Məhkəmə qərarları › İş №2-1(3-10)-285/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-285/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-285/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı “X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *- *(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi” səbəbinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yevlax Rayon Məhkəməsinə oğlunun ölüm faktının müəyyən edilməsinə dair iddia ilə müraciət etmişdir. Yevlax rayon Məhkəməsi bu iddiaya baxmış ölümün səbəbini öz qətnaməsində əks etdirmiş, ancaq faktı təmin edərək ölümün səbəbini də qətnamədə əks etdirməmişdir. Burada bu səbəb müəyyən edilməmişdir. İddiaçı məcbur qalıb bu tələblə bağlı iddia qaldırmışdır. X3 ##.##.1993-cü il tarixində Fizuli rayonunun erməni faşistləri tərəfindən güllə yarasından həlak olmuşdur. İddiaçı müharibə veteranıdır. Füzuli rayon məcburi köçkünüdür. X1 müharibəsi zamanı Yevlax özünü müdafiə batalyonuna könüllü olaraq yazılaraq Fizuli rayonunda gedən döyüşlərdə iştirak etmiş ##.##.1993-cü il tarixində erməni işğalının qarşısını alarkən düşmən gülləsindən həlak olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində oğlunun ölüm qeydi ümumi səbəbdən qeyd edilmişdir. İddiaçı bu barədə qeydiyyat şöbəsinə müraciət etmişdir. Oğlunun barəsində tərtib olunan ölüm haqqında şəhadətnamədə düzəlişin edilməsini ölümün səbəbi olaraq “döyüş əməliyyatında güllə yarasından vəfat etməsi səbəbi ilə müvafiq düzəlişin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən bu qeydin edilməsindən imtina edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ### 2026-cı il tarixli *-*(*-**)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı “X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi“ səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, iş hazırda apellyasiya instansiyasının icraatındadır. - Bundan əlavə, iddiaçı hazırkı iddia tələbinə dair yenidən məhkəməyə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən həlak olması səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilməmişdir. - Məhkəmə hesab etmişdir ki, hazırkı iddia ərizəsində göstərilən tələbin hər bir halda mümkünlük şərtlərini ödəməyəcəyinə görə prosessual qənaət prinsipi baxımından da İPM-in 13-cü maddəsinə əsasən təkrar hüquqi yardım edilməsi zərurəti yoxdur. Göründüyü kimi, iddiaçı eyni predmetlə bağlı dəfələrlə məhkəməyə eyni məzmunlu ərizələr təqdim etdiyindən və nəticəsi barədə məlumatlı olduğundan hər hansı hüquqi yardım edilməsi zərurəti də mövcud deyildir. - Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. - Göründüyü kimi, hazırkı iddia ilə eynilik təşkil edən, eyni predmetə dair əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.

5. İddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri təkrarlanmaqla əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

10. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

15. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

16. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

18. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı hazırkı tələblə bağlı əvvəllər məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi” səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Bundan əlavə, iddiaçı hazırkı iddia tələbinə dair yenidən məhkəməyə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən həlak olması səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin müvafiq qərarı ilə iddia rədd edilmiş, həmçinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərarlar qanuni qüvvəyə minmiş, həmçinin iddiaçının hazırkı iddia tələbinin predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadında qeyd edilən iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır.

21. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

22. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.

23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar