Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-23/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## #### 1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, ## ####### 2010-cu il tarixdən ## ##### 2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. O, 2020-ci ildən Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvü olmaqla Bakı şəhərində müxtəlif otellərdə aşpaz vəzifəsində çalışmışdır. ## ######## 2020-ci ildə Qarabağ və ətraf rayonların ərazisində erməni işğalçılarının intensiv hücumlarına qarşı başlanan döyüşlərin şiddətlənməsi ilə əlaqədar olaraq o, ## ###### 2020-ci il tarixdə Azərbaycan Milli Kulinariya Assosasiyasının təşəbbüsü ilə könüllü olaraq hərbi vəziyyət bitənə kimi Qubadlı rayonu ərazisində yerləşən MN-nin N saylı hərbi hissəsinin tərkibində müzəffər ordunun döyüşçülərinə aşpaz kimi xidmət etmişdir. 44 günlük Vətən Müharibəsində aşpaz kimi keyfiyyətli və dadlı yeməklər hazırladığına görə Assosasiya tərəfindən valideynlərinə təşəkkürnamə, müdafiə nazirinin müavini tərəfindən fəxri formanla təltif olunmuşdur. Qeyd edilən müddətdə N saylı hərbi hissənin tərkibində aşpaz kimi xidmət göstərməyi adına verilmiş hərbi biletin xüsusi qeydlərində qeyd edilmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Mərkəzi arxivin ## ####### 2022-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissənin ## ######## 2020-ci il tarixli, ## ###### 2020-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının barəsində məlumat yoxdur. Bu səbəbdən də, Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya ## ###### 2022-ci il tarixli qərarı ilə N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissənin artilleriya rəisinin əmrlərində müvafiq məlumatlar olmadığına görə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu; - Cavabdehin ##.##.2024-cü il tarixli etiraz məktubu və əlavə olunan sənədlər; - Azərbaycan Respublikası SHÇDX-nin Ağdaş rayon şöbəsinin ##.##.2022-ci il tarixli Arayışı, ##.##.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş fərdi uçot kartası; - Azərbaycan Milli Kulinariya Assosasiyasının ##.##.2024-cü il tarixli məktubu; - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzinin ##.##.2024-cü il tarixli məktubu; - İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surəti;
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ““Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının hərbi hissəyə ezam edilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Bununla bağlı Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzinin ##.##.2024-cü il tarixli məktubunda iddiaçının Mərkəzdə işçi və ya könüllü kimi fəaliyyət göstərmədiyi, bununla bağlı məlumat aşkar edilmədiyi bildirilmişdir. - Həmçinin, müəyyən edilir ki, MN N nömrəli hərbi hissə komandirinin ##.##.2022-ci il tarixli **** nömrəli və *** nömrəli hərbi artilleriya rəisinin ##.##.2022-ci il tarixli, **** nömrəli məktublarına əsasən iddiaçı barədə hərbi hissəyə gəlmə və getmə, habelə nizami hissə üzrə əmrlərdə heç bir məlumat qeyd edilməmişdir. - Eyni zamanda iddiaçının birbaşa döyüş əməliyyatlarında və həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarının, hazırkı iddia ərizəsinə əsasən maddi təminatın həyata keçirilməsində iştirak etməsi və həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması işin hallarından müəyyən edilmir. Başqa sözlə, iddiaçının fəaliyyətinin Əsasnamədə göstərilən ərazi daxilində həyata keçirilməsi iş materiallarına əsasən müəyyən edilməmişdir. - Qanun normalarının tələbi baxımından iddiaçıya müharibə veteranı statusunun verilməsini istisna edir. Odur ki, işin hallarına qiymət verən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmamalıdır.
7. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini və onun müharibədə iştirakı faktının tanınaraq müharibə veteranı statusunun verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu hal hərbi biletində açıq şəkildə qeyd olunmuş, həmçinin hərbi biletində Oktay Hüseynov adlı vəzifəli şəxsin imzası və rəsmi möhürü mövcuddur. - Buna baxmayaraq, ona “müharibə veteranı” statusu verilməmişdir. Səbəb kimi döyüş zamanı xidmət etdiyi hərbi hissə tərəfindən qeydiyyata alınmamağı göstərilmişdir. - Qərarla razılaşmama səbəbləri:
1. Döyüş zamanı hərbi hissənin onu qeydiyyata almaması onun iradəsindən və nəzarətindən kənar olmuşdur və bu hal onun hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz.
2. Hərbi bilet rəsmi dövlət sənədidir və orada döyüşdə iştirak faktının göstərilməsi hüquqi sübut sayılmalıdır, hərbi biletində yazılan qeyd və möhür əsas götürülüb qeydiyyata almayan şəxslər araşdırılıb cəzalandırılmalıdır.
3. Birinci instansiya məhkəməsi qərarında imtinanın konkret hüquqi əsaslarını və sübutların qiymətləndirilməsini ətraflı göstərməmişdir.
4. Bu yanaşma Azərbaycan Respublikasının ədalətlilik, bərabərlik və hüquqların qorunması prinsiplərinə ziddir. - Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müharibədə faktiki iştirak etmiş şəxslər müharibə veteranı statusu almaq hüququna malikdirlər. Faktiki iştirakın rəsmi sənədlə hərbi biletlə təsdiqi kifayət etməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarının əsassız olduğu üçün ləğv edilməsini və onun müharibədə iştirakı faktının tanınaraq müharibə veteranı statusunun verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
15. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il ## ###### tarixli, *** №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli *** nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli *** nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Apellyasiya şikayətinin mümkünlüyü
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
24. Belə ki, iş materiallarından görünür ki, iş üzrə iddiaçının hüquqi marağı və məqsədi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.
25. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, ## ###### 2020-ci il tarixdən etibarən Azərbaycan Milli Kulinariya Assosasiyasının təşəbbüsü əsasında könüllü fəaliyyət göstərərək hərbi vəziyyət dövründə Qubadlı rayonu ərazisində yerləşən Cavabdeh N nömrəli hərbi hissəsində müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçularına aşpaz qismində xidmət etmişdir. Həmin dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Göstərilən hallar onun hərbi biletində öz əksini tapmış, müvafiq qeyd və məlumatlar vəzifəli şəxsin imzası və rəsmi möhürlə təsdiq edilmişdir.
26. Kollegiya tərəfindən bu xüsusatların araşdırılması məqsədi ilə cavabdeh orqana müvafiq sorğu göndərilərək cavab alınmışdır.
27. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş ## ##### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktuba əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** saylı məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 2020-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı aşpaz kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
28. Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissədə aşpaz qismində fəaliyyət göstərməsi barədə dəlilləri hərbi hissənin rəsmi əmrləri və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan sənədlərlə öz təsdiqini tapmamışdır.
29. Bundan başqa, iş materiallarından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ## ####### 2022-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissənin ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində iddiaçı barəsində hər hansı məlumat aşkar edilməmişdir.
30. Həmçinin, iddiaçının hərbi hissəyə ezam edilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Bununla bağlı Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzinin ##.##.2024-cü il tarixli məktubunda iddiaçının Mərkəzdə işçi və ya könüllü kimi fəaliyyət göstərmədiyi, bununla bağlı məlumat aşkar edilmədiyi bildirilmişdir.
31. Həmçinin, müəyyən edilir ki, MN N nömrəli hərbi hissə komandirinin ##.##.2022-ci il tarixli **** nömrəli və *** nömrəli hərbi artilleriya rəisinin ##.##.2022-ci il tarixli, **** nömrəli məktublarına əsasən iddiaçı barədə hərbi hissəyə gəlmə və getmə, habelə nizami hissə üzrə əmrlərdə heç bir məlumat qeyd edilməmişdir.
32. Eyni zamanda iddiaçının birbaşa döyüş əməliyyatlarında və həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarının, hazırkı iddia ərizəsinə əsasən maddi təminatın həyata keçirilməsində iştirak etməsi və həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması işin hallarından müəyyən edilmir. Başqa sözlə, iddiaçının fəaliyyətinin Əsasnamədə göstərilən ərazi daxilində həyata keçirilməsi iş materiallarına əsasən müəyyən edilməmişdir.
33. Beləliklə iddiaçının müharibə veteranı statusunun verilməsi üçün hüquqi əhəmiyyət kəsb edən halların mövcudluğu iş üzrə toplanmış mötəbər sübutlarla təsdiqlənmir.
34. Kollegiya bildirir ki, yuxarıda qeyd olunan məlumatlar və cavabdeh orqan tərəfindən təqdim edilmiş rəsmi arayışlar birgə və hərtərəfli təhlil edildikdə iddiaçının 2020-ci ilin sentyabrdekabr aylarında N nömrəli hərbi hissədə aşpaz qismində fəaliyyət göstərməklə həmin hərbi hissənin şəxsi heyətinə daxil olması və ya xidmət keçməsi faktının mötəbər və kifayət qədər sübutlarla təsdiq edilmədiyi müəyyən olunur. Belə ki, səlahiyyətli dövlət orqanı tərəfindən təqdim olunmuş arxiv sənədlərində və hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçı barədə hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən iddiaçının müharibə veteranı statusunun verilməsi üçün əsas olan halların mövcudluğu öz təsdiqini tapmır.
35. Kollegiya qeyd edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
36. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İddiaçı isə ## ######## 2020-ci il tarixdən 2020ci il noyabr ayının 10-dək adıçəkilən ərazilərdən heç birində döyüşlərdə iştirak etmədiyindən ona veteran statusunun verilməsindən söhbət gedə bilməz.
37. Kollegiya bildirir ki, iddiaçı İddiaçı AO******* saylı hərbi biletində onun N nömrəli hərbi hissədə Vətən Müharibəsi dövründə könüllü olaraq ön cəbhədə Hərbi vəziyyət bitənə qədər aşpaz kimi fəaliyyət göstərməsi təsdiqlənmiş olsa da, təqdim edilmiş materiallarda onun həmin müddət ərzində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, döyüş tapşırıqlarının icrasına cəlb olunması və ya döyüş zonalarına ezam edilməsi barədə hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh orqanın təqdim etdiyi sənədlər iddiaçının xidmət dövründə döyüş əməliyyatlarında iştirak etmədiyini açıq şəkildə təsdiq edir.
38. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulmuş ikinci və üçüncü kateqoriyalar – yəni döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların icrası və döyüş bölgələrinə ezam olunma halları üzrə də iddiaçının hər hansı fəaliyyəti sənədlərlə sübut edilməmişdir. İddiaçının aşpaz kimi fəaliyyət göstərməsi bu kateqoriyalara uyğun gəlmir və onu müharibə veteranı statusu üçün nəzərdə tutulmuş tələblərə cavab verən şəxs kimi qiymətləndirməyə əsas vermir.
39. Göründüyü kimi, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
40. Bu səbəblə, qanunvericiliyin tələbləri, təqdim edilmiş rəsmi sənədlər və iş materialları əsasında Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı müharibə veteranı adı verilməsi üçün tələb olunan meyarlara cavab vermir və sözügedən statusun ona şamil edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
41. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
42. Nəzərə almaq lazımdır ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun N nömrəli hərbi hissədə Vətən Müharibəsi dövründə könüllü olaraq ön cəbhədə Hərbi vəziyyət bitənə qədər aşpaz kimi fəaliyyət göstərməsi yetərli sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normalarında nəzərdə tutulmuş dispozisiya şərtləri ona münasibətdə mövcud olmalıdır. Belə şərtlərin mövcud olmadığı təqdirdə, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən səhvə yol verməmiş, işin faktiki hallarını tam şəkildə araşdıraraq doğru nəticəyə gəlmiş, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi düzgün olaraq təmin edilməmişdir.
45. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilməsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.