Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-276/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı PHŞ-nin cavabdeh Cavabdeh qarşı “əsassız ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanı”nın 1.2-ci bəndinə əsasən Cavabdeh ##.##.2022-ci il tarixdə 2-ci dərəcə əlilliyə uyğun olaraq proaktiv qaydada 6600 manat məbləğində birdəfəlik ödəmə verilmişdir.
2. Daha sonra müəyyən olunmuşdur ki, ##.##.1994-cü il tarixində xidmət dövründə Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və ya hərbi xidmət dövrü ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən ##.##.2005-ci il tarixindən 2-ci dərəcə əlillik təyin olunmuşdur
3. Iddiaçı, cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli 3-17-1/2-S- ******/**** nömrəli məktubla əsassız ödənilmiş 6600 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsini xahiş etmişdir. Məktub ##.##.2024-cü il tarixdə cavabdehə çatdırılsa da, cavabdeh Cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “cavabdeh Cavabdeh əsassız ödənilmiş 6600 manat pul vəsaitinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydasının (bundan sonra - Qayda) 1.1-ci bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 3.1-cı bəndinə əsasən Fərmanın 1-cı hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə - 8 800 manat: 3.1.2. II dərəcə əlilliyə görə - 6 600 manat, 3.1.3. III dərəcə əlilliyə görə - 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə (vərəsələrə) - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1- 3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Cavabdeh ##.##.2022-ci il tarixdə 2-ci dərəcə əlilliyə uyğun olaraq proaktiv qaydada 6600 manat məbləğində birdəfəlik ödəmə verilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ##.##.1994-cü il tarixində xidmət dövründə Cavabdeh aldığı xəsarətlə bağlı məlumatlar onun xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və ya hərbi xidmət dövrü ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən ##.##.2005-ci illərindən 2-ci dərəcə əlillik təyin olunmuşdur. Ümumi səbəbdən təyin edilmiş əlillik Fərmanın müddəalarına uyğun olmadığı üçün ona köçürülmüş 6600 manat birdəfəlik ödəmə məbləğinin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddia ərizəsinə əlavə edilmiş qoşmasında qeyd olunan bank hesabına geri qaytarılması zəruridir. Qeyd etmişdirlərk ki, cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli 3-17-1/2-S- ******/**** nömrəli məktubla əsassız ödənilmiş 6600 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məktub 20.11,2024-cü il tarixdə cavabdehə çatdırılsa da, bugünədək onun tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdehə əsassız ödənilmiş 6600 manat məbləğ dövlət büdcəsinə geri qaytarılmalıdır. Xüsusilə vurğulanmalıdır ki, hazırkı iş etimad hüququnun təsir dairəsindən tamamilə kənardadır. Belə ki, “inzibatı icraat haqqında" Azərbaycan Respublikasının 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya huquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 1) rüşvət hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 3) inzibatı aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mulki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.1. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.2 Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Cavabdeh 6600 manat əsassız ödəmənin qanunsuz olduğunu bilmiş və ya kobud ehtiyatsızlıq nəticəsində bilməmişdir.
6. Cavabdeh iddiaya münasibət bildirməmişdir.
7. Şəki Inzibati Məhkəməsinin, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, cavabdeh Cavabdeh üzərinə əsassız ödənilmiş 6600 manat pul vəsaitinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə müəyyən edilir ki, iddiaçı “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Cavabdeh ##.##.2022-ci il tarixdə 2-ci dərəcə əlilliyə uygun olaraq proaktiv qaydada 6600 manat məbləğində birdəfəlik ödəmə verilmişdir. Sonradan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ##.##.1994-cü il tarixində xidmət dövründə Cavabdeh aldığı xəsarətlə bağlı məlumatlar onun xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və ya hərbi xidmət dövrü ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən ##.##.2005-ci illərindən 2-ci dərəcə əlillik təyin olunmuşdur. Inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni, inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə analoji qaydada həll edəcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə də bilər. Lakin bu, yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb etsin. Yəni, cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. Mövcud qanunvericilkdə iddiaçıya ödənilmiş 6600 manat birdəfəlik ödəmə yalnız xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə isə cavabdehin bu cür statusa malik olması iş üzrə müəyyən edilmir. Odur ki, ona mübahisəli məbləğin heç bir qanuni əsas olmadan ona ödənilməsi iş üzrə sübuta yetir.Buna görə də məhkəmə hesab edir ki, dövlət büdcəsindən cavabdehə əsassız olaraq ödənilmiş vəsait geri qaytarılmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinin dəlillərini maddi hüquq normaları ilə əsaslandırılmış və əlavə olaraq iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazın dəlillərini ilkin iddia ərizəsinin dəlillərini təkrarlamaqla əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh Cavabdeh ona ödənilmiş 6600 manat məbləğində ödənişin məbləğini və təyinatını bilməyə imkan verən vəziyyətdə olmuş, onun hüququ olmadığı halda ödəmənin həyata keçirildiyini normal diqqət və ehtiyyatlılıq göstərməyərək müəyyən edə bilməmişdir. Buna baxmayaraq, artıq ödənilmiş məbləğin qaytarılması və ya aidiyyəti orqanın məlumatlandırılması istiqamətində hər hansı tədbir görməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.
14. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Fərmanı:
1. 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. II dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. III dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;
15. “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ...
16. Mülki Məcəllə Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. ...
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Fərmanına əsasən cavabdeh Cavabdeh ## ###### 2022-ci il tarixdə ikinci dərəcə əlilliyə uyğun olaraq proaktiv qaydada 6.600 manat məbləğində birdəfəlik ödəmə edilmişdir. Sonradan aparılmış araşdırma zamanı cavabdehin əlilliyinin Fərmanda nəzərdə tutulmuş xüsusi səbəblərdən müəyyən edilmədiyi qənaətinə gələn iddiaçı ## ###### 2024-cü il tarixli məktubla həmin məbləğin geri qaytarılmasını tələb etmiş, məktub ## ###### 2024-cü il tarixdə cavabdehə təqdim edilsə də, ödəniş geri qaytarılmamışdır.
23. **** nömrəli Fərmanın məzmunundan görünür ki, birdəfəlik ödəmənin verilməsi üçün şəxsin əlilliyinin 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə aldığı xəsarət və ya xəstələnmə nəticəsində müəyyən edilmiş olması tələb olunur. Başqa sözlə, normativ tənzimləmə hərbi xidmətlə bağlı xəsarətlə əlilliyin müəyyən edilməsi arasında səbəb əlaqəsinin mövcudluğunu tələb edir.
24. Cavabdeh apellyasiya şikayətində ## #### 1994-cü ildə xidmət dövründə xəsarət almasını və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının ## ###### 2014-cü il tarixli, *** nömrəli qərarında həmin travmanın “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma” kimi qiymətləndirilməsini göstərmişdir. Lakin həmin hal cavabdehin əlilliyinin də məhz bu travmanın nəticəsi olaraq müəyyən edilməsini təsdiq etmir.
25. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmənin sorğusuna verdiyi məlumatdan görünür ki, Cavabdeh ilkin olaraq ## #### 2005-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik bir il müddətinə müəyyən edilmiş, ## ###### 2014-cü il tarixdə onun əlilliyi yenidən qiymətləndirilərək yenə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik müəyyən edilmiş, həmin təyinat sonradan beş il müddətinə uzadılmışdır.
26. Beləliklə, cavabdehin xidmət dövründə hərbi travma alması iş materialları ilə təsdiqlənsə də, onun əlilliyinin həmin travma və ya Fərmanda nəzərdə tutulan digər xüsusi səbəblər nəticəsində müəyyən edilməsini təsdiq edən sübut mövcud deyildir. Buna görə də, cavabdeh **** nömrəli Fərmanın birdəfəlik ödəmə nəzərdə tutduğu şəxslərin dairəsində olmamış və 6.600 manat məbləğində birdəfəlik ödəmə almaq üçün maddi hüquqi əsas yaranmamışdır.
27. Kollegiya apellyasiya şikayətinin “ödəmənin inzibati orqanın öz təşəbbüsü və cavabdehin xidmət keçdiyi qurum tərəfindən təqdim edilmiş məlumatlar əsasında həyata keçirilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehə ## ###### 2022-ci il tarixdə edilən ödəniş inzibati akt əsasında onun yeni hüquqi statusunun müəyyən edilməsi nəticəsində həyata keçirilməmişdir.
28. Fərman birdəfəlik ödəmə almaq hüququ olan şəxslərin dairəsini bilavasitə müəyyən etmiş, Fond tərəfindən həyata keçirilən proaktiv ödəniş isə həmin normativ tənzimləməyə əsasən bu hüquqa malik olduğu hesab edilən şəxslərə pul vəsaiti köçürülmüşdür.
29. Odur ki, hazırkı mübahisədə “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində qanunsuz əlverişli inzibati aktın ləğvi və onun ləğvi üçün müəyyən edilmiş müddətlə bağlı müddəaların tətbiqi üçün əsas yoxdur. Mübahisə sonradan hüquqi əsasının olmadığı müəyyən edilən ödəniş üzrə verilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlıdır. Buna görə də apellyasiya şikayətində istinad olunan qanunsuz əlverişli inzibati aktın ləğvi üçün müəyyən edilmiş müddətə dair mövqe hazırkı mübahisəyə tətbiq edilmir.
30. Etimad hüququna dair dəlillərə münasibətdə kollegiya qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsi inzibati orqanların qanuni davranışına və inzibati praktikasına yaranmış etimadın qorunmasını nəzərdə tutur. Həmin Qanunun 13.5ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
31. Hazırkı halda cavabdehin öz əlilliyinin hansı səbəbdən müəyyən edildiyini bilməməsi ağlabatan və inandırıcı hesab oluna bilməz. Onun əlilliyinin uzun müddət ərzində ümumi xəstəlik səbəbindən müəyyən edildiyi halda, yalnız hərbi travmasının mövcudluğuna əsaslanaraq Fərman üzrə birdəfəlik ödəmə almaq hüququna malik olduğunu güman etməsi həmin ödənişin qanuniliyinə etimad hüququ yaratmır.
32. Cavabdehin xidmət keçdiyi qurum tərəfindən onun ## #### 1994-cü ildə aldığı xəsarət barədə məlumatın Fonda təqdim edilməsi də cavabdehin xeyrinə şərh oluna bilməz. Belə ki, həmin məlumat hərbi travmanın mövcudluğunu təsdiq etsə də, cavabdehin əlilliyinin travma nəticəsində müəyyən edilməsini təsdiq etmir.
33. “Inzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsində qanunsuz əlverişli inzibati aktın ləğvi nəticəsində maraqlı şəxsin xərclənmiş pul vəsaitlərinin əvəzini ödəmək öhdəliyi müəyyən edilmiş, qaytarılmalı məbləğin həcminin isə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəalarına uyğun müəyyən edilməsi nəzərdə tutulmuşdur.
34. Hazırkı işdə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin tətbiqinə mane olan hal müəyyən edilmir. Cavabdehin **** nömrəli Fərman üzrə birdəfəlik ödəmə almaq hüququ olmadığından, ona verilmiş 6.600 manat məbləğində pul vəsaiti hüquqi əsas olmadan əldə edilmiş əmlak kimi qiymətləndirilməli və 1092.1-ci maddəyə uyğun olaraq iddiaçıya qaytarılmalıdır. Iş materialları ilə cavabdehin varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilməsi müəyyən edildiyindən 1092.3-cü maddədə nəzərdə tutulmuş istisna tətbiq edilmir.
35. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, cavabdehə 6600 manat pul vəsaitinin ödənilməsi inzibati orqanın səhvindən irəli gəldiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.