Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-289/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X2 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 Hüseyin oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Oğuz Bələdiyyəsinə qarşı “Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarının və Oğuz Bələdiyyəsi ilə X5 arasında bağlanılmış “torpaqların alqısatqısına dair akt”ının etibarsız hesab edilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Şəki Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə X5 cavabdeh ƏMDK yanında DƏDRX-nin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı “Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyriyaşayış (mağaza) binasının yerləşdiyi, Cavabdeh ##.##.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək cavabdeh DƏDRX-nin * saylı Qəbələ Ərazi Idarəsinin üzərinə Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Cavabdeh ##.##.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulmuşdur.Həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli 2-1(102)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 şəhəri H.Əliyev prospekti 223 ünvanında yerləşən X5 məxsus qeyri-yaşayış binasının yerləşdiyi 774.0 kv.m torpaq sahəsinin alqı-satqısına dair ##.##.2007-ci il tarixli ** nömrəli qərarı və Oğuz Bələdiyyəsi ilə X5 arasında bağlanılmış “torpaqların alqı-satqısına dair akt”ının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - X7 müraciəti əsasında Oğuz bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə Oğuz şəhəri H.Əliyev pr 223 ünvanda yerləşən 774 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Oğuz bələdiyyəsi ilə alıcı X5 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Mübahisələndirilən bələdiyyə qərarı ilə X5 mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. Belə ki, mübahisəli torpaq sahəsi Oğuz rayon X10 Cəmiyyəti ilə X5 arasında bağlanmış ## ###### 2003-cü il tarixli “qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən Nurəddin Əliyev tərəfindən özəlləşdirilmiş və sonuncunun hüquqları ##.##.2006cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu zaman Nurəddin Əliyevə verilmiş çıxarışlarda torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Bundan əlavə, qeyd olunan qeyri-yaşayış sahəsinə(ticarət mağazası) dair tərtib edilmiş ilkin hüquqmüəyyənedici sənədlərlə müəyyən edilir ki, həmin tikili 1956-cı ildə inşa edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasından bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamış və mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı bələdiyyə qərarı 2007-ci il tarixdə qəbul edilmişdir.
6. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbində göstərilən hallar məhkəmə predmeti olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə X5 ayrılan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Bu baxımdan da həmin qərarın qanuniliyinin və ya etibarlılığının yoxlanılması yenidən mübahisə predmeti təşkil edə bilməz. Məhkəmə həmin halı nəzərə alaraq iddia müddəti ilə bağlı əlavə xüsusatların araşdırılması, o cümlədən inzibati akt hesab edilməyən “Torpaqların alqı-satqısına dair” aktın mübahisələndirilməsinin mümkünsüzlüyü zərurətini müəyyən etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Iddiaçının nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsi ## ###### 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında X5 tərəfindən X1 bağışlanmış və ##.##.2020-ci il tarixli çıxarışa əsasən Lalə Əliyevanın həmin sahə üzərində mülkiyyət hüquqları qeydə alınmış və qeyd olunan çıxarışda torpaq sahəsi üzərində mülkiyyət növü dövlət qeyd olunmuşdur. Daha sonra ##.##.2021-i il tarixli bağışlama müqaviləsi əsasında qeyd olunan qeyri-yaşayış sahəsi X1 tərəfindən X3 bağışlanmış və ##.##.2021-ci il tarixli çıxarışa əsasən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ Sərdar Ismayıllının adına qeydə alınmış və qeyd olunan çıxarışda yenidən torpaq sahəsi üzərində mülkiyyət növü kimi dövlət qeyd olunmuşdur. Beləliklə, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həmin torpaq sahələrinin satılması səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. LakinOğuz bələdiyyəsi qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunan iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti formal olaraq məhkəmə prosesinə cəlb olunsa da, faktiki olaraq Xidmət elektron kabinetə əlavə olunmamışdır. Yalnız Şəki Apellyasiya Məhkəməsində iş baxılıb yekunlaşdıqdan sonra məhkəmə qərarı Xidmətə təqdim olunmuş, Xidmət tərəfindən apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisə predmeti olan eyni əmlak barəsində birbirinin mövcudluğunu və həqiqiliyini təkzib edən fərqli inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar mövcuddur. Işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıƏmlak Məsələləri Dövlət Xidməti Inzibati Prosessual Məcəllənin 36-cımaddəsinin tələblərinə uyğun olaraq hazırkı iddianı qaldırmaqda məqsədi mübahisələndirilən sərəncamın qəbulu nəticəsində dövlətin subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edildiyini və qanunvericiliyə əsasən qeyd olunan torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinin iddiaçıya məxsus olduğunu, Oğuz bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarın iddianın predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı hər hansı hüquqi nəticəyə səbəb ola bilməyəcəyini sübut etməkdən ibarət olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair Oğuz bələdiyyəsinin sərəncam vermək hüququnun hansı əsaslardan (subyektiv hüquq) yaranmasını araşdırmamış, bununla da dövlətin konstitusiya ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
19. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
20. Iş materiallarından görünür ki, iddiaçı X5 əvvəllər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı iddia qaldıraraq Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi, Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
21. Həmin iş üzrə Oğuz Bələdiyyəsi və İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
22. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə X5 774 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxs İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Beləliklə, hazırkı iddiaçı əvvəlki inzibati işdə məhkəmə icraatının iştirakçısı olmuş, həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyasının qərarından kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti təmin edilməmişdir.
24. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
25. Kollegiya qeyd edir ki, IPM-nin 78-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həll edilmiş məsələnin eyni proses iştirakçıları tərəfindən başqa iddia növü altında yenidən mübahisələndirilməsini istisna edir. Əvvəlki inzibati mübahisənin predmeti torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması olsa da, həmin iş üzrə mübahisənin həlli birbaşa Oğuz Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarının hüquqmüəyyənedici sənəd olubolmamasından asılı olmuş və bələdiyyə qərarı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqi əsas kimi qiymətləndirilmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, proses iştirakçısı qanuni qüvvəyə minmiş məhkəmə qərarını həmin qərardan qanunla nəzərdə tutulmuş qaydada şikayət vermək hüququndan istifadə etməklə mübahisələndirə bilər. Hazırkı iddiaçı bu imkandan istifadə etmiş, əvvəlki iş üzrə kassasiya şikayəti vermiş, lakin təmin edilməmişdir. Bu halda eyni dəlillərin (torpaq sahəsinin dövlət mülkiyyətində olması, bələdiyyənin həmin torpaq sahəsinə sərəncam vermək səlahiyyətinin olmaması, bələdiyyə qərarının qeydiyyata əsas ola bilməməsi) yenidən irəli sürülməsi ilə bağlı qaldırılmış iddiaya mahiyyəti üzrə baxıla bilməz.
27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli 2- 1(102)- ****/**** nömrəli qərarında qeyd edilmişdir ki, hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də cavabdeh və üçüncü şəxs İddiaçı daxil olmaqla digər inzibati orqanların davranışını müəyyən edir, inzibati orqanlar həmin sənəd qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar.
28. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, hazırkı iddia tələbinin ikinci hissəsi (Oğuz Bələdiyyəsi ilə X5 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi) birinci tələbdən asılıdır. Həmin akt bələdiyyə qərarının icrası ilə bağlı tərtib edilmişdir. Hazırkı qərardadda ##.##.2007-ci il tarixli ** nömrəli qərarın mübahisələndirilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd olunan məsələlər həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktına da şamil edilir. Buna görə də, həmin tələb də müstəqil mümkün tələb kimi qiymətləndirilə bilməz. 29.Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.