Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-267/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından və ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli, 2-2(84)-251/2013cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respubilkası DT və XK-nin Ismayıllı rayon şöbəsinə qarşı “Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı və 0,26 ha pay torpaq sahəsinə İddiaçı adına plan və ölçü sənədinin hazırlanması və verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir.
2. Azərbaycan Respubilkası DT və XK-nin Ismayıllı rayon şöbəsi tərəfindən iddiaçı İddiaçı Ismayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən 0,26 ha pay torpaq sahəsinə dair A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.
3. Iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
4. Imtina onunla əsaslandırılmışdır ki, sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası yaşayış məntəqələri torpaqlarında yerləşir. Həmçinin plan-ölçü sənədinin arxiv nüsxəsi ərazi idarəsinin arxivində mövcud deyildir. Qeyd edilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ismayıllı rayonu Talıstan kəndində yerləşən Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013- cü il tarixli, 2-2(84)-251/2013-cü il tarixli qanuni qüvvəsini almış Qərarına əsasən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Iddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, Ismayıllı rayonu Talıstan kəndində yerləşən Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli, 2-2(84)- 251/2013cü il tarixli qanuni qüvvəsini almış Qərarına əsasən faktiki vəziyyətinə uyğun elektron xəritələrdə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.
9. Iddia ərizəsinin əsaslarına görə, İddiaçı 1939-ci ildə Ismayıllı rayonun Talıstan kəndində anadan olmuşdur və hal-hazırda da həmin kənddə yaşayır. Iddiaçı 2013-ci ildə Şəki Inzibati- Iqtisadi Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon şöbəsinə qarşı iddia qaldıraraq “Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı və 0,26 ha pay torpaq sahəsinə iddiaçının adına plan və ölçü sənədinin hazırlanması və verilməsi vəfizəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Şəki Inzibati-Iqtisadi Məhkəməsi ## #### 2013-ci il tarixdə ərizəsinə baxaraq iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon şöbəsinin üzərinə Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı və 0,26 ha pay torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması və verilməsi vəzifəsi həvalə olunması haqqında qərar çıxarmışdır. Həmin qərarə əsasən Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi adına dövlət qeydiyyatına alınaraq mülkiyyət sənədi Çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilsədə, 0,26 ha pay torpaq sahəsi üçün plan və ölçü sənədi adına verilmiş, amma qeyd olunan qərarda Çıxarışın verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmadığı üçün mülkiyyət sənədi olan adına Çıxarış verilməsindən cavabdeh təşkilat müxtəlif bəhanələrlə imtina edir. Belə ki, qanuni qüvvəsini almış Şəki Inzibati-Iqtisadi Məhkəməsi ## #### 2013-ci il tarixli qərarı ilə sübut olunur ki, 0,26 ha pay torpaq sahəsi iddiaçıya Ismayıllı rayonunda islahat aparılarkən ##.##.1996-cı il vəziyyətinə iddiaçının adına paydan çıxılan zəbt olmaqla 0,26 ha torpaq sahəsi olmuş, və həmin zəbt torpağının da ona pay torpaq sahəsi kimi verilməsi nəzərdə tutulsa da, müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərüffatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Iddiaçı lazımı bütün sənədləri toplayaraq cavabdeh təşkilata müraciət eləmişdir və cavabdeh təşkilatın iddiaçının ünvanladığı ## #### 2024cü il arixli məktubu ilə müraciəti təmin edilməmişdir. Imtinanın səbəbi kimi torpaq sahəsinin plan və ölçüsü sənədinin arxiv nüsxəsinin ərazi idarınin arxivində mövcud olmaması göstərilmişdir. Bu səbəbdən iddiaçıdan mülkiyyət olan torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Torpaq islahatı aparılan zaman qeyd olunan pay torpaq sahəsi ona qanuni olaraq verilmiş və artıq qanuni qüvvədə olan məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim mülkiyyətimə verilməsi təsdiqini tapır. Yuxarıda göstərilən kimi "Torpaq Islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrinə əsasən qanuni istifadəsində olmuş həmin torpaq sahəsi mülkiyyətinə verilməklə, yeni mülkiyyət sənədi hazırlanaraq iddiaçıya verilməlidir. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Qanunun tələblərinə görə mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq müvafiq mülkiyyət sənədləri adına verilməlidir.
10. Cavabdeh orqan etirazında bildirmişdir ki, təqdim edilmiş sənədlərin tərəfindən ekspertizası zamanı məlum olmuşdur ki, Şəki Inzibati-iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli *-*(**)-***/**** saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon Şöbəsinin üzərinə Ismayıllı rayonu, Talıstan kəndi yerləşən 0.26 ha pay torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və verilməsi vəzifəsi qoyulmuşdur. Ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə müvafiq çöl ölçmə işləri aparılmış və əldə olunan məlumatlar Ərazi idarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ərazi mövcud olan baza xəritəsində kateqoriyası həyətyanı torpaq sahələri kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş plan və ölçü sənədinin arxiv nüsxəsi Ərazi idarəsinin arxivində mövcud deyil. Qeyd olunan səbəblərə görə Ismayıllı rayonu, Talıstan kənd ərazisində yerləşən 0.26 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri”-ndə qeydiyyata alınması mümkün olmamışdır.
11. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(116)-511/2025 qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia ərizəsində ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh imtinasının əsası kimi ərazi idarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ərazi mövcud olan baza xəritəsində kateqoriyası həyətyanı torpaq sahələri kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş plan və ölçü sənədinin arxiv nüsxəsi Ərazi idarəsinin arxivində mövcud olmamasına istinad etmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır. Ilk növbədə qeyd edilməlidir ki, 0,26 ha torpaq sahəsinə münasibətdə plan və ölçü sənədinin arxiv nüsxəsinin ərazi idarəsinin arxivində olmaması həmin sahənin iddiaçıya qanunsuz ayırılmasına dəlalət etmir. Işin müəyyən edilən hallarına görə Şəki Inzibati-Iqtisadi Məhkəməsi ## #### 2013-ci il tarixli *-*(**)-***/**** nömrəli qanuni qüvvəsini almış qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon şöbəsinin üzərinə Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı və 0,26 ha pay torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması və verilməsi vəzifəsi həvalə olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, “işin faktiki hallarından görünür ki, Ismayıllı rayonunda islahat aparılarkən ##.##.1996-cı il vəziyyətinə iddiaçının adına paydan çıxılan zəbt olmaqla 0,26 ha torpaq sahəsi olmuş, ailə başçısı olmaqla ona 0,54 ha pay torpaq sahəsi düşmüş, həmin 0,26 ha zəbt torpağının da iddiaçının ailəsinə torpaq payı kimi verilməsi nəzərdə tutulsa da, müvafiq hüquqmüəyyənedici sənəd hazırlanmamışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutub hesab edir ki, ##.##.1996-cı il vəziyyətinə iddiaçının adına 0,12 ha qanuni, 0,26 ha zəbt torpaq sahəsi olduğundan, həmin zəbt torpaq sahəsi paydan çıxılaraq ona torpaq payının verilməsi kimi nəzərdə tutulduğundan, lakin hazırki vaxtadək həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər hazırlanmadığından iddiaçı Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı və 0,26 ha pay torpaq sahəsinə adına plan və ölçü sənədinin hazırlanması və verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya qanuni şəkildə ayırılması məhkəmə aktı ilə müəyyən edilmişdir, ona görədə bu halların yenidən sübut edilməsinə zərurət yoxdur. Cavabdehin torpaq sahəsinin yerləşdiyi ərazi mövcud olan baza xəritəsində kateqoriyası həyətyanı torpaq sahələri kimi qeyd edilməsi dəlilinə münasibətdə məhkəmə hesab edir ki, sözügedən əsasla iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün qanuni şərt mövcud deyil. Iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli 3-21-3-42/2- ***/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,3550 hektar torpaq sahəsi Ismayıllı rayonu Talıstan kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı sahə olan torpaq sahəsində yerləşir. Iddiaçı İddiaçı faktiki naturada istifadəsində olan 0,3550 hektar torpaq sahəsi 0,118 hektar hissədə hüquqların dövlət reyestrində ************-***** saylı texniki pasportla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,2393 hektar hissəsi isə Iddiaçı İddiaçı ayrılmış AN ****** saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Iddiaçı İddiaçı faktiki naturada istifadəsində olan 0,3550 hektar torpaq sahəsinin 0,2348 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair ortofoto xəritəsindən çıxarış təqdim edilir. Iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinə dair çıxarış təqdim olunur. Iddiaçının faktiki istifadəsində olan 0,3550 hektar torpaq sahəsinin 0,12 hektar hissəsi ************-***** nömrəli çıxarış ilə özünün mülkiyyətinə verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi “X4 X3”nin (TEKUIS) habelə, torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsinin (DVJ) məlumatlarında torpağın kateqoriyasına, ölçüsünə, konfiqurasiyasında həmdə yerləşmə yerinə münasibətdə biri birinə zidd məlumatlar mövcuddur. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi X4 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUIS) torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri, o cümlədən torpağın kateqoriyaları arasında mövcud olan uyğunsuzluqların mövcudluğu iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Ismayıllı rayonu Talıstan kəndində yerləşən Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli, 2-2(84)-251/2013-cü il tarixli qanuni qüvvəsini almış Qərarına əsasən faktiki vəziyyətinə uyğun elektron xəritələrdə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdehin üzərinə həvalə olunmalıdır.
13. Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarına izah verilməsini məhkəmədən xahiş etmişdir.
14. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin izahla bağlı ərizəsi təmin edilmiş qeyd edilmişdir ki, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı icra edilərkən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı sahə, torpaq sahəsinin ölçüsünün isə 0,2393 hektar olması nəzərə alınmalıdır.
15. Cavabdeh orqan həmin qərardan və qərardaddan apellyasiya şikayəti verərək qeyd edilən qərarın və qərardadın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,3550 hektar torpaq sahəsi Ismayıllı rayonu Talıstan kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı sahə olan torpaq sahəsində yerləşir. Iddiaçı İddiaçı faktiki naturada istifadəsində olan 0,3550 hektar torpaq sahəsi 0,118 hektar hissədə hüquqların dövlət reyestrində ************-***** saylı texniki pasportla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,2393 hektar hissəsi isə Iddiaçı İddiaçı ayrılmış A№ ****** saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Iddiaçı İddiaçı faktiki naturada istifadəsində olan 0,3550 hektar torpaq sahəsinin 0,2348 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Iddiaçıya həyətyanı torpaq sahəsi 0.12 ha olaraq verilib, həmin 0.12 ha torpaq sahəsi həyətyanı kimi qeydiyyata alınıb və ##.##.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və plan ölçü sənədi tərtib edilərək verilmişdir. Həmçinin Şəki Inzibati Məhkəməsinə təqdim edilmiş Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli, *-*(**)-***/**** saylı qərarında sözü gedən torpaq sahəsi hətyanı deyildə (kənd təsərrüfatı təyinatlı) pay torpaq sahəsi kimi qeyd edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsi ləğv edilmiş DTXK-nin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2013-cü il tarixli, ****** nömrəli plan-ölçü sənədində göstərilmiş 0.26 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi olması öz əksini tapmışdır. Iddiaçının faktiki göstərdiyi torpaq sahəsi ilə təqdim etdiyi sənədlər arasında uyğunsuzluq mövcuddur. Iddiaçıya ayrılan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsidir. Iddiaçının iddia etdiyi torpaq sahəsi isə yaşayış məntəqələri həyətyanı təyinatlı torpaq sahəsidir. Bu səbəbdəndə iddia edilən faktiki torpaq sahəsinin təyinatı ilə sənəd üzrə torpaq sahəsinin təyinatında arasında uyğunsuzluq mövcuddur. Bununla əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi “cavabdeh1”-nin səlahiyyətləri daxilində deyildir. “cavabdeh1”dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və diğər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir.
17. Cavabdeh Şəki Inzibati Məhkəməsinin## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının faktiki göstərdiyi yer ilə təqdim etdiyi sənədlər arasında uyğunsuzluq mövcuddur. Iddiaçıya ayrılan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsidir. Iddia etdiyi torpaq sahəsi isə yaşayış məntəqələri həyətyanı təyinatlı torpaq sahəsidir. Bu səbəbdən də iddia edilən faktiki torpaq sahəsinin təyinatı ilə sənəd üzrə torpaq sahəsinin təyinatında arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi “cavabdeh1”-nin səlahiyyətləri daxilində deyildir. “cavabdeh1”dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və diğər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir. Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmalıdır. Xidmətdə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Diğər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçrilməsi qanunsuz sayılır. Şəki Inzibati Məhkəməsi ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli, *-*(**)-***/**** saylı qanuni qüvvəsini almış, cavabdeh inzibati orqan tərəfindən icra edilmiş qərarın nəticə hissəsinə tamamilə zidd olan bir qərardad qəbul etmişdir. Həmçinin eyni predmet üzrə və eyni əsaslarla qəbul edilmiş qərar qanuni qüvvəyə mindikdən sonra həmin işə yenidən baxılmasına yol verilmir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə bu yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
19. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının və qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsni və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının və ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
21. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə aktlarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
27. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
28. Iş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli, *- *(**)-***/**** nömrəli qərarının 0,26 ha torpaq sahəsinə münasibətdə düzgün icrasına nail olmaqdan ibarətdir. Iddiaçı 0,26 ha torpaq sahəsi ilə bağlı hüquqi nəticənin məhz həmin məhkəmə aktı ilə əldə olunmasını bildirir və hazırkı tələbini də həmin qərara istinadla irəli sürür.
29. Kollegiya hesab edir ki, iddiaçının arzuladığı hüquqi nəticəyə çatması üçün yeni iddia qaldırılmasına lüzum olmamışdır. Istinad edilən ## #### 2013-cü il tarixli qərarla cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon şöbəsinin üzərinə Ismayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı və 0,26 ha pay torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və verilməsi vəzifəsi qoyulmuşdur.
30. Həmin məhkəmə aktında 0,26 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin hazırlanması və verilməsi barədə nəticə sözügedən sahə ilə iddiaçı arasında hüquqi bağlılığın müəyyən edilməsinə əsaslanmış, torpaq islahatı zamanı həmin sahənin iddiaçının pay torpağı hesabına nəzərə alınması və hüquqmüəyyənedici sənədlərin hazırlanmalı olması qəbul etmişdir. Buna görə də 0,26 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi barədə iddia tələbinin təmin edilməsi həmin torpaq sahəsinin iddiaçıya aid hüquqi vəziyyətinin məhkəmə tərəfindən artıq bir dəfə qiymətləndirildiyini göstərir.
31. Hazırda qüvvədən düşmüş, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən ‘Torpaq sahəsinin planı və ölçüsü’nün Təsviri”ndə plan-ölçü sənədinin torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verildiyi göstərilmişdir. Həmin sənəd ciddi hesabat sənədi kimi müəyyən edilmiş, onda torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi, təyinatı, plan-ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri, kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları, qonşu sərhədlər və digər identifikasiya məlumatlarının əks olunması nəzərdə tutulmuşdur.
32. Göründüyü kimi plan-ölçü sənədi torpaq üzərində hüququn dövlət qeydiyyatına alınması ilə bağlı icraatın tərkibinə aid olan, torpaq sahəsinin hüquqi və məkan göstəricilərini müəyyən edən və dövlət reyestrində qeydiyyat üçün zəruri olan sənəddir.
33. Ali Məhkəmənin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı “vahid sənəd prinsipi”nə dair mövqeyinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı Xidmət tərəfindən yalnız çıxarış verilməsi ilə kifayətlənilməsi sonradan ayrıca texniki pasport və ya plan-ölçü sənədinin tələb olunmasına, yeni mübahisələrin yaranmasına və şəxsin əmlak hüququnun reallaşdırılmasının məhdudlaşmasına səbəb olur. Bu səbəbdən hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda, həmin çıxarışın ayrılmaz hissəsi olan və daşınmaz əmlakın identifikasiyası, fərdiləşdirilməsi, məkan, ölçü, coğrafi və texniki göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin, o cümlədən planölçü sənədinin verilməsi təmin edilməlidir.
34. Hazırkı işdə 0,26 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ismayıllı rayon şöbəsi tərəfindən ##.##.2013-cü il tarixli, ****** nömrəli planölçü sənədi hazırlanmış, lakin cavabdeh orqan hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsindən imtina etmişdir. Kollegiya qeyd edir ki, çıxarış və plan-ölçü sənədi eyni əmlak hüququnun rəsmiləşdirilməsi və torpaq sahəsinin fərdiləşdirilməsi ilə bağlı vahid icraatın tərkib hissələridir. Odur ki, ilkin məhkəmə aktı ilə cavabdehin üzərinə 0,26 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması həmin sənədin aid olduğu torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini də ehtiva edir.
35. Nəzərə alınmalıdır ki, cavabdeh orqan ilkin məhkəmə aktının 0,12 ha həyətyanı torpaq sahəsinə aid hissəsini icra etmiş, həmin sahə üzrə iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almış, reyestrdən çıxarış və plan-ölçü sənədi vermişdir. Qeyd olunan hal onu göstərir ki, cavabdeh orqan əvvəlki məhkəmə aktının mahiyyətini 0,12 ha hissədə düzgün anlamış, həmin qərarı yalnız “plan-ölçü sənədi verilməsi” kimi deyil, həmin torpaq sahəsi üzrə hüququn qeydiyyatı ilə bağlı icra edilməli məhkəmə aktı kimi qəbul etmişdir.
36. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll edilmiş məsələ eyni proses iştirakçıları və onların hüquqi varisləri arasında yeni iddia icraatı daxilində yenidən mahiyyəti üzrə araşdırıla bilməz.
37. Kollegiya qeyd edir ki, iddiaçının 0,26 ha torpaq sahəsi üzərində əmlak hüququnun olub-olmaması yenidən mahiyyəti üzrə araşdırılarsa, məhkəmə aktlarının hüquqi müəyyənliyi prinsipi pozulacaq, əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi vəziyyət şübhə altına alınmış olunacaqdır. Belə ki, hazırkı iddia rədd ediləcəyi halda, ilkin məhkəmə aktı ilə qəbul edilmiş hüquqi nəticə təkzib edilmiş olacaqdır. Bu halda belə nəticə yaranacaqdır ki, ilkin məhkəmə qərarı iddiaçının heç bir əmlak hüququ olmayan torpaq sahəsinə plan-ölçü sənədi verilməsini nəzərdə tutmuşdur. Bu isə əvvəlki məhkəmə aktının mahiyyətinə birbaşa zidd olacaqdır.
38. Iş materiallarında olan mütəxəssis rəyindən və ona əlavə olunmuş yerquruluşu planından görünür ki, iddiaçının naturada faktiki istifadəsində olan 0,3550 ha torpaq sahəsinin 0,2393 ha hissəsi Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarının icrası qaydasında iddiaçıya verilmiş AN ****** saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, hazırkı iş üzrə iddiaçının ilkin məhkəmə aktında göstərilən torpaq sahəsindən fərqli əraziyə iddiasının olması müəyyən edilmir.
39. Iddiaçının “faktiki istifadə vəziyyətinə uyğunlaşdırma” ilə bağlı tələbi yeni torpaq sahəsinin tələb edilməsini ifadə etmir. Həmin tələb ilkin məhkəmə aktı əsasında verilmiş plan-ölçü sənədi ilə faktiki istifadə vəziyyəti arasında yaranmış ölçü, sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılmasına yönəlmişdir.
40. Hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan bu cür fərqlərin yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrasından irəli gələn və cavabdehin xidməti vəzifəsinə aid olan məsələlərdir.
41. Buna görə də ilkin məhkəmə aktı əsasında verilmiş plan-ölçü sənədinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması da, əvvəlki məhkəmə aktının icrası və həmin icra zamanı cavabdehin həyata keçirməli olduğu kadastr-yerquruluşu tədbirləri kontekstində qiymətləndirilməlidir.
42. Iddiaçı, hazırkı tələbində göstərdiyi xüsusatlardan çıxış etməklə qanuni qüvvəyə minmiş ilkin məhkəmə qərarının tam və düzgün icrasını tələb etməli, məsələyə ilkin məhkəmə qərarının icrası ilə bağlı mübahisə çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdeh orqanın əvvəlki məhkəmə aktının icrası qaydasında etməli olduğu, lakin etmədiyi hərəkətlərə ayrıca iddia daxilində mahiyyəti üzrə baxılması hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
43. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməklə əvvəlki məhkəmə aktında artıq ifadə olunmuş hüquqi mövqeni təkrarlamış və 0,26 ha torpaq sahəsi üzrə iddiaçının əmlak hüquqları ilə bağlı məsələni mahiyyəti üzrə yenidən qiymətləndirmişdir. Halbuki iddiaçının seçdiyi prosessual müdafiə vasitəsi düzgün olmamışdır.
44. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından verilmiş apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına izah verilməsi barədə cavabdehin ərizəsini təmin edərkən qərarın icrası zamanı torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı sahə, ölçüsünün isə 0,2393 ha olması kimi qəbul edilməsini qeyd etmişdir.
45. Nəzərə alınmalıdır ki, qərara izah verilməsi barədə ərizə yalnız qüvvədə olan və icra edilməli məhkəmə aktının nəticə hissəsindəki qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət etməlidir. Hazırkı halda izah verilməsi xahiş olunan əsas qərar ləğv edilməli, həmin qərarla baxılmış iddia isə mümkün sayılmamalıdır. Belə olan halda, əsas qərara izah verilməsi barədə ərizənin predmeti aradan qalxdığından məhkəmə aktına izah verilməsi barədə cavabdehin ərizəsi də mümkün sayıla bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə qərardad qəbul edilməklə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası mümkün sayılmır. Cavabdehin Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından verdiyi apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilir, “Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarına izah verilməsi barədə” cavabdehin ərizəsi mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.