Məhkəmə qərarları › İş №2-1(3-10)-234/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-234/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-234/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Cavabdeh orqan ##.##.2019, ##.##.2019, ##.##.2020, ##.##.2023, ##.##.2023 və ##.##.2025-ci il tarixlərdə iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etmişdir.

2. Iddiaçı, ##.##.2025-ci il tarixdə Ak.Mirqasımov adına RKX-da və ##.##.2025- ##.##.2025-ci il tarixlərdə “xxxx” PHŞ-də stasionar müalicədə olmuşdur.

3. Şəki RMX tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçı barəsində “bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri” (M51.1) diaqnozu qeyd edilməklə tibbi göndəriş tərtib edilərək cavabdehə göndərilmişdir.

4. Cavabdeh orqan sonuncu dəfə ##.##.2025-ci il tarixində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyinin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, ##.##.1968-ci il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuşdur. Uzun müddətdir xəstəlikdən əzab çəkir. Diaqnoz “Bel oma disklərinin radikulopatiya ilə nəticələnməsi L4-L5 diskdə arxa mealia protuziya. Davamlı köklük ağrısı. Sağ aşağı monoparez. Çanaq orqanının disfunksIyası, Vertevro-larilyar çatmamazlığı. Üzvü mənşəli emosianal labil pozuntusu intellektiv enməsi” diaqnozları qoyulmuşdur. Müxtəlif zamanlarda müxtəlif yerlərdə müayinə və müalicələr olmuşdur. Hal-hazırda onun səhhətində ciddi problemlər mövcuddur. Özü-özünü idarə etməkdə çətinlik çəkir. Əmək qabilyətini demək olarki itirmişdir. Yanaşı olaraq ağır şəkər xəstəsidir. Kiçik yaşlarından sümük boşluğu xəstəliyi mövcuddur. Belə bir vəziyyətdə ona əlillik təyin edilməməsini başa düşə bilmir. Əlillik təyin edilməsi üçün sənədləri elektron qaydada dəfələrlə göndərsə də, müxtəlif bəhanələrlə ya geri qaytarmışlar, ya da imtina vermişlər. Sonuncu dəfə ##.##.2025-ci ildə qiymətləndirmə aparılaraq imtina edilmişdir. Imtina səbəbi kimi, diaqnozunun əlilik təyin edilməsi üçün yetərli olmaması göstərilmişdir. Uzun illərdir bu xəstəlikdən əziyyət çəkir. Əksinə günü-gündən də halı pisləşir. Buna görə imtina ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, cavabdehin verdiyi həmin imtinanı tamamilə qanunsuz və əsassız hesab edir.

7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək xxxxnın göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Digər paralitik sindromlar, Sağ aşağı parez. Imtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı (Fin *******) əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi yerli TSEK-ə yaxınlaş qərarı verilib. Səhiyyə müəssisəsinin göndərişində Əsas diaqnoz: Digər paralitik sindromlar, Sağ aşağı parez Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri: bel nahiyəsində ağrı, ağrının ayaqlara yayılması, yerişin çətinliyi, həyəcan hissi, yuxu və yaddaş pozğunluğu, ümumi halsızlıqdandır - Dəri və görünən selikli qişaları :solğun,aşağı ətrafların səthi venalarında genəlmələr var. - Dərialtı piy qatı : kafi inkişaf etmişdir. - Periferik limfa düyünləri : əllənmir. - Sümük-əzələ sistemi potologiya yoxdur. - Tənəffüs sistemi: ağciyərlər üzərində sərt tənəffüs eşidilir. - Ürək-qan damar sistemi: Ürək tonları karlaşmışdır. AT 140/80 mm.c.süt. - Həzm sistemi: qarnı yumşaq ağrısızdır,qaraciyər və dalaq əllənmir. - Sidik-cinsiyyət sistemi : pasternatski simptomu hər iki tərəfdə mənfidir. - Sinir sistemi(psixi status) :Göz bəbəkləri girdə kənara hərəkəti məhduddur.udma aktı normal, vətər sümüküstü reflekslər S=D.Aşağı ətraflarda əzələ gücü enib.Bel-oma nahiyəsində paravertebral nöqtələr ağrılıdır, Romberq vəziyyətində səndələyir,.xəstədə qorxu və həyəcan var,.əhvalı enmişdir,.yuxusu dərmanladır. Status lokalis(status prezent) Uzun müddətdir ki, xəstədir. Dispanser qeydiyyatdadır. Daimi müalicə qəbul edir. Əlilliyin qiymətləndirilməsi üçün göndərilir. Məlumat üçün bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh PHŞ-nin üzərinə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının 60 faizinin müəyyən olunması öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ”-nin ##.##.2026-cı il tarixli məktubu və ona əlavə olunmuş T**/**** nömrəli ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “xxxx”nda adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, P********FQM saylı Forma 88 göndərişdə XBT-10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: “M51.O-bel və digər şöbələrin fəqərərarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), bel-oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Ağırlaşmalar: G83-dIgər paralitik sindromlar, sağ aşağı parez, G55.1*-fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və davamlı kökcük ağrı sindromu. Yanaşı xəstəliklər: F06.4- üzvi mənşəli həyəcan pozuntusu, üzvi mənşəli həyəcan pozuntusu” diaqnoz ona stasionarda aparılmış müayinələrin və müalicəsinin əsasında qoyulmuş və hazırda da o, həmin xəstəliklərdən əziyyət çəkir. Iş materiallarında olan xxxx PHŞ-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı İddiaçı mövcud xəstəliklərinin qiymətləndirilməsi barədə sorğuya ##.##.2026cı il tarixdə “xxxx” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasında baxılmışdır. Həkim Məsləhət Komissiyasının rəyi: 1.“M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnməsi” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə (bundan sonra Qərar) təsdiq edilmiş, “Əlilliyin təsdiq edilməsi meyarları”nın 13.5.1.bəndinə uyğun gəlir, orqanizmin funksiyasının 40-60% pozulması kimi qiymətləndirilir. 2. “G83-Digər paralitik sindrom, sağ aşağı parez” diaqnozu Qərarın 6.5.1 maddəsinə uyğun gəlir, orqanizmin funksiyasının 40% pozulması kimi qiymətləndirilir. 3. “F06.4-Üzvi mənşəli həyəcan pozuntusu” Qərarın 7.6.2 maddəsinə uyğun gəlir, orqanizmin funksiyasının 40% pozulması kimi qiymətləndirilir. Məktubda göstərilmiş “G99.2-Bel-oma fəqərəarası diskin radikulopatiya ilə nəticələnən zədələnməsi və “G55.1-Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və davamlı kökcük ağrı sindromu” Qərarın meyarlarına uyğun deyil. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xəstənin əlillik və ya sağlamlıq imkanları məhdudluğu barədə ##.##.2025-ci il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir, imtina cavabı verilmişdir. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. M51.0 kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (13) olaraq 13.5.1-ci bənddə (digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri) nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 13.5.1-ci bənddə qiymətləndirmə üçün dörd hal fərqləndirilmişdir. 13.5.1.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 60% (nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları), 13.5.1.2-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 50-70 % (döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz III-IV mərhələ), əyilmə bucağı 650-dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə), 13.5.1.3-cü bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 70-90% (onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu: - yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda;- aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; - distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; - sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi), 13.5.1.4-cü bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 100% (onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): - beldə olan əhəmiyyətli ağrılarla; - yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; digər insanların daimi yardımına ehtiyac; - gigiyenik vasitələrin istifadəsinin qeyrimümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi ) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.5.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xxxx PHŞ-nin ##.##.2025-ci il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnozun öz təsdiqini tapmaması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları» nın 13-cü bölməsində 13.5.1-ci maddəsinin (bənd 13.5.1.1) M51.0 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 60 % pozulması ilə) müəyyən edilməlidir.

10. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər, müvafiq ekspertizanın rəyi və göndərişi tərtib etmiş xxxxnın məktubuna əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmişdirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmışdırlar ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “M51- digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 13.5-ci bəndinə əsasən Tibbisosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin təsdiq edilməsi meyarları”nın 13.5.1.1 bəndindən görünür ki, digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları olduqda həmin bəndə əsasən əlillik müəyyən edilə bilər. Iddiaçıya məxsus göndərişin (forma 88) “xəstəliyin tarixi” hissəsindən müəyyən edilir ki, onun xəstəliyinin başlama tarixi ##.##.2018-ci ildir. Iddiaçının təvəllüdü isə 1968ci ildir. Göründüyü kimi iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə qeyd edilən əsas diaqnoz iddiaçıda anadangəlmə deyil, sonradan qazanılan xəstəlikdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yuxarda qeyd edilən halları nəzərə almadan öz mülahizəsinə uyğun, həmçinin adıçəkilən göndərişi tərtib edən tibb müəssisəsinin (xxxx) səlahiyyəti olmadığı halda verdiyi rəyə istinadən əlillik təyin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, ona heç bir zaman əlillik təyin edilməmişdir. Iddiaçı qeyd edir ki, 2014-cü ildə stasionarda müalicə almaq üçün müraciət etsə də, onun müalicə almasına icazə verilməmişdir. O, 2018-ci ildən etibarən 2025-ci ilədək hər il stasionarda müalicə almışdır. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

23. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən əlilliyinin müəyyən edilməsinə nail olmaqdır.

24. Iş materiallarından görünür ki, iddiaçıya Əsas diaqnoz: “M51.0-bel və digər şöbələrin fəqərərarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), bel-oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Ağırlaşmalar: G83-digər paralitik sindromlar, sağ aşağı parez, G55.1-fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və davamlı kökcük ağrı sindromu. Yanaşı xəstəliklər: F06.4- üzvi mənşəli həyəcan pozuntusu, üzvi mənşəli həyəcan pozuntusu” diaqnozları qoyulmuşdur. Sonuncu tibbi-sosial ekspertiza müayinəsinə göndəriş ## #### 2025-ci il tarixdə verilmiş və göndərişdə əsas diaqnoz kimi “digər paralitik sindromlar, sağ aşağı parez” göstərilmişdir.

25. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-tibbi ekspertiza təyin etmiş, ekspert rəyində qeyd edilmişdir ki, “xxxx”nda adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, P********FQM saylı Forma 88 göndərişdə XBT-10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: “M51.0-bel və digər şöbələrin fəqərərarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), bel-oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Ağırlaşmalar: G83-digər paralitik sindromlar, sağ aşağı parez, G55.1-fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və davamlı kökcük ağrı sindromu. Yanaşı xəstəliklər: F06.4-üzvi mənşəli həyəcan pozuntusu, üzvi mənşəli həyəcan pozuntusu” diaqnoz ona stasionarda aparılmış müayinələrin və müalicəsinin əsasında qoyulmuş və hazırda da o, həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilənlərə əsasən iddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.5.1.1-ci bəndinə uyğun hesab edilərək iddia təmin edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsi ilə bağlı mübahisələrdə yalnız diaqnozun mövcudluğu yox, həm də həmin diaqnoz üzrə şəxsin tibbi-sosial ekspertiza müayinəsinə göndərilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ilkin şərtlərin mövcudluğu araşdırılmalıdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlərdən biri şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.

28. Həmin Qaydanın 1.5.2-ci yarımbəndinə əsasən müddət gözlənilmədən göndərişin verilməsinə yalnız Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na * nömrəli əlavə göstərilən xəstəliklər mövcud olduqda yol verir.

29. Iş materiallarından görünür ki, tibbi göndərişdə əks olunmuş - M51.0, G99.2, G83, G55.1 və F06.4 XBT kodlarında nəzərdə tutulmuş diaqnozlardan heç biri müddət gözlənilmədən göndəriş verilməsinə əsas olan xəstəliklərin siyahısında (* nömrəli əlavə) nəzərdə tutulmamışdır. Buna görə də iddiaçıya münasibətdə göndərişin verilməsi üçün Qaydanın 1.5.1-ci yarımbəndində nəzərdə tutulmuş müalicə müddəti ilə bağlı şərt ödənilməlidir.

30. Iş materiallarından görünür ki, iddiaçı barəsində sadalanan diaqnozlar üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün Qaydanın 1.5.1-ci yarımbəndində nəzərdə tutulmuş müalicə müddəti (son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox) ilə bağlı şərt ödənilmir.

31. Belə ki, ##.##.2025-ci il tarixdə tibbi göndərişin verilməsinədək iddiaçı son 1 ildə M51.1 XBT kodundakı diaqnozla bağlı ##.##.2025-ci il tarixdə Ak.Mirqasımov adına RKX-da və ##.##.2025-##.##.2025-ci il tarixlərdə “xxxx” PHŞ-də ambulator və stasionar müalicədə olmuşdur. Həmin müddət Qaydanın 1.5.1-ci yarımbəndində nəzərdə tutulmuş müalicə müddətindən azdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal”ın 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bəzi hallarda Qaydanın 1.5.1-ci bəndinin tələbləri nəzərə alınmadan, müalicə müddəti ilə bağlı şərtin ödənilibödənilməməsi yoxlanılmadan diaqnozun əlilliyə əsas verib-verməməsi istiqamətində araşdırma aparılır, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani müayinə və ya tibbi ekspertiza təyin edilir. Halbuki, həmin Qaydanın 1.5.1-ci bəndində təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır.

33. Kollegiya hesab edir ki, hazırkı iş üzrə də eyni hüquqi mövqe tətbiq edilməlidir. Belə ki, iddiaçının diaqnozunun düzgünlüyü mübahisənin həlli üçün yalnız o halda əhəmiyyət kəsb edə bilərdi ki, əvvəlcə həmin diaqnoz üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Qaydanın 1.5.1-ci yarımbəndində nəzərdə tutulmuş ilkin şərt ödənilmiş olsun. Belə ilkin şərt mövcud olmadıqda isə diaqnozun mövcudluğu əlilliyin müəyyən edilməsi üçün əsas hesab edilə bilməz.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ekspert rəyinin nəticəsindən asılı olmayaraq, hər bir halda hazırkı iş üzrə istinad olunan Qaydanın 1.5.1-ci yarımbəndinin tələbləri pozulduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilməklə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar