Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-191/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 PHŞ-nə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. üçüncü şəxs2 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya bələdiyyənin ərazisindən 1300 kv.m torpaq sahəsi satılmış, torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş, iddiaçı tərəfindən torpağın dəyəri üçüncü şəxs2 hesabına ödənilmişdir.
2. DT və XK-nın Yevlax rayon şöbəsinin torpaq sahəsinin satılmasına dair təqdim etdiyi rəydə qeyd edilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan 1300 kv.m torpaq sahəsi X2 mülkiyyətinə aid olmaqla alqı-satqı predmetidir. Qeyd edilən torpaq sahəsi kənd təsərrüfatına şərti yararsız olmaqla (bonitet balı – 19) həmin məqsəd üçün satılması məqsədəmüvafiq hesab edilmişdir.
3. AN 004017 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, üçüncü şəxs2 ##.##.2007-ci il tarixli ** saylı qərarı İddiaçı bələdiyyənin ərazisindən 1300 kv.m “tikinti materiallarının satışı və avtoservis xidməti” təyinatlı torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin qonşu torpaqları 3 tərəfdən bələdiyyə mülkiyyəti, digər tərəfdən isə avtomobil yolunun mühafizə zolağı ilə həmsərhədir.
4. Yevlax RİH Başçısının ##.##.2007-ci il tarixli, *** nömrəli sərəncamı ilə üçüncü şəxs2 ##.##.2007-ci il tarixli ** saylı qərarı İddiaçı mülkiyyətinə verilmiş 1300 kv.m torpaq sahəsində tərtib olunmuş layihə əsasında tikinti materiallarının satışı və avtoservis xidməti binasının tikintisinə razılıq verilmişdir.
5. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan ##.##.2024-cü il tarixli, *-**-*-**/*-M-****/**-*/**** saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, Yevlax rayon X2 ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi müayinə zamanı məlum olmuşdur ki, kənd təsərrüfatı təyinatlı torpaqlardır. Eyni zamanda torpaq sahəsinin şərq hissəsindən yüksək təzyiqli yeraltı qaz xətti, cənub-qərb hissəsindən isə su xətti keçir. Yuxarıda qeyd olunan səbəbdən, Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən 0,13 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs2 ## #### 2007-ci il tarixli ** nömrəli qərarı ilə satın aldığı 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Məhkəmənin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxsilə əvəz edilmişdir.
10. İddia ərizəsinə əsasən, üçüncü şəxs2 ## #### 2007-ci il tarixli ** nömrəli “Torpaq sahəsinin satılması barədə” qərarı ilə X2 mülkiyyətində olmuş kəndin 1-115 bələdiyyə çevrəsində 1300.0 (bir min üç yüz) kvadrat metr torpaq sahəsi tikinti materiallarının satışı və avtoservis xidməti üçün iddiaçıya satılmışdır. Torpaq sahəsinin alqı-satqısı üçün ödəniş edilmiş, torpağın alqı-satqısına dair Akt tərtib edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəyində göstərilmişdir ki, həmin torpaq sahəsi X2 mülkiyyətinə aiddir, alqı-satqı predmetidir və kənd təsərrüfatına şərti yararsız olmaqla tikinti materiallarının satışı və avtoservis xidməti məqsədilə satılması qanunamüvafiqdir. Eyni zamanda torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək təsdiq edilmiş, torpaq sahəsinin koordinatları, sərhədi, yerləşmə vəziyyəti və döngə nöqtələri yerquruluşu planında göstərilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının ## ####### 2007-ci il tarixli *** nömrəli Sərəncamı ilə satın alınmış 1300 kv.metr torpaq sahəsində tərtib olunmuş layihə əsasında tikinti materiallarının satışı və avtoservis binasının tikintisinə icazə verilmişdir. Yevlax rayon X2 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli Arayışda qeyd olunur ki, İddiaçı X2 tərəfindən satılmış torpaq sahəsinin ## #### 2007-ci il tarixli yerquruluşu planı qüvvədədir, heç bir dəyişiklik yoxdur. Dövlət Reyestrindən Çıxarış və Texniki Pasport verilməsinə etiraz edilmir. İddiaçı cavabdeh1n ** saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək alqı-satqı yolu ilə aldığı 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış və Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin verilməsini xahiş etmişdir. ** saylı Yevlax Ərazi İdarəsi ##.##.2024-cü il tarixli məktubla imtina edərək sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinin müayinə zamanı kənd təsərrüfatı təyinatlı torpaq olduğu, torpaq sahəsinin şərq hissəsindən yüksək təzyiqli yeraltı qaz xətti, cənub-qərb hissəsindən isə su xətti keçdiyi əsası ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır. Əvvəla iddiaçının torpaq sahəsinin hər hansı hissəsindən su xətti keçmir və orada yalnız çox dayaz və ensiz olan arx axır. Eyni zamanda iddiaçı torpaq sahəsindən hər hansı yüksək təzyiqli magistral qaz boru kəməri (xətti) də keçmir. Torpaq sahəsinin şərq hissəsindən keçən yeraltı qaz xətti isə yüksək təzyiqli magistral boru xətti deyil və yalnız Yevlax rayonunun Xanabad kəndinə qədər olan iki kəndi birləşdirən, diametri kiçik ölçülü olan qaz xəttidir. Həmin qaz xətti iddiaçının xəbəri olmadan, iddiaçıya məlumat verilmədən, iddiaçı ilə razılaşdırılmadan, icazəsiz çəkilən qaz xəttidir. Bununla belə bu xəttin iddiaçının torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi üçün hər hansı bir maneəsi də yoxdur. İddiaçıya sahibkarlıq fəaliyyəti üçün X2 tərəfindən 1300 kv.metr torpaq sahəsi satılarkən satılmış ərazidə hər hansı nəqliyyat xətti, o cümlədən qaz xətti olmamışdır, eləcə də torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı deyil, kənd təsərrüfatına şərti yararsız olmuşdur. İşin bu halları alqı-satqı Aktı, yerquruluşu planı və digər mötəbər sübutlarla təsdiq olunur.
11. Cavabdeh cavabdeh1 PHŞ iddiaya münasibətini ilkin müraciətə imtinanın dəlilləri ilə əsaslandırmışdır.
12. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxsin üzərinə üzərinə üçüncü şəxs2 ## #### 2007-ci il tarixli ** nömrəli qərarı ilə satın aldığı 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz üçüncü şəxs2 ##.##.2007-ci il tarixli ** saylı nömrəli qərarında ifadə olunur. İddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi məhz torpaq sahəsinin alqı-satqısı məqsədinə nail olunasına xidmət etdiyindən iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alğısatqısı baş tutmuş sayılmalıdır. Torpaq sahəsi ayırılan zaman sxematik quruluşu planında onun yolun sol tərəfində təsfir olunması iddiaçının iradəsindən asılı olmayan hal olmaqla yanaşı, hazırda torpağın yerləşməsi ilə bağlı hər hansı şəxsin hüquqlarına təsir etmir, bununla bağlı mübahisə mövcud deyil. Odur ki, alğı-satqı aktının tərtib edilməməsi, torpağın sənəd üzrə yerləşməsi ilə iddiaçı tərəfindən göstərilən sahə arasında uyğunsuzluğun mövcudluğu iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bələdiyyənin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 0.13 ha təşkil edir, torpaq sahəsinin 820 kv.m hisəsinin uqodiyası - şərti yararsız torpaqlar, 480 kv.m hissəsinin uqodiyası təsərrüfatdaxili suvarma kanalının ərazisinə aid torpaq sahəsi, mülkiyyətçisi - Yevlax rayonu, X2. “X6 Uçotu İnformasiya Sistemi”dəki xəritədə torpaq sahəsinin 820 kv.m hisəsinin kənd təsərrüfatına az yararlı kimi qeyd edilməsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas hesab edilə bilməz. Bununla yanaşı torpaq sahəsinin 480 kv.m hissəsinin təsərrüfatdaxili suvarma kanalının ərazisinə aid torpaq sahəsi olması ilə bağlı qeyd olunmalıdır ki, iş üzrə əldə edilmiş Yevlax şəhər X7 İstismarı İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı İddiaçı Yevlax rayonu Aşağı Bucaq kəndində 0.13 ha torpaq sahəsi Yevlax SMSİİ-nin balansında olan su arxı və kollektorun mühafizə zonasına düşmür. Torpaq sahəsinin şərq hissəsindən sərhədd boyu 150 mm-lik yüksək təzyiqli qaz xəttinin keçməsi ilə bağlı qeyd edilməlidir ki, ilk növbədə bu halın mövcudluğunu (torpaq sahəsinin mühafizə zonasında yerləşməsi) təsdiq edən hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, sözügedən qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
14. Cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində hazırki mübahisə üzrə kifayət qədər araşdırılma aparılmış, mühəndis texniki ekspertizanın nəticəsi bəlli olmuşdur. Məhkəmənin verdiyi sorğuya cavabda suallara izahlı sxem tərtib edilmiş və həmin sənədlərdən göründüyü kimi tələbin əsassız olduğu açıq aşkar ortaya çıxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Şərq hissəsindən yüksək təzyiqli yeraltı qaz xətti, cənub-qərb hissəsindən isə su xətti keçir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, X2 “X6 Uçotu İnformasiya Sistemi”dəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) – kənd təsərrüfatı təyinatlı torpaqlar, 820 kv.m hisəsinin uqodiyası – şərti yararsız torpaqlar, 480 kv.m hissəsinin uqodiyası – təsərrüfatdaxili suvarma kanalının ərazisinə aid torpaq sahəsi, mülkiyyətçisi – Yevlax rayonu, X2. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslərin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçının vəkili məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, hazırkı işə onların iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
22. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Cavabdeh onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı üçüncü şəxs2 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə satılmış 1300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.
28. Kollegiya tərəfindən iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinin və ilkin sənədlərə uyğunluğunun müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilkin yerquruluşu (1- *** saylı bələdiyyə çevrəsində, 235 a nömrəli torpaq sahəsinin qonşuluğunda yerləşməsi nəzərə alınmışdır) sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, X2 DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyətçisi - X2, kənd təsərrüfatı yeri olmaqla, kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi qeydə alınmışdır. Həmçinin qeyd edilmişdir ki, TEKUİS-də torpaq sahəsi məqsədli istifadə növünə görə “kənd təsərrüfatı yeri"nə aid deyildir.
29. Torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər.
30. İşdə olan AN 004017 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qaiməsində sözügedən torpaq sahəsi “sair sahələr” olaraq qeyd edilmiş, keyfiyyət qrupu 5, bonitet balı 19 göstərilmişdir. Torpaq sahəsi ayrılarkən DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəydə həmin torpaq sahəsinin kənd təsərrüfatına şərti yarasız torpaqlara aid olması qeyd edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində də, həmin torpaq sahəsinin DWJ xəritəsinə əsasən kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi qeydə alınması göstərilir.
31. Belə olan halda sözügedən torpaq sahəsinin iddiaçıya satılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
32. Torpaq sahəsinin cənub-qərb hissəsindən su xəttinin keçməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu dəlil də iş materialları ilə sübut olunmur. Belə ki, “Azərbaycan Dövlət Su X9 Su Meliorasiya Xidməti” PHŞ ##.##.2026-cı il tarixli məktubunda bildirmişdir ki, sözügedən əraziyə baxış zamanı suvarma kanalının Yevlax SMSİİ-nin balansında olmadığı, həmin kanalda vətəndaşların əkin sahələrindən çıxan suvarma sularının olduğu və kanalın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aidiyyətinin olmadığı müəyyən edilmişdir.
33. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı Yevlax şəhər X7 İstismarı İdarəsi sözügedən 0,13 ha torpaq sahəsinin Yevlax SMSİİ-nin balansında olan su arxı və kollektorun mühafizə zonasına düşmədiyini bildirmişdir.
34. Torpaq sahəsinin şərq hissəsindən yüksək təzyiqli yeraltı qaz xəttinin keçməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu dəlil də iş materialları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ##.##.2026-cı il tarixli məktubundan görünür ki, mübahisəli 1300 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Torpaq sahəsinin 0,2 metr məsafəsindən 2008-ci ildə istismara verilmiş PE 160 mm-lik, 2,90 metr məsafəsindən isə 2014-cü ildə istismara verilmiş PE 315 mm-lik yeraltı orta təzyiqli polietilen qaz xətləri keçir.
35. Sözügedən yeraltı orta təzyiqli polietilen qaz xətlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 3.2-ci bəndinə əsasən 0,05-dən 3 kqq/sm²-ə qədər təzyiqli qaz kəmərləri orta təzyiqli qaz kəmərlərinə aid edilir. Həmin Qaydaların 3.7-ci bəndində yeraltı qaz kəmərləri ilə başqa yeraltı kommunikasiyalar və qurğular arasındakı horizontal və şaquli məsafələrin 2-ci və 3-cü əlavələrdə göstərilən kəmiyyətlərdən az olmaması nəzərdə tutulmuş, * nömrəli Əlavədə isə orta təzyiqli yeraltı qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər horizontal üzrə minimum məsafə 4 metr müəyyən edilmişdir.
36. Belə olan halda, qaz xətlərinin torpaq sahəsindən 0,2 metr və 2,90 metr məsafədən keçməsi həmin sahədə bina və tikililər inşa edilərkən onların özülündən qaz xətlərinə qədər 4 metrlik təhlükəsizlik məsafəsinin nəzərə alınmasını tələb etsə də, həmin hal iddia olunan torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyini göstərmir.
37. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə, torpaq sahəsinin ayrılması zamanı həmin sahənin, o cümlədən qaz, su, elektrik, rabitə, nəqliyyat, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşib-yerləşməməsi müəyyən edilməli idi.
38. Hazırkı halda iddiaçıya torpaq sahəsi üçüncü şəxs2 ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə ayrılmış, PE 160 mm-lik qaz xətti 2008-ci ildə, PE 315 mm-lik qaz xətti isə 2014-cü ildə istismara verilmişdir. Göründüyü kimi torpaq sahəsinin iddiaçıya ayrıldığı 2007-ci ildə həmin qaz xətləri mövcud olmamışdır. Odur ki, iddia olunan torpaq sahəsi sözügedən qaz xətlərinin mühafizə zolağında yerləşsə belə, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməzdi.
39. Kollegiya qeyd edir ki, üçüncü şəxsin qaz xətlərinin torpaq sahəsindən kənarlaşdırılması və ya dayaqlar üzərində yerüstü vəziyyətə gətirilməsi, habelə bununla bağlı xərclərin iddiaçı tərəfindən qarşılanmasına dair mülahizələrinə isə hazırkı iddia tələbinin predmeti çərçivəsində hüquqi qiymət verilməsinə zərurət yoxdur.
40. “Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-nın 5.1-ci bəndinə əsasən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Qaydalar”ın 5.2-ci bəndində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar dedikdə - sərhəd, yerləşmə və konfiqurasiya fərqləri baxımından uyğunsuzluqlar nəzərdə tutulmuşdur.
41. İş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi *-*** saylı bələdiyyə çevrəsi və 235 a nömrəli torpaq sahəsinin qonşuluğunda yerləşməsi nəzərə alındıqda ilkin yerquruluşu sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, iddia olunan torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə AN 004017 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin elektron xəritə bazasında yerləşmə vəziyyəti arasında konfiqurasiya fərqləri mövcuddur.
42. Odur ki, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan bu cür fərqlərin yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrasından irəli gələn və cavabdehin xidməti vəzifəsinə aid olan məsələlərdir.
43. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
45. Beləliklə, yuxarıda şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh orqan tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.