Məhkəmə qərarları › İş №2-1(3-10)-288/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-288/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-288/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “##.##.2015-ci il tarixindən ##.##.2021-ci il tarixinədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ##.##.2015-ci il tarixindən ##.##.2021-ci il tarixinədək ona ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsinə əsasən, iddiaçı ##.##.1968-ci il tarixdə anadan olmuşdur. O, ##.##.2013-cü il tarixdən daxili işlər orqanları sıralarından tərxis olunmuş, ##.##.2015-ci il tarixdə yenidən xidmətə qayıtmışdır. Iddiaçıya ##.##.2013-cü il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, ##.##.2015-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi kimi iddiaçının yenidən xidmətə daxil olması göstərilmişdir. Sonradan məlum olmuşdur ki, vaxtı ilə iddiaçıya təyin olunmuş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Iddiaçı ##.##.2015-ci il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız 3 il hesablanaraq ödənilmişdir. Cavabdeh orqan pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir.

3. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: - iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ##.##.2015- ##.##.2021-ci il tarixləri arasında alınmamış əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli məktubla ##.##.2015-##.##.2021-ci il tarixləri arasında alınmamış əmək pensiyası məbləğinin ödənilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçı İddiaçı barədə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, # ##### 2013-cü il tarixində Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi # #### 2015-ci il tarixindən dayandırılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, pensiya təyinat tarixi ##.##.2017-ci il tarixinədək olduğu üçün əmək pensiyası 2024-cü ilin iyul ayında 686,15 manat (maddi yardımı pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə indeksləşdirilmə də nəzərə alınmaqla 962,68 manat) olmaqla tam məbləğdə bərpa olunub, həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır.

4. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 29819,16 manat pul vəsaitinin 828,31 manatı 2024-cü ilin iyul ayında ona ödənilib, qalan ödənilməli olan 28990,85 manatı isə Mərkəzi Filial müraciəti nəzərə alınaraq ##.##.2024- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 5798,17 manat) pensiyası üzərinə əlavə edilməllə müvafiq kart hesabına köçürülüb.

5. Həmçinin bundan əvvəl ##.##.2024-cü il tarixdə İddiaçı tərəfindən Merkəzi Filiala ərizə ilə müraciət edilmişdir. Mərkəzi Filial tərəfindən verilən ##.##.2024-ci il tarixli cavab məktubunda da göstərilmişdir ki, “Əmək pensiyaları" haqqında Qanunun 37.3.4-cü maddəsinin ##.##.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. İddiaçı pensiya təyinat tarixi ##.##.2017-ci il tarixinədək olduğu üçün əmək pensiyası cari ilin iyul ayında 962,68 manat (əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla) olmaqla tam məbləğdə bərpa olunub, həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 29819,17 manat fərq məbləğinin 828,31 manat hissəsi cari ilin iyul ayında ona ödənilmiş, qalan fərq məbləği 28990,86 manat təşkil etmişdir.

6. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı ##.##.2015-##.##.2021-ci il tarixləri arasında alınmamış əmək pensiyası məbləğinin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) # ##### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı X9 məlumatlara əsasən Mərkəzi Filial tərəfindən ##.##.2013-cü il tarixdə yaşa görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.2015-ci il tarixdə yenidən xidmətə qayıtdığından ##.##.2015-ci il tarixdən əmək pensiyasının ödənilməsi dayandırılıb. Pensiya işi materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun ##.##.2014-cü il tarixli **/*** nömrəli Qərarı ilə İddiaçı Daxili Işlər Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqəsi əsasında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi “Əmək pensiyaları” haqqında Qanunun 20.14.1-ci maddəsinə əsasən ##.##.2013-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi materiallarında olan ##.##.2024 tarixli *-**-*/*-*-****/**** nömrəli Qərarla İddiaçı əmək pensiyası 962,68 manat hesablanaraq ##.##.2024-cü il tarixindən bərpa olunmuş, həmçinin ##.##.2021-##.##.2024-cü illər üzrə ötən dövrə münasibətdə alınmamış pensiya məbləği müəyyən edilmişdir. Pensiya işi materiallarında olan Daxili Işlər Nazirliyinin Maliyyə Plan Idarəsinin ##.##.2015-ci il tarixli **- ****-**** nömrəli məktubuna əsasən İddiaçı ##.##.2015-ci il tarixindən X4 xidmətə yenidən qəbul edildiyi üçün əmək pensiyasının dayandırılması xahiş edilmişdir. Hazırkı halda mübahisənin mahiyyətini İddiaçı xidmətə yenidən qayıtdığı ##.##.2015-ci il tarixindən bütün dövr üzrə alınmayan əmək pensiyanın ödənilməsi təşkil edir. Inzibati icraat zamanı müəyyən olunan işin halları ilə aşkar olunur ki, İddiaçı güzəştli şərtlərlə (hərbi qulluqçu kimi) yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan xidmətə bərpa ilə bağlı pensiya ödənişi dayandırılmışdır. “Əmək pensiyaları” haqqında Qanunun 20.1.11-ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasına əlavə almaq hüququ mövcud olmuşdur. Lakin həmin Qanunun 37.3.4-cü maddəsinə görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxslər qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Odur ki, İddiaçı yenidən xidmətə qayıtdığından inzibati orqan əlavələrin ödənilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, “hazırkı işdə söhbət əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə (##.##.2017-ci il tarixdən əvvəl) təyin edilmiş, lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından gedir.” Lakin məhkəmə tərəfindən pensiyanın dayandırılma əsası aydınlaşdırılmayaraq, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, pensiyanın dayandırılma əsası kimi İddiaçı özünün xidmət etdiyi Daxili Işlər Nazirliyinin ##.##.2015-ci il tarixli məktubu çıxış edir. Bunun da əsasında “X4 Xidmət Keçmə” haqqında Əsasnamə dayanır. Əsasnamədə həm müəyyən yaş həddi, həm də xidmət illəri əsasında əməkdaşların pensiya hüququnun yarandığı qeyd olunub. Həmçinin, bu orqanlarda xidmət edən əməkdaşların pensiya hüququnu əldə etdikdə xidmətdən xaric edildiyi göstərilir. Məhz bu Əsasnamə əsasında Daxili Işlər Nazirliyi tərəfindən Fonda müvafiq məktub ünvanlanaraq, İddiaçı əmək pensiyasının dayandırılması xahiş edilmişdir. Çünki X4 çalışan şəxslər əmək pensiyaçısı statusuna keçdiyi halda onların xidmətdən xaric edilmə əsası mövcud olur. Bundan əlavə 2017-ci il ## #### tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, ##.##.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), ##.##.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubu;

2. Cavabdehin ##.##.2025-ci il tarixli etirazı və ona əlavə edilən sənədlər.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

20. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ##.##.2015-ci il tarixindən ##.##.2021-ci il tarixinədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsindən ibarətdir.

23. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Iş materiallarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi ##.##.2015-ci il tarixdən dayandırılmış, sonradan pensiyanın ödənilməsi bərpa olunsa da, cavabdeh tərəfindən keçmiş dövr üzrə yalnız son üç il üçün hesablanmış məbləğ ödənilmiş, qalan hissənin ödənilməsindən imtina edilmişdir.

25. Hazırkı iddia tələbi iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır. Bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir.

26. Belə ki, cavabdeh orqan heç bir qanuni və əsaslı səbəb olmadan ##.##.2013-cü il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödənilməli olmasına baxmayaraq, ödənişləri iddiaçı xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi.

27. Göründüyü kimi hazırkı işdə söhbət əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə (##.##.2017-ci il tarixdən əvvəl) təyin edilmiş, lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından gedir. Həmin vaxtdan sonra qanuna edilmiş dəyişikliklər isə iddiaçının əvvəllər əldə etdiyi hüquqlara xitam verməmişdir. Buna görə də pensiyanın ödənişi onun dayandırıldığı vaxtdan başlayan bütün müddəti əhatə edir.

28. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin ##.##.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Həmin Qanunun ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin ####un #-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi cari ilin avqust ayında tam məbləğdə (608,31 manat) bərpa olunub və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. (Azərbaycan Respublikası Ali Məhkəmənin Inzibati kollegiyasının *-*(***)- ***/**** saylı ## #### 2024-cü il tarixli Qərarı).

29. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya ödənişini dayandırmaqda haqlı olmadığını müəyyən etmiş və pensiya ödənişini bərpa etmişdir. Lakin cavabdeh ödənişi onun dayandırıldığı vaxtdan deyil, iddiaçının bununla bağlı müraciət etdiyi vaxtdan əvvəlki üç il müddət üçün nəzərə almış, bunun hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək keçmiş dövr üzrə yalnız son üç il üçün pensiya ödənilməli olması barədə dəlilləri məhkəmə kollegiyası tərəfindən vaxtında alınmamış pensiya məbləğinin ödənilməsi hallarına şamil edilir. Hazırkı mübahisədə isə ödənilməyən pensiya məbləği cavabdeh inzibati orqanın pensiya ödənişini dayandırması nəticəsində yaranmışdır.

31. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının ödənilməsini dayandırarkən bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasın mövcudluğunu sübuta yetirə bilməmişdir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının pensiya ödənişinin dayandırılmasına səbəb kimi onun yenidən xidmətə qəbul olunması göstərilsə də həmin hal mübahisəli dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya ödənişinin dayandırılması üçün hüquqi əsas təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən pensiya ödənişinin dayandırılması qanunsuz olmuş, nəticə etibarilə iddiaçının həmin dövr üzrə pensiya almaq hüququ davam etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı ##.##.2015-ci il tarixindən ##.##.2021-ci il tarixinədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar