Məhkəmə qərarları › İş №2-1(3-10)-256/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-256/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-256/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı, ##.##.1965-ci ildə doğulmuş, ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək hərbi xidmət keçmiş, daha sonra ##.##.1987-ci il tarixdən Azərbaycan DRESin elektrik sexində 2-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuş, ##.##.2004-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək “xxxx” MMC-də usta vəzifəsində, ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək xxxxtikinti MMC-də usta, ##.##.2009-cu ildən ##.##.2010-cu il tarixədək Interenerji MMC-də, ##.##.2010-cu il tarixdən ##.##.2012-ci il tarixədək “xxxx” MMC-də usta, ##.##.2012-ci ildən ##.##.2014-cü il tarixədək Ağır maşınqayırma zavodunun Turbin təmiri sexində elektrik çilingəri işləmişdir.

2. Iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ##.##.2025-ci il tarixli imtina məktubunda iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC “xxxx” MMCnin ##.##.2025-ci il tarixli arayışında ##.##.1987–##.##.2004-cü il tarixləri arasındakı dövr üzrə “Azərbaycan DRES”-nin Elektrik sexində və Elektrik maşınlarının təmiri sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığı və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyil.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Iddia ərizəsinə əsasən ##.##.1965-ci il tarixində Goranboy rayonu, Qarasuçu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1981-1983-cü illərdə Goranboy rayonu, Qarasuçu kəndində fəhlə olaraq başlamış,1983-1987-ci illərdə MKD 11-də işləmişdir. O, ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək keçmiş SSRI silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Daha sonra ##.##.1987-ci il tarixdən Azərbaycan DRES-in elektrik sexində 2-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuş, ##.##.2004-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək “xxxx” MMC-də usta vəzifəsində, ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək xxxxtikinti MMC-də usta, ##.##.2009-cu ildən ##.##.2010-cu il tarixədək Interenerji MMC-də, ##.##.2010-cu il tarixdən #.##.2012-ci il tarixədək “xxxx” MMC-də usta, ##.##.2012-ci ildən ##.##.2014-cü il tarixədək Ağır maşınqayırma zavodunun Turbin təmiri sexində elektrik çilingəri işləmişdir. Iddiaçı güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh ##.##.2025-ci il tarixli məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir.

5. Cavabdeh orqan müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd edirki məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarına əsasən nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmçinin analoji digər iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalı olduğu izah edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarında isə göstərilmişdirki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.

6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. iddiaçı 60 yaşına çatmalıdır. 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin,cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını ümumiyyətlə qəbul etməmişdir. Iş materiallarından görünür ki, iddiaçı ##.##.1987-ci il tarixdən Azərbaycan DRESin elektrik sexində 2-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuş, ##.##.2004-cü il tarixinədək həmin vəzifədə işləmişdir. Iddiaçının həmin müəssisədə müxtəlif dərəcəli elektrik çilingəri kimi əmək fəaliyyəti dövrü 17 il 2 ay 24 gün təşkil edir. Iddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, iddiaçının Azərbaycan DRESin elektrik sexində ##.##.1987-ci il tarixdən ##.##.2004-cü il tarixinədək müxtəlif dərəcəli elektrik çilingəri işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarının * nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu 2140000 a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı” sının 24-cü elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Sözügedən vəzifədə iddiaçının xüsusi iş stajının müddəti 12 il 6 aydan çoxdur. Beləliklə, iddiaçının cəmi 12 il 6 aydan artıq güzəştli stajı, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrdə (##.##.2025-ci ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı ##.##.1965-ci ildə doğulub). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.

8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində iddia tələbinə etirazda qeyd olunmuş xüsusatlara istinad etmiş, qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC xxxx MMC-nin İddiaçı dair # ###### 2025-ci il tarixli 07-14 və **-** nömrəli arayışlarında ##.##.1987-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES Elektrik sexində və Elektrik maşınlarının təmiri sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən şəxsin işlədiyi elektrik çilingəri vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyil. Həmçinin işə baxan birinci instansiya məhkəməsi müvafiq hal ilə əlaqədar uyğunluğun müəyyən edilməsi zamanı müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasını bildirmiş və Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bildiyini bildirmişdir. Lakin qeyd edilən xüsusatla əlaqədar məhkəmə tərəfindən hər hansı araşdırma həyata keçirilməmiş, iddiaçının güzəştli əsaslarla işlədiyini iddia etdiyi vəzifələrin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri ilə eynilik təşkil etməsinə dair iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarını əldə etmədən yuxarıda göstərilən mövqeni rəhbər tutmuş və nəticədə maddi və prosessual normaların tələblərinin pozulmasına yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

15. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair **/**** saylı # ####### 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq ona 60 yaşının tamam olduğu, ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir (iddiaçı ##.##.1965-ci ildə doğulub).

24. Iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun hüququnun yarandığı vaxt qüvvədə olan ƏPHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 25 ildən az olmayan ümumi və 12 il 6 aydan az olmayan güzəştli iş stajı olmalıdır.

25. Iş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşını və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh orqan ##.##.2025-ci il tarixinədək iddiaçının ümumi iş stajının 25 ildən artıq olmasını qəbul edir.

26. Mübahisə iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili də ondan ibarətdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. ##.##.1987- ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES Elektrik sexində və Elektrik maşınlarının təmiri sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən şəxsin işlədiyi elektrik çilingəri vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğun deyil.

27. Iş materiallarında olan “xxxx MMC”-nin ##.##.2025-ci il tarixli, **-** nömrəli və ##.##.2025-ci il tarixli, **-** nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, X3 ##.##.1987-ci il tarixdən “Azərbaycan DRES”-in Elektrik sexinin “Elektrik maşınlarını təmir edən birqada” ya 2-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1989-ci il tarixdə Elektrik sexində elektrik maşınlarını təmir edən 3-cü dərəcə elektrik montyoru vəzifəsi verilmişdir. ##.##.1990-cı il tarixdə tutduğu vəzifədə 4-cü dərəcə verilmiş, ##.##.1993-cü il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmiş, ##.##.1995-ci il tarixdə tutduğu vəzifədə 6-cı dərəcə verilmiş, ##.##.1995-ci il tarixdən ##.##.2001-ci ilədək Elektrik sexində elektrik maşınlarını təmir elektrik çilingəri (6-cı dərəcə) vəzifəsində işləmişdir. Işlədiyi müddətdə vəzifə borcunu tam iş günü ərzində zərərli iş şəraitində X2 yerləşən Turbogeneratorun gərginlik altında fırça-aparat sisteminə, elektroliz qurğusuna, təzyiq altında olan Hidrogen və Azot tutumlarına xidmət etmişdir. O, zərərli iş şəraitində işlədiyi üçün ona hər ay əmək haqqının 12 %həcmində əlavə etmək əmək haqqı ödənilmişdir.

28. Iş materiallarında olan “xxxx MMC”-nin ##.##.2025-ci il tarixli, **-** nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, X3 işlədiyi illər ərzində ##.##.1987-ci ildən ##.##.2004-cü il tarixədək tutduğu elektrik çilingəri və elektrik maşınlarını təmir edən elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi”nin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. “xxxx” MMC-də ümumi iş stajı 17 il, 02 ay, 24 gün təşkil edir.

29. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq iddiaçının işlədiyi müəssisə ##.##.2026-cı il tarixli məktubunda yuxarıda qeyd edilmiş xüsusatları təsdiq etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ##.##.1987-ci il tarixdən ##.##.2004-cü il tarixədək elektrik maşınlarını təmir edən elektrik çilingəri vəzifəsində işləyərkən əmək funksiyalarını birbaşa X2 yerləşən elektrik mühərriklərinə birbaşa quraşdırıldığı və istismar edildiyi yerdə xidmət və onların təmiri işlərini yerinə yetirmişdir. “xxxx” MMC-nin strukturu enerji bloklarında yerləşən Qazan, Turbin və onların köməkçi avadanlıqlarının iş prinsipləri və xüsusiyyətlərinə əsasən formalaşdırılmışdır və bütün ölçü cihazları və avtomatika qurğuları, həmçinin müəyyən elektrik, elektroliz qurğuları və turbogenerator X2 yerləşdiyi üçün işçilərin hansı sexdə işləməyindən asılı olmayaraq bütün sexlərin işçilərinin iş və xidmət yeri Qazan Turbin sexinin sahəsində yerləşir. Ona görə də qeyd edilən sahədə işləyən işçilərə iş yerlərinin attestasiya xəritələrinə əsasən zərərli əmək şəraitində işlədiklərinə görə onlara əlavə əmək haqqı müəyyən edilmişdir.

30. Göründüyü kimi iddiaçının iş yeri Elektrik sexi göstərilsə də, faktiki olaraq o, müəssisənin iş prinsipləri və xüsusiyyətləri baxımından əmək funksiyalarını birbaşa X2 yerinə yetirmişdir.

31. Buna görə kollegiya hesab edir ki, iddiaçının ##.##.1987-ci ildən ##.##.2004-cü illərdə elektrik çilingəri və elektrik maşınlarını təmir edən elektrik çilingəri vəzifələrində işlədiyi müddət güzəştli iş stajına daxil edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin ##.##.1993cü il tarixli *** nömrəli Qərarının * nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu 2140000 a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı” sının 24-cü elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

35. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının oxşar mübahisələr üzrə qəbul edilmiş bir sıra qərarlarında (631/2023, 1151/2023 və ***/**** nömrəli işlər üzrə) “Azərbaycan DRES”-in Elektrik sexində müvafiq vəzifələrdə işləmiş şəxslərin həmin dövrlərinin güzəştli staja daxil edilməsi əsaslı hesab edilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan qeyd olunan məhkəmə təcrübəsinin mövcudluğundan xəbərdar olduğu halda iddiaçıya əsassız olaraq imtina cavabı vermişdir.

36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar