Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-22/2026 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(1N)- 1029/2025 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li əmri ilə xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmışdır.
2. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 247 №-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir.
3. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq baş tuşlayıcı vəzifəsinə təyin olunmuşdur.
4. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 123 №-li əmrilə iddiaçı, Zenit- Raket Divizionunda manqa komandiri vəzifəsinə təyin olunmuşdur.
5. N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 64 №-li əmrilə əvvəllər xidməti yerini özbaşına tərk etmiş və yenidən hərbi hissəyə qayıtmış iddiaçı, xx.xx.N5-ci il tarixdən 1-ci Dağ-piyada taborunun 3-cü bölüyünün 1-ci tağımında atıcı vəzifəsinə təyin edilərək qazan təminatına qoyulmuşdur.
6. N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 17 №-li əmrilə sıravi «Əфендиев Ааз Ариф» oğlu 2-ci bölüyün zenit-pulemyot manqasında tuşlayıcı vəzifəsindən azad edilərək, 2-ci motoatıcı taborun maddi təminat tağımında baş mexanik vəzifəsinə təyin olunmuşdur.
7. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli 141 №-li əmrinə əsasən, 2-ci motoatıcı taborun maddi təminat tağımınin hərbi qulluqçusu, mexanik akkumlyatorçu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N №-li əmrilə iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan, xx.xx.N6-cı il tarixdən pul təminatından çıxarılaraq qeydiyyata düşmək üçün Qəbələ RHK-na göndərilmişdir.
8. N №-li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin xx.xx.N4-xx.xx.N4-cü il, yanvar- fevral N5-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.
9. İddiaçı, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının xx.xx.N4–xx.xx.N5-ci illər üzrə hərbi xidmətini və döyüş əməliyyatlarında iştirakını təsdiq edən rəsmi sənədlərin mövcud olmaması, həmin dövrdə hərbi hissəni özbaşına tərk etməsi əsası ilə imtina cavabı vermişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
10. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxx 1973-cü ildə Qutqaşen (Qəbələ) rayonu Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.N2-ci il tarixində Qəbələ rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilmiş və xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə sıravi əsgər vəzifəsində olmuşdur. Belə ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 247 №-li əmri ilə şəxsi heyət siyasına daxil edilməklə 1-ci rotaya əsgər vəzifəsinə təyin olunmuşdur. xx.xx.N3-cü il tarixində öz xahişi ilə N №-li hərbi hissədən döyüş bölgəsinə Ağdam ərazisində yerləşən N №-li hərbi hissəyə göndərilmiş və Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. N №-li hərbi hissədə əvvəl atıcı vəzifəsində və sonra isə xx.xx.N4-cü il tarixində zenit-raket divizionunda manqa komandiri vəzifəsinə təyin olunmuş, Qarabağda atəşkəs elan olunduqdan sonra N4-cü ilin oktyabr ayında 15 günlük məzuniyyətə yaşadığı rayona getmişdir. Lakin ailə vəziyyətinə görə qulluq etdiyi hərbi hissəyə N5-ci ilin mart ayında qayıda bilmişdir. N №-li hərbi hissənin komandirinin xx.xx.N6-cı il tarixli 17 saylı əmri ilə tuşlayıcı vəzifəsindən azad edilərək baş mexanik vəzifəsinə təyin olunmuşdur. xx.xx.N6-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən xx.xx.N6-cı il tarixində şəxsi heyət sırasından çıxarılaraq tərxis olunmuşdur. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət işi və təqsirləndirici material olmamışdır.
12. Cavabdeh orqanın iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə N1 nömrəli hərbi hissənin tərkibində xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək iddiaçının hərbi xidməti barədə məlumatın olmadığına və həmin müddətdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
13. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(1N)-1029/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, N №-li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin xx.xx.N4-xx.xx.N4-cü il, yanvarfevral N5-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi iddiaçı xidmət etdiyi dövrdə ordu sıralarını özbaşına tərk etdiyi üçün inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri N. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərini təkrarlamaqla əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hərbi hissənin özbaşına tərk edilməsi ilə bağlı, hərbi xidmətdən yayınma halı kimi cinayət işinin açılıb-açılmaması və digər məsələlər aydınlaşdırılmamışdır. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş AR CM-in 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə ki, o, qulluq etdiyi hərbi hissədə fərarilik etməmiş, məzuniyyətə göndərildikdən sonra ailə vəziyyətinə görə bir müddət xidmət etdiyi hərbi hissəyə getməmiş, bu əməlinə görə də hərbi hissə komandiri tərəfindən ciddi xəbərdarlıq almışdır. Eyni zamanda sözügedən məsələ ilə bağlı cinayət təqibinə məruz qalmamışdır ki, bu da hüquq mühafizə orqanına göndərilmiş sorğuların cavablarında aşkar şəkildə müəyyən olunmuşdur. Qeyd edlənlərə əsasən iddiaçı hesab edir ki, qanunsuz və əsassız olan məhkəmə qərarı ləğv olunaraq iddia tələbinin obyektiv, tam və hərtərəfli araşdırılaraq həll olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2- 1(1N)-1029/2025 nömrəli qərarı ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, N3-cü ildə N №-li hərbi hissədə xidmət etmişdir. N4-cü ilin sentyabr ayının 5-də xəstəliklə əlaqədar yaşadığı rayona getmişdir. Lakin ailə vəziyyətinə görə qulluq etdiyi hərbi hissəyə N5-ci ilin mart ayında qayıda bilmişdir. N5-ci ilin mart ayının 6-da yenidən xidmətə davam etmiş, onun barəsində heç bir cinayət işi açılmamış və qanuni əsaslarla hərbi xidmətdən tərxis olunmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi kollegiyanın iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə (birinci bəndin səkkizinci yarımbəndi): - Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (77 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
27. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
28. İş materialları ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.N3-cü il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.N4-cü il tarixdən Zenit- Raket Divizionunda manqa komandiri vəzifəsinə təyin olunmuş, xx.xx.N5-ci il tarixdən 1-ci Dağpiyada taborunun 3-cü bölüyünün 1-ci tağımında atıcı vəzifəsinə təyin edilərək qazan təminatına qoyulmuş, N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Qəbələ RHK-na göndərilmişdir.
29. N №-li hərbi hissə xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir.
30. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə, yəni həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi tarixlərdə hərbi xidmət keçməsi və sonradan qanuni əsaslarla ehtiyata buraxılması sübuta yetirilir.
31. Cavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili iddiaçının xx.xx.N4– xx.xx.N5-ci illər üzrə hərbi xidmətini və döyüş əməliyyatlarında iştirakını təsdiq edən rəsmi sənədlərin mövcud olmaması, həmin dövrdə hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.
32. İddiaçının apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, onun hərbi hissəni özbaşına tərk etməsi fərarilik kimi qiymətləndirilə bilməz. Belə ki, onun barəsində cinayət təqibi aparılmamışdır.
33. İş materiallarından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 64 nömrəli əmrində iddiaçının xidmət yerini özbaşına tərk etməsi və sonradan hərbi hissəyə qayıtması qeyd edilmişdir. İddiaçı da bu halı təsdiq etməklə bildirir ki, ona xəbərdarlıq edildikdən sonra hərbi hissəyə qayıtmış, xidmətini davam etdirmiş və bu faktla bağlı cinayət təqibinə məruz qalmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı N1 nömrəli hərbi hissənin tərkibində xidmət edərkən hərbi hissəni özbaşına tərk etmiş olsa da, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Qeyd” hissəsində nəzərdə tutulan müddəalar ona şamil edilə bilməz.
35. Belə ki, həmin normalar yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla), yaxud barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə tətbiq edilir.
36. Qeyd olunan halların iddiaçıya münasibətdə mövcudluğu sübuta yetirilmədiyindən, yalnız hərbi hissəni özbaşına tərk etmə faktına istinad etməklə iddiaçıya “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsindən imtina edilməsi əsaslı hesab oluna bilməz.
37. Məhkəmə kollegiyası tərəfindən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə N1 saylı hərbi hissəni özbaşına tərk etməsi, fərarilik və ya digər hərbi cinayətlərə görə barəsində cinayət təqibinin həyata keçirilib-keçirilməməsi, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib-verilməməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilib-edilməməsi ilə bağlı materialların mövcudluğunu müəyyən etmək məqsədilə müvafiq hərbi prokurorluqlara və rayon polis şöbəsinə sorğular verilmişdir.
38. Təqdim edilmiş cavab məktublarında iddiaçı barəsində təqsirləndirici materialın araşdırılmaması, cinayət işinin istintaq olunmaması, habelə əməliyyat sorğu kartotekasında hər hansı məlumatın olmaması qeyd edilmişdir.
39. Göründüyü kimi iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. Bunun əksinə, iddiaçının xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş N1 nömrəli hərbi hissənin tərkibində xidmət etməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli 141 №-li əmri ilə ehtiyata buraxılması müəyyən olunur.
40. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş olsa belə, bu hərəkətlərinə görə hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibi aparılmamış, həmin təqibə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdirsə, eyni zamanda döyüş əməliyyatlarında iştirak etmiş və qanuni əsaslarla hərbi xidmətdən tərxis olunmuşdursa, bu hal müvafiq hüquq normalarına əsasən ona “Müharibə veteranı” adının verilməsi üçün əsas hesab edilməlidir.
41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N7-ci il tarixli qərarının adı, məqsədi və məzmunundan aydın görünür ki, həmin qərar hərbi cinayətlər törətmiş və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə münasibətdə tətbiq edilmişdir.
42. Amnistiya aktının tətbiqi üçün zəruri şərt şəxsin əməlinə cinayət-hüquqi qiymət verilməsidir. Əks halda şəxs “hərbi cinayət törətmiş şəxs” hesab edilə və amnistiya aktının təsir dairəsinə düşən subyekti kimi qiymətləndirilə bilməz. Belə ki, Qərarın 1-4-cü maddələri hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə şamil edilmiş, eyni zamanda Qərarın 6-cı maddəsində cinayət təqibi aparılan işlərə xitam verilməsi və materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi nəzərdə tutulmuşdur ki, bu da amnistiya aktının yalnız cinayət təqibi başlanmış əməllərə münasibətdə tətbiq edildiyini göstərir.
43. Qərarın 9-cu maddəsində qeyd edilmişdir ki, Bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, amnistiya aktının adı, məqsədi və məzmunu baxımından “hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər” dedikdə - amnistiya aktının təsir dairəsinə düşən subyektlər, yəni hərbi cinayətlərə görə əməlinə cinayət-hüquqi qiymət verilmiş şəxslər nəzərdə tutulmuşdur.
44. Yəni, amnistiya aktının tətbiqi üçün hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmədə ifadə olunan faktiki hərəkət deyil, həmin hərəkətə verilmiş cinayət-hüquqi qiymət əsas götürülür. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə ilə bağlı cinayət təqibi aparılmadığından, amnistiya aktının 9-cu bəndi ona tətbiq edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(1N)- 1029/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.