Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-198/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh “Asan Xidmət” X21rşı “anasıX7 doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. XII-ЖГ ****** №-li doğum haqqında şəhadətnamədə və SSRİ vətəndaşlarının ****** nömrəli pasportunda Məmmədova Leyla Əliyar qızının ##.##.1966-cı il tarixdə Azərbaycan SSR Şəki rayonunun Aşağı Layısqı kəndində anadan olması qeyd edilmişdir.
2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ##.##.2018-ci il tarixli ******* nömrəli qərarından görünür ki, ##.##.1966-cı il təvəllüdlü Məmmədova Leyla Əliyar qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
3. ** nömrəli evlənmə aktının qeydindən görünür ki, X4 ilə X1 arasında 1963cü ildə nikah bağlanmışdır.
4. ********* nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 ##.##.1966-cı il tarixdə anadan olmuşdur. Atası-X2, anası-X9r.
5. ** nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ##.##.1989-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında –X3, anası qrafasında- Məmmədova Leyla Əliyar qızı qeyd edilmişdir.
6. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan ##.##.2025-ci il tarixliŞ,*-**-*/*-**-***/** nömrəli məktubu iklə müraciətin təmin edilməsindən imtina etmişdir.
7. İmtina onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qeyd edilənlərə əsasən Məmmədova Leyla Əliyar qızının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından doğumu haqqında akt qeydinin bərpa edilməsi mümkün olmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh “Asan Xidmət” X21rşı məhkəmədə iddia qaldıraraq “anası-Məmmədova Leyla Əliyar qızının doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının X6 Əliyar qızı ##.##.1966-cı il tarixdə Şəki rayonu, Aşağı Layısqı kəndində anadan olmuşdur. 1983-cü tarixdə atası X3 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan 2 övladları olmuşdur. Lakin X6 Əliyar qızının indiyədək şəxsiyyət vəsiqəsi mövcud olmamışdır. X6 Əliyar qızı Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. Dövlət Miqrasiya Xidmətinin ##.##.2018-ci il tarixli ******* saylı Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarı ilə ## #### 1966-cı il təvəllüdlü Məmmədova Leyla Əliyar qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bundan sonra yəni ##.##.2021-ci il tarixdə X6 Əliyar qızı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün zəruri sənədləri toplayıb DİN Şəki Rayon ŞRPŞ-yə müraciət etmişdir. Lakin oradan bildirmişlər ki, doğum haqqında şəhadətnamə olmasına baxmayaraq, doğum haqqında akt qeydi olmadığından doğum haqqında akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət edilməlidir. Bundan sonra o, anasının doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Cavabdeh “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Cavabdeh “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-**-***/** nömrəli məktubu ilə ona bildirilmişdir ki, bu vaxta qədər L.Məmmədovanın şəxsiyyət vəsiqəsi olmamışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. X7 şəxsiyyətini müəyyən etmək mümkün olmadığından doğumu haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir. Odur ki, X7 doğumu haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Lakin X6 Əliyar qızının şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. X6 Əliyar qızının doğum haqqında akt qeydi olmadığından şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir.
10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh “ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət edərək Məmmədova Leyla Əliyar qızının doğumu haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin əsas müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilənlərə əsasən Məmmədova Leyla Əliyar qızının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından doğumu haqqında akt qeydinin bərpa edilməsi mümkün olmamışdır.
11. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X10) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh orqandan X6 Əlyar qızının “doğum haqqında akt qeydinin bərpa edilməsi”ni xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı X6 Əlyar qızının “doğum haqqında akt qeydinin bərpa edilməsi”ndən ibarətdir. İş materialları ilə müəyyən olunur ki, X7 doğum haqqında şəhadətnaməsi olsa da, akt qeydi Cavabdeh “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. Cavabdeh orqanın iddiaçının X6 Əliyar qızının doğum haqqında akt qeydini bərpa etməsindən imtina etməsi sonuncunun şəxsiyyətinin müəyyən edilməməsi ilə bağlı olmuşdur. Belə ki, Məmmədova Leyla Əlyar qızının şəxsiyyət vəsiqəsi olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının anası Leyla Məmmədovaya məxsus bütün rəsmi sənədlərdə (doğum haqqında şəhadətnamə və sairə) onun doğum tarixi ##.##.1966-cı il kimi göstərilmişdir və həmin sənədlər onun eyni şəxs olmasını müəyyən etməyə imkan verir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının anasının ailənin birinci uşağı olması (məhkəmə iclasındakı izahatı), bacısı Rahilə Kərimovanın doğum tarixinin ##.##.1966-cı il təvəllüdlü olması onu deməyə əsas verir ki, Leyla Məmmədovaya doğum tarixi ##.##.1966-cı il tarixli doğum haqqında şəhadətnamə verilə bilməzdi. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar (1-ci bənd) mövcud olmalıdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin mövqeyi tamamilə səhvdir. Belə ki, X7 tərəf olmadığı Şəki Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi əsasında iddiaçının iddiasının təmin edilməməsi tamamilə qanunsuz və əsassızdır. Hazırkı halda X7 bacısı X5 doğum tarixinin ##.##.1966-cı il olması və X7 doğum tarixinin də ##.##.1966-cı il olması müəyyən edilirsə hazırki işə baxılan zaman cavabdeh inzibati orqan yeni açılmış halla bağlı Şəki Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən yeni açılmış hallar ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edilməli idi. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, X7 doğum tarixinin ##.##.1966-cı il tarixdə olması iş materiallarında olan biri-birini tamamlayan mötəbər sübutlarla yəni XII-ЖГ nömrəli doğum haqqında şəhadətnamə, SSRİ vətəndaşlarının ****** nömrəli pasportu və Şəki rayonu Aşağı Göynük kənd icra nümayəndəliyinin təsərrüfat kitabından ** nömrəli çıxarışı və digər sübutlarla tam sübut olunur. Göründüyü kimi, qeyd edilən faktlara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmamış və buna görə də Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
16. Tərəflər məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəmə kollegiyasının iclasına ərizə ünvanlayaraq, hazırkı işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh orqan əvvəlki məhkəmə iclasında verdiyi izahatın nəzərə alınmasını və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən “ Əsas Müddəalar: II. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası .
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Ərizə sahibinin təqdim etdiyi (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərdə barəsində doğum haqqında akt qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, iddia tələbinin əsassızlığı ilə bağlı düzgün nəticəyə gəlinmişdir.
24. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X6 Əlyar qızının doğum haqqında akt qeydinin bərpasına nail olmaqdan ibarətdir.
25. Kollegiya nəzərə alır ki, barəsində doğum haqqında akt qeydinin bərpası tələb edilən X7 hazırda şəxsiyyətini qanunvericilikdə nəzərdə tutulmuş sənədlə təsdiq etmək imkanına malik deyildir və mübahisənin yaranmasına səbəb olan hal da məhz onun doğum haqqında akt qeydinin mövcud olmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilməməsidir. Bu baxımdan Əsas Müddəaların 13 və 18-ci bəndlərinin akt qeydinin bərpası barədə müraciət edən şəxslərin dairəsini yalnız barəsində akt qeydi bərpa edilən şəxslə məhdudlaşdırmadığı nəzərə alınmalıdır. 18-ci bənddə “ərizə sahibi” ilə “barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxs”in ayrıca göstərilməsi həmin şəxslərin fərqli olmasının mümkünlüyünü nəzərdə tutur. İddiaçı akt qeydinin bərpası ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh həmin müraciətə mahiyyəti üzrə baxaraq onun təmin edilməsindən imtina etmişdir. Buna görə iddiaçının həmin imtinadan məhkəməyə şikayət etməkdə qanunla qorunan hüquqi marağı mövcuddur.
26. Cavabdehin imtinasında X7 şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmamasına istinad edilsə də, kollegiya həmin məsələyə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Belə ki, şəxsiyyətin müəyyən edilməsi mümkün hesab olunsa belə, iş materiallarında doğum akt qeydinin iddiaçının tələb etdiyi məzmunda bərpa edilməsini əsaslandıran mötəbər sübutlar yoxdur.
27. Əsas Müddəaların 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası həmin qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında həyata keçirilir. 16-cı bənddə doğum haqqında itmiş akt qeydinin yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilməsi nəzərdə tutulmuşdur. 18-ci bəndə əsasən isə qeydiyyat şöbəsi təqdim olunmuş sənədləri və yoxlamanın nəticələrini qiymətləndirməklə akt qeydinin bərpası və ya bundan imtina olunması barədə qərar qəbul edir.
28. Göründüyü kimi, doğum haqqında akt qeydinin bərpası zamanı təqdim edilmiş sənəddəki məlumatlar aparılmış yoxlamanın nəticələri ilə birlikdə qiymətləndirilməlidir. Doğum tarixi bərpa ediləcək akt qeydinin əsas məlumatlarından biri olduğundan, həmin tarix iş üzrə müəyyən edilmiş digər hallarla uzlaşmalıdır.
29. İş materiallarında olan XII-ЖГ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədə X7 doğum tarixi ##.##.1966-cı il göstərilmişdir. Eyni tarix ona dair sonrakı sənədlərdə də əks olunmuş, Dövlət Miqrasiya Xidmətinin ##.##.2018-ci il tarixli ******* nömrəli qərarında da X7 ##.##.1966-cı il təvəllüdlü şəxs kimi qeyd edilmişdir.
30. İş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X7 bacısı X5 ##.##.1966-cı ildə doğulması faktı Şəki Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə əsasında ##.##.2021-ci ildə Rahilə Kərimova barəsində ** nömrəli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş, akt qeydində onun atası X2, anası isə X9 göstərilmişdir.
31. Sözügedən qətnamədə istinad edilmiş Şəki rayonu Aşağı Göynük kənd sahə xəstəxanasının ##.##.2018-ci il tarixli ** nömrəli arayışında qeyd edilmişdir ki, 1931-ci il təvəllüdlü X9 ##.##.1966-cı ildə diri qız uşağı doğmuşdur. X8 filialının ##.##.2018-ci il tarixli *** nömrəli məktubunda isə Aşağı Göynük kənd XDS İcraiyyə Komitəsinin 1983–1985-ci illər üzrə təsərrüfatbaşına kitabında X5 X2 qızı olmaqla ##.##.1966-cı il təvəllüdlü şəxs kimi qeydə alınması bildirilmişdir. Qeyd olunan məlumatlar və şahid ifadələri əsasında Rahilə Kərimovanın ##.##.1966-cı ildə doğulması faktı müəyyən edilmişdir.
32. Beləliklə, X7 dair təqdim edilmiş sənədlərdə onun doğum tarixi ##.##.1966-cı il kimi göstərilsə də, eyni ananın digər qızı Rahilə Kərimovanın ##.##.1966-cı ildə doğulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu hal Leyla Məmmədovanın doğum tarixinin ##.##.1966-cı il olması barədə şəhadətnamədə əks olunmuş məlumatın mötəbərliyini şübhə altına alır.
33. Əsas Müddəaların 18-ci bəndində ərizə sahibinin təqdim etdiyi sənədlərdə bərpa edilən şəxsin yaşına dair məlumat olmadıqda və ya həmin məlumatlar ziddiyyətli olduqda yaşın müəyyən edilməsi qaydası nəzərdə tutulmuşdur. Hazırkı işdə Leyla Məmmədovaya dair təqdim edilmiş sənədlərin hamısında doğum tarixi - ##.##.1966-cı il göstərilmişdir və həmin sənədlərdə Leyla Məmmədovanın yaşı ilə bağlı ziddiyyətli məlumatlar yoxdur. Tədqiq edilən doğum haqqında şəhadətnamənin mötəbərliyinə şübhə yaradan hal Rahilə Kərimovanın eyni anadan ##.##.1966-cı ildə doğulmasından irəli gəlir. Buna görə yaşın müəyyən edilməsi qaydasının tətbiqi üçün 18-ci bənddə nəzərdə tutulan hal mövcud deyildir.
34. Kollegiya əlavə olaraq qeyd edir ki, Dövlət Miqrasiya Xidmətinin ##.##.2018-ci il tarixli qərarı X7 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsinə dair qəbul edilmiş, həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün əldə edilməsi mümkün olmamışdır.
35. Leyla Məmmədovanın bacısı Rahilə Kərimovanın ##.##.1966-cı ildə doğulması faktını müəyyən edən məhkəmə qətnaməsi hazırkı iş üzrə iddiaçı üçün preyudisial əhəmiyyət daşımasa da, qanuni qüvvədə olan məhkəmə aktıdır və onun əsasında müvafiq doğum akt qeydi bərpa edilmişdir. Buna görə həmin qətnamə və onun əsasında aparılmış dövlət qeydiyyatı hazırkı iş üzrə sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. İddiaçının apellyasiya şikayətində həmin qətnamənin düzgün olmaması barədə irəli sürdüyü mülahizələr isə qətnamə qanuni qüvvədə olduğu müddətdə onun əsasında yaranmış hüquqi vəziyyəti dəyişmir.
36. Kollegiya hesab edir ki, Leyla Məmmədovanın doğum akt qeydinin bərpası üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.