Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-270/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İsayeva Dənə Tağı qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi haqqında Şəki İnzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərardadından İsayeva Dənə Tağı qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçı İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin (Seriya MH 0009064, ************ reyestr nömrəli) plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyi qoyulmuşdur.
3. Cavabdeh orqan ##.##.2022-ci il tarixində Şəki İnzibati məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən qərarla da razılaşmayan cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Qərar qanuni qüvvəsini almış, məhkəmənin ##.##.2023-cü il tarixli məktubu ilə həmin qərar icra olunması üçün cavabdeh orqana göndərilmişdir.
5. Cavabdeh orqan tərəfindən qərar icra edilmiş, iddiaçıya torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilərək verilmişdir.
6. İsayeva Dənə Tağı qızı ##.##.2025 və ##.##.2025-ci il tarixlərində ərizə göndərərək bildirmişdir ki, İddiaçı və digər şəxslər ilə birlikdə bu ilin fevral ayında yaşadıqları evə gələrək Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli 2-1(116)-61/2022-ci il tarixli qərarına əsasən onların yaşadıqları torpaq sahəsinə İddiaçı adına çıxarışın olduğunu bildirmişlər. Həmin şəxslərə Qəbələ rayon Qəbələ bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı ilə ona - İsayeva Dənə Tağı qızına fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi yerində tanıdılaraq satıldığını, həmin ildən başlayaraq torpaq sahəsində ev inşa etdirərək, torpaq sahəsinin ətrafına hər tərəfdən öz vəsaiti hesabına daş hasarla hasarladığını və inşa olunmuş evdə 2007-ci ildən yaşadıqlarını bildirmişdir. Söhbət zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin (Seriya MH 0009064, ************ reyestr nömrəli) plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyi cavabdeh1 X4 * saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulduqdan sonra, plan-ölçü sənədi işlənən zaman onların 2007-ci ildən ev inşa edərək yaşadıqları və daş hasarla ətrafını hasarladıqları torpaq sahəsi ilə üst-üstə düşür. Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli 2-1(116)-61/2022-ci il nömrəli qərarını rəsmi qaydada almışdır və məhkəmə qərarı onun qanunla qorunan maraqlarına toxunduğu üçün o iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) ərizəsinə dəqiqləşmə edərək, Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarının ləğv edilərək inzibati iş üzrə icraatın təzələnməsi və İsayeva Dənə Tağı qızının üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə dəqiqləşmiş ərizəsi icraata qəbul edilmişdir.
9. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında ərizənin təmin edilməməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İsayeva Dənə Tağı qızının vəkili (nümayəndəsi) Vəkil ərizənin təmin olunmasını xahiş etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin (hakim X5) # ##### 2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
13. İsayeva Dənə Tağı qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş üzrə qəbul edilmiş ##.##.2022-ci il tarixli məhkəmə qərarı iddiaçının mülkiyyətində olduğu bildirilən 0.6 ha torpaq sahəsinin plan-ölçü sənədlərində dəyişiklik edilməsinə və ilkin torpaqayırma sənədlərinə uyğun yeni plan-ölçü sənədinin hazırlanmasına dair olmuşdur. Lakin qərarın icrası zamanı məlum olmuşdur ki, iddiaçının tələb etdiyi torpaq sahəsi faktiki olaraq onun 2006-cı ildə bələdiyyə qərarı əsasında əldə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. 2006-cı ildə qanuni əsaslarla əldə etmişdir, torpaq sahəsinə dair bələdiyyə qərarı mövcuddur, torpaq sahəsinin sxemi mövcuddur, 2006-cı ilin sonlarından onlara rəsmən yerində tanıdılaraq verilmiş torpaq sahəsinin sərhədləri daş hasarla onlar tərəfindən hasarlanmışdır, 2007-ci ildən həmin torpaq sahəsində yaşayış evi tikilərək daimi yaşayış mövcuddur və torpaq vergiləri və kommunal ödənişlər davamlı olaraq ödənilmişdir. 2022-ci il tarixdə qəbul olunmuş qərar ona bələdiyyə qərarı ilə hələ 2006-cı ildə satılmış, səlahiyyətli şəxslər tərəfindən sərhədləri naturada tanıdılaraq verilmiş və daş hasara alaraq istifadə etdiyi, o cümlədən 2007-ci ildən həmin torpaq sahəsində inşa etdirərək ailə üzvləri ilə birlikdə yaşadığı evin yerləşdiyi torpaq sahəsinə toxunur və o zamanında prosesə cəlb olunmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)- **/**** nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini, iş üzrə məhkəmə torpaq-texniki ekspertizasının təyin edilməsini və ##.##.2022-ci il tarixli qərarın icrasının şikayətinə baxılanadək dayandırılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARI
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı İddiaçı verilən torpaq sahəsi mütəxəssis rəyi ilə müəyyən edilmiş, İsayeva Dənə Tağı qızına da izah edilmişdir ki, ona məxsus torpaq sahəsi iddiaçıya verilmiş torpaq sahəsindən 500 m aralıda yerləşir, lakin həmin torpaq sahəsini qəbul etmir. İsayeva Dənə Tağı qızının iddiaçıya verilmiş torpaq sahəsinin ona məxsus olmaması barədə məlumatı vardır. Həmçinin, həmin ərazidə yerləşən torpaq sahələrindən yalnız İddiaçı məxsus torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, İsayeva Dənə Tağı qızı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: ##.##.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ şəhərindən 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/** nömrəli qərarı ilə İddiaçı ayrılmışdır. A nömrəli ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ rayon Qəbələ bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı ilə İsayeva Dənə Tağı qızına Qəbələ rayonundan 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Qəbələ rayon Qəbələ bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarından və ##.##.2006-cı il tarixli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, DWG məlumat bazasına əsasən A****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar, Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2- 1(116)-61/2022-ci il nömrəli qərarında göstərilən koordinatlarla üst-üstə düşmür. DƏDKR PHŞ-nin * saylı Qəbələ ərazi idarəsinin arxivində A****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin nüsxəsi mövcud deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki,
1. inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.
3. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
23. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.
24. Məhkəmə kollegiyası iş materiallarını və təqdim edilən sənədləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
25. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin məzmunundan görünür ki, üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi hər bir halda formal xarakter daşımır və bunun üçün məhkəmə qərarının həmin şəxsin qanunla qorunan maraqlarına toxunması, yaxud mübahisə edilən hüquq münasibətində həmin şəxsin iştirakı olmadan tərəflər və üçüncü şəxs barəsində vahid qərarın qəbul edilməsinin mümkün olmaması müəyyən edilməlidir.
26. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə qəbul edilmiş Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı artıq qanuni qüvvəyə minmiş, apellyasiya və kassasiya instansiyalarında yoxlanılmış və dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar üzrə məhkəmə baxışı tam başa çatmış, qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Bu baxımdan artıq başa çatmış məhkəmə icraatına sonradan müdaxilə edilməsi yalnız o halda mümkün ola bilər ki, ərizəçinin həmin qərarla hüquqlarının və qanunla qorunan maraqlarının həqiqətən, birbaşa və əhəmiyyətli dərəcədə pozulduğu məhkəmə üçün aydın şəkildə müəyyən edilsin.
27. Hazırkı halda isə ərizəçinin göstərdiyi hallar onun üçüncü şəxs qismində işə cəlb edilməsini zəruri edən səviyyədə əsaslandırılmamışdır. Belə ki, İsayeva Dənə Tağı qızı ərizəsində göstərmişdir ki, ona 2006-cı ildə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində ev tikilmiş və o, 2007-ci ildən həmin evdə yaşayır. Lakin bu faktların özü-özlüyündə ##.##.2022-ci il tarixli məhkəmə qərarının onun hüquqlarını pozduğunu təsdiq etmir. Çünki hazırkı inzibati işin predmeti İsayeva Dənə Tağı qızına torpaq sahəsinin ayrılması, onun həmin sahəyə mülkiyyət və ya istifadə hüququnun tanınması, habelə onun tikdiyi evin və ya hasarladığı sahənin hüquqi vəziyyətinin müəyyən edilməsi olmamışdır.
28. Məhkəmə qərarının məzmunundan görünür ki, həmin iş üzrə yalnız iddiaçı İddiaçı adına olan 0,06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində ilkin torpaqayırma sənədlərinə uyğun düzəliş edilməsi məsələsinə qiymət verilmişdir. Başqa sözlə, əvvəlki məhkəmə qərarı ilə İsayeva Dənə Tağı qızının torpaq sahəsi barədə onun adına verilmiş hər hansı sənəd ləğv edilməmiş, onun mülkiyyət, istifadə və ya sahiblik hüququ barədə birbaşa nəticə çıxarılmamışdır. Həmin qərar yalnız cavabdeh inzibati orqanın üzərinə konkret inzibati hərəkətin yerinə yetirilməsi öhdəliyini qoymuşdur.
29. Həmçinin, üçüncü şəxs qismində cəlbetmə üçün şəxsin mübahisə predmeti ilə dolayı və ya ehtimal xarakterli marağının olması kifayət deyildir. Burada əsas məsələ ondan ibarətdir ki, qəbul edilmiş məhkəmə qərarı həmin şəxsin hüquqi vəziyyətinə birbaşa təsir göstərməlidir. Hazırkı halda isə ərizəçinin hüquqlarına belə bir birbaşa təsirin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Ərizəçi əsasən sonradan tərtib edilmiş plan-ölçü sənədinin onun yaşadığı və hasarladığı torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirir. Lakin bu iddia məhkəmə qərarının özündən deyil, qərarın icrası nəticəsində inzibati orqan tərəfindən aparılmış texniki və sənədləşdirmə hərəkətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilər.
30. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində A****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatların Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarında göstərilən koordinatlarla üst-üstə düşmədiyi göstərilmişdir. Bu rəy ərizəçinin əsas dəlilini, yəni iki torpaq sahəsinin eyni əraziyə düşməsi barədə iddiasını təsdiq etmir. Əksinə, mövcud sənədlərdən belə nəticəyə gəlmək olur ki, ərizəçinin istinad etdiyi torpaq sahəsi ilə əvvəlki məhkəmə qərarının predmeti olmuş torpaq sahəsi arasında eynilik məhkəmə üçün kifayət qədər sübuta yetirilməmişdir.
31. Bununla yanaşı qeyd edilməlidir ki, ərizəçinin ərizəsindəki dəlillərdə daha çox faktiki istifadə, yaşayış və hasarlama halları göstərilmişdir. Lakin faktiki istifadə və yaşayış halı özlüyündə əvvəlki inzibati iş üzrə qəbul edilmiş qərarın ləğvi üçün əsas yaratmır. Əgər ərizəçi hesab edirsə ki, onun faktiki istifadəsində olan sahə ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sonradan qanunsuz plan-ölçü sənədi tərtib edilmişdir və ya həmin sənəd onun hüquqlarını pozur, o zaman həmin konkret inzibati hərəkət və ya sənəd ayrıca qaydada mübahisələndirilə bilər. Bu cür mübahisə ayrıca hüquqi qiymət tələb edir və artıq yekunlaşmış əvvəlki məhkəmə işinin təzələnməsi yolu ilə həll edilməli məsələ kimi qəbul edilə bilməz.
32. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin hüququnun pozulduğunu nə vaxt bildiyi və ya bilməli olduğu məsələ də məhkəmə üçün əhəmiyyətlidir. Ərizəçi pozuntudan 2025-ci ilin fevral ayında xəbər tutduğunu bildirsə də, onun torpaq sahəsini 2006-cı ildən əldə etdiyini, həmin sahədə 2007-ci ildən yaşadığını və ərazini hasarladığını nəzərə aldıqda, torpaq sahəsinin faktiki sərhədləri, qonşu sahələrlə münasibəti və həmin ərazi üzrə hər hansı mübahisəli vəziyyət onun üçün tamamilə naməlum hal kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, ərizəçi əvvəlki məhkəmə icraatı zamanı həmin işin predmetinin bilavasitə onun hüquqlarına toxunduğunu təsdiq edən yetərli sübut təqdim etməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi hüquqi müəyyənlik prinsipinə ciddi müdaxilədir. Bu prinsip məhkəmə qərarlarının sabitliyini, tərəflərin hüquqi vəziyyətinin müəyyənliyini və məhkəmə müdafiəsinə olan etimadı təmin edir. Əgər hər bir sonradan yaranmış narazılıq və ya ehtimal xarakterli maraq əsasında qanuni qüvvəyə minmiş qərarların ləğvi mümkün hesab edilsə, bu, məhkəmə aktlarının sabitliyini şübhə altına alar və hüquqi münasibətlərdə qeyri-müəyyənlik yaradar. Ona görə də belə hallarda məhkəmə yalnız real, sübuta yetirilmiş və əhəmiyyətli hüquq pozuntusu olduqda əvvəlki iş üzrə icraatın təzələnməsi məsələsinə müsbət yanaşa bilər.
34. Hazırkı işdə isə ərizəçi iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hansı konkret subyektiv hüququna və ya qanunla qorunan maraqlarına təsir etdiyini əsaslandıra bilməmişdir. Belə ki, ərizəçi tərəfindən təqdim edilən dəlillər və iş materiallarında olan sənədlər onun hüquqlarının əvvəlki məhkəmə qərarı ilə əhəmiyyətli dərəcədə pozulduğu qənaətinə gəlməyə əsas vermir. Ərizəçinin narazılığı mahiyyətcə əvvəlki məhkəmə qərarının məzmunundan deyil, həmin qərarın icrasından sonra tərtib edilmiş plan-ölçü sənədinin onun faktiki istifadə etdiyi sahəyə təsir göstərməsi ehtimalından irəli gəlir. Bu isə əvvəlki məhkəmə qərarının ləğvi və iş üzrə icraatın təzələnməsi üçün kifayət qədər əsas hesab edilə bilməz.
35. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İsayeva Dənə Tağı qızının iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir. Ərizəçi öz hüquqlarının pozulduğunu düşünürsə, bu hüquqlarını ayrıca iddia və ya müvafiq inzibati aktın mübahisələndirilməsi qaydasında müdafiə etmək imkanına malikdir. Lakin bu hal qanuni qüvvəyə minmiş, yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmış və icra edilmiş məhkəmə qərarının ləğv olunmasını şərtləndirmir.
36. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:
İsayeva Dənə Tağı qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.