Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-281/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” PHŞ-nə qarşı “torpaq sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı Şəki bələdiyyəsi 119-cu kvartalında yerləşən hər biri 0,06 ha olan 7 ədəd və 104-cü kvartalında yerləşən ölçüsü 0,06 ha olan 1 ədəd torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün hərrac və müsabiqə vasitəsilə mülkiyyətə verilməsinin məqsədə uyğun hesab edilməsi, həmin torpaq sahələrinin plan-ölçüsünün hazırlanması, həmçinin qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanması haqqında ##.##.2024-cü il tarixli, ** saylı və ##.##.2025-ci il tarixli, ** saylı iclas protokolları ilə müvafiq qərarlar qəbul etmiş, cavabdeh orqana müraciət edərək sözügedən torpaq sahələri ilə bağlı rəyin verilməsi və “torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə aktı və torpaq sahəsinin planı”-nın hazırlanmasına köməklik göstərilməsini xahiş etmişdir.
2. DƏDKR PHŞ-nin ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə Şəki bələdiyyəsinin 824, 825, 826, 827, 828, 829, 830, 831 və 844 nömrəli müraciətlərində göstərilən torpaq sahələrinin yerləşdiyi ərazi üzrə 100-500 metr məsafədə olan 0,01 ha torpaq sahəsinin daşınmaz əmlak bazarında təşəkkül tapmış bazar dəyəri 1400-1700 manat, *** nömrəli müraciətdə göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi üzrə 100-500 metr məsafədə 0,01 ha torpaq sahəsinin daşınmaz əmlak bazarında təşəkkül tapmış bazar dəyəri 1600-2000 manat olduğundan və bələdiyyə tərəfindən torpaq sahələrinin satış qiyməti qeyd olunan qiymətlərə uyğunlaşdırılmadığından həmin torpaq sahələrinə dair rəylərin verilməsinin mümkün olmaması əsası ilə müraciətlərin təmin edilməsindən imtina edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki bələdiyyəsinə aid, şəhərin 119-cu kvartalında yerləşən, hər birinin ölçüsü 0,06 ha olan 7 ədəd və 104-cü kvartalında yerləşən 1 ədəd 0,06 ha torpaq sahələri üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə" qərar çıxarılmasının xahiş etmişdir.
4. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh “xxxx” PHŞ-nin ** saylı Şəki Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” publik hüquqi şəxslə əvəz edilmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Şəki şəhərində daimi yaşayan və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatda olan və Azərbaycan Respublikasının digər vətəndaşları tərəfindən İddiaçı ərazisində yerləşən, bələdiyyəyə aid torpaqlardan fərdi yaşayış evinin tikintisi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə bilavasitə, həmçinin hərrac və ya müsabiqə vasitəsilə torpaq sahələrinin mülkiyyətlərinə ayrılması ilə bağlı yazılı ərizə ilə Şəki bələdiyyəsinə müraciət edirlər. Vətəndaşların ərizələrinin icrası ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılması nəzərdə tutulan torpaq sahələrinə dair Şəki şəhər Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsindən müvafiq rəy alındıqdan sonra, ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatının həmin ərazidə yerquruluşutəsərrüfat planına, ərazinin planlaşdırılması və tikinti layihəsinə uyğun olubolmadığının, həmin yerin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə veirilibverilmədiyinin, habelə elektik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşibyerləşmədiyinin, həmin torpaq sahələrinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədiilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “xxxx” publik hüquqi şəxsin ** saylı Şəki Ərazi idarəsinə müraciət edilməsi, həmin torpaq sahələrinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahələri üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması, həmçinin torpaq sahələrinin planı və ölçüsünün, normativ qiymət barədə məlumatın, həmin torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın, torpaq sahəsinin planı və ölçüsü sənədinin və daşınmaz əmlakın (torpaq sahəsinin) təsvirinə, bu əmlak (torpaq sahəsi) üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onun məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında qərarlar qəbul edilmişdir. Şəki bələdiyyəsinin ## #### 2025-ci il tarilxi *** nömrəli, *** nömrəli, *** nömrəli, *** nömrəli, *** nömrəli, *** nömrəli, *** nömrəli, *** nömrəli məktubları ilə müvafiq olaraq 0,06 ha.0,06 ha.,0,06 ha.,0,06 ha. 0,06, 0,06 ha., 0,06 ha. və 0,06. torpaq sahələrinə dair müracitlər göndərilmişdir. “xxxx” publik hüquqi şəxsin ** saylı Şəki Ərazi idarəsinə göndərilmiş müraciətlərə həmin idarənin ## ####### 2025-ci il tarixli, 3-21-3- **/*-****/**** nömrəli məktubu ilə cavab verilmişdir. Cavab məktubunda göstərilir ki, müraciətlərin icrasını təmin etmək məqsədi ilə müvafiq rəylərin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Iqtisaidiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə sorğu göndərilmiş, həmin məktublarla göndərilmiş müraciətlərdə göstərilən torpaq sahələrinin yerləşdiyi ərazi üzrə 0,01 hektar torpaq sahəsinin daşınmaz əmlak bazarında təşəkkül tapmış bazar dəyəri 1400-1700, 1600- 2000 manat olduğundan və bələdiyyə tərəfindən torpaq sahəsinin satış qiyməti qeyd olunan qiymətə uyğunlaşdırılmadığından həmin torpaq sahələrinə dair rəylərin verilməsi mümkün olmamışdır. Bu şəbədən də qeyd olunan torpaq sahələrinə dair “Çıxarış”ların verilmədən təqdim olunmuş sənədlər geri qaytarılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndində göstərilir ki, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini naturada dəqiqləşdirməlidir. Həmçinin o da aydın olur ki, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin satış qiymətini deyil, normativ qiymətini müəyyən etmək üçün torpaq sahəsinin yerləşdiyi zonanı dəqiqiləşdirir. Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin # ###### 1999-cu il *** nömrəli Fərmanının 2.3-1. həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinin üçüncü abzasının birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə uyğun olaraq), Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan torpaq sahələrinin hər birinə dair Şəkli şəhər Icra Hakimiyyəti Bsaşçısı Aparatının Memarlıq və Tikinti şöbəsindən ayrılması nəzərdə tutulan torpaq sahələrinin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu barədə müsbət rəylər alınmışdır. Həmçinin Şəki bələdiyyəsi tərəfindən Əsasnamənin tələblərinə uyğun olaraq prosedur hərəkətlər yerinə yetirilmiş və müvafiq sənədlər ** saylı Ərazi idarəsinə göndərilmişdir. Lakin həmin qurum tərəfindən bələdiyyə torpaqları üzrə münasibətləri tənzimləyən qanunvericilik aktlarının tələblərinə uyğun olmayan tələblər irəli sürülməklə Şəki bələdiyyəsinə aid olan torpaq sahələri üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınaraq həmin hüquqların müvafiq “Çıxarış”la rəsmiləşdirilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmnanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.52,-ci bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək Xidmətin vəzifələrinə aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində, yuxarıda qeyd olunan Əsasnamənin 23-cü bəndində və digər qanunvericilik aktlarında göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, bələdiyyənin torpaq sahəsinin qiymətini müəyyən etmək səlahiyyəti yoxdur. Yuxarıd qeyd olunan torpaq sahələrinin hər biri barədə daşınmaz əmlakı, o cümlədən torpaq sahələrini qiymətləndirmə səlahiyyəti olan qiymətləndirici təşkilat tərəfindən rəy verilmişdir. Həmin rəylər digər sənədlərlə birlikdə ** saylı Şəki Ərazi idarəsinə göndərilmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqları üzrə münasibətləri tənzimləyən qaunun vericilik aktlarının tələblərinə əsasən torpaq sahələrinin qiymətləndirilməsi, həmin torpaq sahələrinin satılması haqqında qərar qəbul edilən zaman aparılmalıdır. Torpaq sahəsinin satılması haqqında qərar isə həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla müvafiq “Çıxaış’la rəsmiləşdirildikdən və “Çıxarış” bələdiyyəyə təqdim edildikdən sonra mümkündür. ** saylı Şəki Ərazi idarəsi isə müəyyən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmamışdan, yəni həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması aydın edilməmişdən əvvəl həmin torpaq sahəsinin qiymətləndirilməsini və işin mahiyyətinə aid olmayan digər sənədləri tələb edir. Bələdiyyə torpaqlarının satılması haqqında qərar qəbul edilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1,-ci maddəsinin, Əsasnamənin, digər qanunvericilik aktlarının tələblərinə əməl edilibedilmədiyinə nəzarət edilməsi qanunvericilkilə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın səlahiyyətindədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir.
6. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, iş materiallarından görünür ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya səbəbi kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilərək verilmiş “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə mülkiyyətə verilməsinə dair Rəy” olmuşdur. Rəydə torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədəuyğun hesab edilməmişdir (torpaq sahəsinin qiymətinin aşağı olması səbəbindən). Azərbaycan Respublikası Prezidentinin ##.##.2020 il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) Əsasnaməsinin 3.0.52-ci bəndinə əsasən, Xidmətin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək səlahiyyəti vardır. Buradan müəyyən olur ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin planı və ölçüsüsü sənədinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə mülkiyyətə verilməsinə dair Rəy”i olmalı, torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədəuyğun hesab edilməlidir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq iddianın təmin edilməməsi xahiş edilmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” X2 üzərinə tələbdə qeyd edilmiş torpaq sahələri üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın və “torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, normanın imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. Inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Buna görə, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti daxilindəki orqanların aidiyyət və ya səlahiyyətlə bağlı öz aralarındakı mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə aid edilmirlər. Lakin baxılan iş üzrə iddiaçı inzibati orqan olsa da, mübahisə tərəflər arasında icra hakimiyyəti daxilindəki orqanların aidiyyət və ya səlahiyyətlə bağlı publik səlahiyyətlərin icrasının həyata keçirilməsi ilə bağlı yaranmamışdır. Mübahisə yuxarıda da qeyd olunduğu kimi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı olduğundan burada söhbət inzibati orqanların aidiyyət və ya səlahiyyətlə bağlı fikir ayırılığından gedə bilməz. Iddia iddiaçı inzibati orqanın mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlıdır. Məhkəmə cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş rəylər rəhbər tutularaq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edildiyindən iş üzrə cavabdehi əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsini əsassız hesab edir. Hazırkı tələbin məqsədi qanunla bələdiyyə mülkiyyəti hesab olunan torpaq sahələrinin özgəninkiləşdirməsi prosedurunu həyata keçirmək məqsədilə daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdirdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirinin ## #### 2025-ci il tarixli, *-**/*-*- M**/**** nömrəli əmri ilə təsdiq edilmiş “xxxx” X2 Nizamnaməsi”nin 3.1.2-ci bəndində dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək DƏDKR- in vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia qaldırmaqda subyektiv hüququ var və iddia düzgün cavabdehə