Məhkəmə qərarları › İş №2-1(3-10)-196/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-196/2026

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-196/2026 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh * saylı Qəbələ ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X2 Oğuz rayon Yaqublu kənd XDS İcraiyyə Komitəsinin ##.##.1978-ci il tarixli * nömrəli qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Oğuz rayon Yaqublu kəndində yerləşən 0.20 ha torpaq sahəsi təsərrüfatbaşına uçot kitabında da iddiaçı və ailə üzvlərinin adına qeyd edilmişdir. - Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsinə mərhum qayınanası Abdullayeva Əsmayənin adına şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnaməni o əldə edə bilməmişdir. - Ona görə də, mərhum qayınanası Abdullayeva Əsmayənin adına olan torpaq sahəsinə verilmiş şəhadətnamənin ləğv edilməsini və Oğuz rayonu Yaqublu kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə dair 1978-ci il tarixli * nömrəli qərara və təsərrüfat uçot kitabında olan qeydlərə əsasən mərhum X2 məxsus hüququn tanınması barədə arayışın verilməsi tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh * saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İdarə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-M-****-**/**** nömrəli məktubla ona imtina verilmişdir. İmtinanın əsası kimi JN***F saylı şəhadətnamənin ləğv edilməsinin həmin səlahiyyətli orqanların səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir.

4. Cavabdeh iddiaya etirazını JN-***F saylı şəhadətnamənin ləğv edilməsinin səlahiyyətlərinə aid olmadığı ilə əsaslandırmışdır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması bərədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul olunan zaman tam və hərtərəfli araşdırma aparılmadığı, təqdim etdiyi çox sayda sübutlar və dəlillər nəzərə alınmadığı, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi üçün həmin qərardan narazıdır. - Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının 1-ci və əsas tələbi torpaq sahəsinə mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsidir. Məhkəmə isə həmin tələbi 2-ci hissəyə keçirərək, şəhadətnamənin ləğvini önə çəkmişdir. Əvvəla, iddiaçı məhkəməyə belə bir şəhadətnamə təqdim etməmiş, yalnız onun olduğu barədə eşitdiyini bildirmişdir. Qeyd edilən Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün də nə qədər olması iddiaçıya məlum olmamışdır. Həmin Şəhadətnamə əsasında mülkiyyət sənədlərinin alınması prosesi isə iddiaçı məhkəməyə müraciət etdikdən sonra baş vermişdir. - Məhkəmə araşdırması tam və hərtərəfli aparılsaydı, bəlkə də Şəhadətnamənin qismən ləğv edilməsinə əsas da qalmayacaqdı. Belə ki, ölçmə işlərinin aparılmasına üçüncü şəxs maneə törətmiş, məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir. İddia olunan torpaq sahəsinin mübahisələndirilən Şəhadətnamədə göstərilən əraziyə daxil olub olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, Şəhadətnamədə 31 ha torpaq sahəsi göstərilir, lakin subyektlər siyahısında və bütün islahat sənədlərində X3 adına 0.14 ha torpaq sahəsi göstərilir. Məhkəmə isə qərardadın əsaslandırıcı hissəsində subyektlər siyahısında torpaq sahəsinin ölçüsünün göstərildiyi bərədə səhv nəticəyə gələrək qanunsuz və əsassız qərardad qəbul etmişdir. - Şəki İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ümumiyyətlə cavabdehin mülahizələri (etirazı) ilə əsaslandırılmışdır. Qərardadın iddianın mümkün sayılmayan hər iki hissəsində əsaslandırılması isə ümumiyyətlə qanuna və mötəbər sübutlara əsaslanmır. Qeydə alınmış hüquq olan torpaq sahəsinə arayış verilməsinin mümkün olmadığını qeyd edən məhkəmə, həmin torpaqların qeydiyyata alınmasının qaydaları və üsulları barədə izah və şərh verməmişdir. Torpaq sahəsinə hüququn qeydə alınması iddiadan sonra olmuşdur. Bundan başqa, 0.20 ha torpaq sahəsi iddiaçının mərhum ərinə verilmişdir, lakin mülkiyyət sənədi tərtib olunmamışdır. - Məhkəmə 0.20 ha torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməməsi barədə səhv qənaətə gəlmişdir. Əslində isə həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin adına təsərrüfatbaşına uçot kitabında qeyd edilməklə onların mülkiyyətinə verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək şikayətin təmin edilməsini, Şəki inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün Şəki inzibati Məhkəməsinə qaytarılması bərədə qərar qəbul edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. - 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. - 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

16. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağının ifadə olunduğu iddia tələbi 2 hissədən ibarətdir: 1. JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi. 2. ünvan 1 ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi; - Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinin mümkünsüzlüyü digər tələbin də mümkünsüzlüyünün də əsasıdır. Araşdırılma zamanı JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsasında mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilmişdir, yəni qeydə alınmış hüquq olan torpaq sahəsinə arayışın verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırlanmasına dair inzibati orqanın faktiki hərəkətlərinə dair iddia müddət baxımından mümkün iddia deyildir. Belə ki, Oğuz rayonunun Yaqublu kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair X3 və X1 adına hazırlanmış JN-***F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Oğuz Rayon Aqrar İslahat Komissiyasının ## ######## 1997-ci il tarixli qərarı əsasında verilmişdir. Hazırda həmin mübahisələndirilən Şəhadətnamələrin həmin qərar əsasında verildiyi öz təsdiqini tapmışdır. - Belə ki, iş materiallarında olan, Aqrar İslahat Komissiyasının qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında görünür ki, X3 və X1 adları qeyd edilməklə mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü göstərilmişdir. Həmin Qərar əsasında isə JN-146F Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. - Hazırkı iddia tələbinə cavabdehin faktiki xarakterli hərəkəti qismində baxılması zamanı da müddətin ötürülməsi müəyyən edilir. İddiaçının 20 ildən artıq müddət ərzində mübahisələndirilən sənədlərdən məlumatsız olması ağlabatan deyildir.

17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

19. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

22. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin mərhum həyat yoldaşı X2 Oğuz rayon Yaqublu kənd XDS İcraiyyə Komitəsinin ##.##.1978-ci il tarixli * nömrəli qərarı əsasında ayrıldığını, həmin torpaq sahəsinin uzun illər ailənin istifadəsində olduğunu və təsərrüfatbaşına uçot kitabında da onların adına qeydiyyata alındığını bildirmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, yalnız sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin müəyyən hissəsinə dair X3 adına JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçının əsas hüquqi marağı isə həmin torpaq sahəsinə münasibətdə hüquqi vəziyyətin müəyyənləşdirilməsi və özünün iddia etdiyi hüququn tanınması ilə bağlı olmuşdur.

23. Kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün və qanuni həlli üçün ilk növbədə iddiaçının tələb etdiyi torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti, ölçüsü, sərhədləri və koordinatları müəyyən edilməli, daha sonra isə həmin torpaq sahəsinin JN-***F saylı Şəhadətnamə əsasında rəsmiləşdirilmiş torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşübdüşmədiyi araşdırılmalıdır. Bu isə xüsusi bilik tələb edən məsələ olduğundan müvafiq sahə üzrə mütəxəssis rəyinin alınmasını zəruri edir.

24. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin halların müəyyən olunması istiqamətində yetərli prosessual tədbirlər görülməmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin texniki göstəricilərinin müəyyən olunması üçün mütəxəssis və ya ekspert araşdırması təyin edilmişdir. Ancaq məhkəmə, cavabdeh orqanın imtinasında və etirazında qeyd etdiyi “ünvan 1 ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin JN- ***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən üçüncü şəxslərin mülkiyyətinə verilmiş 0.31 ha torpaq sahəsinin daxilində olması”na əsaslanmış, nəticədə mötəbər sübutlar-sənədlərlə qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır.

25. Bu halı sübuta yetirəcək hər hansı sənəd işdə aşkar olunmamış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halın araşdırılması barədə hər hansı prossesual tədbirlər həyata keçirilməmişdir. Bunun üçün yenidən mütəxəssis rəyi alınmaqla bu xüsusat araşdırılmalıdır.

26. Halbuki iddiaçının irəli sürdüyü əsas dəlillərdən biri də ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsinin hansı hissəsinin şəhadətnamə ilə əhatə olunduğu, həmin şəhadətnamənin konkret olaraq hansı koordinat və sərhədləri əhatə etdiyi ona məlum olmamışdır. İş materiallarından da görünür ki, iddiaçı şəhadətnamənin məzmunu və torpaq sahəsinin faktiki vəziyyəti barədə tam məlumat əldə edə bilmədiyini bildirmişdir.

27. Həmçinin bununla bağlı kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi və ölçmə işlərinin aparılması istiqamətində cəhdlər edilmiş, lakin üçüncü şəxslər tərəfindən buna maneçilik törədilmişdir. Həmçinin nümayəndə tərəfindən bildirilmişdir ki, iş üzrə mütəxəssis rəyi alınmadan, torpaq sahələrinin faktiki uyğunluğu müəyyən edilmədən iddianın mümkünsüz hesab olunması işin hallarının natamam araşdırılması ilə nəticələnmişdir.

28. Kollegiya da hesab edir ki, həmin izahatlar iş üzrə mühüm əhəmiyyət kəsb edən hallarla bağlı olub, birinci instansiya məhkəməsi tərəfindən lazımi hüquqi qiymətləndirilməyə məruz qalmamışdır.

29. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsinə qiymət verərkən işin mahiyyəti üzrə araşdırılması zəruri olan halları əvvəlcədən qiymətləndirməklə nəticəyə gəlmişdir.

30. Belə ki, məhkəmə iddiaçının tələb etdiyi torpaq sahəsinin artıq qeydə alınmış hüquqla əhatə olunduğunu göstərərək iddianı mümkünsüz hesab etmişdir. Halbuki həmin torpaq sahəsinin həqiqətən də JN-***F saylı Şəhadətnamə ilə rəsmiləşdirilmiş ərazinin daxilində olmaqla ona aid olub-olmaması, həmin sənəddə göstərilən torpaq sahəsinin ölçüsü, sərhədləri və faktiki yerləşmə vəziyyəti tam araşdırılmadan belə nəticəyə gəlmək mümkün deyildir.

31. İş materiallarından görünür ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında X3 adına göstərilən torpaq sahəsinin ölçüsü ilə sonradan verilmiş şəhadətnamədə qeyd edilən məlumatlar arasında müəyyən uyğunsuzluqların olması barədə iddiaçı tərəfindən dəlillər irəli sürülmüşdür. Belə olan halda məhkəmə həmin uyğunsuzluqları araşdırmalı, zərurət olduqda aidiyyəti dövlət orqanlarından əlavə sənədlər tələb etməli, torpaq sahələrinin kadastr göstəricilərini və ilkin islahat sənədlərini müqayisəli şəkildə təhlil etməli idi. Lakin bunlar edilmədən yalnız mövcud qeydiyyat faktına istinad olunaraq iddianın mümkünsüz sayılması düzgün hesab edilə bilməz.

32. Kollegiya hesab edir ki, hazırkı iş üzrə ilk növbədə müəyyən edilməli olan əsas məsələ iddiaçının tələb etdiyi torpaq sahəsinin JN-***F saylı Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsidir. Bunun üçün isə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi alınmalı, zərurət olduqda yerində müayinə keçirilməli, tərəflərin iştirakı təmin olunmaqla torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilməlidir.

33. Bundan sonra, əgər mütəxəssis araşdırmasının nəticəsinə əsasən iddiaçının tələb etdiyi torpaq sahəsinin tam və ya qismən JN-***F saylı Şəhadətnamə ilə üst-üstə düşdüyü müəyyən olunarsa, həmin hissədə iddiaçının hüquqi marağının mövcud olub-olmaması araşdırılmalı, ona prosessual hüquqlarının həyata keçirilməsi üçün zəruri hüquqi yardım göstərilməklə mövqeyi dəqiqləşdirilməli və iddia tələbinin həcmi konkretləşdirilməlidir.

34. Kollegiya hesab edir ki, yalnız bundan sonra mübahisəyə mahiyyəti üzrə düzgün hüquqi qiymət verilməklə iddia tələbinin yenidən mümkünlüyü yoxlanılaraq əsaslılığı araşdırılmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

36. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

37. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün işin Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar