Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(3-10)-21/2026 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın əsasının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2487/2025 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Göyçay İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamı ilə İddiaçı rayon icra hakimiyyəti başçısının köməkçisi vəzifəsindən azad edilərək dövlət qulluğuna və rayon icra hakimiyyəti ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli sərəncamı iddiaçıya verilməmiş, yalnız iddiaçının müraciətindən sonra cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə ona təqdim olunmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılmaqla dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “Cavabdeh 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılması və onun öz xahişi ilə işdən azad olunması əsası ilə dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati M xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 11 aprel 1994-cü il tarixdən Cavabdeh başçısının köməkçisi vəzifəsində işləmişdir. Lakin 2022-ci ilin mart ayının əvvəllərində prokurorluq orqanı tərəfindən barəsində cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin ilin may ayında seçilmiş qətimkan tədbiri dəyişdirilmişdir. Cinayət işi məhkəməyə göndərilmiş, məhkəmədə cinayət işi üzrə bəraət hökmü çıxarılmışdır. Hazırda ona məlum olmuşdur ki, onun barəsində həbs qətimkan tədbiri seçiləndən sonra başçının səlahiyyətlərini həyata keçirən şəxsin 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə köməkçi vəzifəsindən azad edilmişdir. Əmrin surəti ona təqdim edilmədiyindən İcra Hakimiyyətinə müraciət edərək əldə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin ləğv edilməsinin əsasları açıq aydın təsbit edilmişdir. Məlum edir ki, sərəncamda göstərilənlər işdən azad edilməsi üçün əsas ola bilməz. İstintaq orqanı tərəfindən onun işdən kənarlaşdırılmağı barədə təqdimat və ya müraciəti, həmçinin məhkəmə qərarı olmamışdır. Həbs olunmağı isə onun işdən müvəqqəti kənarlaşdırılmağı üçün əsas ola bilər. Lakin sərəncam verilərkən qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Həmçinin sərəncamda “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə istinad edilmişdir. Onun hərəkətlərində “Dövlət qulluğu haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunların pozulması halları da olmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Onun hərəkətlərində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara uyğun əmək vəzifələrini kobud şəkildə pozulmasının əlamətləri də yoxdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin f) yarımbəndində göstərilən iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi hissəsinə dair bildirilmişdir ki, o, cinayət əməllərini törətməsi məhkəmənin hökmü ilə təsdiq olunmalıdır. Məhkəmə hökmü olmadan kiminsə cinayət əməli törətməsi qənaətinə gəlmək olmaz. Ona görə də hesab edir ki, barəsində işdən azad olunmağı barədə sərəncamdan Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılmaqla dəyişdirilməlidir.
7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 11 aprel 1994-cü il tarixdən 14 aprel 2022-ci il tarixədək Cavabdeh başçısının köməkçisi vəzifəsində işləmişdir. 