Məhkəmə qərarları › İş №2-1(3-10)-257/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-257/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-257/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən, məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı İnayət oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İnayət oğlunun cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1966-cı ildə Yevlax rayonunda anadan olmuşdur. İddiaçı Yevlax Rayon Hərbi komissarlığı tərəfindən ##.##.1994-cü il tarixdə hərbi xidmətə çağırılmış, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, ##.##.1994cü il tarixində əsir düşmüşdür. Bu müddət ərzində ağılasığmaz və dözülməz ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalmışdır. İddiaçı ##.##.1995-ci il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsarətindən azad edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində ## ### 2015-ci il tarixdə canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın və travmanın nəticələrinə əsasən iddiaçıya “odlu silah yaralanmasından sonrakı sağ kürəyin yuxarı üçdə birinin arxa səthində iki ədəd, sol baldırın yuxarı üçdə birinin ön səthində iki ədəd, sol budun orta üçdə birinin bayır səthində bir ədəd bərkimış çapıq toxumalar və yumşaq toxumalarda 1x2 mm ölçüdə metal qəlpə, küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” diaqnozu qoyulmuşdur. - Diaqnoz Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsinin ## ###### 2015-ci il tarixli **** nömrəli göndərişi, ## ###### 2015-ci il tarixli **** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ## ### 2015-ci il tarixli K*** nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ## ######## 1995-ci il tarixli, ***/DK nömrəli arayışı, habelə mütəxəssis cərrahın rəyi ilə təsdiq edilmişdir. - İddiaçıya ##.##.2015-ci il tarixdən ümumi xəstəlik səbəbli ikinci dərəcəli əlillik təyin edilsə də, bununla razılaşmayaraq müraciət etdikdən sonra, ##.##.2017-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcəli əllillik təyin edilmişdir. - İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb idarəsinin Xüsusi Həkim Komissiyasının ## #### 2017-ci il tarixli Qərarında qeyd olunan xəsarətlər səbəbli əlil arabasına möhtac olmasına baxmayaraq ona təyin olunmuş əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti ## ###### 2022-ci ilə kimi müəyyən olunmuşdur.

3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni Odlu silah yaralanmasından sonra sağ diz qapağının qeyri düzgün bitişmiş sınığı, Sağ diz oynağının 2-ci dərəcəli osteoartrozu. Açıcı-bükücü kontrakturası, Əzələ atrofiyası, Sağ diz qapağının osteoporozu, Sağ diz oynağının, ön sağ baldırın yuxarı 1/3-nin iç-arxa, sol diz oynağının iç-ön, sol bazu oynağının üst səthlərinin dartıcı çapıq toxumaları. Göndərişin natamam doldurulması Səbəb ##.##.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. - Yevlax rayon sakini ##.##.1966-cı il təvəllüdlü İddiaçı İnayət oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından sonrakı sağ baldırın yuxarı 1/3-nin arxa səthində iki ədəd sol baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd sol budun orta 1/3-nin bayır səthində bir ədəd bərkimiş çapıq toxumaları yumşaq toxumalarla 4x2 mm ölçüdə metal qəlpə küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır müəyyənləşdirilmişdir. - İddiaçıya ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## #### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh cavabdeh2 PHŞ-nin üzərinə iddiaçı İddiaçı İnayət oğluna ##.##.2024-cü il tarixində təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin “ümumi xəstəlik” səbəbindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

5. Məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya ## #### 2014cü il tarixindən “ümumi xəstəlik” səbəbindən əlillik təyin edilmişdir. Daha sonra ##.##.2017-ci il tarixindən etibarən isə 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilmişdir. - Sonuncu dəfə iddiaçıya ## ###### 2024-cü il tarixindən iki il müddətinə OFP-nin 60 faiz pozulması ilə III dərəcə əlillik müəyyən edilmiş, əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlik kimi göstərilmişdir. - Əliliyin təyin edilməsi zamanı diaqnoz “Sidik kisəsinin yan divarının bədxassəli yenitörəməsi pTaN0M0 mərhələ 0. Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ diz qapağının qeyri-düzgün bitişməsi, sınığı. Sağ diz oynağının kontrakturası, II dərəcəli. Açıcıbükücü kontraktura (açma 165 dərəcə, bükmə 115 dərəcə). Daimi ağrı sindromu. Hərəkət funksiyalarının pozulması. Sağ diz qapağının osteoporozu. Sağ diz oynağının ön, sağ baldırın yuxarı 1/3-nin iç-arxa, sol diz oynağının iç-ön, sol bazu oynağının ön səthlərinin dartıcı çapıq toxumaları. Əzələ atrofiyası.” diaqnozu qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında iddiaçının barəsində - Odlu silah yaralanmasından sonrakı sağ baldırın yuxarı 1/3-nin arxa səthində iki ədəd sol baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd sol budun orta 1/3-nin bayır səthində bir ədəd bərkimiş çapıq toxumaları yumşaq toxumalarla 4x2 mm ölçüdə metal qəlpə küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi göstərilmişdir. - İddiaçı barədə ##.##.2024-cü il il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozun təsdiqini tapmaması və iddiaçıya “Sidik kisəsinin yan divarının bədxassəli yenitörəməsi” diaqnozu qoyularaq “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. - Göründüyü kimi digər sübutlarla təsdiq olunur ki, hazırkı əliliyin təyin edilmə diaqnozu “Odlu silah yaralanmasından sonrakı sağ baldırın yuxarı 1/3-nin arxa səthində iki ədəd sol baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd sol budun orta 1/3-nin bayır səthində bir ədəd bərkimiş çapıq toxumaları yumşaq toxumalarla 4x2 mm ölçüdə metal qəlpə küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” kimi qeyd edilmişdir. Həmin diaqnoz iddiaçıya ##.##.2017-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlilliyin ağırlaşmış formasıdır. Həmin tarixdə təyin edilən əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmuşdur. - Nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyətinin pozulmasının səbəbi ümumi xəstəlik deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almış olduğu xəsarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında qeyd edilmiş diaqnoz iddiaçıya təyin edilmiş əlilliyin diaqnozu ilə eynilik təşkil edir. - Nəzərə alınmalıdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən qəbul edilmiş qərar əsasında müəyyən olunduğundan, Hərbi Həkim Komissiyasının qərarında göstərilən xəsarət, xəstəliklər tibb müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə qeyd edildiyindən cavabdeh iddiaçının əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır.

6. Cavabdeh “xxxx” publik hüquqi şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(*-**)-***/**** nömrəli iş üzrə cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi– prosessual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müxtəlif orqanlardan əldə olunan arayışlara əsaslanaraq, öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. - Əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin əlillik alt sisteminə göndərilməsi, həmin göndərişlərə Tibbi sosial ekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. Hazırkı iş üzrə iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının səbəbi «ümumi xəstəlik» olaraq orqanizm funksiyalarının 60% pozulması müəyyənləşdirilmişdir və hələ də qüvvədədir. - Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni:Odlu silah yaralanmasından sonra sağ diz qapağının qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynağının II dərəcəli osteoartrozu. Açıcı-bükücü kontrakturası (açma 163 dər., bükmə 115 dər.). Əzələ atrofiyası. Sağ diz qapağının (məftillə osteosintezindən sonra) osteoporozu. Sağ diz oynağının ön, sağ baldırın yuxarı 1/3-nin iç-arxa, sol diz oynağının iç-ön, sol bazu oynağının üst səthlərinin dartıcı çapıq toxumaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ##.##.2024-cü il tarixli Qərar qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir. - İddiaçının adına rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli göndərişə əsasən müəyyən olunan “Yenitörəmələr=> Bədxassəli yenitörəmələr=>Sidik kisəsinin yan divarının bədxassəli yenitörəməsi=> İ mərhələ, spesifik müalicədən sonrakı vəziyyət” diaqnozu onu təsdiq edən instrumental müayinə nəticələrinin göstəricilərinə uyğun olaraq iddiaçıya əsasnamənin 14.3.2.1-ci bəndinə uyğun olaraq «ümumi xəstəlik» səbəbilə orqanizm funksiyalarının 60% pozulmasının müəyyən olunmasına əsas vermişdir. İddiaçıya «ümumi xəstəlik» səbəbilə orqanizm funksiyalarının 60% pozulmasının müəyyən olunması barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. - Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı İnayət oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır.

16. Məhkəmə kollegiyası iş materiallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Hazırki iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, tərəflər arasındakı mübahisənin publik hüquq münasibətlərindən irəli gələn mübahisə olması kimi ümumi mümkünlük şərtləri ilə yanaşı iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır.

22. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçıya ## #### 2024-cü il tarixdə ## ###### 2024-cü il tarixindən iki il müddətinə OFP-nin 60 faiz pozulması ilə III dərəcə əlillik müəyyən edilmiş, əlilliyinin səbəb-əlaqəsi ümumi xəstəlik kimi göstərilmişdir.

23. İddiaçı tərəfindən irəli sürülən “səbəb əlaqəsinin dəyişdirilməsi” barədə tələb mahiyyət etibarilə “məcburetmə haqqında” iddiadır. Mövcud qanunvericiliyə əsasən belə iddialar müvafiq inzibati aktın təqdim edildiyi tarixdən etibarən 30 gün müddətində qaldırılmalıdır.

24. Göründüyü kimi, iddiaçı ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbli əlillik təyin edilməsindən imtina olunduğundan məlumatlı olmuş, buna baxmayaraq, təxminən 1 il 3 aydan artıq müddət keçdikdən sonra iddia tələbi ilə ##.##.2025-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, beləliklə də hazırkı məzmunda iddia verilməsi üçün İPM-in 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.

25. Bu hal işə baxmış məhkəmə tərəfindən nəzərə alınmamış və iddianın xüsusi mümkünlük şərtini ödəyib-ödəmədiyi məsələsinə qiymət verilmədən işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir.

26. Nəzərə almaq lazımdır ki, İnzibati prosessual qanunvericiliyin tələbinə görə, məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

27. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

28. İddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan ötürülməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

29. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

30. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan halların olması da iddiaçı tərəfindən mübahisələndirilməmişdır.

32. Bu səbəbdən Kollegiya tərəfindən buraxılmış müddətin bərpası barədə ərizə verilməsinin iddiaçıya tövsiyə olunması məqsədəuyğun hesab edilməmişdir.

33. Kollegiya əlavə olaraq bildirir ki, iş materiallarında iddiaçının əlilliyin təyin edilməsi ilə bağlı müvafiq qərarın ona təqdim edilməsi və ya həmin qərarı bilavasitə aldığı tarix müəyyən edilməsə də, bu hal iddiaçının əlillik vəziyyəti barədə məlumatlı olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz.

34. Belə ki, iddiaçının ümumi xəstəlik səbəbi ilə müəyyən edilmiş əlillik üzrə müvafiq sosial ödənişləri (pensiyanı) aldığı iş materialları ilə müəyyən olunur. Həmin ödənişlərin alınması isə öz növbəsində iddiaçının ona əlilliyinin hansı səbəbli əlaqə ilə müəyyən edilməsi barədə məlumatlı olduğunu və bu hüquqi faktın mövcudluğundan xəbərdar edildiyini göstərir.

35. Belə olan halda, iddiaçının əlilliyin müəyyən edilməsi ilə bağlı qərardan və həmin qərarın məzmunundan məlumatlı olması işin halları və özünün izahatı ilə təsdiqini tapır. İddiaçının əlillik təyinatından irəli gələn hüquqlardan istifadə etməsi, o cümlədən həmin əsasla pensiya ödənişlərini alması onun müvafiq inzibati aktın nəticələrindən xəbərdar olduğunu təsdiq edən kifayət qədər əsasdır.

36. Göründüyü kimi, iddiaçı əlillik vəziyyəti ilə bağlı qəbul edilmiş qərardan və həmin qərarın hüquqi nəticələrindən məlumatlı olmuş, ona təyin edilmiş əlillik əsasında müvafiq sosial ödənişləri (pensiyanı) almışdır. Buna baxmayaraq, iddiaçı əlillik təyinatı ilə bağlı mövcud vəziyyətə münasibətdə hüquqlarının pozulduğunu hesab etdiyi halda, həmin haldan xəbərdar olduğu tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir.

37. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini iddia tələbinin təmin olunması əsası kimi qəbul etmir.

38. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

39. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh cavabdeh1 publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı İnayət oğlunun cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar