Məhkəmə qərarları › İş №2-1(3-10)-265/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-265/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-265/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta şəhadətnaməsi üzrə dəymiş zərər məbləğinin ödənilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iddiaçı ilə “xxxx” ASC arasında “kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası”na dair tütün bitkisi üzrə BS-**********-SS nömrəli sığorta müqaviləsi bağlanmışdır.

2. Iddiaçı cavabdehə müraciət edərək ona məxsus tütün sahəsinin ##.##.2024- ##.##.2024-cü il tarixlərdə sel, subasma və leysan nəticəsində zərərə məruz qaldığını bildirmiş və cavabdeh orqan ## #### 2025-ci il tarixli **-*/*-M**-****/**** saylı məktubla qeyd edilən müraciətin təmin edilməsindən imtina etmişdir.

3. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış BS-**********-SS nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 120000,0 manat, şərtsiz azadolma məbləği 12000,0 manat məbləğində razılaşdırılmışdır. Müraciət ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmiş, eyni zamanda hadisənin araşdırılması və tənzimlənməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilmişdir. Müstəqil ekspert rəyinə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı zərər məbləği manat müəyyən edilmiş, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 12000,00 manat çıxıldıqdan sonra BS**********-SS nömrəli sığorta şəhadətnaməsi üzrə 2107,71 manat məbləğində sığorta ödənişi hesablanmışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehin ## #### 2025-ci il tarixli **-*/*-M-**-****/**** saylı imtinasının qanunsuz hesab edilməsi və onunla “xxxx” ASC arasında bağlanmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair BS-**********-SS nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalanmış tütün sahəsinə subasma nəticəsində dəymiş 14107.71 manat zərər məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur və bir neçə ildir ki, tütün bitkisi əkir. Buna görə də əkdiyi məhsulları sığortalamaq üçün “xxxx” ASC ilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair BS-**********-SS nömrəli sığorta şəhadətnaməsi bağlamışdır. Həmin BS- **********-SS saylı sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 120000,00 manat razılaşdırılmışdır. Iddiaçı tərəfindən əkilmiş sığortalanmış tütün sahəsinə subasma nəticəsində 14107.71 manat zərər dəymişdir. Buna görə də iddiaçı həmin zərərin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan Cavabdeh müraciət etdi. Lakin Cavabdeh ## #### 2025-ci il tarixli **-*/*-M**-****/**** saylı məktubla bundan imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, bağlanmış BS-**********-SS saylı sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 120000,00 manat, şərtsiz azadolma məbləği 12000,00 manat məbləğində razılaşdırılmışdır. Məlumat üçün bildirilir ki, müraciət ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmiş, eyni zamanda hadisənin araşdırılması və tənzimlənməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilmişdir. Müstəqil ekspert rəyinə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı zərər məbləği manat müəyyən edilmiş, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 12000,00 manat çıxıldıqdan sonra BS**********-SS nömrəli sığorta şəhadətnaməsi üzrə 2107,71 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya sığorta ödənişinin həyata keçirilməsi məqsədilə torpaqdan istifadəyə dair sənəd (Çıxarış; Dövlət aktı; Icarə müqaviləsi və ya Pay torpağına dair arayış), sığorta tələbi, razılıq ərizənizi Cavabdeh təqdim etməyinizi xahiş edir. Iddiaçı hesab edir ki, Cavabdeh ## #### 2025-ci il tarixli 12-9/2-M-42- ****/**** saylı imtinası qanunsuz və əsassızdır və iddiaçıya dəymiş 14107.71 manat zərər tam şəkildə ona ödənilməlidir.

6. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.

7. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin predmetini publik deyil, mülki qaydada bağlanan müqavilə təşkil etdiyindən hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Iddiaçıya izah edilir ki, qeyd olunan mübahisə ilə bağlı mülki məhkəmə icraatı qaydasında müvafiq məhkəməyə iddia vermək hüququ mövcuddur.

9. Iddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: Iddiaçıyla “xxxx" ASC arasında bağlanmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair BS-**********-SS nömrəli sığorta şəhadətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 5.2-ci bəndinin təsiri dairəsinə düşmür. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə əsasızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

tətbiq edilən hüquq:

13. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

30. Maddə 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.

31. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

32. Maddə 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və mübahisəli hüquq münasibətinin xarakterini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.

20. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ilə “xxxx” ASC arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair tütün bitkisi üzrə BS- **********-SS nömrəli sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə sığorta məbləği 120.000 manat, şərtsiz azadolma məbləği isə 12.000 manat müəyyən edilmişdir.

22. Iddiaçı ##.##.2024–##.##.2024-cü il tarixlərdə sel, subasma və leysan nəticəsində ona məxsus tütün sahəsinə zərər dəydiyini bildirərək sığorta ödənişi tələb etmişdir. Cavabdehin ## #### 2025-ci il tarixli məktubunda isə müstəqil ekspert rəyi əsasında zərərin müəyyən edilməsi, müqavilə şərtlərinə əsasən 12.000 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra BS-**********-SS nömrəli sığorta şəhadətnaməsi üzrə 2.107,71 manat sığorta ödənişi hesablanması göstərilmişdir. Iddiaçı isə həmin hesablamanı qəbul etməyərək sığortalanmış tütün sahəsinə dəymiş 14.107,71 manat zərərin tam ödənilməsini tələb edir.

23. Beləliklə, hazırkı mübahisənin predmeti cavabdehin publik hakimiyyət səlahiyyətinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi inzibati aktın qanuniliyi deyil, sığorta müqaviləsi üzrə sığorta hadisəsinin nəticələrinin, dəymiş zərərin məbləğinin, şərtsiz azadolma məbləğinin tətbiqinin və sığorta ödənişi öhdəliyinin həcminin müəyyən edilməsidir. Başqa sözlə, iddiaçının məhkəmədən gözlədiyi hüquqi nəticə sığorta müqaviləsi üzrə pul öhdəliyinin icrasına nail olmaqdır.

24. Işin hallarından görünür ki, tərəflər arasında mübahisə aqrar sığorta müqaviləsi üzrə ödənişin məbləği və bu ödənişin aparılması şərtləri ilə bağlı yaranmışdır. Bu münasibətdə tərəflər sığorta müqaviləsinin iştirakçıları kimi çıxış edir, mübahisənin həlli üşün sığorta müqaviləsinin şərtləri, sığorta hadisəsinin nəticələri, zərərin miqdarı, ekspert rəyi və şərtsiz azadolma məbləği qiymətləndirilməlidir.

25. Başqa sözlə, sığorta ödənişinin aparılması üçün zərərin mövcudluğu kifayət etmir. Belə ki, zərər tərəflər arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin nəticəsi olmalıdır. Sığorta hadisəsinin baş verib-verməməsi, müqavilədə nəzərdə tutulmuş risklərin əhatə dairəsi və ödəniş öhdəliyinin yaranıbyaranmaması sığorta müqaviləsi və mülki hüquq normaları əsasında qiymətləndirilən məsələlərdir. Bu isə sığorta ödənişinə dair bu qəbildən olan tələblərin mahiyyətcə mülki hüquq münasibətlərindən irəli gəldiyini göstərir.

26. Iddiaçının tələbinin cavabdehin “imtinasının qanunsuz hesab edilməsi” formasında ifadə olunması da, mübahisəyə inzibati məhkəmə icraatında baxılmasına səbəb olmur. Belə ki, həmin məktub iddiaçının sığorta müqaviləsi üzrə ödəniş tələbinə verilmiş cavabdır və mübahisənin əsas məzmunu sığorta ödənişinin məbləği ilə bağlıdır.

27. “Aqrar sığorta haqqında” Qanuna əsasən aqrar sığorta sistemi kənd təsərrüfatı məhsullarının istehsalçısının əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsi və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.1.2-ci bəndinə əsasən aqrar sığorta müqaviləsindən irəli gələn və həmin Qaydalarla tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında izah edilmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətin ümumi, yaxud xüsusi hüququn tənzimləmə predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərara əsasən, inzibati orqanın iştirak etdiyi münasibətin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən həmin orqanın bu münasibətdə xüsusi hüququn subyekti kimi, yoxsa hakimiyyət səlahiyyətlərinin daşıyıcısı kimi çıxış etməsi qiymətləndirilməlidir. Dövlət hakimiyyəti orqanları və ya digər publik subyektlər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdikdə, belə münasibətlərdən, o cümlədən müqavilələrdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

30. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış maddi hüquq münasibəti sığorta müqaviləsindən irəli gəlir və öz hüquqi xarakterinə görə xüsusi hüququn tənzimetmə predmetinə aiddir. Ona görə də mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.

31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Iddiaçıya izah edilir ki, sığorta müqaviləsi üzrə ödənişin tam və ya qismən tələb edilməsi, zərər məbləğinin və şərtsiz azadolma məbləğinin düzgün hesablanıb-hesablanmaması ilə bağlı mübahisəni aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında müvafiq məhkəmədə qaldırmaq hüququ vardır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar