Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-217/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Oğuz şəhəri Dədə Qorqud küçəsində tikintiyə icazə verilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. ************ reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,2 ha torpaq sahəsi üzərində Seyidov Əlisafa Kamil oğlunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh başçısının ##.##.2014-cü il tarixli ** nömrəli sərəncamı İddiaçı MMCnin sifarişi ilə Oğuz şəhəri Dədə Qorqud küçəsində həmin cəmiyyətin təsisçisi X3 məxsus 2000 kv.metr sahibkarlıq təyinatlı torpaq sahəsində “ictimai yaşayış binaları kompleksi”nin layihələndirilməsinə icazə verilməsi, bu sərəncamın inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas sayılması, Cavabdeh Memarlıq Tikinti şöbəsindən “Icazə” alınmadan tikinti-quraşdırma başlanılmaması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin ##.##.2014-cü il tarixli **** nömrəli göstərişindən görünür ki, Oğuz rayonu Dədə Qorqud küçəsində (xəstəxana binasının qərbində) yerləşən İddiaçı MMC-nin tikinti layihəsinin ekspertiza rəyi və tikintiyə icazə sənədi olmadığı üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinin tələblərinə uyğun obyektdə tikinti işləri dayandırılmışdır.
4. ************ reyestr nömrəli, ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 (köhnə ünvan: ünvan 2) ünvanda yerləşən 0,2 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır.
5. Cavabdeh orqan ##.##.2025-ci il tarixli, *-**-/*-S-**-***/**** nömrəli məktubu ilə bildirmişdir ki, tikintiyə icazə icraatı çərçivəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər bu Məcəllənin 75.16 yarımbəndinə əsasən şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi (Elektron Tikinti Portalı) vasitəsilə elektron qaydada həyata keçirilir. Odur ki, sözügedən obyektin tikintiyə icazə icraatı çərçivısində tikinti niyyəti barədə məlumatları Şəhərsalma və Tikinti Məcəlləsinin 75.16 yarımbəndinə əsasən şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi (Elektron Tikinti Portalı) vasitəsilə elektron qaydada müraciət edilməsi tövsiyə olunmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. Iddiaçıİddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri Dədə Qorqud küçəsində tikintiyə icazə verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvan 1 (köhnə ünvan: Oğuz şəhəri Dədə Qorqud 37A) ünvanında tikintiyə icazənin verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Cavabdeh Başçısının ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamından çıxarışa əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi ilə Oğuz şəhəri Dədə Qorqud küçəsində həmin cəmiyyətin təsisçisi X4 məxsus 2000 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsində “ictimai yaşayış binaları kompleksi”nin layihələndirilməsinə icazə verilmişdir. Həmin sərəncam hələ də qüvvədədir. Sərəncamdan sonra lazımi bütün prosedurlardan keçilmiş və yaşayış binasının təməl və zirzəmi işləri tamamlanmışdır. Lakin sonradan tikintiyə icazə alına bilinməməsi səbəbindən tikinti işi yarımçıq saxlanılmışdır. “xxxx” QSC tərəfindən ** №-li sifarişə əsasən Tikintinin Təşkilinin Layihəsi hazırlanaraq təqdim edilmişdir. Binaya dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutu Mühəndis-Geoloji Mərkəzindən ##.##.2014-cü il tarixli, 06-**** №-li rəy alınmışdır. Həmin rəydə quyular arası məsafənin, quyuların dərinliyinin yetərli dərəcədə olması, qruntlar üçün fizikimexaniki xassələrin normativ sənədlərə uyğunluğu, tikinti sahəsinin fon seysmikliyinin 9 (doqquz) bal olması öz əksini tapmış və hesabat məqbul qiymətləndirilmişdir. Bundan başqa Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2014-cü il tarixli, ***** №-li rəyə əsasən, Oğuz şəhəri Dədə Qorqud küçəsində 1 girişli, 7 mərtəbəli yaşayış binasının işçi layihəsinin bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası “xxxx” ASC, “X7 şəbəkəsi” MMC, Oğuz Elektrik şəbəkəsi tərəfindən təqdim edilmiş ##.##.2014-cü iltarixli, 01|35-*** №-li arayışda qeyd edilmişdir ki, Oğuz rayonunda yeni tikiləcək 7 mərtəbəli ictimai yaşayış binasının elektrik təchizatı “xxxx” ASC-dən texniki şərt almaqla, 10 kv-luq Oğuz rayon hava xəttinin “Məhkəmə” budaqlanmasının yaxın dayağından 50 metr məsafədə yükə uyğun 10/0.4 kv-luq transfarmator yarımstansiyası quraşdırılmaqla aparıla bilər. Fövqəladə Hallar Nazirliyi X5 XIdmətinin ##.##.2014-cü il tarixli, YTNƏŞ-**** №-li rəyi ilə layihə sənədləri yanğın təhlükəsizliyi ekspertizasından keçirilərək müsbət rəy verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyi S.Ə.Dadaşov adına ETLKIM Institutundan təqdim edilmiş ##.##.2014-cü il tarixli məktubda yaşayış binası betonunun standart tələblərinə uyğun olması barədə nəticələr öz əksini tapmışdır. Tikinti üçün torpaq sahəsinin (sahələrinin) ayrılması və obyektin mühəndis təminatına aid texniki şərtlərin razılaşdırılması haqqında AKT-ı rayonun baş memarı, torpaq şöbəsinin nümayəndəsi, rayon GEM-in nümayəndəsi, elektrik təchizatı xidmətinin nümayəndəsi, qaz təchizatı xidmətinin nümayəndəsi, su-kanal idarəsinin nümayəndəsi, telekommunikasiya qovşağının nümayəndəsi, FHN DYNX X14 əsasları şöbəsinin nümayəndəsi, ** saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin nümayəndəsi, yerli bələdiyyə nümayəndəsi tərəfindən imzalamış və komissiya tərəfindən tikinti üçün torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən 2014-cü il tarixdə layihəyə icazə verilmiş, layihə hazırlanmış, ekspertizadan keçirilmiş və lazımi qurumların müsbət rəyləri alınmışdır. Tikintiyə başlansa da, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyi tərəfindən ##.##.2014cü il tarixli, **** №-li göstərişə əsasən tikinti dayandırılaraq tikintiyə icazə alınması barədə tələb qoyulmuşdur. Tikintiyə başlanıldığı 2014-cü ildə tikintiyə icazə veirlməsi səlahiyyəti Yerli Icra Hakimiyyətlərində olduğundan hazırda həmin yaşayış binasının tikintisinə icazənin verilməsi də Cavabdeh tərəfindən təmin edilməlidir. Qeyd edilən tələblə Cavabdeh ərizə ilə müraciət edilmiş və Cavabdeh ## #### 2025-ci il tarixli məktubu ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.16-cı maddəsinə istinad edərək elektron tikinti portalı vasitəsilə elektron qaydada müraciət etməli olduqları cavabını vermişdir. Hesab edir ki, Cavabdeh qeyd edilən imtinası qanunsuzdur. Belə ki, cavabdehə müraciətlərində də qeyd etdiyi kimi tikinti ilə bağlı münasibətlər 2014-cü il tarixdə yaranmış və layihələndirməyə dair sərəncam da 2014-cü il tarixdə verilmişdir. Həmin sərəncamdan sonra tikintinin layihəsi hazırlanmış, müvafiq ekspertizalar keçirilmiş, kommunal xidmət göstərən qurumların müvafiq müsbət rəyləri alınmışdır. Cavabdehin qeyd edilən imtinası isə iddiaçının bu prosedurları təkrarən keçmək məcburiyyətində qoyur ki, bunun özü qanunsuzdur.
10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə tikintiyə icazə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. Həmin Məcəllənin 75.3cü maddəsinə əsasən Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanına) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədləri təqdim etdikdən sonra yerli icra hakimiyyəti orqanları bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəy verilməsini təmin edir. Həmin Məcəllənin 75.16-cı maddəsinə əsasən tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Göründüyü kimi, qeyd edilmiş qanunvericiliyə əsasən tikintiyə icazə icraatı üzrə sifarişçilər və yerli icra hakimiyyəti orqanları tərəfindən edilməli hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Bu əsasdan da, Cavabdeh tərəfindən ## #### 2025-ci II tarixli məktubla “xxxx”-11 Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri X2 obyektin tikintisinə icazə icraatı çərçivəsində tikinti niyyəti barədə məlumatı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.16-cı maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminə daxil edərək elektron qaydada müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən iddiaçıya tikinti obyektinin tikintisinə icazə verilməsindən imtina yox, tikintiyə icazə alınması üçün müvafiq elektron portal üzərindən müraciət etməsi tövsiyə edilmişdir. Iddiaçı, sözügedən obyektin tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada tikinti niyyəti barədə məlumatı (ərizə və ona əlavə edilmiş sənədləri) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminə daxil edərək elektron qaydada müraciət edəcəyi halda Cavabdeh tərəfindən müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin edilməsi də, təmin ediləcəkdir.
11. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X6) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin izahatlarını, tətbiq edilməli maddi və prosessual hüquq normalarını qarşılıqlı əlaqədə və sistemli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddia mümkün sayılsa da, mahiyyət etibarilə əsaslı deyildir. Belə ki, iş materiallarında olan ************ reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,2 ha torpaq sahəsi üzərində sahibkarlıq məqsədilə Seyidov Əlisafa Kamil oğlunun mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hüquqi mövqeyinin əsasını təşkil edən Cavabdeh başçısının ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamı hüquqi təbiətinə görə tikintiyə icazə verilməsi barədə inzibati akt kimi deyil, yalnız mübahisəli torpaq sahəsində nəzərdə tutulan “ictimai yaşayış binaları kompleksi”nin layihələndirilməsinə icazə verilməsi barədə ilkin və hazırlıq xarakterli inzibati akt kimi qiymətləndirilməlidir. Belə ki, həmin sərəncamın məzmunundan açıq şəkildə görünür ki, bu sənəd yalnız layihələndirmə mərhələsinə aid olub, tikinti-quraşdırma işlərinə başlanılması üçün müstəqil hüquqi əsas yaratmamış, əksinə, sərəncamın özündə ayrıca və birmənalı şəkildə qeyd edilmişdir ki, bu sənəd yalnız layihələndirmə üçün əsas sayılır və müvafiq icra hakimiyyəti orqanının Memarlıq və Tikinti şöbəsindən ayrıca icazə alınmadan tikintiquraşdırma işlərinə başlanılması yolverilməzdir. Məhkəmə hesab edir ki, şəhərsalma və tikinti sahəsində hüquqi tənzimləmə sistemi layihələndirmə ilə tikinti mərhələlərinin ardıcıllıqla həyata keçirilməsini nəzərdə tutsa da, bu mərhələlərin hüquqi nəticələri fərqli olub, birinin digərini əvəz etməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.27ci maddəsində tikinti layihəsi tikinti ilə bağlı texniki sənədlər toplusu kimi müəyyən edilmiş, 47-ci maddəsində sifarişçinin tikinti layihəsinin hazırlanmasını təmin etmək vəzifəsi təsbit olunmuş, 48-ci maddəsində isə tikinti layihələrinin hazırlanmasının layihələndirmə mərhələsinə aid olduğu göstərilmişdir ki, bu da onu göstərir ki, layihələndirmə yalnız tikintinin həyata keçirilməsi üçün zəruri texniki və hüquqi bazanın yaradılmasına xidmət edir və bu mərhələnin başa çatması tikinti fəaliyyətinə başlamaq üçün kifayət etmir. Eyni zamanda, Məcəllənin 74.1-ci maddəsinə əsasən tikinti obyektlərinin tikintisi üçün icazə tələb olunduğu, 75.3-cü maddəyə əsasən sifarişçinin tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli olduğu, 75.4 və 75.5-ci maddələrə əsasən təqdim olunmuş sənədlərin tamlığının və tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmalı olduğu, aidiyyəti qurumların rəylərinin alınmalı olduğu və yalnız bu mərhələlərdən sonra tikintiyə icazə verilməsi və ya imtina edilməsi barədə qərar qəbul edilməli olduğu, nəhayət 75.11-ci maddəyə əsasən tikintiyə icazənin tikinti işlərinə başlanılması üçün yeganə hüquqi əsas hesab olunduğu nəzərə alındıqda, layihələndirməyə icazə verilməsi ilə tikintiyə icazə verilməsi arasında hüquqi baxımdan fərqin mövcud olduğu açıq şəkildə müəyyən edilir. Məhkəmə xüsusilə vurğulayır ki, layihələndirmə mərhələsində əldə olunmuş sənədlər, o cümlədən müxtəlif dövlət orqanlarının rəyləri, texniki şərtlər, ekspertiza nəticələri və digər razılaşdırmalar tikintiyə icazə icraatında nəzərə alınmalı olan mühüm sübut vasitələri olsa da, bu sənədlər inzibati orqan tərəfindən aparılmalı olan icraatın əvəz olunması və ya həmin icraatın nəticəsi kimi qəbul edilə bilməz. Çünki qanunvericilik tikintiyə icazə verilməsini konkret prosedur çərçivəsində həyata keçirilən inzibati fəaliyyət kimi müəyyən etmişdir və bu fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilə bilər. Məhkəmə əlavə olaraq qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə əsasən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğu hər bir konkret halda ayrıca qiymətləndirilməli və bu uyğunluq müraciət edildiyi dövrdə qüvvədə olan normativ tələblər əsasında yoxlanılmalıdır. Bu isə o deməkdir ki, əvvəlki illərdə hazırlanmış layihə sənədlərinin mövcudluğu həmin layihənin hazırkı dövrdə avtomatik olaraq qanunvericiliyin tələblərinə uyğun hesab edilməsinə əsas vermir və müvafiq icra hakimiyyəti orqanının bu məsələyə yenidən baxmaq səlahiyyətini aradan qaldırmır. Bundan əlavə, məhkəmə nəzərə alır ki, ##.##.2025-ci il tarixli çıxarışla torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına qeydiyyata alınması yalnız mülkiyyət hüququnun subyektinin dəyişməsi ilə bağlı olub, bu hal tikintiyə icazənin mövcudluğu və ya birbaşa olaraq yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, Məcəllənin 75.12-ci maddəsi yalnız mövcud tikintiyə icazə olduqda həmin icazədən irəli gələn hüquq və vəzifələrin hüquqi varislərə keçməsini nəzərdə tutur və hazırkı işdə belə bir icazə mövcud deyildir. Cavabdeh orqanın ## #### 2025-ci il tarixli cavabına münasibətdə məhkəmə hesab edir ki, həmin cavab iddiaçıya münasibətdə tikintiyə icazənin verilməsindən imtina deyil, əksinə, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət qaydasının izah edilməsi və iddiaçının düzgün hüquqi prosedura yönəldilməsi kimi qiymətləndirilməlidir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.16-cı maddəsinə əsasən tikintiyə icazə icraatı üzrə bütün hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilməli olduğundan, cavabdehin iddiaçını həmin qaydada müraciət etməyə yönəltməsi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, tikintiyə icazə verilməsi inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsində, lakin qanunla müəyyən edilmiş meyarlar əsasında həyata keçirilən və mərhələli icraat nəticəsində qəbul edilən inzibati aktdır və bu icraatın aparılması məhkəmə tərəfindən əvəz edilə bilməz, buna görə də iddiaçının cavabdehin üzərinə birbaşa tikintiyə icazə verilməsi öhdəliyinin qoyulması barədə tələbi hüquqi baxımdan yolverilməzdir. Belə ki, IPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması və qiymətləndirilməsi üçün müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi kimi başa düşülməməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi 2014-cü il sərəncamı yalnız layihələndirməyə icazə vermiş, tikintiyə başlamaq hüququ yaratmamış, iddiaçı isə tikintiyə icazə almaq üçün qanunvericiliklə müəyyən edilmiş proseduru keçməmiş, cavabdeh orqanın hərəkətlərində qanunsuzluq və ya iddiaçının hüquqlarına müdaxilə müəyyən olunmamışdır.
13. Iddiaçının nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul ediməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini işin hallarını və maddi hüquq normalarını sadalamaqla əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə bildirmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə əsasən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğu hər bir konkret halda ayrıca qiymətləndirilməli və bu uyğunluq müraciət edildiyi dövrdə qüvvədə olan normativ tələblər əsasında yoxlanılmalıdır. Bildirmişdir ki, iş üzrə Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmuşdur. Lakin onların məhkəməyə hər hansı formada etirazı olmamışdır. Həmçinin məhkəmə iclasında cavabdeh qurumun nümayəndəsi də bildirmişdir ki, onların iddianın təmin olunmasına etirazları yoxdur, əksinə onların prioritet məqsədləri sırasında rayonun abadlaşdırılması, yeni, müasir tikililərin inşası vardır. Bu baxımdan cavabdeh tikintiyə icazənin verilməsinə etiraz etmir, lakin hazırda onlarda bu imkan və səlahiyyət mövcud deyildir. Cavabdeh qurumun iddianın təmin olunmasına müsbət yanaşdığı bir şəraitdə məhkəmənin iddianı rədd etməsi anlaşılan olmamışdır. Cavabdehin münasibətindən də görünür ki, onlarda səlahiyyət olsa idi, tikintiyə icazə veriləcək idi. Bu halın özü də iddiaçının tikintiyə başladığı zaman qüvvədə olan normaların tətbiqini zəruri edir. Çünki münasibətlərin yarandığı zaman tiktintiyə icazəni verməli olan qurum bu icazəni verməkdə maraqlıdır. Lakin indiki qanunvericiliyin tətbiq olunduğu şəraitdə bu icazənin taleyi müəmmalı və mümkünsüz görünür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməsinə dair qərar çıxarılmasını və hazırkı işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə aktının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Hazırkı iş üzrə irəli sürülmüş tələb “məcburetmə haqqında” iddia növünə aiddir. Məcburetmə haqqında iddia vasitəsilə şəxs inzibati orqanın imtinası və ya hərəkətsizliyi nəticəsində qəbul edilməmiş, onun üçün əlverişli hüquqi vəziyyət yaradan inzibati aktın qəbuluna nail olmağa çalışır.
24. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi ilə gəldiyi nəticə bir-birinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “cavabdeh orqanın ## #### 2025-ci il tarixli cavabına münasibətdə məhkəmə hesab edir ki, həmin cavab iddiaçıya münasibətdə tikintiyə icazənin verilməsindən imtina deyil, əksinə, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət qaydasının izah edilməsi və iddiaçının düzgün hüquqi prosedura yönəldilməsi kimi qiymətləndirilməlidir.
25. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin ## #### 2025-ci il tarixli məktubunun imtina cavabı hesab etmədiyi halda, iddianı mümkün sayaraq tələbə mahiyyəti üzrə baxmış və onu rədd etmişdir. Halbuki məcburetmə haqqında iddiaya mahiyyəti üzrə baxılması üçün ilk növbədə iddiaçının müvafiq inzibati aktın qəbul edilməsi barədə inzibati orqana qanunvericiliyə uyğun müraciət etməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi, yaxud qanunla müəyyən edilmiş müddətdə hərəkətsiz saxlaması müəyyən olunmalıdır.
26. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırıldığı halda məcburetmə haqqında iddia mümkün sayıla bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 1.1, 1.3 və 1.4-cü bəndlərinə əsasən iddianın mümkünlüyünün yoxlanılması onun əsaslılığının araşdırılmasından əvvəl həyata keçirilməli olan ilkin hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.3-cü bəndlərində məhkəmələrin mümkünlük şərtlərini tərəflərin mövqeyindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalı olduqları, o cümlədən iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə subyektiv hüququnun, cavabdehin həmin tələbə cavab verməli olmasının və qanunvericilikdə tələb edildiyi hallarda inzibati orqanın imtinasının mövcudluğunun müəyyən edilməli olduğu göstərilmişdir.
28. Plenum qərarının 9-cu bəndində isə məcburetmə haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsinin ayrıca mümkünlük şərti olduğu təsbit edilmişdir. Odur ki, inzibati orqanın üzərinə inzibati akt qəbul etmək öhdəliyinin qoyulması barədə tələb yalnız həmin inzibati orqanın qanunvericiliyə uyğun qaydada başlanmış inzibati icraat çərçivəsində akt qəbul etməkdən imtina etməsi (və ya hərəkətsiz saxlanması) halında məhkəmə nəzarətinin predmetinə çevrilə bilər.
29. Hazırkı iş üzrə iddiaçı cavabdehin üzərinə ünvan 4 ünvanında yerləşən torpaq sahəsində tikintiyə icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını tələb edir. Iddiaçının hüquqi mövqeyi ondan ibarətdir ki, tikinti layihəsi 2014-cü ildə hazırlandığından və həmin dövrdə bir sıra texniki şərtlər, ekspertiza rəyləri və razılaşdırmalar əldə edildiyindən tikintiyə icazə məsələsi də, 2014-cü ildə qüvvədə olmuş normalar əsasında həll edilməlidir.
30. Iş materiallarından görünür ki, Cavabdeh başçısının # ##### 2014-cü il tarixli, ** nömrəli sərəncamı ilə İddiaçı MMC-nin sifarişi əsasında cəmiyyətin təsisçisi X3 məxsus torpaq sahəsində “ictimai yaşayış binaları kompleksi”nin layihələndirilməsinə icazə verilmişdir. Sərəncamın özündə onun inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olması və Cavabdeh Memarlıq və Tikinti şöbəsindən ayrıca icazə alınmadan tikinti-quraşdırma işlərinə başlanılmaması birbaşa göstərilmişdir.
31. Istinad olunan sərəncam iddiaçıya və ya torpaq sahəsinin o zamankı mülkiyyətçisinə tikinti-quraşdırma işlərinə başlamaq hüququ verməmiş, tikinti layihəsinin hazırlanmasına imkan verən, ayrıca tikintiyə icazənin alınmasını zəruri şərt kimi müəyyən etmişdir.
32. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyinin ## ###### 2014-cü il tarixli, **** nömrəli göstərişindən də görünür ki, obyekt üzrə tikinti layihəsinin ekspertiza rəyi və tikintiyə icazə sənədi olmadığından tikinti işləri dayandırılmışdır. Beləliklə, 2014cü ildən tikinti işlərinin aparılması üçün ayrıca icazənin tələb edildiyi artıq məlum idi.
33. Iddiaçı, apellyasiya şikayətində qeyd edir ki, “cavabdehin müvafiq səlahiyyəti olsaydı, tikintiyə icazə verilərdi, lakin hazırkı qanunvericiliyin tətbiqi şəraitində belə icazənin verilməsi mümkün görünmür”. Göründüyü kimi iddiaçı, faktiki olaraq cavabdehin hazırda tikintiyə birbaşa icazə vermək səlahiyyətinə malik olmadığını qəbul edir və bu buna görə də, tikintiyə başladığı dövrdə qüvvədə olmuş normaların tətbiqini tələb edir. Iddiaçının mövqeyinə görə, münasibətlərin yarandığı vaxt tikintiyə icazə vermək səlahiyyətinə malik olan orqan belə icazənin verilməsində maraqlıdır.
34. Iş materiallarında iddiaçının və ya torpaq sahəsinin həmin dövrdəki mülkiyyətçisinin 2014-cü ildə tikintiyə icazə verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Iddiaçı 2014-cü ildə layihənin hazırlanmasına, ekspertiza və texniki rəylərin alınmasına istinad etsə də, həmin sənədlər özlüyündə tikintiyə icazə verilməsi ilə bağlı inzibati icraatı başlanılmasını təsdiq etmir.
35. Inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin iddiaçının subyektiv hüquqlarına müdaxilə kimi qiymətləndirilməsi üçün inzibati orqanın həll etməli olduğu müraciət mövcud olmalıdır. Yəni, iddiaçının 2014-cü ildə qüvvədə olmuş normaların tətbiq edilməsini tələb edə bilməsi üçün, ilk növbədə həmin dövrdə tikintiyə icazə verilməsi barədə qanunvericiliyə uyğun müraciətinin mövcudluğu müəyyən edilməli idi. Belə müraciət olmadığı halda 2014-cü ildə cavabdeh orqan qarşısında tikintiyə icazə verilməsi məsələsi üzrə başlanmış və başa çatdırılmamış inzibati icraatın mövcudluğuna istinad edilə bilməz.
36. Hətta iddiaçının 2014-cü ildə cavabdeh orqana tikintiyə icazə ilə bağlı müraciətinin olması və cavabdeh tərəfindən təmin edilməməsi (və ya cavabsız saxlanması) qəbul edilsə belə, həmin hərəkət və ya hərəkətsizlikdən on ildən artıq müddət keçdikdən sonra qaldırılmış iddia qanunla müəyyən edilmiş iddia müddətlərinə əməl olunmaması səbəbindən yenə də, mümkünlük şərtlərinə cavab verməyəcəkdi.
37. Kollegiya qeyd edir ki, inzibati orqanın tikinti niyyətinə münasibətdə müsbət mövqeyi qanunvericiyə uyğun aparılması müəyyən edilmiş inzibati icraatla bağlı tələbi aradan qaldırmır.
38. Inzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyət çərçivəsində və qanunvericilikdə müəyyən edilmiş prosedura əməl etməklə inzibati akt qəbul edə bilər. Maddi hüquq münasibətinin yaranması isə tikintiyə icazə verilməsi barədə səlahiyyətli orqana edilmiş müraciət əsasında müvafiq inzibati icraatın başlanması ilə bağlıdır.
39. Faktiki olaraq iddiaçı, cavabdehin qüvvədə olan qanunvericiliyə əsasən birbaşa icazə vermək səlahiyyətinin olmadığını qəbul etsə də, məhkəmədən məhz həmin hərəkətin yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Iddiaçının 2025-ci ildə cavabdehə etdiyi müraciət yeni inzibati icraat kimi qiymətləndirildiyindən həmin tarixdə qüvvədə olan maddi hüquq normaları əsasında həll olunmalıdır.
40. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən tikinti obyektlərinin tikintisi üçün icazə tələb olunur. Məcəllənin 75.3-cü maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən hüququ təsdiq edən sənədi, tikinti layihəsini, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı və qanunvericilikdə nəzərdə tutulduğu halda digər sənədləri əlavə etməlidir.
41. Məcəllənin 75.16-cı maddəsinə əsasən tikintiyə icazə icraatı üzrə Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlərin şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.
42. Sözügedən norma tikintiyə icazə icraatının bütün iştirakçıları arasında məlumat və sənəd mübadiləsinin vahid sistem daxilində aparılmasını nəzərdə tutur. Buna görə də 2025-ci ildə tikintiyə icazə almaq niyyətində olan sifarişçi həmin tarixdə qüvvədə olan qaydaya uyğun olaraq Elektron Tikinti Portalı vasitəsilə müraciət etməlidir.
43. Cavabdeh orqan ## #### 2025-ci il tarixli məktubunda iddiaçının təqdim etdiyi layihəni mahiyyəti üzrə qiymətləndirməmiş, tikintiyə icazənin verilməsindən imtina barədə qərar qəbul etməmiş, layihənin şəhərsalma sənədlərinə uyğun olmaması və ya qanunvericilikdə nəzərdə tutulmuş hər hansı imtina əsasının mövcudluğunu bildirməmişdir. Cavabdeh orqan yalnız Şəhərsalma və Tikinti Məcəlləsinin 75.16-cı maddəsinə istinad etməklə iddiaçıya tikinti niyyəti barədə məlumatları vahid informasiya sistemi vasitəsilə elektron qaydada təqdim etməyi tövsiyə etmişdir. Iddiaçının həmin qaydada müraciət etdikdən sonra ərizəsinin təmin edilib-edilməyəcəyi isə cavabdehin aparacağı inzibati icraatın nəticəsindən asılı olacaqdır.
44. Hazırkı halda iddiaçı tikintiyə icazə verilməsi barədə qanunvericiliyə uyğun elektron müraciət etmədən, cavabdehin müraciət qaydasını izah edən məktubunu imtina kimi qiymətləndirmiş və birbaşa tikintiyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
45. Kollegiya izah edir ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehin üzərinə yalnız onun qanunla müəyyən edilmiş səlahiyyətinə aid və inzibati icraatın nəticəsində yerinə yetirilməsi mümkün olan hərəkətin icrası öhdəliyi qoyula bilər. Iddiaçının əvvəlki qanunvericiliyə istinad etməklə qüvvədə olan elektron müraciət qaydasından yayınması və inzibati icraat aparılmadan tikintiyə icazə verilməsi barədə qərarın qəbulunu tələb etməsi faktiki olaraq cavabdehdən onun səlahiyyətinə aid olmayan məsələnin həllinin tələb edilməsidir.
46. Belə olan halda, hazırkı məcburetmə iddiasının mümkün sayılması üçün zəruri olan əvvəlcədən inzibati orqana lazımi qaydada müraciət edilməsi və həmin müraciət üzrə imtinanın və ya hərəkətsizliyin mövcudluğu şərtləri ödənilməmişdir.
47. Iddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması iddiaçının tikintiyə icazə almaq imkanını aradan qaldırmır. Iddiaçı Elektron Tikinti Portalı vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət etdikdən və cavabdeh inzibati orqan həmin müraciət üzrə tikintiyə icazə verməkdən imtina edilməsi barədə qərar qəbul etdikdən (və ya müraciəti cavabsız saxladıqdan) sonra iddiaçı müvafiq hüquqi müdafiə vasitəsindən istifadə edə bilər.
48. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamamlıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Oğuz şəhəri Dədə Qorqud küçəsində tikintiyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.