2022-ci ilin mart ayının əvvəllərindən başlayaraq İddiaçı prokurorluq orqanı tərəfindən saxlanılmış, barəsində cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı haqqında cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçildiyi üçün iddiaçının işdən azad edilməsinə zərurət yaranmışdır. Göstərilən səbəblərdən İddiaçı rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən şəxsin 43 nömrəli, 14 aprel 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının köməkçisi vəzifəsindən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2487/2025 qərardadı ilə (hakim X2) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilməsə də, məhkəmə hesab edir ki, nə qədər ki, sərəncamda hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat tam düzgün şəkildə göstərilməmiş, müddət ötürülməmiş hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Göyçay İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamı İddiaçı Zahid oğluna göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, həmin sərəncam xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İnzibati İcraat Haqqında qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi hüquqi müdafiə vasitələri və onlardan istifadə müddəti barədə məlumatın aktda tam və düzgün göstərilməməsi maraqlı şəxsin öz müdafiə imkanlarını vaxtında həyata keçirməsinə obyektiv maneə yaratdığından, inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət nəzərdə tutulmuşdur ki, iddiaçı da qeyd edilən müddət ərzində şikayət verərək, qanunun tələbinə riayət etmişdir. Belə ki, İddiaçı qarşı cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə yalnız Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddələri üzrə bəraət hökmü çıxarılmış, yəni o, məhz bu konkret maddələr üzrə tam bəraət almış, təqsirsiz hesab edilmiş və bu maddələr üzrə cinayət məsuliyyəti tam şəkildə istisna edilmişdir. Lakin cinayət işinin tərkibində olan digər epizodlar üzrə yəni, CM-nin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam olunmuşdur ki, bu hal hüquqi mahiyyəti etibarilə bəraətverici əsas deyil. Yəni şəxsin həmin əməli törətməməsi və ya əməli cinayət tərkibi daşımaması, yaxud sübutların yetərsizliyi səbəbilə təqsirsiz hesab olunması mənasına gəlməyərək, sırf mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin tətbiqi ilə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutur və bu isə “bəraət hökmü” ilə eyniləşdirilə bilməyən, yəni şəxsin davranışının təqsirsizliyinə dəlalət etməyən, yalnız müəyyən əsaslar ilə cinayət məsuliyyətindən azad edilmənin tətbiq edilməsidir. Bundan başqa, iddiaçının işə bərpa olunma tələbi irəli sürmədiyi, yalnız işdən azad edilmə əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinin sərəncamdan çıxarılaraq əvəzində “öz xahişi ilə azadetmə” qeydinin daxil edilməsini tələb etməsi, hüquqi mahiyyəti etibarilə inzibati aktın hüquqi əsaslarının dəyişdirilməsi tələbi olmaqla, işdən azad edilmə nəticələrinin ləğvinə deyil, yalnız həmin nəticənin normativ-hüquqi qiymətləndirilməsinin dəyişdirilməsinə yönəlmiş tələbi təşkil etdiyindən, CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmə faktı belə bu nəticənin dəyişdirilməsi üçün hüquqi əsas yarada bilməz. Çünki dövlət qulluqçusunun vəzifədən azad edilməsinə gətirib çıxaran səbəblərin hüquqi mahiyyəti inzibati orqanın sərəncam verdiyi tarixdə mövcud olan faktikihüquqi vəziyyətə əsaslanır və sonradan bəzi epizodlar üzrə məsuliyyətin CM-nin qeyd edilən maddəsi üzrə tələblərinə əsasən aradan qaldırılması, inzibati orqanın həmin dövrdə qəbul etdiyi qərarın qanuniliyinə təsir edən hal hesab edilmir. Nəticə etibarilə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yalnız bəzi maddələr üzrə bəraət alması, lakin digər maddələr üzrə bəraətverici əsaslarla tam xitam verilməməsi və bunun əvəzinə CM-nin 73-1.2-ci maddəsinin tətbiqi ilə məsuliyyətdən azad olunması şəraiti, o cümlədən iddiaçının işə bərpa tələbi irəli sürməməsi və yalnız işdən azad olma əsasında dəyişiklik edilməsini xahiş etməsi faktı, Cavabdeh xx.xx.2022-ci il tarixli 43 saylı sərəncamının ləğvi və ya dəyişdirilməsi üçün qanunvericilik baxımından kifayət edən əsaslar təşkil etmir və beləliklə də bu hallar iddianın təmininə hüquqi zəmin yaratmır.
10. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini ilkin ərizəninin dəlilləri ilə əsaslandırmış və şikayətində maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı qeyd etmişdir ki, barəsində aparılan cinayət işinin icraatı ilə əlaqədar cavabdeh orqanın xx.xx.2022-ci il tarixli sərəncamından xəbərsiz olmuşdur. Qeyd edilən imtina qərarını özü müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdən əldə etmişdir. Həmin qərarı əldə etdikdən sonra məhkəmədə iddia qaldırmamasının səbəbi isə onunla bağlı olmuşdur ki, o, başqa orqana işə girmək üçün sənədlərini təqdim etdikdə ona AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad edildiyinə görə işə qəbul edilməsinin mümkün olmaması bildirilmişdir. Bundan sonra o, Cavabdeh sərəncamını mübahisələndirmək qərarına gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2487/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərarının ləğv olunması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı iddia mümkün sayılmamalıdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
21. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
22. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
23. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
24. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
25. İş materiallarından göründüyü kimi iddiaçı, mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
26. Belə ki, iddiaçı, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, 43 saylı sərəncamını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Bu hal iddiaçının birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında, eləcə də hazırkı məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarla təsdiq olunur. Bununla belə, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni sərəncamın əldə edildiyi tarixdən 3 ay 19 gün sonra təqdim edilmişdir.
27. İddiaçı, xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə müddətin bərpası barədə ərizə təqdim etmiş, mübahisələndirilən sərəncamın 2024-cü ilin sonlarında əldə edildiyini göstərməklə həmin ilin sonunadək müddətin ötürülməsinin üzürlü səbəblərlə bağlı olmasını bildirmişdir. Lakin sərəncamı əldə etdikdən sonrakı dövrdə iddia qaldırılması üçün müəyyən olunmuş müddətin ötürülməsinin səbəblərini əsaslandırmamışdır.
28. Məhkəmə kollegiyasının hazırkı iclasında iddiaçı, xx.xx.2024-cü il tarixdə sərəncamı əldə etdikdən sonra məhkəməyə müraciət etməməsini belə əsaslandırmışdır ki, o, başqa bir orqanda işə qəbul olunmaq məqsədilə sənədlərini təqdim etmiş, lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyinə görə həmin işə qəbul edilməsinin mümkün olmaması bildirildikdən sonra Cavabdeh başçısının sərəncamını mübahisələndirmək qərarına gəlmişdir.
29. Göründüyü kimi, iddiaçı, sərəncamın mübahisələndirilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin ötürülməsini hər hansı üzürlü səbəblə əsaslandıra bilməmişdir. Belə ki, müraciət etdiyi qurumda işə qəbul olunacağı halda iddiaçı ümumiyyətlə hazırkı tələblə məhkəməyə müraciət etməyəcəkdi.
30. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixədək prosessual müddətin ötürülməməsi qənaətinə gəlmiş, həmin tarixdən sonrakı dövrə münasibətdə isə İİHQ-nun 73.2-ci maddəsinə istinad edərək iddia ərizəsinin 6 ay müddətində verildiyini əsas götürməklə iddia tələbinin mümkünlük şərtlərini ödəməsi nəticəsinə gəlmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi “İnzibati icraat haqqında haqqında” Qanunun 73.2-ci maddəsində nəzərdə tutulmuş 6 aylıq müddətin hazırkı mübahisəyə tətbiq edilməsinə münasibətdə aşağıdakıları qeyd edir.
32. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi həmin maddənin adından da göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır və Qanunun Vİİ fəslində (İnzibati şikayətlər üzrə icraat) təsbit edilmişdir. İİHQ-nun 72.4-cü bəndinə əsasən bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. 72.5-ci maddədə isə qeyd edilir ki, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati şikayətin verilməsi ilə məhkəmədə iddia qaldırılması prosedurları fərqləndirilmiş, hətta İPM-nin 38.3cü maddəsində qeyd edilmişdir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.
34. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır.
35. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda iddiaçının apellyasiya şikayətinin dəlillərindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, onun istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
36. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi sərəncamdan məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin sərəncama qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.
37. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan, iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
38. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
39. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir.
40. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2487/2025 nömrəli qərarı ləğv edilərək, iddia tələbi qeyrimümkün sayılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2487/2025 nömrəli qərarı ləğv edilir. İddiaçı Cavabdehnə qarşı “cavabdehin 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə və “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə istinad edən müddəalarının çıxarılmaqla, onun öz xahişi ilə işdən azad olunması əsası ilə dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.