Məhkəmə qərarları › İş №2-1(3-10)-263/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-263/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-263/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin ##.##.2024-cü il tarixli iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılması haqqında qərarının ləğv edilməsi və təyin olunan ünvanlı sosial yardımın bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Iddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Ünvanlı sosial yardımın təyin edilməsini Ünvanlı Yardım altsisteminə daxil edilən ##.##.2023-cü il tarixli *************** nömrəli müraciətə əsasən ailəyə ##.##.2024-cü il tarixindən aylıq 382.44 manat məbləğində ÜDSY təyin edilmişdir.

2. ##.##.2024-cü il tarixində Dövlət Sosial Müdafiə fondunun Maddi-Məişət şəraitinin müayinəsi üzrə Mərkəzi Filialı tərəfindən ailənin yaşadığı ünvana yoxlama məqsədilə gedilmiş və təmsilçinin qaynatasına məxsus “Vaz-21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədləri üçün istifadə etməsi əsasında mübahisələndirilən qərar qəbul edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Maddi-Məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli ünvanlı dövlət Sosial yardımın dayandırılması haqqında qərarının ləğv edilməsi və təyin olunan ünvanlı sosial yardımın ##.##.2024-cü il tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı ##.##.2025-ci il tarixli elektron ərizə göndərərək cavabdeh qismində Cavabdeh qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. Iddia ərizəsinə əsasən iddiaçı və ailəsinə ##.##.2024-cü il tarixdən aylıq 382.44 manat sosial yardım təyin edilmişdir. Sosial müavinətin verilməsi ##.##.2024-cü il tarixdən 1 il müddətinə dayandırılmışdır. Cavabdeh orqana sosial yardımın bərpa olunması ilə bağlı etmiş olduğu müraciət təmin edilməmişdir. Təyin olunmuş sosial müavinətin dayandırılması əsası olaraq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə istinad olunmuşdur. Məktubda bildirilmişdir ki, ailənin istifadəsində nəqliyyat vasitəsi vardır. Iddiaçı qeyd edir ki, təyinat verilən vaxtı və sosial yardım alan müddət ərzində onun və ailəsinin istifadəsində nəqliyyat vasitəsi olmamışdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, iddaçı tərəfindən ÜDSYnin alınması ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Ünvanlı Yardım altsisteminə daxil edilən ##.##.2023-cü il tarixli *************** nömrəli müraciətə əsasən ailəyə ##.##.2024-cü il tarixindən aylıq 382.44 manat məbləğində ÜDSY təyin edilmişdir. Bildiririk ki, Ünvanlı dövlət sosial yardımı haqqında AR qanununun 10-cu maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə ##.##.2024-cü il tarixində Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Maddi-Məişət şəraitinin müayinəsi üzrə Mərkəzi Filialı tərəfindən ailənin yaşadığı ünvana təkrara yoxlama məqsədilə gedilmiş ailənin ünvanda olmaması səbəbilə təmsilçi ilə əlaqə saxlanlnmış telefon əlaqəsi zamanı təmsilçi qaynatasına məxsus “Vaz- 21099” markalı 62- BM-845 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədləri üçün istrifadə etdiyini bildirmişdir. Nazirlik tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Daxili Işlər nazirliynin Yol Polisi idarəsinin məlumat bazasında qeyd olunan nəqliyyat vasitəsinin ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək təmsilçinin mülkiyyətində olduğu, ##.##.2023-cü il tarixindən təmsilçinin qayınatası X3 mülkiyyətinə keçdiyi qeyd olunmuşdur. Həmçinin telefon zəngi zmaanı qeyd olunan video çəkiliş faylı ilə tanış olması üçün vətəndaşa * saylı Şəki-Zaqatala regional filialına yaxınlaşması tövsiyə olunmuşdur.

7. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən avtomobilin mülkiyyətçisi və istifadəçisinə dair araşdırılma aparılmışdır. Daxili Işlər Nazirliyinin X8 məlumata əsasən, VAZ-21099 markalı, ***M*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə İddiaçı adına Şəki RQI və TBŞ-də qeydiyyata alınmış, ##.##.2023-cü il tarixdə isə Şəki RQI və TBŞ-də qeydiyyatdan çıxarılaraq Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan X3 adına qeydiyyata alınmışdır. Həmçinin, Daxili Işlər Nazirliyinin X8 məlumata əsasən, VAZ-21099 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2032-ci il tarixədək etibarlı etibarnamə verilmişdir. Göründüyü kimi faktiki olaraq VAZ-21099 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuş, ünvanlı sosial yardımın təyin edilməsini asanlaşdırma üçün digər şəxsin mülkiyyətinə keçirmiş, hazırda da etibarnamə əsasında istifadə etməkdədir. Bu xüsusatlar cavabdehin qəbul etdiyi qərarın əsaslı olması qənaətinə gəlməyə əsas yaradır. Məhkəmə hesab edir ki,cavabdehin qərarı və hərəkəti qanuni olmuşdur. Belə ki, iddiaçı ilkin müraciətində özünün əmlakı barədə məlumatı düzgün daxil etməmişdir. Beləliklə, Daxili Işlər Nazirliyinin X8 məlumatlarla iddiaçının istifadəsində avtomobilin olduğu, nəticədə Qaydaların 3.7.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir.

9. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin dəlillərini əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və mübahisələndirilən qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Iddiaçı eyni zamanda qeyd etdi ki, ona ÜDSY təyin edilən zaman mülkiyyətində nəqliyyat vasitəsi olmamışdır. Nəqliyyat vasitəsi qaynatasına məxsus olmuş, aralarında heç bir alqı-satqı olmamışdır. Belə ki, qaynatası avtomobili iddiaçının adına almışdır. ÜDSY müraciət etmək üçün nəqliyyat vasitəsini yenidən qaynatasına qaytarmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən məhkəmə aktının dəyişdirilmədən qüvvədə saxlanılmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.

15. Azərbaycan Respublikası Nazilər kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: ... 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); ... 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

17. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir.

18. “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, iddia tələbinin əsassızlığı ilə bağlı düzgün nəticəyə gəlinmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvanlı dövlət sosial yardımının dayandırıldığı ##.##.2024-cü il tarixdən bərpa olunmasına nail olmaqdır.

24. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” altsisteminə ##.##.2023-cü il tarixli, ***************-*** nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında ailəyə ##.##.2024-cü il tarixindən aylıq 382,44 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.

25. Daha sonra ##.##.2024-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Maddi- Məişət şəraitinin müayinəsi üzrə Mərkəzi Filialı tərəfindən ailənin yaşadığı ünvana təkrar yoxlama aparılmış, cavabdeh orqan iddiaçının qaynatasına məxsus VAZ-21099 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən şəxsi məqsədləri üçün istifadə etməsi əsası ilə ##.##.2024-cü il tarixli mübahisələndirilən inzibati aktı qəbul etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 3.7.4-cü bəndi ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olmasını sosial yardımın təyin edilməsindən imtina üçün əsas kimi nəzərdə tutmuşdur. Lakin nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan “istifadə” halının qiymətləndirilməsi zamanı belə əmlak üzərində mülkiyyət və ya istifadə hüququnun mövcudluğu rəsmi reyestr məlumatları və ya digər hüquqi əsasla (etibarnamə əsasında) müəyyən olunmalıdır.

27. Nəzərə alınmalıdır ki, iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin edilən zaman və mübahisələndirilən akt qəbul edilən tarixdə nəqliyyat vasitəsi onun adına rəsmi qeydiyyatda olmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi etibarnamə isə ##.##.2025-ci il tarixdən qüvvədə olmaqla mübahisələndirilən ##.##.2024-cü il tarixli inzibati aktdan sonrakı dövrə aiddir və həmin aktın qəbul edildiyi tarixə iddiaçının istifadəsində reyestrdə qeydə alınmış hüququn mövcudluğunu təsdiq edən əsas kimi qiymətləndirilə bilməz.

28. Bununla belə qeyd olunan hal iddia tələbinin təmin edilməsi üçün əsas yaratmır. Iddiaçı, sosial yardımın bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyindən, məhkəmə kollegiyası iddiaçının ÜDSY almaq hüququnun mövcud olub-olmamasını işin digər halları ilə birlikdə yoxlayaraq hüquqi qiymət vermişdir.

29. Qaydaların 3.7.3-cü bəndinə əsasən, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı edilməsi sosial yardımın təyin olunmasından imtina üçün əsasdır.

30. Məhkəmə kollegiyası tərəfindən VAZ-21099 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına əsas olmuş alqı-satqı müqaviləsinin surəti Baş Dövlət Yol Polisi Idarəsinin Şəki RQI və TBŞ-dən sorğu edilərək əldə edilmişdir. Həmin müqavilədən görünür ki, iddiaçı, ##.##.2023-cü il tarixdə sözügedən nəqliyyat vasitəsini Rəsul Mahmudova 4500 manat məbləğində satmışdır.

31. Iddiaçının cavabdeh orqana müraciəti ##.##.2023-cü il tarixdə qeydə alınmışdır. Nəqliyyat vasitəsinin ##.##.2023-cü il tarixdə satılması iddiaçının ÜDSY üçün müraciətindən əvvəlki ardıcıl 12 aylıq dövrə təsadüf edir.

32. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.

33. Göründüyü kimi 2023-cü il üçün respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 misli 2952 manat olduğundan və iddiaçı müraciətdən əvvəlki ardıcıl 12 ay ərzində 4500 manat məbləğində alqı-satqı etdiyindən Qaydaların 3.7.3-cü bəndində nəzərdə tutulmuş həddə əməl edilməmişdir.

34. Qaydaların 4.2-ci bəndinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə, o cümlədən ailənin tərkibi, əmlakı və gəliri haqqında tam və düzgün məlumat verməlidir. Hazırkı iş üzrə nəqliyyat vasitəsinin 4500 manat məbləğində satılması iddiaçının əmlak və gəlir vəziyyətinə bilavasitə aid olan, sosial yardımın təyin edilib-edilməməsinə birbaşa təsir göstərən haldır.

35. Iddiaçının nəqliyyat vasitəsinin əslində qaynatasına məxsus olması, qaynatasının avtomobili əvvəlcə onun adına alması, daha sonra isə ÜDSY-yə müraciət etmək üçün avtomobilin yenidən qaynatasının adına keçirilməsi barədə mülahizələri də, mövcud vəziyyəti onun xeyrinə dəyişmir. Qaydaların 3.7.3-cü bəndi alqı-satqının tərəfləri arasındakı ailə münasibətlərini və ya alqı-satqının motivini deyil, müraciətdən əvvəlki ardıcıl 12 ay ərzində müəyyən edilmiş həddən artıq məbləğdə alqı-satqı faktının mövcudluğunu nəzərdə tutur.

36. Cavabdeh orqan nəqliyyat vasitəsindən faktiki istifadəyə istinad etməkdə haqlı olmasa da, Qaydaların 3.7.3-cü bəndinə görə iddiaçının ilkin müraciəti zamanı ÜDSY-nin təyin olunmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmuşdur. Odur ki, iddiaçının ailəsinin sosial yardım almaq hüququ yaranmadığından cavabdehin mübahisələndirilən qərarı iddiaçının qanuni şəkildə əldə edilmiş hüququna müdaxilə kimi qiymətləndirilə bilməz.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar