Azərbaycan‑Respublikası‑adından Qərar Şəki‑şəhəri İş‑№‑2-1(3-10)-251/2026 11.06.2026 ŞƏKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Həsənov Tural‑Həsən oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları‑ilə, Iddiaçılar iddiaçı2 və X1 cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı «məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi» tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında‑baxaraq‑aşağıdakı‑qərarı‑qəbul‑etdi: işin halları:
1. Qanuni nümayəndə 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Ismayıllı rayonunda məskunlaşmışdır. O, 2006-cı ildə Sabirabad rayonu, Qardaşkənd kənd sakini X2 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan onların iki övladı # ### 2007-ci‑il‑tarixdə‑iddiaçı2‑və‑## ###### 2008-ci‑il‑tarixdə‑iddiaçı1‑doğulmuşdur.
2. iddiaçı2 və iddiaçı1 məcbur köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət olunsa‑da,‑məsələ‑müsbət‑həllini‑tapmamış,‑Komitə‑bu‑həlldən‑imtina‑etmişdir.
3. Imtina onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. # ### 2007-ci il təvəllüdlü iddiaçı2 və ## ###### 2008- ci il təvəllüdlü iddiaçı1 anası X2 qeydiyyatı ünvan 1 ünvanında olduğundan onlara məcburi köçkün statusunu‑təsdiq‑edən‑sənədin‑(vəsiqə)‑verilməsi‑imkan‑xaricindədir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı # ### 2007-ci il tarixdə doğulmuş övladı iddiaçı2 və ## ###### 2008-ci il tarixdə doğulmuş övladı iddiaçı1 məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək‑iddia‑ərizəsi‑ilə‑Şəki‑Inzibati‑Məhkəməsinə‑müraciət‑etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılır ki, qanununvericiliyə görə məcburi köçkün vəsiqəsi yaşı 16-ya çatmış və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almış məcburi köçkün övladlarına verilir. Qanuni nümayəndə məcburi köçkündür, məcburi köçkün statusunu və vəsiqəsini daşıyır. Hər iki övladının 16 yaşı tamam olmuş, onlara şəxsiyyət vəsiqəsi verilmişdir. Onlara məcburi köçkün vəsiqəsi verilməlidir. Bu məqsədlə cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət olunsa da, Komitənin # ###### 2025-ci il tarixli məktubu ilə vəsiqənin verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinə istinadən əsaslandırmışdır. Imtina məktubunda bildirilir ki, uşaqların atası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyatı işğal altında olmuş Cəbrayıl rayonu olsa da, analarının qeydiyyatı Ismayllı şəhərində yerləşən ünvandır. Cavabdehin imtinası əsassızdır. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmış olsun. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Ailə daxilində övladların tərbiyəsində hər iki valideynin rolu müştərəkdir. Məcburi köçkün vəsiqəsinin verilməsindən imtinanın fiqurantı kimi uşaqların anasının göstərilməsi ona göstərilən sosial təzyiq və hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Bu cür fərqli münasibət ananın adıçəkilən məsələdə günah sahibi olması anlamına gəlir. «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 74-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq va azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi va digər baxışlar, milli va sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Belə olan halda cavabdehin imtinası uşaqların anasının ailə daxili münasibətdə cinsi və sosial təzyiqlərə məruz qalması kimi qiymətləndirilməli, onun valideynlik nüfuzunun ailə daxilində sarsılması anlamına gəlməlidir. Cavabdehin Maral və iddiaçı1lara məcburi köçkün vəsiqəsi verilməsindən imtina etməsi mübahisələndirilməli və məhkəmə araşdırılması yolu ilə öz həllini tapmalıdır. Yalnız məhkəmədə qəbul edilmiş qərar onların valideyninin (anası) pozulmuş hüquqlarının təminatçısı olmuş olar. Cavabdeh göstərdiyi mövqe ilə nəinki Samirə Həsənovanın, eləcə də Maral və iddiaçı1ların hüquqlarını pozur. Göstərilənlərə əsaslanaraq, onlara məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən‑xahiş‑olunur.
6. Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə iddiaçı Qanuni‑nümayəndə‑əsl‑iddiaçılar‑iddiaçı2‑və‑iddiaçı1‑ilə‑əvəz‑edilmişdir.
7. Cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı Qanuni nümayəndə iddiaçı2 və iddiaçı1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. # ### 2007-ci il təvəllüdlü iddiaçı2 tam fəaliyyət qabiliyyətli, ## ###### 2008-ci il təvəllüdlü iddiaçı1 isə məhdud fəaliyyət qabiliyyətli şəxslərdir. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 28, 49, 69, 73-cü maddələrinə, IPM-in 26-cı maddəsinə əsasən iddiaçı2 iddia tələbi üzrə iddiaçı qismində özü və ya səlahiyyətləri müvafiq etibarnamə əsasında təsdiq olunmuş nümayəndə vasitəsilə, iddiaçı1 isə iddia tələbi üzrə iddiaçı qismində özləri çıxış etməli, lakin məhkəmə icraatı zamanı qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. Iddiaçının müraciətinə imtina cavabı verilmişdir. iddiaçı2 və iddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, ata – Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Qanuni nümayəndə “Cəbrayıl rayonu, Çərəkən ə/d, Əfəndilər kəndi” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; ana – X2 “ünvan 2 13” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. iddiaçı2 və iddiaçı1 anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, (Ismayıllı) şəhəri” olduğundan, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Göstərilənlərə və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanuna, «Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair‑Qaydalar»a‑əsaslanaraq,‑iddianın‑rədd‑edilməsi‑məhkəmədən‑xahiş‑olunur.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçılar # ### 2007-ci il təvəllüdlü iddiaçı2 və ## ###### 2008-ci il təvəllüdlü iddiaçı1 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin‑üzərinə‑qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçıların cavabdeh inzibati orqana qarşı tələbi “onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçıların atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsa da, onların anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 1 ünvanı olduğundan, iddiaçılar «Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı yarımbəndində nəzərdə‑tutulan‑şəxslərin‑əhatə‑dairəsi‑düşmür.‑ Məhkəmə qeyd edir ki, iddiaçıların atası Qanuni nümayəndə məcburi köçkün statusuna malik olmaqla (Cəbrayıl rayonundan məcburi köçkün) hal-hazırda Ismayıllı şəhəri,‑M.Müşfiq‑küçəsi‑13‑ünvanında‑yaşayır. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin ## ### 2013-cü il tarixli qərarı ilə «Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq‑edən‑vəsiqənin‑verilməsinə‑dair‑Qaydalar»‑təsdiq‑edilmişdir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6- cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusu və onu təsdiq‑edən‑vəsiqəni‑almaq hüququna‑malik şəxslər‑olaraq müəyyən‑edilmişdir. Iş materiallarında olan AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə ilə X2 arasında‑## ###### 2006-cı il tarixdə nikah‑bağlanmışdır. Cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin imtinasının əsas dəlili iddiaçılara münasibətdə «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci şərtin ödənilməməsi ilə bağlıdır. Başqa sözlə, cavabdeh imtinanın əsası kimi iddiaçıların anasının qeydiyyat ünvanının‑işğal‑olunmuş‑rayon‑(şəhər)‑olmadığını‑göstərir. Bununla bağlı məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edilərkən «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə‑tutulmuş‑bərabərlik‑hüququna‑aid‑tələblərə‑ziddir.‑ Belə ki, sözügedən Qaydaların 4.1.6-cı bəndində əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Bununla da belə nəticə yaranır ki, atası məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları‑məcburi‑köçkün‑olan‑uşaqların‑bu‑hüquqları‑məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmənin qənaəti belədir ki, cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddiaçılara məcburi köçkün statusunu təsdiq edən‑vəsiqənin‑verilməsindən‑imtina‑etməkdə‑haqlı‑olmamışdır,‑bu‑imtina‑qanunsuzdur.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a)‑apellyasiya‑şikayətinin‑dəlilləri
11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, hazırki iddiaçılara münasibətdə Şəki Inzibati Məhkəməsinin istinad etdiyi hal mövcud deyildir. Belə ki, nə iddiaçıların anası məcburi köçkündür və bununla hüquqları məhdudlaşdırılıb, nə də ki Komitənin imtina cavabında belə hal qeyd edilib. Əksinə 4.1.6-cı yarımbəndinin 1 və 3-cü halları mübahisəsizdir. Mübahisələndirilən hissə 2-ci hal, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması halı şərtləndirilib ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinə istinad etməkçün heç bir əsası özündə ehtiva etmir. Nəticə etibarı ilə, Şəki Inzibati Məhkəməsi *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı heç bir etibarlı sübutla‑öz‑təsdiqini‑tapmamışdır. Qeyd etmişdirlər ki, məcburi köçkün statusunun verilməsi qaydaları və şərtləri qanunvericilik normasında imperativ norma şəklində müəyyən edilmişdir. Hazırki inzibati iş üzrə iddia tələbinin qanuni əsası qismində Qaydaların 4.1.6-ci maddəsinin dispozitiv şərti çıxış edir. Həmin normanın tələbinə əsasən məcburi köçkün statusunun verilməsi üçün zəruri olan şərtlər: valideynlərindən atasının məcburi köçkün statusuna malik olması, hər iki valideyninin daimi qeydiyyatı daimi yaşayış yeri üzrəişğal olunmuş rayon (şəhər) olması və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almış olmasından ibarətdir. Təkrar qeyd edirik ki, hazırki halda iddiaçıya münasibətdə 1-ci və 3-cü şərti ödənilməsi işin mübahisəsiz halı kimi çıxış edir. Indiki halda işin müəyyən edilmiş halları əsasında iddiaçıya münasibətdə qayda ilə tələb olunan 2-ci şərtin ödənilməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçının tələbi qanunun normasının dispozitiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı deyildir, Komitənin hərəkətləri‑qanunauyğun‑hesab‑edilməlidir. b)‑Apellyasiya‑‑şikayətinə‑qarşı‑etirazın‑dəlilləri: 12.‑Apellyasiya‑şikayətinə‑qarşı‑etiraz‑təqdim‑edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-****/****‑nömrəli‑qərarının‑dəyişdirilmədən‑qüvvədə‑saxlanılmasını‑xahiş‑etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi‑və‑iddia‑tələbinin‑təmin‑edilməməsi‑barədə‑qərar‑qəbul‑edilməsini‑xahiş‑etdi.
tətbiq edilən hüquq
14. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə‑məcbur‑olub‑başqa‑yerə‑köçmüş‑şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və‑digər‑bu‑kimi‑yaşayış‑yerləri‑başa‑düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda‑(pasport,‑hərbi)‑olmaqla‑yaşadığı‑yer‑başa‑düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış‑yeri‑sayılır. ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə‑təmin‑edildikdə‑“məcburi‑köçkün”‑statusunu‑itirir. IV.‑“Məcburi‑köçkün”‑statusu‑və‑onu‑təsdiq‑edən‑vəsiqənin‑verilməsi. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan‑Respublikasının‑vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə‑çağırılmış‑və‑işğal‑zamanı‑həqiqi‑hərbi‑xidmətdə‑olmuş‑şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin‑yerləşdiyi‑şəhərdə‑(rayonda)‑müvəqqəti‑qeydiyyatda‑olan‑şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan‑Respublikasının‑şəxsiyyət‑vəsiqəsini‑almış‑uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan,‑işğaldan‑sonra‑ərinin‑yaşayış‑yeri‑üzrə‑qeydiyyata‑düşmüş‑qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının‑şəxsiyyət‑vəsiqəsini‑almış‑şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. Işğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə‑(rayonda)‑pasport‑qeydiyyatında‑olan‑şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından‑çıxmayan‑qadınlara‑və‑onların‑uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın)‑nikaha‑daxil‑olan‑şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan‑şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə‑qeydiyyata‑düşdükdən‑sonra‑doğulmuş‑uşaqlarına.
15. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il ## ### tarixli Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş‑Azərbaycan‑Respublikasının‑vətəndaşları‑“məcburi‑köçkün”‑sayılır. Maddə‑6.‑Qanunun‑qüvvəsinin‑şamil‑edilmədiyi‑hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun‑gələn‑aşağıdakı‑şəxslərə‑şamil‑edilmir:‑ - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən‑edilmiş‑ölçüdə‑başqa‑yaşayış‑yeri‑ilə‑təmin‑olunana;‑ - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış‑yeri‑ilə‑təmin‑olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin‑müdafiəsindən‑könüllü‑istifadə‑edənə;‑ -‑könüllü‑surətdə‑Azərbaycan‑Respublikası‑ərazisindən‑başqa‑ölkəyə‑gedənə. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan‑keçməlidirlər. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun‑itirilməsi‑ ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə‑təmin‑edildikdə.‑
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə‑12.‑Işin‑hallarının‑araşdırılması‑prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə‑görə‑araşdırmağa‑borcludur.‑ ... Maddə‑58.‑Sübutların‑araşdırılması‑qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə‑82.‑Mübahisə‑ilə‑bağlı‑işə‑şikayət‑üzrə‑yenidən‑baxılmasının‑hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları‑(faktiki‑halları)‑da‑nəzərə‑alır. Maddə‑85.‑Şikayətin‑verilməsinə‑dair‑tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində‑inzibati‑məhkəmə vasitəsilə‑verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə‑verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət‑üçün‑əsas‑olan‑faktlar‑və‑sübutlar‑göstərilməlidir. ‑ Maddə‑87.‑Apellyasiya‑instansiyası‑məhkəməsində‑icraat ‑... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə‑baxışı‑qaydasında‑qəbul‑edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi‑həddində‑dəyişdirilə‑bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi‑müvafiq‑inzibati‑məhkəməyə göndərə bilər:[82] ... 87.7.2.‑inzibati‑məhkəmə‑tərəfindən‑mahiyyəti‑üzrə‑qərar‑qəbul‑edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə‑münasibət‑bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya‑məhkəmələri‑üçün‑məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab‑edilmişdir.
18. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə‑aktının‑qanuniliyinə‑və‑əsaslılığına‑qiymət‑veriləcəkdir.‑
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı‑səbəblərdən‑irəli‑gəlir.‑
21. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən‑edilmişdir.‑
23. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
24. Hazırkı işdə iddiaçılara münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir.‑Cavabdeh‑də‑bunu‑mübahisələndirmir.
25. Cavabdehin hazırkı apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıların atası – Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Qanuni nümayəndə “Cəbrayıl rayonu, Çərəkən ə/d, Əfəndilər kəndi” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; ana – X2 isə “ünvan 2 13” ünvanında yaşayış yeri‑üzrə‑qeydiyyatdadır.‑
26. Məhkəmə kollegiyası oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, iddiaçıların anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, (Ismayıllı) şəhəri” olduğundan, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı yarımbəndində nəzərdə tutulan 2ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər)‑olmasına‑dair‑şərt‑ödənilməmişdir.
27. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir. 28.‑Yuxarıda‑göstərilənlərə‑əsasən,‑məhkəmə‑kollegiyası
QƏRARA‑ALDI:
Cavabdeh‑tərəfindən‑verilmiş‑аpellyаsiyа‑şikаyəti‑təmin‑edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv‑edilir. Iş‑üzrə‑yeni‑qərar‑qəbul‑edilir. Iddiaçılar iddiaçı2 və X1 cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı «məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin‑Inzibati‑Kollegiyasına‑kassasiya‑şikayəti‑verilə‑bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən‑sonra‑qanuni‑qüvvəyə‑minir.