş keçirilərkən onun qanunvericilikdə müəyyənləşdirilmiş 25 il sosial sığorta stajının mövcud olmadığı aşkar edilmişdir. Belə ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 19 il 07 ay təşkil edir. Məlumat üçün bildiririk ki, ##.##.1975-ci il tarixdə iddiaçı İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1980-ci il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” D.Ş-dakı və ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək Təsərrüfat Hesablı ünvan 1ndəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun * saylı regional ərazi filialının ##.##.2021-ci il tarixli aktına əsasən ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1nin sənədləri Sabirabad rayon Dövlət Arxivinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun ** saylı regional filialının ##.##.2021-ci il tarixli aktına əsasən "xxxx" D.Ş-dakı ##.##.1983- ##.##.1987-ci və 1996-cı illəri əhatə edən fəaliyyət dövrlərinin əməkhaqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün yoxlanması mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab olunmur. Məlumat üçün bildirirlər ki, iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixləri arasında pensiya kapitalı qeydə alınmamışdır

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1956-cı il təvəllüdlüdür; - Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ##.##.2024-cü il tarixli qərarın surəti; - Zaqatala rayon Dövlət Arxivinin ##.##.2021-ci il tarixli **** nömrəli arxiv arayışı; - Cavabdehin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur; - Cavabdehin ##.##.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti; - İddiaçıya məxsus ##.##.1975-ci il tarixli əmək kitabçasının surəti; - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. - İddiaçıya məxsus Щ ****** nömrəli diplomun surəti; - Xidməti məktubun surətindən görünür ki, vətəndaş İddiaçı iddiasına dair iş üzrə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktuba baxılmışdır. Bildiririk ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən ##.##.1971-ci il tarixindən ##.##.1975-ci il tarixinədək təhsil dövrü, ##.##.1975-ci il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.1975-ci il tarixindən ##.##.1975-ci il tarixinədək, ##.##.1979-cu il tarixindən ##.##.1980-ci il tarixinədək, ##.##.1980-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1982-ci il tarixindən ##.##.1982-ci il tarixinədək, ##.##.1987-ci il tarixindən ##.##.1988ci il tarixinədək, ##.##.1988-ci il tarixindən ##.##.1989-cu il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1995ci il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə ##.##.2006-cı il tarixinədək 19 il 7 ay 26 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı əmək kitabçasında qeyd olunan ##.##.1980-ci il tarixindən ##.##.2002-ci il tarixinədək işlədiyi dövrlərdə 1983-1986-cı illərin, 1987-ci ilin ikinci yarım ilinin və 1996-cı ilin əməkhaqqı cədvəlləri aşkar olunmamışdır. Eyni zamanda ##.##.2002-ci il tarixindən ##.##.2003-cü il tarixinədək olan dövrün əməkhaqqı cədvəlləri Sabirabad rayon Dövlət arxivinə təhvil verilmədiyindən qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsistemində olan məlumata əsasən İddiaçı ##.##.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh etirazının əsası kimi iddiaçının ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1ndə və "xxxx" D.Ş-dakı ##.##.1983 - ##.##.1987-ci və 1996-cı illərə olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələrin olmasını göstərmişdir. - Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. - İş üzrə əldə edilmiş Sabirabad rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli *-**-**- RA/**/**** nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respubliası Milli Arxiv idarəsindən ##.##.2024-cü il tarixdə Sabirabad rayon Dövlət Arxivinə daxil olmuş, İddiaçı 1980- 2002-ci illərdə “xxxx” Dövlət Şirkəti və 2002-2003-cü illərdə X8 rayon Təmir Tikinti sahəsi idarələrində işləməsi barəsində olan məktubua cavab olaraq bildirirlər ki, qeyd olunan illər üzrə hər iki təşkilatın sənədləri Sabirabad rayonu Dövlət Arxivinə təhvil verilməyib. - Zaqatala rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-**-RA/*/**-**** nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Zaqatala rayon RMK-51 və «Azərkədtikinti» D.G-da ##.##.1983-cü il tarixindən ##.##.1987-ci tarixə kimi və 1995, 1996, 1997-ci illərin əmək haqqı kitablarından vətəndaşa məxsus hissəsinin çıxarışlarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. - İşin müəyyən edilən hallarından göründüyü kimi ##.##.1975-ci il tarixdə iddiaçı İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1980-ci il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” D.Ş-dakı və ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək Təsərrüfat Hesablı ünvan 1ndəki əmək fəaliyyəti dövrlərinin araşdırılması ilə əlaqədar ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1nin sənədləri Sabirabad rayon Dövlət Arxivinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun ** saylı regional filialının ##.##.2021-ci il tarixli aktına əsasən "xxxx" D.Ş-dakı ##.##.1983-##.##.1987-ci və 1996-cı illəri əhatə edən fəaliyyət dövrlərinin əməkhaqqı cədvəlləri arxivə təhvil verilmədiyi müəyyən edildiyindən iddiaçıya pensiya təyin edilməmişdir. - Anoloji mübahisələrlə bağlı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vətəndaşın ##.##.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli Qərarı). - Nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının qeyd edilən dövrlərdəki əmək fəaliyyəti ilə bağlı qeydlərinin əmr kitabları və əməkhaqqı cədvəllərinin dövlət arxivinə təhvil verilmədiyi üçün qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. İddiaçının əmək kitabçasında qeyd olunan həmin dövrlərin nəzərə alınmamasına rəğmən, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. - İddiaçı İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, onun ##.##.1971-ci il tarixindən ##.##.1975-ci il tarixinədək təhsil dövrü, ##.##.1975-ci il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.1975-ci il tarixindən ##.##.1975-ci il tarixinədək, ##.##.1979-cu il tarixindən ##.##.1980-ci il tarixinədək, ##.##.1980-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1982-ci il tarixindən ##.##.1982-ci il tarixinədək, ##.##.1987ci il tarixindən ##.##.1988-ci il tarixinədək, ##.##.1988-ci il tarixindən ##.##.1989-cu il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.1997ci il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə ##.##.2006-cı il tarixinədək 19 il 7 ay 26 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. - Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi, İddiaçı əmək kitabçasında qeyd olunan ##.##.1980-ci il tarixindən ##.##.2002-ci il tarixinədək işlədiyi dövrlərdə 1983-1986-cı illərin, 1987-ci ilin ikinci yarım ilinin və 1996-cı ilin əməkhaqqı cədvəlləri aşkar olunmamışdır. Bu səbəbdən qeyd olunan dövrlərin iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır. - ##.##.2021-ci il tarixində iddiaçı İddiaçı 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və hazırda aylıq 220 manat olmaqla ödənişi davam etdirilir. - Belə ki, birinci instansiya məhkəməsi qərarında cavabdeh tərəfindən iddiaçı İddiaçı adına tərtib edilmiş ##.##.1975-ci il tarixli əmək kitabçasının mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim edilmədiyini qeyd etmişdir. - Lakin, iş materiallarında əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar mövcud olduğu halda, məhkəmə tərəfindən həmin hallara lazımi hüquqi qiymət verilmədən iddianın təmin edilməsi barədə nəticəyə gəlinmişdir ki, bu da məhkəmə qərarının əsassız olduğunu göstərir. - Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin iddiaçı ərizə göndərərək, kollegiyanın iclasında üzürlü səbəblərə əsasən iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı əmək kitabçasında qeyd olunan ##.##.1980-ci il tarixindən ##.##.2002-ci il tarixinədək işlədiyi dövrlərdə 1983-1986-cı illərin, 1987-ci ilin birinci yarım ilinin və 1996-cı ilin, ##.##.2002-##.##.2003-cü illərin əməkhaqqı cədvəlləri aşkar olunmamışdır.

27. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, ##.##.1975-ci il tarixində iddiaçı İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1980-ci il tarixindən ##.##.2002-ci il tarixinədək “xxxx” D.Ş-dakı və ##.##.2002-ci il tarixindən ##.##.2003-cü il tarixinədək Təsərrüfat Hesablı ünvan 1ndəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun * saylı regional ərazi filialının ##.##.2021-ci il tarixli aktına əsasən, ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1nin sənədləri Sabirabad rayon Dövlət Arxivinə və Dövlət Sosial Müdafiə Fondunun ** saylı regional filialının ##.##.2021-ci il tarixli aktına əsasən “xxxx” D.Ş-dakı ##.##.1983 - ##.##.1987-ci və 1996-cı illəri əhatə edən fəaliyyət dövrlərinin əməkhaqqı cədvəlləri Zaqatala Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlanması mümkün olmamışdır.

28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Əlavə olaraq Kollegiya, cavabdehin dəlili ilə bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

29. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

30. O da qeyd olunmalıdır ki, cavabdeh orqanın qeyd etdiyi kimi, əməkhaqqı cədvəllərinin aşkarlanmaması və ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1nin sənədlərinin Sabirabad rayon Dövlət Arxivinə və “xxxx” D.Ş-dakı ##.##.1983 - ##.##.1987ci və 1996-cı illəri əhatə edən fəaliyyət dövrlərinin əməkhaqqı cədvəllərinin Zaqatala Rayon Dövlət Arxivinə təhvil verilməməsi, həmçinin Əmək kitabçasının 10-cu səhifəsində qeyd edilmiş ## #### 2003-cü ilə aid işdənçıxma əmrinin qeyd hissəsində həmin dövrdə qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinad olunması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hallar özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

31. Həmçinin, iş materiallarında olan Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, dövlət reyestrində Sabirabad rayonu Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsinin (VÖEN: 6800090761) ##.##.1997-ci il tarixdə D-1826 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin hüquqi şəxsin fəaliyyətinin ##.##.2021-ci il tarixdən hazırkı dövrədək dayandırılması barədə qeyd aparılmışdır. Reyestrdə "xxxx" X1 Cəmiyyətinin (VÖEN: 1700055871) ##.##.1999-cu il tarixdə D-3038 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. ##.##.1999-cu il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasə Cəmiyyət xxxx Dövlət Şirkətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barəd müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyəti ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək, ##.##.2017-ci il tarixdən ##.##.2022-ci tarixədək, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2023-cü il tarixde ##.##.2029-cu il tarixədək fəaliyyətinin dayandırılması barədə qeyd aparılmışdır.

32. Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 8 (səkkiz) müəssisəsinin bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2022ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmçinin, bildiririk ki, ünvan 2 ünvanında yerləşən Təsərrüfat Hesablı ünvan 1 Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydaları”na uyğun olaraq ## ### 2003-cü il tarixində özəlləşdirilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Xidmətin arxivində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və Təsərrüfat Hesablı ünvan 1nin özəlləşdirmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında İddiaçı oğlunun adı aşkar edilmədi.

33. Zaqatala rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-**-RA/*/**-**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Zaqatala rayon RMK-51 və «Azərkədtikinti» D.G-da ##.##.1983-cü il tarixindən ##.##.1987-ci tarixə kimi və 1995, 1996, 1997-ci illərin əmək haqqı kitablarından vətəndaşa məxsus hissəsinin çıxarışlarının təsdiq edilmiş surətlərini təqdim edilmişdir.

34. Qeyd edilməlidir ki, ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1nin sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hüququnun məhdudlaşdırılması üçün əsas deyil. İddiaçının, qeyd edilən sənədlərin Arxivə verilməsini təmin etmək kimi öhdəliyi olmamışdır. Odur ki, hər hansı bir işçinin müəssisədə çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz.

35. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ##.##.1980-ci il tarixindən ##.##.2002-ci il tarixinədək “xxxx” D.Ş-da və ##.##.2002-ci il tarixindən ##.##.2003-cü il tarixinədək Təsərrüfat Hesablı ünvan 1ndə olan əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır. Odur ki, cavabdehin mübahisələndirdiyi müddətin üzərinə mübahisələndirilməyən 19 il 7 ay sosial sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olur.

37. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

38. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

39. Həmçinin, hazırki Qərarın 18-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

40. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

41. Bundan başqa, cavabdeh orqan, Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən tərtib olunmuş ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli qarşılıqlı yoxlama aktına istinad edərək qeyd etmişdir ki, həmin aktlara əsasən ##.##.2002 - ##.##.2003-cü illəri əhatə edən Təsərrüfat Hesablı ünvan 1nin sənədləri Sabirabad rayon Dövlət Arxivinə və xxxx” D.Şdakı ##.##.1983 - ##.##.1987-ci və 1996-cı illəri əhatə edən fəaliyyət dövrlərinin əməkhaqqı cədvəlləri Zaqatala Rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus ##.##.1975-ci il tarixli əmək kitabçasının 6-11-ci səhifələrində aparılmış ## #### 1980-ci il tarixli ** nömrəli əmrə əsasən iddiaçı Zaqatala PMK Azselstroya 204 çarpayılıq yataqxananın tikintisi üçün * nömrəli əmrlə 4-cü kateqoriya hörgü ustası işinə qəbul olmuş, ## ######## 1986-cı il tarixli *** nömrəli əmrə əsasən "Aqropromstroy-9" trestinin adı dəyişdirilərək "Azəraqropromstroy" birliyinin MPMK-92 adlandırılmış, ## #### 1995-ci il tarixli *** nömrəli əmrə əsasən xxxx Dövlət Şirkətinin əmrinə əsasən ** nömrəli SMD ləğv edilmiş və 91 Zaqatala kəndtikinti SMD-nin tərkibinə verilmiş, ## ###### 2002-ci il tarixli * nömrəli əmrə əsasən xxxx D.Ş. ** saylı SMD-dən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişinə görə) işdən azad edilmişdir. İddiaçı, ## ###### 2002-ci il tarixli ** nömrəli əmrə əsasən Təsərrüfat Hesablı ünvan 1nə iş ustası vəzifəsinə qəbul edilmiş, ## #### 2003-cü il tarixli ** nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.

43. Bütün əmrlər möhürlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən hər hansı əsas təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar müəyyən edilməmişdir. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. Sonuncu qeyd edilənlər isə daha mötəbər hesab olunmaqla cavabdeh orqanın tərtib etdiyi, mötəbər sənədlərə əsaslanmayan aktları təkzib edir.

44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı əmək kitabçasına əsasən hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar