Məhkəmə qərarları › İş №2-1(3-10)-286/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-286/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-286/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı ##.##.1962-ci ildə doğulmuş, cavabdeh tərəfindən qəbul edilmiş ümumi əmək stajı 39 il 4 ay 25 gündən ibarətdir. Iddiaçı “xxxx” MMC-də ##.##.2009- ##.##.2011-ci il tarixinədək Yanacaq-Nəqliyyat sexində “istehsalat sahəsini və xidməti otaqları yığışdıran”, ##.##.2011-##.##.2018 X5 “anbardar” və “istehsalat sahəsini və xidməti otaqları yığışdıran”, Təsərrüfat sahəsində “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifələrində işləmişdir.

2. Iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ##.##.2025-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısında nəzərdə tutulmamışdır. Iddiaçının güzəştli iş stajı yoxdur.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Iddia ərizəsinə əsasən iddiaçı ## #### 1962-ci ildə doğulmuş, orta məktəbi bitirdikdən sonra “Moskva” sovxozunda fəhlə kimi işə qəbul olunmuşdur. O, ##.##.1997ci ildə xxxx Xüsusiləşdirilmiş müəssisəsinə mühasib qəbul olunmuşdur. ##.##.2011-ci il də “xxxx” ASC Azərbaycan Elektrik Istilik Stansiyası MMC-də metalların sınağı laboratoriyasına anbardar vəzifəsinə keçirilmişdir. ##.##.2018-ci ildə həmin laboratoriyada istehsalat sahəsi və xidməti otağı yığışdıran vəzifəsinə 3-cü dərəcə ilə keçirilmişdir. ##.##.2022-ci il tarixdən hazırki vaxtadək yeni təşkilatı struktura əsasən təsərrüfat sahəsinin təmizlik qrupuna istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsinə 3-cü dərəcə ilə keçirilmişdir. Hazırda həmin vəzifədədir. Işlədiyi dövrlərdə zərərli iş şəraitində işlədiyi üçün 8 faiz miqdarında əlavə əməkhaqqı almışdır. Iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.

5. Cavabdeh etirazını iddiaçının güzəştli stajının olmadığını və bu səbəbdən də hüququnun yaranmaması ilə əsaslandırmışdır. Bildirmişdirlər ki, “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır alan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(116)- ****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ## #### 1962-ci il tarixində doğulmuşdur. Iddiaçının ən azı 20 il ümumi sosial sığorta stajı və ən azı 10 il güzəştli stajı olmalıdır. Iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçının tələb olunan güzəştli stajı mövcud deyildir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki onun ## #### 2009-cu il tarixindən “xxxx” ASC “xxxx” MMC-də əmək fəaliyyətini davam etdirdiyi peşə güzəştli iş kimi nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçı tərəfindən arayış təqdim edilməmiş, məhkəmənin sorğusuna cavab olaraq iş yeri tərəfindən də verilmiş cavab məktubundan həmin hal təsdiqini tapmışdır. Nəticə etibarı ilə iddiaçının güzəştli stajı olmadığından iddia tələbi əsaslı deyildir. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya * saylı Siyahı üzrə 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) ##.##.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) ##.##.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

8. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və qeyd etmişdir ki, işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, CO 2 karbon qazı, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosinal və intellektual gərginlik faktorları mövcud olmuşdur. Iş şəraitinin ağır və zərərli olduğuna görə ona işlədiyi müddət ərzində aylıq məvacibinin 12 faizi miqdarında əlavə əmək haqqı müəyyən edilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək qanunvericiliyinə əsasən onun əmən məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərini ilkin iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nm 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin imtina məktubu və etirazının məzmununda qeyd edilənlərlə razılaşaraq, eyni zamanda yuxarıda qeyd edilən normalara istinad edərək qeyd etmişdir ki, “müəyyən edilir ki, iddiaçı ## #### 1962-ci il tarixində doğulmuşdur. Iddiaçının ən azı 20 il ümumi sosial sığorta stajı və ən azı 10 il güzəştli stajı olmalıdır. Iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçının tələb olunan güzəştli stajı mövcud deyildir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki onun ## #### 2009-cu il tarixindən “xxxx” ASC “xxxx" MMC-də əmək fəaliyyətini davam etdirdiyi peşə güzəştli iş kimi nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçı tərəfindən arayış təqdim edilməmiş, məhkəmənin sorğusuna cavab olaraq iş yeri tərəfindən də verilmiş cavab məktubundan həmin hal təsdiqini tapmışdır. Nəticə etibarı ilə iddiaçının güzəştli stajı olmadığından iddia tələbi əsaslı deyildir”. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olmuş, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etmişdir ki, o zərərli sahədə işləmişdir. Belə ki, iddiaçı 2013-cü ildən hazırkı dövrə qədər işlədiyi sahənin zərərli olmasını bildirmişdir. Iddiaçı qeyd edir ki, işlədiyi dövrdə ağır şəraitdə, yüksək səsli bloklarda işləmişdir. Onun işlədiyi sahə ilə əlaqədar sağlamlığında da problemlər yaranmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən məhkəmə aktının ləğv dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2017-ci ilin iyul ayında yaranmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericilik pensiya kapitalı tələb edirdi ki, iddiaçıya münasibətdə bu şərt ödənilməmişdir.

tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

14. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... ## #### 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

16. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Iddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

25. Oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə əsasən məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

26. Iddiaçının apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, CO 2 karbon qazı, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosinal və intellektual gərginlik faktorları mövcud olmuş, iş şəraiti ağır və zərərli olduğuna görə ona işlədiyi müddət ərzində aylıq məvacibinin 12 faizi miqdarında əlavə əmək haqqı müəyyən edilmiş, zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmən məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət verilmişdir. Buna görə də, cavabdeh orqanın onun xüsusi iş stajını nəzərə almalı idi.

27. Iş materiallarından görünür ki, iddiaçı, ##.##.2009-##.##.2011-ci illərdə Yanacaq NS-də “istehsalat sahəsi və xidməti otqaları yığışdıran” vəzifəsində, ##.##.2011- ##.##.2018-ci illərdə X5 “anbardar”, “istehsalat sahəsi və xidməti otqaları yığışdıran” vəzifələrində, ##.##.2022-ci il tarixdən imtinanın verildiyi ##.##.2025-ci il tarixədək təsərrüfat sahəsində “istehsalat sahəsi və xidməti otqaları yığışdıran” vəzifəsində işləmişdir.

28. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir.

29. Iddiaçının peşəsinə və ya vəzifəsinə münasibətdə iş yeri tərəfindən edilmiş güzəştlərdən asılı olmayaraq, həmin peşə və ya vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmalı, normanın dispozisiya şərtlərinə uyğun olmalıdır.

30. Iddiaçının işlədiyi “istehsalat binalarını yığışdıran” vəzifəsi istinad olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Metallurgiya istehsalatı (əlvan metallar) (7.33)”, “18. Dərmanların, bioloji preparatların və materialların istehsalı (18.8)” və “Kənd təsərrüfatında aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi (31.1)” bölmələrində nəzərdə tutulmaqla aşkar şəkildə iddiaçının işlədiyi sahəyə uyğun deyildir.

31. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hər bir istehsalat sahəsinə aid zərərli sahələr konkret olaraq müəyyən edilmişdir. Iddiaçı, müvafiq Siyahının 24-cü bəndində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmuş istehsalat sahəsində (yanacaq-nəqliyyat sexində, X5 və təsərrüfat sahəsində) işləmişdir. Odur ki, iddiaçının işlədiyi sahənin zərərli olub-olmaması müəsissənin fəaliyyət istiqaməti, istehsalın xarakteri, faktiki yerinə yetirilən işin xüsusiyyətləri və həmin vəzifənin əmək funksiyasının təsnifatda zərərli sahəyə aid edilib-edilməməsi əsasında müəyyən edilməlidir.

32. “Siyahı”nın 24-cü bəndinin yarımbəndlərində göstərilən vəzifələrdə “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” və “anbardar” vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olaraq nəzərdə tutulmamışdır.

33. Iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə ## ### 2025-ci il tarixli məktubda onun yerinə yetirdiyi işlərin AR Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarının * nömrəli Siyahısının 13-cü bölməsinin “a” bəndində və ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 24-cü bölməsinin “a” bəndində nəzərə alınmadığını qeyd etmişdir.

34. Göründüyü kimi iddiaçının ümumiyyətlə xüsusi iş stajına malik olması müəyyən edilmir.

35. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının xüsusi iş stajının olması sübuta yetirilmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar