Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-290/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı, ##.##.1966-cı ildə doğulmuşdur. ##.##.1984 – ##.##.1993 və 1955-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May Kolxozunda” tütünçü işləmişdir. Iddiaçının kolxozda ümumi əmək stajı 10 il 5 ay 19 günə bərabərdir (bu staj bütövlükdə zərərli sahəyə aiddir).
2. Iddiaçı ##.##.1993-##.##.1994-cü illərdə M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialının yataqxanasında komendant vəzifəsində, ##.##.1994-cü ildən ##.##.2003-ci ilədək Lobarant vəzifəsində, ##.##.2003-cü ildən ##.##.2011-ci ilədək kargüzar vəzifəsində işləmişdir. 3 Iddiaçı cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir (daxil olma ##.##.2025), iddiaçının müraciətinə cavabdeh tərəfindən aidiyyəti üzrə baxılaraq ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
4. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzi Filialı təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Belə ki, İddiaçı tərəfindən inzibati orqana təqdim olunan sənədlər arasında Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təqdim edilməsi zəruri hesab olunan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququnu müəyyən edən iş yeri və ya səlahiyyətli orqandan arayış yer almamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ümumi iş stajını, o cümlədən ##.##.1984-cü ildən ##.##.1993-cü il tarixinədək (10 il 5 ay 20 gün) Şəki rayonu Qoxmuq kənd “1 May Kolxozunda”, 1995-ci il üzrə 230 olmaqla tütünçü kimi işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı 1984-cü il tarixindən etibarən, 27 ildən çoxdur rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyətinin ilkin dövrlərində kolxozda “Tütünçü” kimi işləmişdir. Belə ki, ##.##.1984-cü ildən ##.##.1993cü il tarixinədək (10 il 5 ay 20 gün) Şəki rayonu Qoxmuq kənd “1 May Kolxozunda” Tütünçü kimi işləmişdir. Daha sonra 1995-ci il üzrə 230 gün olmaqla Tütünçü kimi işləmişdir. Bundan sonra ##.##.1993-cü ildən ##.##.1994-cü ilə kimi M.Ə.Rəsulzadə adına BDU-nin Şəki filialının yataqxanasında komendant vəzifəsində, ##.##.1994-cü ildən ##.##.2003-ci ilədək Lobarant vəzifəsində, ##.##.2003-cü ildən ##.##.2011-ci ilədək kargüzar vəzifəsində işləmişdir. Bu qeyd edilən əmək fəaliyyətinin 11 ilini “Tütünçü” olaraq işləmişdir. Qeyd edilən xüsusat əmək kitabçasında qeyd edilməklə yanaşı X3 Filialının verdiyi ##.##.2022-ci il tarixli Arayışı ilə də təsdiq edilir. Tütünçü kimi işlədiyi müddət qanunvericiliyin tələbinə əsasən güzəştli müddət sayılır. Bildiyiniz kimi, əmək şəraiti incəsənətin xüsusi sahələrində zərərli və ağır olan işlərdə çalışan qadınlar 25 il sığorta stajına malik olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışmışlarsa güzəştli şərtlərə yaşa görə pensiyaya çıxa bilər.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun işlədiyi sahələr qanunvericiliyin tələbinə əsasən güzəştli müddət sayılır. Buna görədə 59 yaşım bitdikdən altı ay sonra güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlərini Azərbaycan Respublikası ƏƏSM yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, sözügedən qurum ##.##.2025-ci il tarixli məktubla imtina etmişdir.
7. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli *-******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtina edilmişdir. Iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1966-cı il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları" haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlə yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış qadınların fərdi hesab hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un # görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. A.Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququ müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvaqif icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə d ) müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müdddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qeyd olunmalıdır ki, ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na * nömrəli Əlavənin 2.4.1-cü bəndində görə müraciət edən şəxs Əmək pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verın işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyində göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiya hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları, iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27.5-ci bəndində “Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı" üzrə müvafiq vəzifələrdə çalışanlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Mərkəzi Filial tərəfindən iddiaçı İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filialı təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Belə ki, İddiaçı tərəfindən inzibati orqana təqdim olunan sənədlər arasında Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təqdim edilməsi zəruri hesab olunan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququnu müəyyən edən iş yeri və ya səlahiyyətli orqandan arayış yer almayıb. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, ##.##.1984 - ##.##.1993cü illərdə (10 il, 5 ay, 20 gün) “1 May" Kolxozunda tütünçü işləmişdir. Belə ki, şəxsin tütünçü kimi fəaliyyət göstərdiyi dövrdə qüvvədə olarn pensiya qanunvericiliyinə istinad etmə zərurəti vardır. ##.##.1992-ci il tarixli, “Vətəndaşların pensiya təminatı" haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z bəndinə əsasən, kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisilərində: tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışanlar; qadınlar-50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddət azı 15 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Odur ki, İddiaçı tərəfindən özünün bildirdiyi üzrə tütünçü kimi işlədiyi dövr 10 il 5 ay, 20 gün güzəştli dövr kimi qəbul edilsə belə (15 il tütünçü kimi iş stajı mövcud olmadığından), ona “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələbinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkünsüzdür. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh imtinasının əsası kimi İddiaçı tərəfindən inzibati orqana təqdim olunan sənədlər arasında Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təqdim edilməsi zəruri hesab olunan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququnu müəyyən edən iş yeri və ya səlahiyyətli orqandan arayışın verilməməsi və 15 il tütünçü kimi iş stajı mövcud olmadığına istinad etmişdir. Işin mübahisəli halı iddiaçının zərərli işdə işləməsi ilə bağlı vəzifəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən peşələrə aid olub-olmaması ilə bağlıdır. Iş materiallarından belə müəyyən olunur ki, iddiaçı ##.##.1984-cü ildən ##.##.1993- cü il tarixinədək (10 il 5 av 20 gün) Şəki rayonu Qoxmuq kənd “1 May Kolxozunda” Tütünçü kimi işləmişdir. Daha sonra 1995-ci il üzrə 230 gün olmaqla Tütünçü kimi işləmişdir. Bundan sonra ##.##.1993-cü ildən ##.##.1994-cü ilə kimi M.Ə.Rəsulzadə adına BDU-nin Şəki filialının yataqxanasında komendant vəzifəsində, ##.##.1994- cü ildən ##.##.2003-ci ilədək Lobarant vəzifəsində, ##.##.2003-cü ildən ##.##.2011-ci ilədək kargüzar vəzifəsində işləmişdir. Əmək fəaliyyətimin 11 ilini “Tütünçü” olaraq işləmişdir. Qeyd edilən xüsusat Əmək kitabçasinda qeyd edilməklə yanaşı X3 Filialının verdiyi ##.##.2022-ci il tarixli Arayışı ilə də təsdiq edilmişdir. Ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Iddiaçının ##.##.1984-cü ildən ##.##.1993-cü il tarixinədək Şəki rayonu Qoxmuq kənd “1 May Kolxozunda” Tütünçü kimi işləməsi mübahisələndirilmir və hazırda da həmin qurum mövcud olmadığından oradan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququnu müəyyən edən arayışın alınması mümkün deyil. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27.5.1-ci bəndində tütün istehsalı ilə məşğul olan fəhlələrin 13 vəzifə üzrə adları qeyd edilmişdir. Iddiaçıya münasibətdə işdə olan arxiv arayışlarında yalnız iş günləri göstərilmişdir. Onun kolxoza üzv qəbul edilərkən vəzifəsinin tütünçü kimi qeyd edilməsi isə iddiaçının iradəsindən asılı olan bir hal deyil və bu əsasla onun pensiya hüquqları məhdudlaşdırıla bilməz. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-****/**** nömrəli, ## #### 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli və s.). Hazırkı iş üzrə cavabdeh yalnız iddiaçının tutduğu vəzifənin adının düzgün qeyd edilmədiyinə görə sənədlərdə olan məlumatlara əsasən onun güzəştli iş stajını müəyyən edilməsinin mümkünsüzlüyünə istinad etmişdir. Lakin nəzərə almamışdır ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamaqla yanaşı, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta (iddiaçının tütün istehsalı ilə məşğul olan fəhlələrə aid peşədə işləməsi) dair həqiqi vəziyyəti dəqiq əks etdirir. Odur ki, cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə olunmalıdır.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəilləri ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və X6 məlumatlara əsasən ümumi sosial sığorta stajı 27 il 8 gün təşkil edir. Məhkəmə İddiaçı “Əmək pensiyaları” haqqında Qanunun 9.1-ci maddəsi əsasında güzəştli iş stajı olması qənaətinə gəlib. Lakin əmək fəaliyyətinin kolxozda həyata keçirilməsini nəzərə almayaraq Qanunun 9.8-ci maddəsinə istinad etməmişdir. Hazırki Qanunun 9.8-ci maddəsinin mövcudluğu da məhz yeni və əvvəlki pensiya qanunvericiliyindəki belə fərqlərin aradan qaldırılmasına əsaslanmışdır. Yeni pensiya qanunvericiliyi ##.##.2006-cı il tarixində qüvvəyə mindiyindən artıq ləğv olmuş kolxozlarla bağlı müddəa qanunvericilikdən çıxarılmışdır. Bunun əvəzinə isə Qanuna 9.8-ci maddə gətirilərək əvvəlki qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyası hüququ təsbit edilmişdir. Burda da tələb şəxsin ##.##.2006-cı il tarixinə kimi müəyyən staj toplaması olmuşdur. Qanunvericiliyi ətraflı təhlil etdikdə görürük ki, kolxozda hər hansı zərərli sahədə fəaliyyət göstərən şəxs, əgər onun tutduğu vəzifə “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin z bəndində nəzərdə tutulubsa artıq həmin bəndə uyğun Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıya istinad etmədən 13-cü maddənin z bəndindəki stajı topladığı halda güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Odur ki, hazırki işə münasibətdə İddiaçı kolxozda tütünçü kimi 15 il iş stajı olsaydı, məhkəmə o zaman iddianın təmin edilməsində haqlı olardı. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. III. Əmək pensiyaları təyin edildikdə iş stajının hesablanması Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://e-qanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 27. Yeyinti sənayesi 27.5.1. tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, 27.5.2. a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.
20. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair **/**** saylı # ####### 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının marağı ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
29. Iş materialları ilə iddiaçının ##.##.2006-cı il tarixədək 10 ildən artıq – 10 il, 5 ay, 19 gün xüsusi (tütünçü) və 20 ildən artıq - 21 il 6 ay 21 gün (##.##.1981-##.##.1993, ##.##.1993-##.##.2003, ##.##.2003-##.##.2006) ümumi iş stajının olması müəyyən edilir.
30. Iddiaçı, ##.##.1966-cı ildə doğulmuşdur. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi ##.##.2018-ci il tarixdə yaranır.
31. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının kolxozda tütünçü işlədiyi dövrə Qanunun 9.1-ci maddəsindəki 10 illik xüsusi staj tələbini tətbiq etmiş, halbuki həmin dövr Qanunun 9.8-ci maddəsi və əvvəlki qanunvericilik əsasında 20 il ümumi, 15 il isə tütünçü kimi iş stajı şərti ilə qiymətləndirilməli idi. Iddiaçının tütünçü kimi təsdiqlənən stajı 15 ilə çatmadığından, məhkəmə maddi hüquq normasını səhv tətbiq etmişdir.
32. Iddiaçı, kolxozda işlədiyi dövrlərdə bəzi illərdə (1987, 1989, 1990-1992) minimum adam günü normasını yerinə yetirməklə bərabər qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı # ###### 2007-ci il tarixli 04/05-**** №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarında istinad olunub). 33.“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə görə kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında qadınlar 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
34. Iddiaçının həmin zərərli işdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "z" bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 10 ildən artıq işlədiyinə gəldikdə, burada yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Hazırkı halda, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. Iddiaçı isə həm ümumi stajı (20 il), həm də xüsusi stajı (10 il) toplamışdır.
35. Oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, # #### 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz.
36. Iş materiallarında olan Şəki rayon Dövlət Arxivinin ##.##.2022-ci il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçı, Şəki rayonu Qoxmuq kənd “1 May Kolxozunda” 1984- 1993-cü və 1995-ci illərdə tütünlə bağlı əmək fəaliyyətini həyata keçirmişdir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarına * №-li əlavədə - Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısında nəzərdə tutulmuş Tütün istehsalı 2240500a a) fəhlələr - Tütün yarpaqlarını düzənlər (2240500a—17721), Tütün quruducuları (2240500a—18990) vəzifələrinə uyğun gəlir.
38. Ali Məhkəmənin Inzibati kollegiyası 2- *(***)-****/**** saylı # ###### 2018-ci il tarixli, *-*(***)-***/**** saylı ## ###### 2019-cu il tarixli, *-*(***)-****/**** saylı ## ##### 2019-cu il tarixli və *-*(***)-***/**** saylı ## ###### 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
39. Iş materiallarından görünür ki, iddiaçı, cavabdeh orqana ##.##.2025-ci ildə müraciət etmişdir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablana bilər.
40. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlərlə malik olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.