Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-221/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Iddia ərizəsinə əsasən iddiaçı ##.##.1963-cü il təvəllüdlü İddiaçı ##.##.1983- ##.##.1985-ci ildə Sovet Ordu sıralarında xidmət etmişdir. O,##.##.1985-ci il tarixdən “xxxx” ixtisaslaşdırılmış istehsalat müəssisəsinin Mingəçevir sahəsinin Turbin sexinə maşın avadanlıqların təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş və ##.##.1998-ci ilədək “xxxx” DŞ Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexində 5-ci dərəcəli çilingər işləmişdir. Daha sonra ##.##.2009-##.##.2014-cü illərdə Rusiya Federasiyasında “xxxx” MMC-də texnoloji boruların quraşdırıcısı vəzifəsində işləmişdir ( iş stajı 5 il 2 ay 25 gün).
3. Iddiaçı ##.##.2014-cü ildən ##.##.2015-ci ilədək “Avro-Asiya inşaat koorperasiyası “xxxx” ASC-də quraşdırıcı, ##.##.2015-##.##.2018–ci ildə “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində, ##.##.2018-##.##.2019-cu ilədək “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində, ##.##.2019-##.##.2020-ci ilədək “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində və son olaraq ##.##.2020-##.##.2024-cü ilədək “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində işləmişdir. Iddiaçı hesab edir ki, ümumi iş stajı 29 il 10 ay 13 gün güzəştli şərtlərlə iş stajı isə 19 il 8 ay 3 gün təşkil edir.
4. Iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.
5. Cavabdeh etirazını iddiaçının güzəştli stajının olmadığını və bu səbəbdən də hüququnun yaranmaması ilə əsaslandırmışdır.
6. Bildiririk ki, “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa gora əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır alan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
7. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı isə yoxdur.
8. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
9. Iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) # #### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunan sənədləri o cümlədən əmək kitabçasını və güzəştli arayışı düzgün dəyərləndirməmiş, riyazi hesablamalarda səhvə yol verməklə sığorta stajının müddətini 25 ildən az olduğu qənaətinə gəlmişdir. Əmək kitabçasından eləcə də iddia ərizəsinin təfsir hissəsində göstərilmişdir ki, İddiaçı ##.##.1983-##.##.1985-ci ildə Sovet ordu sıralarında xidmət etmişdir (iş stajı 20 il). ##.##.1985-ci il tarixdən “xxxx” ixtisaslaşdırılmış istehsalat müəssisəsinin Mingəçevir sahəsinin Turbin sexinə maşın avadanlıqların təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş və ##.##.1998-ci ilədək “xxxx” DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində qazan təmir quraşdırma sexinin QQ sahəsində 5-ci dərəcəli çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 13 il 1 ay 2 gün ). ##.##.2014-cü ildən ##.##.2015-ci ilədək “Avro-Asiya inşaat korporasiyası “xxxx” ASC-də quraşdırıcı işləmişdir (iş stajı 1 il 4 gün). ##.##.2015- ##.##.2018-ci ildə “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində işləmişdir (güzəştli iş stajı 2 il 9 ay 21 gün). ##.##.2018-##.##.2019-cu ilədək “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində işləmişdir (güzəştli şərtlərlə iş stajı 11 ay 17 gün). ##.##.2019- ##.##.2020-ci ilədək “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində işləmişdir (güzəştli şərtlərlə iş stajı 1 il 5 ay 28 gün). ##.##.2020-##.##.2024-cü ilədək “xxxx” Birgə Müəssisəsində 5-ci dərəcəli borucu vəzifəsində işləmişdir (güzəştli şərtlərlə iş stajı 3 il 11 ıy 17 gün). Məhkəmənin “##.##.2009-##.##.2014-cü illərdə Rusiya Federasiyasında 5 il 2 ay 25 gün müddətində işləsə də müvafiq qanunvericiliyin tələbinə əsasən həmin dövr ümumi iş stajı kimi nəzərə alınmadan yuxarıda qeyd olunan ümumi sığorta stajı 25 il 4 ay təşkil etdiyinə görə yaşa görə əmək pensiyası almaq hüququnu əldə etmişdir. 25 il 4 ay təşkil etdiyindən ümumi sığorta stajınının 19 il 8 ayı güzəştli sığorta stajı kimi güzəştli arayışlarla təsdiqini tapır. Ona görə də Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
17. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
18. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubu;
2. Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli Arxiv arayışı;
3. Iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının əsli;
4. Cavabdehin ##.##.2025-ci il tarixli etirazı;
TƏTBIQ EDILƏN HÜQUQ
19. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
26. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
29. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox vulkanizator kimi işlədiyini nəzərə alınaraq 04 mart iyun 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
32. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
33. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.
3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
34. Göründüyü kimi, iddiaçı ## #### 1963-cü il tarixində doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır.
35. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı və ən azı 12 il 6 ay güzəştli stajı olmalıdır. Iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçının tələb olunan ümumi iş stajı mövcud deyildir.
36. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, ##.##.1985-ci il ##.##.1998-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir. Iddiaçının sonrakı əmək fəaliyyəti dövrü müəyyən fasilələrlə ##.##.2014-cü ildən ##.##.2024-cü ilədək olan dövrü əhatə etmişdir. Iddiaçı ##.##.2009-##.##.2014-cü illərdə Rusiya Federasiyasında 5 il 2 ay 25 gün müddətində işləsə də müvafiq qanunvericiliyin tələbinə əsasən həmin dövr ümumi iş stajı kimi nəzərə alınmamışdır.
37. Göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və qeyd olunan hal hazırkı iddia tələbinin əsassız olması qənaətinə gəlmək üçün yetərli olduğundan onun güzəştli iş stajının araşdırılması zərurəti də yaranmamışdır.
38. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. Iddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.
39. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPMin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.