qarşı yönəlmişdir. Odur ki, iddia mümkün hesab olunur. Işin müəyyən edilən hallarına görə iddiaçı Şəki şəhərində daimi yaşayan və qanunvericiliklə müəyyən edilmiş qaydalarda qeydiyyatda olan və Azərbaycan Respublikasının digər vətəndaşları tərəfindən İddiaçı ərazisində yerləşən, bələdiyyəyə aid torpaqlardan fərdi yaşayış evinin tikintisi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə bilavasitə, həmçinin hərrac və ya müsabiqə vasitəsilə torpaq sahələrinin mülkiyyətlərinə ayrılması ilə bağlı yazılı ərizə ilə Şəki bələdiyyəsinə müraciətlərini nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılması nəzərdə tutulan torpaq sahələrinə dair Şəki şəhər Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsindən müvafiq rəy alındıqdan sonra, Şəki bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmnası proseduruna başlanılması, həmçinin torpaq sahələrinin planı və ölçüsünün, normativ qiymət barədə məlumatın, həmin torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın, torpaq sahəsinin planı və ölçüsü sənədinin və daşınmaz əmlakın (torpaq sahəsinin) təsvirinə, bu əmlak (torpaq sahəsi) üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onun məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında qərarlar qəbul edilmişdir. Bununla əlaqədar zəruri sənədlərin surəti cavabdeh orqana göndərilmiş, lakin cavabdeh tərəfindən müraciət təmin edilməmişdir. Buna səbə isə göstərilən torpaq sahələrinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilərək verilmiş “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə mülkiyyətə verilməsinə dair Rəy”də torpaq sahəsinin qiymətinin aşağı olması səbəbindən torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədəuyğun hesab edilmədiyi olmuşdur. Məhkəmə aşağıdakıları nəzərə alaraq imtinanı əsaslı hesab etmir. Ilk növbədə qeyd edilməlidir ki, mövcud qanunvericlikdə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Iddiaçının tələbində qeyd etdiyi torpaqlar üzərində hüquqları “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsbit edilmişdir və hazırda onun hüquqi marağı bu torpaqlar üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. Bu isə öz növbəsində “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərindən irəli gəlir. Belə ki, Əsasnamənin 22-ci bəndində hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi qanunla bələdiyyənin mülkiyyətinə ayırılmış torpaq sahəsinin özgəninkiləşdirilməsi prosedurunun həyata keçirilməsi üçün ilk növbədə torpaq üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2026-cı tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyiindən görünür ki, *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında (sxemi) göstərilmişdir. *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında (sxem2) göstərilmişdir. *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir.Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş veraurulusu olanında (sxem3) göstərilmişdir. *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir.Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında (sxem4) göstərilmişdir. *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında (sxemö) göstərilmişdir. *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir.Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında (sxem6) göstərilmişdir.*** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası əkin torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir.Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında (sxem7) göstərilmişdir. *** saylı kvartalda yerləşən məhkəmə predmeti olan 600 kv.m torpaq sahəsi naturada sahəsi 600 kv.m olub, TEKUIS (X5 Uçotu Informasiya sistemi) baza məlumatlarına əsasən Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid uqodiyası tikinti altı torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahələri yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, uqodiyası tikinti altı torpaqlar olub, Şəki bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələridir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” ##.##.2001-ci il tarixli ***-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2001ci il tarixli *** nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.52-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək Xidmətin vəzifələrindən biridir. Qeyd olunmalıdır ki, Xidmət tərəfindən rəy artıq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayırılması zamanı torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğunluğu baxımından verilir. Cavabdeh isə imtinasında qeyd olunan rəyə istinad edərək, torpaq sahələrinin qiymətlərinin aşağı olduğuna istinad etmişdir ki, bu imtina isə heç bir maddi normaya əsaslanmadığından qanuna uyğun hesab edilə bilməz. Torpaq sahələrinin qiyməti ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1- ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Bələdiyyə torpaqları üzrə münasibətləri tənzimləyən qaununverilcik aktlarının tələblərinə əsasən torpaq sahələrinin qiymətləndirilməsi, həmin torpaq sahələrinin satılması haqqında qərar qəbul edilən zaman aparılmalıdır. Cavabdeh isə müəyyən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmamışdan əvvəl həmin torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı sənədlərə istinad edir. Lakin bunu dair qanunla müəyyən edilmiş səlahiyyətinin olmamasını nəzərə almamışdır. Bələdiyyə torpaqlarının satılması haqqında qərar qəbul edilərkən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin, Əsasnamənin, digər qanunverilcik aktlarının tələblərinə əməl edilibedilmədiyinə nəzarət edilməsi cavabdehin deyil qanunvericilkilə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın səlahiyyətindədir. Bekəliklə məhkəmə hesab edir ki, cavabdehin dəlilləri yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Odur ki, iddia təmin edilməlidir.
9. Cavabdeh orqanın nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı məqsədilə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi üçün rəy tələb olunur, və bur rəy Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilir. Iş materiallarından (iddia ərizəsi və s.) görünür ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti iddiada qeyd olunan torpaqlara dair rəylər vermiş, həmin rəylərdə torpaq sahələrinin bələdiyyənin müəyyən etdiyi şərtlərlə mülkiyyətə verilməsi məqsədə uyğun hesab edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş rəylər rəhbər tutularaq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bu baxımdan Qeydiyyat orqanı Şəki Bələdiyyəsinin hüquqlarını pozan qanunazidd hərəkət (hərəkətsizlik) etməmişdir. Göründüyü kimi iddiaçının, sözgedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunda nəzərdə tutulmuş şərtləri yerinə yetirilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, bələdiyyənin torpaq sahəsinin qeydiyyata alınması üçün kifayət qədər əsas varsa, torpaq sahəsi qeydiyyata alınır. Belə ki, çıxarışın verilməsi üçün əsas Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinin olmasıdır. Hər bir halda rəy mənfi olduğundan iddiaçı orqana imtina cavabı verilmişdir. Iddiaçı rəy verilməsi üçün müraciət etmişdirsə, onun tək hüquqi marağı rəyin verilməsi yox, eyni zamanda çıxarışın verilməsindən ibarətdir. Cavabdehin nümayəndəsi sədirlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, torpaq sahəsinin qiymətini müəyyən edən ƏMDX-dır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, müsbət rəyin verilməsi, çıxarışın alınması üçün ərizə ilə müraciət etmək üçün əsasdır. Cavabdeh orqan bələdiyyə tərəfindən torpaq sahələrinin satış qiyməti AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən qeyd olunan qiymətlərə uyğunlaşdırılmadığından hazırkı mübahisənin predmeti olan torpaq sahələrinə dair rəylərin verilməsi mümkün olmamışdır. Lakin qüvvədə olan ƏMDX-nın Əsasnaməsinin 18-ci bəndinin tələblərinə əsasən, DƏDKR PHŞ torpaq sahəsinə normativ qiymət qoymaq üçün həmin torpaq sahələrinə baxır. Normativ qiymət isə torpaq sahəsinin bazar qiymətindən dəfələrlə aşağı olan qiyməti nəzərdə tutur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X6 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...
15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 18.1. Inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. Inzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.
16. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
17. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 2.4. həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi həyata keçirir;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları: 3.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərazi idarələrinə və ya xidmət bölmələrinə müraciət edildikdə, müvafiq ərizə (* nömrəli əlavə) və Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir (bu Qaydaların 1.6-cı bəndinin tələbləri nəzərə alınmaqla) 3.3.4. bələdiyyələr tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;
19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.52. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək;
20. Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il # ###### tarixli F-** nömrəli “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimat.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki bələdiyyəsinə aid, şəhərin 119-cu kvartalında yerləşən, hər birinin ölçüsü 0,06 ha olan 7 ədəd və 104-cü kvartalında yerləşən 1 ədəd 0,06 ha torpaq sahələri üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. Iddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyasının mövqeyi:
26. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisəyə mahiyyəti üzrə hüquqi qiymət verməzdən əvvəl iddiaçının cavabdeh inzibati orqana etdiyi ilkin müraciətin məzmununu IIHQ-nun 15, 18, 23, 30.4 və 32-ci maddələri, Əsasnamənin 15, 17, 18, 19, 21 və 22-ci bəndləri, Xidmətin Əsasnaməsinin 3.0.52-ci bəndi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.3 və 15.1-ci maddələri, habelə Təlimatın 2, 3 və 4-cü bölmələri ilə əlaqəli şəkildə təhlil edərək, müəyyən edilən prosedurun yekun hüquqi məqsədini nəzərə almaqla məhkəmədə irəli sürülmüş tələbin mümkünlük şərtlərinin qiymətləndirilməsini zəruri hesab edir.
27. Kollegiyanın qənaətinə görə bələdiyyənin rəyin alınması üçün cavabdeh orqana etdiyi ilkin müraciəti - əldə olunması arzulanan yekun hüquqi nəticə nəzərə alınmaqla qiymətləndirilməlidir.
28. Hazırkı iş üzrə bələdiyyənin Xidmətin rəyinin alınmasında ayrıca hüquqi marağı mövcud deyildir. Belə ki, rəyin özü bələdiyyəyə həmin torpaq sahələri üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyə torpaqları ilə bağlı verdiyi rəy isə həmin maddədə hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir. Odur ki, faktiki olaraq bələdiyyənin ilkin müraciətində gözlədiyi hüquqi nəticə torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın əldə edilməsidir.
29. Hazırkı qərardadın 16-cı bəndində istinad olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müvafiq normaların ardıcıl məzmunundan aydın olur ki, rəyin verilməsi mərhələsində torpaq sahəsinin yerinin, zonasının, məqsədli təyinatının, planlaşdırma sənədlərinə uyğunluğunun, yerquruluşu göstəricilərinin, planı və ölçüsünün müəyyən edilməsi həyata keçirilir.
30. Əsasnamənin 17, 18, 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi həyata keçirir.
31. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.52-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair rəy vermək həmin Xidmətin səlahiyyətinə aiddir.
32. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin xüsusiyyətləri və planlaşdırma sənədlərinə uyğunluğu müəyyən edilmədən həmin sahə üzərində mülkiyyət hüququnun reyestrdə düzgün qeydiyyata alınması mümkün deyildir. Odur ki, Xidmətin rəyinin predmeti torpaq sahəsinin kadastr göstəriciləri, onun ayrılma məqsədi, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlıdır.
33. “Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı rəyin alınması, habelə torpaq müsabiqə və hərraclarının keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılması qaydalarına dair Təlimat” 2.1-ci bəndinə görə bələdiyyələrin müraciətləri Xidmətin rəyinin alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması məqsədilə Ərazi Idarəsində, “ASAN xidmət” mərkəzlərində və ya elektron qaydada qəbul edilir.
34. Təlimatın 2-ci bölməsində Ərazi Idarəsinin təqdim edilmiş sənədləri yoxlaması, torpaq sahəsinə dair məlumatları dövlət torpaq kadastrı və daşınmaz əmlakın dövlət reyestri baza məlumatları ilə tutuşdurması, Ərazi Şöbəsi ilə birlikdə torpaq sahəsinə yerində baxış keçirilməsi, baxışın nəticələrinin sənədləşdirilməsi, sahənin yerləşmə vəziyyəti və sərhədləri üzrə planlaşdırma materiallarının hazırlanması nəzərdə tutulur.
35. Təlimatın 3.1 və 3.2-ci bəndlərində Xidmətin rəyinin verilməsi zamanı yoxlanılmalı olan hallar müəyyən edilir. Həmin bəndlərə görə rəy torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması, torpağın kateqoriyası və məqsədli təyinatı, torpağın ayrılma məqsədi, mövcud məhdudiyyətlər, texniki normalar, yerquruluşu və şəhərsalma sənədlərinə uyğunluq, həmçinin məhkəmə və ya qonşu mübahisələrinin olubolmaması kimi məsələlər nəzərə alınmaqla tərtib edilir.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.3-cü maddəsində qeydiyyat orqanına həvalə edilən “bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə imtina və ya dayandırma əsaslarının olub-olmamasının müəyyən edilməsi” vəzifəsi Təlimatla müəyyən edilmiş rəyin verilməsi mərhələsində Ərazi Idarəsinin və Xidmətin aidiyyəti struktur bölmələrinin iştirakı ilə yoxlanılır.
37. Həmçinin normaların əlaqəli təhlil onu göstərir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş imtina əsasları da, Təlimatda nəzərdə tutulmuş rəyin verilməsi mərhələsində yoxlanılır.
38. Qanunun 15.1.1-ci maddəsində “dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması” imtina əsası kimi göstərilmişdir. Təlimatın 3.1 və 3.2-ci bəndlərində isə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması, onun hüquqi rejimi, kateqoriyası və ayrılma məqsədi yoxlanılır. Yəni, torpaq sahəsinin bələdiyyə mülkiyyətində dövlət qeydiyyatına alınmasının mümkünlüyü rəy mərhələsində araşdırılmalı olan məsələdir.
39. Qanunun 15.1.2-ci maddəsində “təqdim edilmiş sənədlərin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması” imtina əsası kimi nəzərdə tutulmuşdur. Təlimatın 2-ci bölməsində isə bələdiyyənin müraciətinə əlavə edilmiş sənədlərin qəbul edilməsi, tərkibinin yoxlanılması, sənədlərdə göstərilən məlumatların kadastr və reyestr məlumatları ilə tutuşdurulması, çatışmazlıq və uyğunsuzluqların müəyyənləşdirilməsi proseduru nəzərdə tutulur. Yəni, sənədlərin ilkin forma və məzmun uyğunluğu da rəy mərhələsində yoxlanılır.
40. Qanunun 15.1.3-cü maddəsində “ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciəti”, 15.1.5-ci maddəsində isə “təsdiqləyici sənədi vermiş subyektin həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinin olmaması” imtina əsasları kimi göstərilmişdir. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 3.3.4-cü bəndinə görə bələdiyyələr tərəfindən müraciət olunduqda bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Təlimatın 2.1-ci bəndi də, bələdiyyənin müraciətinin Ərazi Idarəsində qəbul edilməsini nəzərdə tutur. Odur ki, müraciət edən bələdiyyənin ərizə vermək və həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinin olub-olmaması icraatın əvvəlində yoxlanılan məsələlərdir.
41. Qanunun 15.1.4-cü maddəsi “daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu” hallara şamil edilir. Hazırkı işdə isə bələdiyyənin qərarı torpaq sahəsi üzərində mülkiyyət hüququnu yaradan hüquqmüəyyənedici sənəd kimi çıxış etmir. Həmin qərar Xidmətin rəyinin alınması, plan-ölçü sənədinin hazırlanması və son nəticədə bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində rəsmiləşdirilməsi prosedurunun başlanmasına yönəlmiş iradəni ifadə edir.
42. Başqa sözlə, hazırkı iş üzrə bələdiyyə qərarları - bələdiyyənin həmin hüququn rəsmiləşdirilməsi üçün müraciət etmək səlahiyyətini və iradəsini göstərən aktlardır. Cavabdehin bununla bağlı araşdıra biləcəyi məsələ yalnız həmin qərarların qanunla müəyyən edilmiş qaydada ləğv edilib-edilməməsinin, dəyişdirilib-dəyişdirilməməsinin və ya etibarsız hesab olunub-olunmamasının müəyyən edilməsi ilə məhdudlaşır.
43. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.1.3-cü maddəsinin tələbinə görə Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər.
44. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan ona təqdim edilmiş bələdiyyə aktının qanunvericiliyə uyğunluğunu yoxlayır, bu Qanunun 8.4-cü maddəsinə görə isə aktın qanunvericiliyə zidd olduğunu müəyyən etdikdə onun dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə təklif təqdim edir.
45. Belə olan halda qeydiyyat orqanı Qanunun 15.1.4-cü maddəsinə istinad etməklə bələdiyyə qərarının qanuniliyini inzibati nəzarət orqanı kimi yenidən qiymətləndirə bilməz.
46. Qanunun 15.1.6-cı maddəsi “qeydiyyatın dayandırılmasına səbəb olan halların aradan qaldırılmaması”nı imtina əsası kimi müəyyən edir. Təlimatın 3.1 və 3.2-ci bəndlərində məhkəmə və ya qonşu mübahisələri, məhdudiyyətlər, şəhərsalma və yerquruluşu sənədləri ilə ziddiyyətlər nəzərə alınmalı olan və rəyin verilməsi üçün yoxlanılan mühüm şərtlər sırasındadır. Odur ki, qeydiyyatın dayandırılması və ya qeydiyyata maneə yarada biləcək hallar da, rəyin verilməsi hissəsində araşdırılan məsələlərdəndir.
47. Qanunun 15.1.7-ci maddəsinə əsasən Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olmasının təsdiq edilməsi imtina əsası kimi müəyyən edilmişdir. Qanunun 9.2-1-ci maddəsi torpağın kateqoriyası və məqsədli təyinatı ilə bağlı sənədlərdəki məlumatlarla dövlət torpaq kadastrında saxlanılan məlumatlar arasında uyğunsuzluq olduqda yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılmasını nəzərdə tutur. Təlimatın rəyin verilməsi mərhələsində isə torpağın kateqoriyası, məqsədli təyinatı, yerquruluşu sənədləri və dövlət torpaq kadastrı məlumatları üzrə yoxlamalar aparılır. Buna görə də 15.1.7-ci maddədə nəzərdə tutulan imtina əsası da, məhz rəy mərhələsində araşdırılan məsələlərdəndir.
48. Yuxarıda göstərilən qaydada aparılan müqayisə onu göstərir ki, Qanunun 9.1.3 və 15.1-ci maddələrində nəzərdə tutulmuş imtina əsasları və yoxlama predmetləri Təlimatın rəyin verilməsi mərhələsində aparılan icraatın daxilindədir. Rəy mərhələsində yoxlanılan məsələlər hüquqların dövlət qeydiyyatı mərhələsində yenidən yoxlanılmır. Odur ki, rəyin verilməsi və hüquqların dövlət qeydiyyatı mərhələləri vahid icraatın tərkib hissələri kimi qiymətləndirilməli, ayrı-ayrı müstəqil icraatlar kimi nəzərə alınmamalıdır.
49. Təlimatın 4.1-ci bəndində qeyd edilir ki, Xidmətin rəyi müsbət olmadıqda Ərazi Idarəsi tərəfindən bələdiyyənin təqdim etdiyi sənədləri Xidmətin imtina barədə əsaslandırılmış rəyi əlavə edilməklə geri qaytarılır. Göründüyü kimi mənfi rəy verildikdə bələdiyyəyə münasibətdə yekun əlverişsiz nəticəni Xidmət yox, məhz Ərazi Idarəsi rəsmiləşdirir. Bu halda mənfi rəy birbaşa çıxarışın verilməsinə mane olan əsas icraat sənədi kimi çıxış edir.
50. Təlimatın 4.2-ci bəndində Xidmət tərəfindən müsbət rəy verilmiş torpaq sahəsi üzrə bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bələdiyyənin ərizəsinin Ərazi Idarəsində qəbul edilməsi nəzərdə tutulur. Təlimatın 4.3-cü bəndinə əsasən həmin ərizəyə baxıldıqdan sonra torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi bələdiyyəyə təqdim edilir.
51. Kollegiya hesab edir ki, Təlimatın 4.2-ci bəndində müsbət rəydən sonra tələb edilən ərizə yeni müstəqil icraatın başlanması məqsədilə yox, artıq aparılmış icraat nəticəsində qeydiyyatın rəsmiləşdirilməsi üçün qəbul edilir. Odur ki, bu qayda həmin mərhələnin tamamilə yeni və müstəqil icraat kimi qiymətləndirilməsinə əsas vermir. Həmin müddəa “Inzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş formal tələblərdən sui-istifadənin qadağan olunması və 18-ci maddəsində nəzərdə tutulmuş “çoxun azı ehtiva etməsi” prinsipləri ilə əlaqəli şərh edilməlidir. Belə ki, başlanmış icraatın mahiyyəti artıq hüquqların dövlət qeydiyyatı nəticəsinə yönəldiyindən, bələdiyyənin ilkin müraciətinin həcminə daxil olan və artıq ifadə olunmuş hüquqi iradənin mövcudluğu nəzərə alınmalıdır.
52. Kollegiya qeyd edir ki, ərizə hüquqi iradənin formasıdır. Hüquqi iradənin özü isə müraciətin məzmunu, predmeti və arzulanan hüquqi nəticə əsasında müəyyən edilməlidir. Hazırkı halda bələdiyyə konkret torpaq sahələri üzrə rəyin alınması, planölçünün hazırlanması və son nəticədə çıxarışın əldə edilməsinə aparan prosedurun başlanması üçün müraciət etmişdir. Belə müraciət bələdiyyənin torpaq sahələri üzərində mülkiyyət hüququnun reyestrdə rəsmiləşdirilməsi iradəsini ehtiva edir.
53. “Inzibati icraat haqqında” Qanunun 2.0.4-cü maddəsinə görə ərizə maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus hər hansı hüququn həyata keçirilməsi ilə bağlı yazılı müraciətidir. Həmin Qanunun 2.0.6, 28.1.1 və 28.2-ci maddələrinin məzmununa əsasən belə müraciətin qeydiyyata alınması inzibati aktın qəbuluna və ya hüququn həyata keçirilməsinə yönəlmiş inzibati icraatın başlanması deməkdir. Odur ki, rəyin verilməsi ilə bağlı ilkin müraciət bələdiyyənin əldə etmək istədiyi hüquqi nəticə əsasında qiymətləndirilməlidir.
54. Əgər müsbət rəy verildikdən sonra inzibati orqanda bələdiyyənin qeydiyyat mərhələsinə keçmək iradəsinin davam edib-etməməsi, dövlət rüsumu və xidmət haqqının ödənilməsi, yaxud digər sənəd dövriyyəsinin tamamlanması ilə bağlı aydınlaşdırılması tələb olunan hallar yaranarsa, bu məsələ başlanmış inzibati icraat daxilində inzibati orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun 23, 30.4 və 32-ci maddələrinin tələblərinə uyğun olaraq həll edilməlidir (bələdiyyəyə çatışmazlığın aradan qaldırılması üçün müddət verməli və zəruri sənədlərin təqdim edilməsini tələb etməlidir).
55. Odur ki, rüsum və xidmət haqqı məsələsinin həll edilməsi, sənəd dövriyyəsinin tamamlanması və çıxarışın elektron üsulla rəsmiləşdirilməsi texniki məsələlər olmaqla bələdiyyənin ilkin müraciətində olan hüquqi marağını dəyişmir.
56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsində dövlət qeydiyyatının hüquq əldə edənin ərizəsi əsasında aparılması nəzərdə tutulmuşdur. Lakin həmin norma bələdiyyənin rəy verilməsi üçün etdiyi müraciətdə ifadə olunmuş qeydiyyat məqsədinin nəzərə alınmasını istisna etmir.
57. Iş materiallarında olan cavabdehin iddia tələbinə münasibətində Xidmətin verdiyi mənfi rəyin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya səbəb olması qeyd edilmişdir. Həmçinin cavabdeh orqan apellyasiya şikayətində də, həmin rəylərin rəhbər tutularaq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edildiyini vurğulamışdır. Bu isə cavabdehin də bələdiyyənin müraciətində ifadə olunan yekun hüquqi marağının məhz hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi kimi başa düşüldüyünü göstərir.
58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı həmin hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüququn dövlət tərəfindən tanınması və təsdiqi həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın təqdim edilməsi ilə başa çatır.
59. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bələdiyyənin rəy verilməsi üçün etdiyi müraciət formal adı baxımından dövlət qeydiyyatı ərizəsi olmasa da, məzmunu, məqsədi və qanunvericilikdə müəyyən edilmiş prosedur ardıcıllığı baxımından torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi ilə yekunlaşmalı olan vahid inzibati icraatın başlanğıcıdır.
60. Təlimatda rəyin verilməsi və çıxarışın təqdim edilməsi mərhələləri ayrı-ayrılıqda göstərilsə də, həmin mərhələlər müstəqil məqsədlərə xidmət edən ayrı-ayrı icraatlar kimi deyil, son nəticəyə - hüquqların dövlət qeydiyyatına yönəlmiş vahid inzibati icraatın tərkib hissələri kimi başa düşülməlidir. Odur ki, kollegiya rəyin verilməsi mərhələsini hüquqların dövlət qeydiyyatı mərhələsindən ayrılmış müstəqil icraat kimi qiymətləndirmir və iddiaçının ilkin müraciəti nəzərə alınmaqla, məhkəmədə irəli sürülmüş tələbin iddianın mümkünlüyü ilə bağlı şərtləri ödədiyi qənaətinə gəlir.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sonradan yaranmış maneələr hər bir halda cavabdeh orqan tərəfindən nəzərə alına bilər. Məsələn, müsbət rəydən sonra torpaq sahəsi barədə məhkəmə mübahisəsinin yaranması, həbs və ya qadağanın qoyulması, zəruri ödənişlərin edilməməsi və s. Lakin bu ehtimallar rəy verilməsi üçün edilmiş müraciətin çıxarışın əldə edilməsinə yönəlmiş vahid inzibati icraatın başlanğıcı olması barədə nəticəni aradan qaldırmır. Iddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi:
62. Işin faktiki və hüquqi hallarından görünür ki, torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması bilavasitə Xidmətin rəyinin məzmunundan asılıdır. Belə ki, Xidmətin rəyi bələdiyyə torpaqları ilə bağlı sonrakı dövlət qeydiyyatı mərhələsinə keçidi şərtləndirən əsas sənəddir və iddiaçının arzuladığı hüquqi nəticəyə çatması həmin rəyin qanuniliyi və əsaslılığı ilə bağlıdır. Buna görə də, kollegiya Xidmətin rəyinin qanuniliyini və əsaslılığını, həmçinin tələbdə qeyd edilmiş torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına mane olan halların mövcud olub-olmamasını yoxlamışdır.
63. Iş materiallarından görünür ki, bələdiyyə tərəfindən 104-cü kvartal üzrə torpaq sahəsinin hər 0,01 hektarı 278 manat, 119-cu kvartalı üzrə isə 560 manat müəyyən edilmişdir. Xidmətin mənfi rəyi sözügedən torpaq sahələrinə münasibətdə həmin ərazi üzrə 100-500 metr məsafədə 0,01 ha torpaq sahəsinin dəyəri ilə əsaslandırılmışdır. Belə ki, 119-cu kvartal üzrə torpaq sahələrinin bazar dəyərinin 1400-1700 manat, 104-cü kvartal üzrə torpaq sahəsinin bazar dəyərinin 1600-2000 manat məbləğində müəyyən edilməsi və bələdiyyə tərəfindən torpaq sahələrinin satış qiymətinin qeyd olunan qiymətlərə uyğunlaşdırılmaması mənfi rəyin verilməsinə səbəb olmuşdur.
64. Kollegiya hesab edir ki, torpaq sahəsinin qiyməti ilə bağlı Xidmətin mövqeyi Təlimatın 3.2 və 3.3-cü bəndləri baxımından mənfi rəyin verilməsi üçün əsas ola bilməzdi. Həmin bəndlərin məzmununa görə rəy verilərkən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması, kateqoriyası, məqsədli təyinatı, ayrılma məqsədi, mövcud məhdudiyyətlər, texniki normalar, yerquruluşu və şəhərsalma sənədlərinə uyğunluğu, habelə mübahisə və yüklülüklərin olub-olmaması yoxlanılmalıdır. Torpaq sahəsinin qiymətinin müəyyən edilməsi isə bu yoxlama predmetlərinə aid deyildir.
65. Iş materiallarında olan, ƏMDX-nin Şəki Ərazi Şöbəsi və DƏDKR PHŞ-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən birgə tərtib edilmiş “torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə aktı və torpaq sahəsinin planı” sənədində iddia olunan torpaq sahələrinin Şəki bələdiyyəsinin mülkiyyətində olması, ehtiyat fond torpaqlarına aid edilməsi, yaşayış məntəqəsinin perspektiv inkişafı üçün ayrılan torpaqlar olması, məqsədli təyinatının fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulması, qərarda və naturada ölçüsünün 0,06 ha olması, boş olması, üzərində tikilinin olmaması, əraziyə avtomobil və piyada yolunun mövcudluğu, mübahisənin olmaması, sürüşmə və mühafizə zolağına düşməməsi, hüquqları qeydiyyata alınmış başqa torpaq sahəsi ilə üst-üstə düşməməsi, habelə servitut, məhdudiyyət və öhdəliklərin mövcud olmaması göstərilmişdir.
66. Iş üzrə alınmış mütəxəssis rəyində də həmin torpaq sahələrinin yaşayış məntəqələri təyinatlı torpaq sahələri olması və Şəki bələdiyyəsinin mülkiyyətində yerləşməsi qeyd edilmiş, sahələrin yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planında təsvir edilmişdir. Qeyd olunan hallar torpaq sahələrinin hüquqi rejimi, məqsədli təyinatı, yerləşməsi və sərhədləri baxımından müsbət rəyin verilməsinə maneənin olmamasını göstərir.
67. Hazırkı qərardadın 43-44-cü bəndlərində qeyd edildiyi kimi bələdiyyələrin qəbul etdikləri, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktları bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirən orqan tərəfindən təftiş edilə və qanunvericiliyə zidd olduğunu müəyyən etdikdə onun dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı icraat aparıla bilər. Cavabdeh orqan bələdiyyə qərarının qanuniliyini inzibati nəzarət orqanı kimi yoxlaya bilməz və onun araşdırma predmeti yalnız Qanunun 15-ci maddəsində və Təlimatın 3.2 və 3.3-cü bəndində sadalanan şərtlərin yoxlanılması ilə məhdudlaşır.
68. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən bələdiyyənin ##.##.2025-ci il tarixli, ** saylı və ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu inzibati nəzarət orqanına göndərilmiş, lakin həmin qərarlarla bağlı onların dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə hər hansı təklif verilməmişdir.
69. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Xidmətin mənfi cavabı - rəyin verilməsi predmetinə aid olmayan məsələ ilə - torpaq sahəsinin bazar dəyəri ilə - əsaslandırılmışdır. Odur ki, həmin cavaba istinadla hüquqların dövlət qeydiyyatından imtina edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Iddia olunan torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində sadalanan hallar mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
70. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh orqan tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.