Məhkəmə qərarları › İş №2-1(3-10)-245/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-245/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-245/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Yevlax rayonu Havarlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpağın plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 cavabdeh qismində tanınmışdır.

4. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı Yevlax rayonu Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı cavabdeh1n ** saylı Yevlax Ərazı Idarəsinə müraciət etdikdə ona sözügedən torpaq sahəsinin mülkiyyətinə verilməsindən imtina edilmişdir. Imtinanın hüquqi əsası yoxdur. Imtinanın əsası tam qanunsuz və əsassızdır. cavabdeh1n ** saylı Yevlax Ərazı Idarəsindən ona verilmiş # #### 2025-ci il tarixli məktubdan görünür ki, hazırda istifadəsində olan torpaq sahəsinin Mingəçevir şəhəri hüdudları daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı (öyrüş) torpaq sahəsi olması müəyyən edilmişdir. Sözügedən imtinanın qısa məzmununa əsasən sözügedən torpaq sahəsinin guya kənd təsərrüfatı təyinatlı olması bildirilir. Lakin bu da ona verilməli olan və uzun illərdir istifadəsində olan torpağın özəlləşdirilməsinin qarşısının alınmasından başqa bir şey deyil. Örüş torpağı deyilən ərazidə olan digər torpaq sahələri yaşayış sahəsi kimi istifadə olunur və onun torpağının ətrafında olan bütün torpaq sahələri özəlləşmişdir. Belə olan halda onun torpaq sahəsinin hansı səbəbdən özəlləşdirilə bilməməsini başa düşə bilməmişdir. Bu qanunsuzdur və bərabərlik prinsiplərini pozur. Eyni ərazidə olan eyni məzmunda imtina olunmuş şəxslər məhkəmədə verdikləri iddia təmin olunmuş və artıq çıxarışlarını almışlar. Bununla əlaqədar qərarlar müvcuddur və Şəki Inzibati Məhkəməsinin icraatında baxılmış və təmin olunmuşdur. Bundan əlavə onun tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, o bütün sənədlərini təqdim etmişdir. Bələdiyyədən torpağı alarkən bütün prosedurlara əməl olunmuş (qərar verilmiş, alqı-satqı aktı yazılmış, torpağın planı çəkilmiş, rəy verilmiş və dövlət rüsumu ödənilmişdir) və torpaq sahəsi onlara təqdim edilmişdir. Torpaq sahəsinin örüş olması gülüncdür. Çünki 0.06 ha örüş sahəsi olmur və bu inandırıcı deyil. Bələdiyyə tərəfindən onlara verilmiş sənədlərdən də görünür ki, sözügedən torpaq sahəsi həyətyanı torpaq sahəsidir və bu məqsədlə verilmişdir. Elektron baza məlumatlarında nə yazılmasından isə onların xəbərinin olması qeyri-mümkün idi. Odur ki, iddia tam olaraq əsaslıdır və təmin olunmalıdır. Hazırda torpaq sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı o, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsasdır. Həmin Məcəllənin 84.1-ci maddəsinin tələbinə görə torpaq mülkiyyətçisinin istifadəçilərinin və icarəçilərin hüquqları qanunla qorunur.

5. Cavadeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının Yevlax rayonu Havarlı kəndində yerləşən Üçüncü şəxs ##.##.2007-ci il tarixli, ***/* saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh1 ** saylı Yevlax Ərazi Idarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, torpaq sahəsi müayinə edilmiş, sənədlərin düzgünlüyü idarənin arxiv materialları və elektron kadastr baza məlumatlarına əsasən yoxlanılmış və araşdırılmışdır. Araşdırma zamanı torpaq sahəsinin Mingəçevir şəhərinin ərazi hüdudları daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş torpaqları olduğu müəyyən edilmişdir. Bu səbəbdən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

6. Üçüncü şəxs iddia tələbinə münasibətində iddianın qanun çərçivəsində təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki Inzibati Məhkəməsinin (hakim X2) # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, torpaq sahəsi müayinə edilmiş, sənədlərin düzgünlüyü idarənin arxiv materialları və elektron kadastr baza məlumatlarına əsasən yoxlanılmış və araşdırılmışdır. Araşdırma zamanı torpaq sahəsinin Mingəçevir şəhəri ərazi hüdudları daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş torpaqları olduğu müəyyən edilmişdir. Bu səbəbdən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).

16. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Yevlax rayon Havarlı bələdiyyəsinin ##.##.2007-ci il tarixli ***/* saylı qərarından və ##.##.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan torpaqlarından 0,06 ha torpaq sahəsi həyətyanı məqsədilə X3. - DT və XK-nin Yevlax rayon şöbəsinin ##.##.2007-ci il tarixli rəyindən görünür ki, X3 nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. -AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər üzrə bölməsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş X3 şəhəri Avtoservis Samux 19 ünvanında müvəqqəti qeydiyyatdadır. - cavabdehin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Üçüncü şəxs ##.##.2007-ci il tarixli ***/* saylı qərarı ilə ayrılmış 0.06 ha ha torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinin xüsusiyyətləri barədə məlumatların verilməsi mümkün olmadı. Iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər Mingəçevir bələdiyyəsinin “X9 X6”dəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı), uqodiyası - təmiz örüş, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi Idarəsinin səlahiyyətinə aid deyil. Iddiaçıya ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə Üçüncü şəxs ##.##.2007-ci il tarixli ***/* saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin eyni olubolmamasını, həmçinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Iddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikili vardır. Iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin ölçüsü 0.06 ha təşkil edir. - cavabdehin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddia olunan torpaq sahəsinə bitişik, qonşuluqda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış sənədlər mövcud deyil. Iddia olunan torpaq sahəsinin təyinatı (kateqoriyası) - Yevlax rayonu, Havarlı bələdiyyəsinin DWJ- (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı), uqodiyası – təmiz örüş, mülkiyyətçisi – dövlət mülkiyyətinə aid torpaq (mal-qara düşərgəsi) sahəsi olmuşdur. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi Idarəsinin səlahiyyətinə aid deyil. Iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi" \t "_blank" qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi" \t "_blank" qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X10 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; ... Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 5.2. mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativhüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (## ###### 2008-ci ilə qədər qüvvədə olan redaksiya). 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

22. Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

24. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

26. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi iddiaçıya satılan zaman torpaqların idarə olunması sahəsində dövlətin funksiyalarını icra edən DTXK-nın yerli orqanı həmin torpaq sahəsinin Havarlı bələdiyyə mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti olduğunu təsdiq etmişdir. Məhkəmə onu da qeyd edir ki, həmin rəydə torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması qeyd edilsə də, məhkəmənin qənaətinə görə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən rəy verərkən torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olmasını nəzərdə tutumuşdur. Əks halda, DTXK-nın Yevlax rayon şöbəsi torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması barədə rəy verdiyi halda həmin torpaq sahəsini alqı-satqı predmeti hesab etməzdi. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur.

28. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir.

29. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Kollegiya ilk növbədə mübahisəli torpaq sahəsinin aid olduğu inzibati və mülkiyyət ərazisinə hüquqi qiymət verərək qeyd edir ki, torpaq sahəsinin hansı inzibati ərazi vahidinə aid olması həmin torpaq üzərində sərəncam vermək səlahiyyətinin müəyyən edilməsi baxımından həlledici hüquqi əhəmiyyət daşıyır.

32. Iş materiallarında olan cavabdehin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi Üçüncü şəxs deyil, Mingəçevir bələdiyyəsinin inzibati və mülkiyyət ərazisinə aid olmuşdur.

33. Göründüyü kimi, Üçüncü şəxs ##.##.2007-ci il tarixli ***/* nömrəli qərarı ilə həmin torpaq sahəsi iddiaçıya satılarkən sözügedən torpaq sahəsi Mingəçevir bələdiyyəsinin ərazisinə aid olmuşdur. Belə ki, Üçüncü şəxs həmin torpaq sahəsinə münasibətdə hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır.

34. Belə olan halda, Üçüncü şəxs ##.##.2007-ci il tarixli ***/* nömrəli qərarı mübahisəli torpaq sahəsinə aid edilə və əmlak hüquqlarının dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Çünki bu zaman Yevlax rayonu Havarlı kənd bələdiyyəsi digər inzibati ərazi vahidinin hüdudları daxilində yerləşən və faktiki olaraq öz inzibati sərhədlərindən kənarda olan torpaq sahəsinə dair qərar qəbul etməklə səlahiyyətli inzibati orqan olmamışdır.

35. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən, bələdiyyələrin torpaq münasibətlərinin tənzimlənməsi sahəsində səlahiyyətləri yalnız onların inzibati əraziləri daxilində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə sahiblik, istifadə və sərəncam verməklə məhdudlaşır.

36. Istinad olunan hüquq normasının tələbindən də göründüyü kimi, bələdiyyə yalnız öz inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri üzərində hüquqi hərəkətlər həyata keçirə bilər.

37. Bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə səlahiyyətsiz inzibati orqan kimi qəbul etdiyi qərar “Inzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati akt hesab edilməli və hər hansı hüquqi nəticə yaratmamalıdır. Çünki inzibati orqanın səlahiyyət həddindən kənar qəbul etdiyi akt hüquqi qüvvəyə malik hesab edilə bilməz.

38. Göründüyü kimi, Üçüncü şəxs ##.##.2007-ci il tarixli 260/1 nömrəli qərarı mübahisəli torpaq sahəsinə aid edildiyi halda etibarsız inzibati akt hesab edilməlidir. Bu səbəbdən həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqi əsas hesab oluna bilməz.

39. Kollegiya daha sonra torpaq sahəsinin kateqoriyasına münasibətdə qeyd edir ki, iş materiallarında olan DT və XK-nın Yevlax rayon şöbəsinin rəyindən görünür ki, vətəndaşa satılması nəzərdə tutulan 0,06 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsinə aiddir. Qeyd olunan rəy torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi baxımından əsas sübut olmaqla torpağın təyinatının dəyişdirilmədiyini təsdiq edir.

40. Eyni zamanda, iş materiallarında olan cavabdehin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi “X9 X6”ndə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş, uqodiyası təmiz örüş və Mingəçevir bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi uçota alınmışdır.

41. Bu hal mübahisəli torpaq sahəsinin həm hüquqi statusuna, həm də faktiki istifadə xüsusiyyətlərinə görə kənd təsərrüfatı təyinatlı və kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğunu bir daha təsdiq edir. Kollegiya hesab edir ki, torpaq sahəsinin təyinatı dəyişdirilmədən və qanunvericiliklə müəyyən olunmuş prosedurlar həyata keçirilmədən həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qanunvericiliyin imperativ tələblərinə uyğun hesab edilə bilməz.

42. Bununla yanaşı, ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin koordinatlarının göstərilməməsi və həmin məlumatların elektron informasiya bazasında mövcud olmaması səbəbindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə naturada göstərilən torpaq sahəsinin eyniliyi tam dəqiqliklə müəyyən edilə bilməmişdir. Lakin kollegiya hesab edir ki, bu texniki çatışmazlıq torpaq sahəsinin hüquqi rejiminə təsir göstərmir. Belə ki, mövcud kadastr məlumatları, elektron uçot sistemi və mütəxəssis rəyləri mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı və kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğunu təsdiq edir.

43. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarda istinad olunan normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi - istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər.

44. Yuxarıda istinad olunan normalara əsasən kənd təsərrüfatına yararlı torpaq sahələri xüsusi mülkiyyətə verilmək məqsədilə alqı-satqının predmeti ola bilməz. Bu norma torpaqların məqsədli istifadəsinin təmin olunması, kənd təsərrüfatı fondunun qorunması, torpaq ehtiyatlarının səmərəli idarə edilməsi və kənd təsərrüfatına yararlı torpaqların qanunsuz dövriyyəsinin qarşısının alınmasına xidmət edən imperativ hüquq normasıdır.

45. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ayrılmış və onun tərəfindən istifadə edilən 0,06 ha torpaq sahəsi həm satılan zaman, həm də hazırkı vəziyyətdə kənd təsərrüfatı təyinatlı, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur.

46. Eyni zamanda həmin torpaq sahəsinin Üçüncü şəxs deyil, Mingəçevir bələdiyyəsinin inzibati və mülkiyyət ərazisinə aid olduğu da müəyyən edilmişdir.

47. Buna görə də həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla hüquqi baxımdan əsassız hesab edilməli və Üçüncü şəxs ##.##.2007-ci il tarixli ***/* nömrəli qərarı iddiaçının mülkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi qəbul edilməməlidir.

48. Göründüyü kimi, iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, Üçüncü şəxs ##.##.2007-ci il tarixli ***/* nömrəli qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar (etibarlı hüquqmüəyyənedici sənəd) mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

50. Beləliklə, hazırkı mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

51. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

52. Məhkəmə kollegiyası iş materiallarını, kollegiya tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “Işin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:

Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar