Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-278/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “599.5 kv.metr həyətyanı torpaq sahəsinə A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən mükiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək “Oğuz şəhərində yerləşən, Oğuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya verilmiş 599.5 kv.metr həyətyanı torpaq sahəsinə A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən mükiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi vəkil2 ##.##.2025-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbinin geri götürülməsi və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz şəhərində yerləşən, Oğuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya verilmiş 599.5 kv.metr həyətyanı torpaq sahəsinə A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən mükiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Iddiaçının nümayəndəsi və vəkili vəkil2, həmin qərardaddan аpеllyаsiyа şikаyəti vermiş, qeyd etmişdir ki, iddia ərizəsinin geri götülülməsi barədə verdikləri ərizənin verilməsinə səbəb məhkəmə tərəfindən işin digər hakimin icraatında olmasının bildirilməsi olmuşdur. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müzakirə olunan mütəxəssis rəyinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, A ****** saylı torpaq sahəsinin planı ölçüsü sənədi barədə iş 2-1(116)-196/2025 nömrə ilə digər hakimin icraatındadır. Lakin ##.##.2026-cı il tarixdə *-*(***)-***/**** nömrəli iş üzrə keçirilən məhkəmə iclasında məlum olmuşdur ki, *-*(***)-***/**** nömrəli iş üzrə mütəxəssis rəyi səhvən *-*(***)-***/**** nömrəli işə əlavə edilmişdir. Mütəxəssis rəyi üçün ##.##.2025-ci il tarixdə 95 manat vəsait ödənilsə də, *-*(***)-***/**** nömrəli iş üzrə (A 389553) ümumiyyətlə mütəxəssis rəyi verilməmişdir. Iddiaçının nümayəndəsi və vəkili eyni zamanda “buraxılmış prosessual müddətin bərpası tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətində qeyd edilən dəlillərin nəzərə alınaraq buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Iddiaçı və onun nümayəndəsi, həmçinin vəkilinə ##.##.2026-cı il tarixdə bildiriş göndərilərək аpellyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə ## #### 2026-cı il tarixdə baxılacağı bildirilmiş və izah edilmişdir ki, аpellyаsiyа şikаyətinin verilməsi müddətinin burаxılmаsı həmin şikаyətin qeyri-mümkün sаyılmаsı üçün əsаslаrdаn biridir. Eyni zamanda bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinin dəlillərinə istinad etmiş, şikayətin təmin edilməsini və prosessual müddətin buraxılmasının üzürlü hesab edilməsini xahiş etdi. Inzibati Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbаycаn Respublikаsının Inzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, IPM-in 23.1-ci və 85.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, 10 gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. Iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ##.##.2025-ci il tarixli iddia tələbinin geri götürülməsi barədə ərizə təqdim edilmiş, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş və iddia tələbi geri götürülərək iş üzrə icraata xitam vermişdir. Məhkəmənin qeyd edilən qərardadı həmin tarixdə tərəflərə göndərilmiş, iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Kollegiya hesab edir ki, müddətin bərpası ilə iddiaçının nümayəndəsi tərəfindən irəli sürülmüş dəlillər müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, iddia tələbinin geri götürülməsi barədə ərizə məhz iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş, birinci instansiya məhkəməsi də, həmin ərizəyə əsasən iddianı geri götürülmüş saymış və iş üzrə icraata xitam vermişdir. Iddiaçının nümayəndəsi tərəfindən irəli sürülən, “məhkəmə iclasında digər iş üzrə mütəxəssis rəyinin hazırkı iş materiallarına səhvən əlavə edilməsi və bunun nəticəsində iddiaçı tərəfdə yanlış təsəvvür yaranması” barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iclasında aparılmış müzakirələrin məzmunundan asılı olmayaraq, iddianın geri götürülməsi ilə bağlı prosessual nəticənin yaranmasına səbəb olan ərizə iddiaçının nümayəndəsi tərəfindən verilmişdir. Iddiaçı tərəf həmin mərhələdə iş materialları ilə tanış olmaq, təqdim edilmiş və ya müzakirə olunan sənədlərin hansı işə aid olmasını aydınlaşdırmaq, iddianın geri götürülməsi ilə bağlı təklif və ya mülahizə ilə razılaşmamaq, yaxud əlavə vaxt və araşdırma tələb etmək imkanına malik olmuşdur. IPM-in 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin norma proses iştirakçılarının işin düzgün həlli üçün əhəmiyyətli olan halların aydınlaşdırılmasında zəruri prosessual fəallıq göstərməsini tələb edir. Odur ki, əgər birinci instansiya məhkəməsində işə baxılarkən mütəxəssis rəyinin hansı işə aid olması ilə bağlı hər hansı anlaşılmazlıq yaranmışdırsa, həmin anlaşılmazlığın aradan qaldırılması üçün iddiaçı tərəfin prosessual imkanları mövcud olmuşdur. Bundan başqa iddiaçı tərəf qərardad qəbul edildikdən sonra da, qanunla müəyyən edilmiş müddət ərzində həmin qərardaddan apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. Qərardad ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət isə ##.##.2025-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, apellyasiya şikayəti yalnız ##.##.2026-cı il tarixdə (4 ay 8 gün sonra), verilmişdir. Kollegiya qeyd edir ki, prosessual müddətlərin müəyyən edilməsində məqsəd məhkəmə icraatında hüquqi müəyyənliyin, sabitliyin və prosessual intizamın təmin edilməsidir. Qanunla müəyyən edilmiş müddət buraxıldıqda, onun bərpası yalnız şəxsin iradəsindən asılı olmayan, obyektiv və aradan qaldırılması mümkün olmayan hallar mövcud olduqda mümkündür. Hazırkı halda isə iddiaçı tərəfin istinad etdiyi hallar qərardaddan vaxtında şikayət verməsinə mane olan obyektiv səbəb kimi qiymətləndirilə bilməz. Göründüyü kimi IPM-nin 85.1-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddət iddiaçı tərəfindən ötürülmüşdür. Prossesual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmiş, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Iddiaçının nümayəndəsi tərəfindən verilmiş prossesual müddətin bərpası barədə ərizə təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmır, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-10)-278/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-278/2026
04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver