Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-292/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı Abdullayev İlham İlqar oğlunun cavabdeh cavabdeh2 Şəki rayonu üzrə icra və probasiya şöbəsinə qarşı “icra məmurunun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həbsin təcili qaydada dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı Abdullayev İlham İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək icra məmurunun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həbsin təcili qaydada dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin Böyük icra məmuru X1 tərəfindən ##.##.2026-cı il tarixdə “HYUNDAİ SONATA”, dövlət qeydiyyat nişanlı ** LD *** olan avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarın tam əsassız və qanunsuz olduğunu bildirir. Belə ki: 1.*i-***** nömrəli icra qeydinə (icra qeydi ləğv olunmalıdır, bunun üçün digər iddia ərizəsi ilə müraciət olunub) əsasən öhdəlik tam icra olunub – borc yoxdur. xxxx ASC üzrə danışıqlar əsasında ipoteka kreditinin əsas borcu və faizləri tam şəkildə ödənilmiş, bankın öz qərarı ilə ipoteka predmeti girovdan çıxarılmışdır və Mərkəzləşdirilmiş kredit reyestrindən əldə edilmiş çıxarış borcun hüquqi cəhətdən tam bağlandığını təsdiq edir. - İddiaçı əlavə olaraq bildirmişdir ki, ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi — Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən ##.##.2026-cı il tarixli müraciətinə ##.##.2026-cı il tarixli, **-*/*-A***-**-****/**** nömrəli rəsmi cavab məktubu verilmişdir. Həmin məktubda Fond, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin ##.##.2022-ci il tarixli *i-***** nömrəli icra sənədinə istinad edərək, ##.##.2026-cı il tarixinə banka cəmi 11 880,68 AZN kredit, 371,85 AZN komissiya və 25 AZN dövlət rüsumu borcunun olduğunu bildirmişdir .
3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ##### 2026-cı il tarixli *-*(*- **)-***/**** nömrəli qərardadı ilə iddiaçı Abdullayev İlham İlqar oğlunun cavabdeh cavabdeh2 Şəki rayonu üzrə icra və probasiya şöbəsinə qarşı “icra məmurunun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həbsin təcili qaydada dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır.
4. Məhkəmə qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki mübahisə Şəki rayonu üzrə icra və probasiya şöbəsi tərəfindən edilən hərəkətlər– mülki mühakimə icraatı əsasında qəbul edilmiş icra sənədinin icra edilməsi ilə əlaqədar yaranmışdır. - Məhkəmə, iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab etmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. - İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. - Qeyd edilənlərin davamı olaraq, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. - İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. - “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. - İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. - cavabdeh2 İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. - Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
5. İddiaçı Abdullayev İlham İlqar oğlu həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinə baxılması üçün iş materiallarının Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçının apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə əsaslı şəkildə baxılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh tərəfindən qanunun tələbləri icra edilməmiş, məhkəmə nəzarəti qaydasından yayınaraq qanunsuz hərəkətlərə yol verilmişdir. Məhz icra məmurunun qanunsuz hərəkətləri onun mülkiyyət hüququnu birbaşa pozan və ləğv edilməli olan fərdi xarakterli inzibati aktdır. Eyni zamanda, icra işinə əsas olan 8i-18596 və *i-***** nömrəli icra qeydlərinin ləğv olunaraq icra işinə xitam verilməsi üçün Şəki rayon məhkəməsinə müraciət olunmuş və iş məhkəmə tərəfindən icraata götürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli qərarı:
12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
18. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
19. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəyicə ilə razılaşaraq hesab edir ki, iddianın mümkün sayılmamalıdır.
21. Belə ki, hazırkı mübahisə Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin *i-***** nömrəli, ##.##.2022-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Şəki rayonu üzrə icra və probasiya şöbəsinin “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” ## ###### 2026-cı il tarixli qərarın qəbul edilməsi nəticəsində yaranmış və iddiaçının tələbi həmin qərarın ləğv edilməsi və həbsin təcili qaydada dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur.
22. Belə ki, mübahisələndirilən qərarla iddiaçının mülkiyyətində olan avtomobil üzərinə həbs qoyulmuşdur. Mübahisənin predmeti icra qeydinin icrasının həyata keçirilməsi prosesində yaranan münasibətlərdən irəli gəldiyindən, ilk növbədə həmin münasibətlərin hüquqi təbiətinin müəyyən edilməsi tələb olunur.
23. Kollegiya qeyd edir ki, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, habelə həyata keçirilən hərəkətlər və ya yol verilən hərəkətsizliklər inzibati hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmiş fəaliyyət kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin qərar və hərəkətlərin inzibati məhkəmə icraatı qaydasında ayrıca inzibati iddia predmeti kimi mübahisələndirilməsi mümkün hesab edilmir.
24. Bundan başqa, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar fəaliyyəti mahiyyət etibarilə inzibati orqanın inzibati hüquq münasibətləri çərçivəsində həyata keçirdiyi fəaliyyət deyil. Bu baxımdan icra sənədinin icrası zamanı qəbul edilən qərarlar inzibati akt, həyata keçirilən hərəkətlər isə inzibati orqanın inzibati hüquq münasibətləri ilə bağlı faktiki xarakterli hərəkətləri kimi qiymətləndirilə bilməz.
25. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
26. Qeyd edilənlərin davamı olaraq, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
27. Beləliklə, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün zəruri olan inzibati hüquq münasibətinin mövcudluğu müəyyən edilmir.
28. Belə ki, qanunvericilik icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi imkanını nəzərdə tutsa da, həmin mübahisələrin baxılma qaydasını ümumi inzibati mübahisələrdən fərqli müəyyən etmişdir.
29. Beləliklə, icra qurumunun icra sənədinin icrası ilə bağlı qəbul etdiyi qərarlar, həyata keçirdiyi hərəkətlər və ya yol verdiyi hərəkətsizliklər üzrə yaranan münasibətlər inzibati hüquq münasibətləri hesab edilə bilmədiyindən, həmin mübahisələrin inzibati məhkəmə icraatı qaydasında həll edilməsi istisna olunur.
30. Kollegiya onu da nəzərə alır ki, cavabdeh2 İcra Xidməti “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilsə də, bu hal özlüyündə icra məmurlarının məhkəmə aktlarının icrası ilə bağlı fəaliyyətinin inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qiymətləndirilməsi üçün əsas vermir. Həmin fəaliyyətin məqsədi inzibati idarəetmənin həyata keçirilməsi deyil, məhkəmə qərarının icrasının təmin edilməsidir.
31. Beləliklə, işin halları və tətbiq edilməli hüquq normaları birlikdə qiymətləndirildikdə, hazırkı tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı qənaətinə gəlinir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni hesab edilməlidir.
32. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
33. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
34. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
35. Məhkəmə kollegiyası yekunda qeyd edir ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü tələb Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin *i-***** nömrəli, ##.##.2022-ci il tarixli icra qeydinin icrası ilə bağlı icra məmurunun fəaliyyəti nəticəsində yaranmış münasibətlərdən irəli gəlir və həmin münasibətlər inzibati hüquq münasibətləri kimi qiymətləndirilə bilməz. Belə ki, icra sənədinin icrası ilə əlaqədar qəbul edilən qərarlar, həyata keçirilən hərəkətlər və ya hərəkətsizliklər inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyətinin nəticəsi olmayıb, icra qeydinin icrasının təmin edilməsinə yönəlmiş prosessual fəaliyyətin tərkib hissəsini təşkil edir. Bu səbəbdən iddiaçının irəli sürdüyü tələb inzibati məhkəmə icraatı qaydasında baxıla biləcək mübahisələr kateqoriyasına aid deyildir.
36. Belə ki, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, həyata keçirilən hərəkətlər və ya yol verilən hərəkətsizliklər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən bu qəbildən olan işlərə də mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
37. Həmçinin iddiaçının şikayətə əlavə etdiyi Şəki rayon məhkəməsinin qərardadından görünür ki, icra qeydinin verilməsinə əsas olan kredit müqaviləsinə əsasən iş üzrə icraata xitam verilməsi iddiaçı tərəfindən mübahisələndirilmiş, hazırda material məhkəmənin icraatındadır. İddiaçının isə hazırda mübahisələndirdiyi Şəki rayonu üzrə icra və probasiya şöbəsinin “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” ## ###### 2026-cı il tarixli qərarı həmin işin tərkib hissəsi olmaqla qərarın nəticələrinə təsir edir.
38. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.
39. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində iddia tələbinin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş edir.
40. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün qaytarılması hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra asılı (törəmə) tələb olduğundan, həmin qərardad isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı
İddiaçı Abdullayev İlham İlqar oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.