Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-248/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi PHŞ-yə qarşı “əlilliyinin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. Iddiaçı, əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin ##.##.2023-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
2. Imtina onunla əsaslandırılmışdır ki, ##.##.2014-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz II dərəcə əlillik müəyyən edilmişdir. Iddiaçının əlillik səbəbinin dəyişdirilməsi məqsədi ilə hərbi həkim komissiyasının xəstələnmənin səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən onun sağlamlıq vəziyyətini tam və ətraflı göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə əsasən qiymətləndiriləcəkdir.
3. Iddiaçı cavabdehə qarşı analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
4. Iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Iddiaçı yenidən analoji tələblə məhkəməyə müraciət etmiş, Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
6. Iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respubilkasının Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
8. Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyinin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İddiaçı müharibənin qızğın dövründə 1991-1995-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsində döyüşlərdə aldığı güllə yarasından, xəsarətlərdən travmalardan və zədələrdən sağlamlığını itirmişdir. Sağlamlığını itirdiyinə görə əlilliyin ümumi növündən 2-ci qrup əlildir. Iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ## ##### 1994-cü il tarixdə Tərtər rayonun Papravənd kəndində düşmən olan ermənilər tərəfindən açılan atəş nəticəsində yaralandı. Müxtəlif sayda bədən xəsarətləri və zədələr almışdır. Müalicə olunub yenidən döyüşlərdə iştirak etmişdir. Həmin gedən döyüşlərdə iddiaçı ## ###### 1995-ci il tarixdə kəllə-beyin travması almışdır. Müalicə olunub yenidən cəbhəyə qayıtmışdır. Iddiaçı Birinci Qarabağ müharibəsində sağlamlığını itirdiyinə görə güllə yarası, xəsarətlər və kəllə-beyin travması aldığından sağlamlığını tamam itirdiyinə görə döyüş əməliyyatında xəsarətlər aldığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Yevlax Rayon Mərkəzi Xəstəxanasının müayinə sənədləri əsasında qiymətləndirilmiş Diaqnozun mətni: Hipertoniya xəstəliyi II-b st, ürək beyin forması Ü.İ.X-yi gərginlik stenokardiyası f/s II-IIIhipertonik kriz tez-tez təkrarlanma ilə. Q.D.Ç-II- dərəcə. 2.2. Ikinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı. Ümumi xəstəlik səbəbi ilə əlaqədar ##.##.2014-cü il tarixdən müddətsiz əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı İddiaçı ##.##.2014-cü il tarixdən müddətsiz əlillik təyin edilmişdir. Iddiaçı isə ##.##.2026-cı il tarixdə, yəni 12 ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Odur ki, iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir.
11. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə müəyyən edilir ki, iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlilliyin ümumi növündən müharibə ilə əlaqədar olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli 2- 1(107)- ***/**** nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra eyni tələblə eyni cavabdehə qarşı iddiaçının yenidən verdiyi iddiası Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə mümkün sayılamışdır. Hazırda iddiaçı yenidən eyni tələblə eyni cavabdehə qarşı iddia ərizəsi vermişdir. Iş materialları ilə müəyyən olunur ki, əvvəlki iddia tələbi üzrə tərəflər, iddianın predmeti və əsasları hazırki iş üzrə iddia tələbi ilə eynidir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir.
13. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
14. Iddiaçı apellyasiya şikayətini ilkin iddia ərizəsinin dəlilləri təkrarlanmaqla əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ##.##.1994-cü il tarixdə Tərtər rayonu Papravənd kəndində yaralanmış, ##.##.1995-ci il tarixdə kəllə-beyin travması almışdır. Qeyd edilən döyüşlərdə aldığı xəsarətləri başqa cür müəyyən edə bilmədiyindən, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.7. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
22. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı hazırkı tələblə bağlı əvvəllər məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi PHŞ-yə qarşı “əlilliyinin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi mümkün sayılmamışdır. Iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
24. Daha sonra iddiaçı yenidən analoji tələblə məhkəməyə müraciət etmiş, Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respubilkasının Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq qeyd edir ki, əvvəlki iddia tələbi üzrə tərəflər, iddianın predmeti və əsasları hazırkı iş ilə eynidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır.
26. Bu qərar proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir.
27. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.