Məhkəmə qərarları › İş №2-1(3-10)-212/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-212/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-212/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı (açar sözlər: özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması; işin hallarının araşdırılması prinsipinin pozulması) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi Hüseynov Təhsil Yaşar oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı təsərrüfatında ##.##.2023-cü il tarixə iribuynuzlu mal-qara və xırdabuynuzlu malqara qeydə alınmamışdır.

2. İş materiallarında olan Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin # ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı qonşusu məcburi köçkün Alıyev Ziyəddin İsmayıl oğlu yazılı izahat vermiş və həmin izahatında göstərmişdir ki, qonşusu İddiaçı əvvəlki illərdə təsərrüfatında iribuynuzlu və xırdabuynuzlu malqarası olsa da, son 4-5 ildir ki, onun özünə məxsus mal-qarası yoxdur. Eyni zamanda, həmin məktubda İddiaçı bacısı məcburi köçkün Qaradolaq kənd ərazisində fermada müvəqqəti məskunlaşaraq yaşayan X2 təsərrüfatında 2023-cü ildə 15 baş iribuynuzlu, 120 baş xırdabuynuzlu mal-qara olduğu bildirilmişdir.

3. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, peyvənd apardıqları adlı siyahıda İddiaçı adında iri və xırda buynuzlu heyvanların olduğu qeydə alınmamışdır. Onun bacısı X2 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır.

4. İddiaçı özünüməşğulluğun təşkil edilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu ##.##.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, özünüməşğulluğun təşkili üçün şəratin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, seçdiyi istiqamət üzrə özünüməşğulluğunun təşkili üçün şəraitinin olmaması (təsərrüfatında 2 camış, 1 bala, 8 qoyunun mövcud olması) müəyyən edildiyindən, növbəti mərhələ üzrə özünüməşğulluğunun təşkil edilməsinə köməklik göstərilməsi nəzərdə tutulmur. Fərdi məşğulluq proqramında nəzərdə tutulmuş ardıcıllığa uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi və fərdi məşğulluq proqramının icrası üçün Filiala müraciət edə bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 PHŞ və onun X3 Məşğulluq Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona məşğulluq proqramından yararlanmağı üçün etmiş olduğu imtinanın qanunsuz hesab edilməsi və onun özünəməşğulluq proqramından yararlanmağı üçün qoyunlar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ##.##.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Cavabdeh göstərmiş, cavabdeh orqanın üzərinə “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür və Qax rayonu Qaradolaq kəndində məskunlaşmışdır. Himayəsində 2 azyaşlı övladı vardır. Qax rayon X9 müraciət edərək özünüməşğulluq proqramından yararlanmaq istədiyinə görə müraciət etmişdir. Ona qoyunçuluqla məşğul olmağı üçün qoyun verilməsini xahiş etmişdir. ##.##.2023cü il tarixdə ƏƏSMN tabeliyində Cavabdeh Publik Hüquqi şəxsin Şəki-X11 Filialının nümayəndəsi yaşadığı əraziyə baxış keçirmişdir. Baxış keçirilən zaman özü izahatında bildirmişdir ki, mal tövləsində bacısı Firuzəyə məxsus olan 2 baş camış, 1 baş camış balası, 8 baş qoyun saxlanılır və hazırda otlaq sahəsindədir. Ona məxsus olan tövlə boş olduğundan bacısı heyvanları müvəqqəti oraya salmışdır. Lakin həmin nümayəndələr orada həmin heyvanların mövcudluğunu əsas gətirərək ona özünəməşğulluq proqramından yararlanmaq üçün imtina etmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin heyvanlar bacısına məxsusdur və bunu o özü şəxsən gələn nümayəndəyə bildirmişdir. Qeyd olunan fakta dair o, Qıpçaq kənd ƏİD-dən və Fərdi Baytarlıq həkimdən arayış almışdır. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.

9. Cavabdeh iddiaya etiraz edərək mövqeyini belə əsaslandırmışdır ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. X7 uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil edir. - Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzədə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili Agentlik tərəfindən keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli *** nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 3.3-cü bəndinə uyğun olaraq Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Qaydanın 5.1-ci bəndinə əsasən işsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar. Həmçinin, Qaydanın 5.3-cü bəndinə əsasən işsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Habelə, Qaydanın 6.1-ci bəndinə əsasən Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznesplanın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. - Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Qanun və Qaydada özünüməşğulluğa cəlb olunacaq şəxslərin seçilməsi və seçilmiş şəxslərin daha sonrakı mərhələlərdə iştirakı Agentlik tərəfindən müəyyən edilir. Bununla bağlı Agentliyin İdarə Heyətinin Qərarı ilə ## ###### 2020ci il tarixli *********** nömrəli “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat - Prosedur” (bundan sonra - Təlimat) (əlavə olunur) və ## ###### 2022-ci il tarixli *********** nömrəli "Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar" (bundan sonra - Meyar) təsdiq edilmişdir (əlavə olunur). - Sözügedən Təlimat və Meyara uyğun olaraq iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X15 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur (əlavə olunur). Bu aktda iddiaçının faktiki yaşadığı ünvanda 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyun saxladığı qeyd edilmiş və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir. Göründüyü kimi, iddaçının tövləsində 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyunun olması Agentliyin “Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən meyarların təsdiq edilməsi barədə” ## ###### 2022-ci il tarixli *********** nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların 2-ci hissəsinə əsasən şəxsə təqdim olunacaq əmlakın 1/3 hissəsi ilkin baxış zamanı aşkarlanarsa, bu şəxslərə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsindən imtina əsasıdır. - Burada diqqət edilməli məqam ondan ibarətdir ki, Qanuna əsasən özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Hazırda mübahisə üzrə işin faktiki halları analiz edilərkən şəxsin artıq özünü işlə təmin etdiyi qənaətinə gəlmək olur. Belə olduğu halda şəxsə yenidən əmlakın verilməsi qanunvericilik baxımından özünüməşğulluq proqramının məqsədlərinə xidmət etməməklə ziddir. Belə olan halda iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır.

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə iddiaçı İddiaçı özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqramı üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərinə cəlb olunmasının məqsədəuyğun olmamasını X15 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilərkən həmin ünvanda özünüməşğulluğun təşkili üçün şəraitin olmamasının (2 baş camış və 1 balasının, 8 baş qoyunun mövcud olması) aşkar edilməsi, qeyd edilən halın Meyarların 2-ci hissəsi ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırır. İstinad olunan “özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti uyğunluğunu müəyyən edən” Meyarların 2-ci bəndində şəxsə təqdim ediləcək əmlakın 1/3 hissəsindən artıq mövcud olması müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 2 baş camış və 1 balasının, 8 baş qoyun iddiaçıya yox, bacısı X2 məxsus olmuşdur. Belə ki, Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatları əsasında müəyyən edilmişdir ki, İddiaçı son illərdə özünə məxsus mal-qarası yoxdur, bacısı - məcburi köçkün Qaradolaq kənd ərazisində fermada müvəqqəti məskunlaşan X2 təsərrüfatında 2023cü ildə 15 (on beş) baş iribuynuzlu, 120 (yüz iyirmi) baş xırdabuynuzlu mal-qara olmuşdur. X8 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, X2 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balası, 8 baş qoyun iddiaçıya məxsus olmadığından, cavabdeh orqan Meyarların 2-ci bəndinə istinad eedərək iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki; - cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X15 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən ## ###### 2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur. Bu aktda iddiaçının faktiki yaşadığı ünvanda 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyun saxladığı qeyd edilmış və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir. İddiaçı tərəfindən nə ilkin monitorinq zamanı, nə də daha sonra faktiki yaşayış ünvanında aşkarlanmış 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun ona məxsus olmaması ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2023-cü il tarixli məktubunda iddiaçının ##.##.2023cü il tarixə təsərrüfatında iribuynuzlu mal-qara və xırdabuynuzlu mal-qara qeydə alınmadığı göstərilmişdir. Həmçinin, Fərdi baytar tərəfindən verilmiş arayışdan iddiaçının iribuynuzlu və xırdabuynuzlu mal-qaranı dövlət vaksinasiyasına təqdim etmədiyi müəyyən olunmuşdur. - işdə olan Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin # ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının qonşusu məcburi köçkün Alıyev Ziyəddin İsmayıl oğlu yazılı izahat vermiş və həmin izahatında göstərmişdir ki, qonşusu İddiaçı əvvəlki illərdə təsərrüfatında iribuynuzlu və xırdabuynuzlu malqarası olsa da, son 4-5 ildir ki, onun özünə məxsus mal-qarası yoxdur. Eyni zamanda həmin məktubda iddiaçının bacısı məcburi köçkün Qaradolaq kənd ərazisində fermada müvəqqəti məskunlaşaraq yaşayan X2 təsərrüfatında 2023-cü ildə 15 baş iribuynuzlu, 120 baş xırdabuynuzlu mal-qara olduğu qeyd olunmuşdur. X8 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, X2 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır. - məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edərək qeyd edir ki, ##.##.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balasının, 8 baş qoyunun iddiaçıya məxsus olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh orqan isə həmin malqaranın iddiaçıya məxsusluğu ilə bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da bununla bağlı hər hansı mötəbər sübut aşkar edilməmişdir. Cavabdeh orqanın nümayəndəsi onlar tərəfindən tərtib edilmiş akta istinad edərək İddiaçı monitorinq zamanı tövləsində mal-qara aşkar edildiyini qeyd edir. Məhkəmə araşdırması zamanı həmin akt tədqiq edildikdə görünür ki, hətta həmin akt tərtib edilən zaman da iddiaçı, aşkar edilmiş mal-qaranın bacısına məxsus olduğunu bildirmiş, sadəcə onun baxdığını qeyd etmişdir. Bu qeyd də akta əl yazısı ilə əlavə edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı aşkar edilən malqaranın özünə məxsus olmadığını müvafiq orqanların arayışları ilə təsdiq edir, lakin cavabdeh orqan aşkar edilən mal-qaranın iddiaçıya məxsus olduğunu hər hansı mötəbər sübutla təsdiq edə bilmir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehin apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən nə ilkin monitorinq zamanı, nə də daha sonra faktiki yaşayış ünvanında aşkarlanmış 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun ona məxsus olmaması ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilmişdir. Meyarların 2-ci hissəsinə əsasən şəxsə təqdim olunacaq əmlakın 1/3 hissəsi ilkin baxış zamanı aşkarlanarsa, bu şəxslərə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsindən imtina əsasıdır. Yuxarıda qeyd edildiyi kimi, şəxsin faktiki yaşayış ünvanında baxış keçirilən zaman 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun aşkarlanması nəticə etibari ilə şəxsin qeyriformal məşğulluğunu sübut edən faktdır. Göründüyü kimi, iddaçının tövləsində 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun olması Meyarın 2-ci hissəsi ilə ziddiyyət təşkil edir. Bu əsasla iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır. Qeyd edilənlərlə yanaşı, işə baxan məhkəmə prosessual hüquq normalarına da riayət etməmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən Qayda və Meyarla ziddiyyət təşkil edən qərar qəbul etmişdir. Belə ki, hazırkı mübahisə üzrə iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aiddir. İnzibati prosessual qanunvericiliyin tələbləri baxımından inzibati prosesdə əlverişsiz inzibati aktın qəbulunu zəruri edən şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi, prinsip etibarilə inzibati orqanın, məcburetmə və öhdəliyin icrası haqqında iddialarda isə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə inzibati prosessual baxımdan sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qərarının əsaslandırma hissəsində sübut qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qax rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 1# ###### 2024-cü il tarixli 3-22.1.2.**/*-**/**** nömrəli məktubuna istinad edilmişdir. Sözügedən məktuba əsasən iddiaçının bacısı X2 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmış, iddiaçının təqdim edilmiş siyahı üzrə peyvəndləmə baytarlıq xidməti göstərilmiş malqarası müəyyən olunmamışdır. Belə ki, qeyd edilən məktubda iddiaçının bacısına məxsus mal-qaraya münasibətdə peyvəndləmə baytarlıq xidmətinin göstərilməsi iddia predmeti ilə əlaqəli faktiki hal deyil. Əlavə olaraq qeyd edilməlidir ki, həmin məktubda siyahısı təqdim edilmiş mal-qaranın iddiaçıya məxsus olmaması iddiaçının faktiki yaşadığı ünvandan aşkarlanan malqaranın ona məxsus olmaması nəticəsini birbaşa doğurmur. Həmin məktubda müəyyən olunan mövqe özlüyündə iddiaçının faktiki yaşadığı ünvandan aşkarlanan mal-qaranın həmin məktubla göstərilmiş siyahı üzrə nəzərdə tutulan mal-qaraya daxil olub-olmadığını müəyyən etməyə əsas vermir, çünki sözügedən mal-qaraya münasibətdə hər hansı fərdiləşdirici məlumat nə həmin məktubda qeyd edilmiş, nə də buna dair mövqe bildirilmişdir. - Məhkəmənin istinad etdiyi bir digər sübut isə Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin # ###### 2024-cü il tarixli *-**-**/***/**** nömrəli məktubudur. Həmin məktuba əsasən # ###### 2024-cü il tarixində iddiaçının faktiki yaşadığı ünvana baxış keçirilmiş, iddiaçının qonşusundan izahat alınmış, həmin izahatla müəyyən olunmuşdur ki, iddiaçının əvvəlki illərdə iribuynuzlu və xırdabuynuzlu mal-qarası olsa da, son 4- 5 ildir ki, özünəməxsus mal-qarası yoxdur. Həmin məktubda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının bacısı - X2 təsərrüfatında 2023-cü ildə 15 (on beş) baş iribuynuzlu və 120 (yüz iyirmi) baş xırdabuynuzlu heyvan olmuşdur. Sözügedən məktub məhkəmə tərəfindən iş üzrə mahiyyəti üzrə qərar qəbul edilən zaman mötəbər sübut kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinni nümayəndəsi Hüseynov Təhsil Yaşar oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPMin 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

22. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu:

26. Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

27. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

28. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

29. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

30. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

31. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu:

34. Maddə 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: - 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi; - 24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; - 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; - 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; - 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; - 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”:

36. Bənd 3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

37. Bənd 5.1. İşsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

V. Apellyasiya məhkəməsinin mövqeyi

38. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəllənin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

39. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

40. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

41. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

42. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat- Prosedur”a və ## ###### 2022-ci il tarixli “Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar”a uyğun olaraq iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X15 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə onun faktiki yaşadığı ünvanına ilkin baxış keçirilən zaman iddiaçının faktiki yaşadığı ünvanda 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyun aşkar edilmiş, bu barədə foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur.

43. İddiaçı həmin heyvanların ona məxsus olmadığını, bacısının heyvanları olduğunu bildirmişdir. Cavabdeh isə həmin heyvanların iddiaçıya məxsus olduğunu, bunun əksini təsdiq edən mötəbər sübutların olmadığını bildirərək iddiaya etiraz etmişdir.

44. Qeyd edilməlidir ki, hazırkı mübahisəsinin düzgün həll edilməsi iddiaçının ünvanında aşkar edilmiş heyvanların, həqiqətən də, ona məxsus olub-olmamasının müəyyən edilməsindən asılıdır.

45. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 2 baş camış və 1 balasının, 8 baş qoyun iddiaçıya yox, bacısı X2 məxsus olmuşdur. Belə ki, Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyinin məlumatları əsasında müəyyən edilmişdir ki, İddiaçı son illərdə özünə məxsus mal-qarası yoxdur, bacısı- məcburi köçkün Qaradolaq kənd ərazisndə fermada müvəqqəti məskunlaşan X2 təsərrüfatında 2023-cü ildə 15 (on beş) baş iribuynuzlu, 120 (yüz iyirmi) baş xırdabuynuzlu mal-qara olmuşdur. X8 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin ##.##.2024-cü il tarixli 322.1.2.**/*-**/**** nömrəli məktubu ilə müəyyən edilir ki, X2 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır.

46. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ##.##.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balasının, 8 baş qoyun iddiaçıya məxsus olmadığından, cavabdeh orqan “Meyar”ların 2-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia təmin edilməli, cavabdeh orqanın üzərinə iddiaçının özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyi qoyulmalıdır.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır.

48. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilərək yeni qərar qəbul olunmalı, iddia tələbi rədd edilməlidir.

49. Belə ki, cavabdehin kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati kollegiyası ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd etmişdir ki, ...apellyasiya instansiyası məhkəməsinin qərarında istinad edilən sübutlardan biri Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin # ###### 2024-cü il tarixli məktubudur. Həmin məktubda qeyd edilir ki, 0# ###### 2024-cü il tarixində iddiaçının faktiki yaşadığı ünvanına baxış keçirilmiş, iddiaçının qonşusundan izahat alınmışdır. Həmin izahatla müəyyən olunmuşdur ki, iddiaçının əvvəlki illərdə iribuynuzlu və xırdabuynuzlu mal-qarası olsa da, son 4-5 ildir ki, özünəməxsus mal-qarası yoxdur. Məktubda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının bacısı - X2 təsərrüfatında 2023-cü ildə 15 (on beş) baş iribuynuzlu və 120 (yüz iyirmi) baş xırdabuynuzlu heyvan olmuşdur. Qeyd edilməlidir ki, sözügedən məktub yuxarıda qeyd edilən faktın (iddiaçının ünvanında aşkar edilmiş mal-qaranın ona məxsus olmamasının) müəyyən edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmin məktubdan görünür ki, bu sənəd iddiaçının qonşusu Alıyev Zirəddin İsmayıl oğlunun izahatı əsasında tərtib edilmişdir. Qeyd edilən sənəddə yerli icra hakimiyyəti başçısının nümayəndəsi tərəfindən iddiaçının yaşayış ünvanında keçirilmiş baxışın nəticələri əks olunmamış, eləcə də həmin sənədə iddiaçının qonşusu Alıyev Ziyəddin İsmayıl oğlunun müvafiq izahatı əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında sübut qismində həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qax rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 1# ###### 2024-cü il tarixli məktubuna istinad edilmişdir. Sözügedən məktubdan görünür ki, iddiaçının bacısı X2 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmış, iddiaçının təqdim edilmiş siyahı üzrə peyvəndləmə baytarlıq xidməti göstərilmiş mal-qarası müəyyən olunmamışdır. Məktubda “iddiaçı İddiaçı adından peyvənd apardığımız adlı siyahıda həmin vətəndaşın adında iri və xırdabuynuzlu heyvanların olduğu qeydə alınmamışdır” qeydi mövcuddur. Bu isə sözügedən məktubda iddiaçıya münasibətdə aparılan araşdırmanın ancaq həmin məktubda dairəsi qeyd edilən heyvanlara münasibətdə icra edildiyini müəyyən etməyə əsas verir. Qeyd edilən sübuta münasibətdə cavabdeh bildirir ki, həmin məktub mübahisənin mahiyyəti üzrə həll edilməsi ilə əlaqədar mötəbər sübut kimi qiymətləndirilə bilən keyfiyyətə malik deyil. Peyvəndləmə baytarlıq xidməti göstərilmiş mal-qara siyahısında iddiaçıya məxsus heyvanların olmaması, onun, ümumiyyətlə, həmin heyvanlara sahib olmadığı anlamına gəlmək üçün yetərli əsas sayıla bilməz. Belə ki, qeyd edilən məktubda iddiaçının bacısına məxsus mal-qaraya münasibətdə peyvəndləmə baytarlıq xidmətinin göstərilməsi iddia predmeti ilə əlaqəli faktiki hal deyil. Əlavə olaraq qeyd edilməlidir ki, həmin məktubda siyahısı təqdim edilmiş mal-qaranın iddiaçıya məxsus olmaması, iddiaçının faktiki yaşadığı ünvanda aşkarlanan mal-qaranın ona məxsus olmaması barədə birmənalı nəticəyə gəlməyə əsas verə bilməz. Həmin məktubda müəyyən olunan mövqe özlüyündə iddiaçının faktiki yaşadığı ünvanda aşkarlanan mal-qaranın həmin məktubda göstərilmiş siyahı üzrə nəzərdə tutulan mal-qaraya daxil olub-olmadığını müəyyən etməyə əsas vermir, çünki sözügedən mal-qaraya münasibətdə hər hansı fərdiləşdirici məlumat nə həmin məktubda qeyd edilmiş, nə də buna dair mövqe bildirilmişdir. Halbuki heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər heyvanların identikləşdirilməsini təmin etməlidirlər. Hazırkı halda, məktubda siyahısı verilən heyvanların ilkin baxış zamanı aşkar olan heyvanlarla eyniləşdirilməsi mümkün olmadığından, həmin məktubda qeyd edilən məlumat iddiaçının iddia tələbinin əsaslılığını təmin edəcək keyfiyyətə malik deyil.

50. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda bir neçə hala istinad etmişdir ki, onlardan biri Qax RİHB-nin Qıpçaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2023-cü il tarixə verdiyi arayışdır. Həmin arayışda ##.##.2023-cü il tarixə İddiaçı təsərrüfatında mal-qara olmadığı qeyd olunur.

51. Cavabdeh inzibati orqan tərəfindən ilkin monitorinq ##.##.2023-cü il tarixdə, yəni arayışın verilməsindən 8 ay sonra aparılmışdır.

52. Birinci instansiya məhkəməsinin sorğusuna Nümayəndəliyin cavab məktubunda isə, məcburi köçkünlərin təsərrüfat başına kitabı olmadığına görə, ##.##.2023-cü il tarixdə əvvəlki illər nəzərə alınaraq qeydiyyatın ancaq şifahi məlumatləar əsasında aparıldığı qeyd olunur.

53. Daha sonra yenə də birinci instansiya məhkəməsinin sorğusuna Qıpçaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2024-cü il tarixli cavab məktububda İddiaçı yaşadığı ünvana baxış keçirdiklərini və qapıbir qonşusu məcburi köçkün Alıyev Ziyəddin İsmayıl oğlundan yazılı izahat alındığı və həmin izahatda İddiaçı məxsus hər hansı mal-qara olmadığı bildirilir.

54. Həmin məktubda Ərazi Dairə nümayəndəsi “ünvana baxış keçirildi və mal-qara aşkar olunmadı” deyilmir. Ünvana gedildiyi halda baxış keçirilməməsi və qonşunun şifahi şəkildə verdiyi məlumata əsaslanmasının səbəbi göstərilmir. Məktubda yazılı izahat verdiyi göstərilsə də, həmin izahat məktuba əlavə olunmur. Bu isə ona dəlalət edir ki, qonşunun məlumatı (izahatı) şifahi qaydada olub.

55. Təqdim olunan digər sübut isə Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin arayışıdır.

56. Baytar Xidmətləri İdarəsi bilavasitə mal-qara sahibləri ilə görüşmür və heyvanlara baxış keçirmir. Mal-qara barədə məlumatı Ərazi Dairə Nümayəndəliyindən alır. Yəni həmin idarədə nəticə etibarı ilə Ərazi Dairə Nmayəndəliklərindən aldıqları məlumatlar əsasında siyahılar hazırlanır.

57. Baytar həkimi Afər Yusifovun vermiş olduğu arayışda da İddiaçı məxsus mal-qara olmadığı göstərilmir. Peyvəndləmənin aparılmadığı qeyd olunur. Afər Yusifovun verdiyi arayışda iddiaçının mal-qarasının olmadığı qeyd olunsaydı belə, buna əsas Ərazi Dairə Nümayəndəliyinin verdiyi arayış olacaqdı.

58. Göründüyü kimi, yuxarıda qeyd olunan halların hazırkı iş üzrə sübut əhəmiyyəti daşımadığı tam təsdiq olunur.

59. Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin ##.##.2024-cü il tarixli məktubundan məlum olur ki, ##.##.2024-cü il tarixdə iddiaçının bacısı Firuzə Həşimovaya məxsus 15 baş iribuynuzlu heyvan peyvəndlənib. Yəni həmin ilin qışında 15 baş iribuynuzlu heyvan həmin tövlədə saxlanılıb. Monitorinq tarixinə (##.##.2023) ən yaxın tarixdə, yəni ##.##.2023-cü il tarixdə Firuzə Həşimovanın tövləsində 8 baş iribuynuzlu heyvan olub. Belə olan halda monitorinq zamanı Firuzə Həşimovanın tövləsində sıxlıqdan söhbət gedə bilməzdi ki, 2 baş heyvanı baxılması üçün qardaşına (iddiaçıya ) vermiş olsun.

60. Digər tərəfdən, ##.##.2024-cü il tarixdə Firuzə Həşimovaya məxsus 216 baş xırda buynuzlu heyvan peyvəndlənib. Yəni sözü gedən tövlədə 216 baş xıırda buynuzlu heyvana baxılıbsa, 120 baş heyvan olduğu təqdirdə sıxlıqdan söhbət gedə bilməz.

61. Göstərilənlərə əsasən işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir.

62. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar