Məhkəmə qərarları › İş №2-1(3-10)-295/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-295/2026

16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-295/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birinci dərəcəli əlil olan qızı X2 qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət üzrə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. MEIS-in “Əlillik” altsistemindən çıxarışlara əsasən ##.##.2005-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2023-cü il tarixdən müddətsiz olaraq 90 faiz OFP-nin pozulması müəyyən edilmişdir.

2. Ağsu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə ##.##.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

3. Ağsu Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli ** nömrəli sərəncamına əsasən İddiaçı övladı X2 üzərində qəyyum təyin edilmişdir.

4. Iddiaçı hazırkı tələblə 19.12.20324-cü il tarixdə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ##.##.2025-ci il tarixli, *-**-*/*-C-****/**** nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Imtina onunla əsaslanıdırılmışdır ki, Ağsu rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, ** nömrəli sərəmcamına əsasən İddiaçı ##.##.2024-cü il tarixdən Ilahə Cəlilova üzərində qəyyum təyin edildiyindən iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ərizədə qeyd edilən dövr üzrə Prezident təaqüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda X2 qulluq etdiyi üçün iddiaçıya ##.##.2024-cü il tarixdən 100 manat məbləğində AR Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

6. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birinci dərəcəli əlil olan qızı X2 qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət üzrə hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır. Iddiaçının qızı X2 ##.##.2005ci il tarixində anadan olmuşdur. O, anadangəlmə xəstədir. Belə ki, övladı uşaq serebral iflici, lal-karlıq, ağır dərəcəli əqli zəiflik diaqnozları ilə xəstədir. Həmin xəstəliklərlə əlaqədar olaraq qızına müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanına əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi iddiaçıya təqaüd təyin edilmiş,övladının 18 yaşı tamam olanadək həmin təqaüd ödənilmişdir. Lakin övladının 18 yaşı tamam olduqdan sonra təqaüd dayandırılmış və bildirilmişdir ki, yenidən təqaüdün verilməsi üçün qızına qəyyum təyin edilməlidir. Bu məqsədlə iddiaçı Ağsu Rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciət etmiş, həmin orqandan bildirilmişdir ki, qəyyum təyin edilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edilməlidir. Bundan sonra iddiaçı müvafiq ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin məhkəmə qətnaməsini Ağsu Rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına təqdim etdikdən sonra iddiaçı qızı X2 qəyyum təyin edilmişdir. Bundan sonra, ##.##.2024-cü il tarixdən iddiaçıya yenidən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda da ödəniş davam etdirilir. Lakin, iddiaçıya təqaüdün dayandırıldığı ##.##.2023-cü il tarixdən təqaüdün bərpa olunduğu ##.##.2024-cü il tarixədək olan müddət üçün təqaüd ödənilməmişdir. Bununla əlaqədar cavabdeh təşkilata müraciət etmiş, ona cavabdeh təşkilat tərəfindən ## ###### 2025-ci il tarixli, *-**-*/*-C-****/**** nömrəli məktubla cavab verilmişdir. Məktubda həmin dövr üzrə Prezident təqaüdünün təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi qeyd edilmişdir.

8. Cavabdeh etirazını ilkin imtina məktubunun dəlilləri ilə əsaslandırmış, əlavə olaraq onu qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. X2 18 yaşı tamam olan tarixdən dərhal sonra ##.##.2023- cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 90 faiz) əlillik müəyyən edilmişdir.

9. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı OFPnin 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq OFP-nin 90 faiz pozulması dərəcəsi ilə əlilliyi müəyyən edilmiş övladı X2 qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət üzrə hesablanıb iddiaçıya ödənilməsindən ibarətdir. Iş materiallarından görünür ki, iddiaçının övladı X2 OFP-nin 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Əlilliyin müəyyən edilmə tarixi ## #### 2023-cü il qiymətləndirmə tarixli göndəriş əsasında ## ###### 2023-cü il tarixindən müəyyən edilmişdir. Iddiaçı ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət üzrə Prezident təqaüdünün ödənilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, yuxarıda göründüyü kimi X2 əlilliyi ## ###### 2023-cü il tarixindən müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqaüdün ödənilməsi ##.##.2024-cü il tarixindən davam etdirilmişdir. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ## ##### 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Işin hallarına əsasən X2 18 yaşına çatanadək qulluq etdiyi üçün anası İddiaçı sözügedən təqaüd ödənilmişdir. Şəxsin 18 yaşına çatdıqdan sonra ödəniş dayandırılması ilə bağlı müvafiq norma mövcud olmadığından məhkəmə cavabdehin hərəkətini qanunsuz hesab edir. Bundan başqa X2 əlilliyi ## ###### 2023-cü il tarixindən müəyyən edilmişdir, yəni müvafiq təqaüdün ödənilməsinin əsas şərti əlilliyin müəyyən edilməsi olduğundan cavabdeh tərəfindən iddiaçının qəyyum təyin edilməsinə dair Ağsu rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli sərəncamı əsas götürülməklə Prezident təqaüdünün ödənilməsinin davam etdirilməsinin hüquqi əsası olmamışdır. Belə ki, Qaydanın 2.2.3-cü bəndində təsbit edilən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətinin təqdim edilməsi şərti ödənişin təyin edilməsi tarixinin məhdudlaşdırılması kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara yekun olaraq məhkəmə qeyd edir ki, iddia tələbi qismən, ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət üzrə X2 qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün hesablanıb iddiaçıya ödənilməsi hissəsində əsaslı, ## ###### 2023-cü il tarixndən ##.##.2023-cü il tarixinədək olan müddətdə isə əsassızdır.

11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qızı X2 18 yaşının tamam olduğu ##.##.2023-cü il tarixədək AR Prezidentinin təqaüdünü almışdır. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

16. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli Qərarı: 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir. 1.3. 2019-cu il #####in #-dək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə təqaüd onların əmək pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzinə verilir. 1.4. 2019-cu il #####in #-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il #####in #-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il #####in #-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, əlilliyi olan uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.

17. “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına iddianın təmin olunan hissədə qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

23. Iş materiallarından görünür ki, iddiaçının qızı Ilahə Cəlilova ## ###### 2005-ci ildə anadan olmuşdur. Ilahə Cəlilovanın 18 yaşına çatanadək əlilliyi olmuş və iddiaçı ona qulluq edən şəxs kimi təqaüd almışdır.

24. Ilahə Cəlilova ## ###### 2023-cü ildə 18 yaşına çatmış, bundan sonra iddiaçıya təqaüdün ödənişi dayandırılmışdır. Ilahə Cəlilova barəsində ## #### 2023-cü ildə tibbi göndəriş verilmiş, ## #### 2023-cü ildə göndərişin natamam doldurulması əsası ilə əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında ## ###### 2023-cü ildə əyani müayinə aparılmış və yekun qiymətləndirmə nəticəsində Ilahə Cəlilovanın 90 faiz OFP-sı ## ###### 2023-cü ildən müddətsiz müəyyən edilmişdir.

25. Ağsu Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ilə Ilahə Cəlilova fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Ağsu Rayon Icra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanının ## #### 2024-cü il tarixli qərarı ilə iddiaçı onun qəyyumu təyin olunmuş və bundan sonra təqaüdün iddiaçıya ödənilməsi bərpa edilmişdir.

26. Iddiaçı ## ###### 2023-cü ildən təqaüdün bərpa edildiyi tarixədək ödənilməmiş təqaüd məbləğinin ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçının izahatından və işin mübahisəsiz hallarından görünür ki, Ilahə Cəlilova 18 yaşına çatanadək, yəni ## ###### 2023-cü il daxil olmaqla iddiaçıya müvafiq təqaüd ödənilmişdir. Buna görə həmin tarixədək olan dövr üzrə iddiaçının hüquqi marağı mövcud deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməmiş və iddiaçı həmin hissədən apellyasiya şikayəti verməmişdir.

27. Odur ki, hazırkı apellyasiya icraatında ## ###### 2023-cü ildən ## #### 2024-cü ilədək olan dövr üzrə iddia tələbinin əsaslılığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyi yoxlanılmalıdır.

28. Nazirlər Kabinetinin ## #### 2019-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.5.3-cü yarımbəndinə əsasən əlilliyi olan uşağın əlillik müddəti bitdikdə və ya ləğv edildikdə təqaüdün ödənişi dayandırılır. Qaydaların 3.6-cı bəndinə görə isə təqaüdün ödənişi həmin halın yarandığı gündən dayandırılır.

29. Işin halları ilə müəyyən olunur ki, Ilahə Cəlilovanın əlilliyi olan uşaq kimi müəyyən edilmiş əlillik müddəti ## ###### 2023-cü ildə başa çatmışdır. Bundan sonra onun artıq yetkinlik yaşına çatmış şəxs kimi əlilliyinin qiymətləndirilməsi ilə bağlı ayrıca icraat aparılmış və yekun nəticədə orqanizminin funksiyalarının 90 faiz pozulması ## ###### 2023-cü ildən müddətsiz müəyyən edilmişdir.

30. Qaydaların əvvəlki redaksiyasının 3.5.4-cü yarımbəndində sağlamlıq imkanları məhdud uşağın 18 yaşına çatması təqaüdün ödənişinin ayrıca dayandırılması əsası kimi nəzərdə tutulmuş, həmin yarımbənd ## #### 2022-ci il tarixli ** nömrəli Qərarla ləğv edilmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2022-ci il tarixli ** nömrəli Qərarının preambulasından görünür ki, dəyişikliklər əlilliyin müəyyən edilməsinin yeni modelinə keçidlə əlaqədar Qaydaların ## #### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanuna uyğunlaşdırılması məqsədilə edilmiş, eyni dəyişiklik aktı ilə Qaydaların 3.5.3-cü yarımbəndi yeni redaksiyada verilərək 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsi təqaüdün ödənişinin dayandırılması əsası kimi saxlanılmışdır.

32. Odur ki, 3.5.4-cü yarımbəndin ləğvi 18 yaşa çatdıqdan sonra əvvəlki təqaüdün fasiləsiz davam etdirilməsini nəzərdə tutan dəyişiklik kimi qiymətləndirilə bilməz. Əksinə, 18 yaşa çatma ayrıca dayandırma əsası kimi normadan çıxarılsa da, həmin yaşadək müəyyən edilmiş əlillik müddətinin bitməsi ilə bağlı dayandırma əsası qüvvədə saxlanılmışdır. Əgər dəyişikliklə əvvəlki təqaüdün 18 yaşdan sonra da davam etdirilməsi nəzərdə tutulsaydı, eyni qərarla əlillik müddətinin bitməsinin dayandırma əsası kimi yenidən təsbit edilməsi, eləcə də yetkinlik yaşına çatmış əlilliyi olan şəxslərə qulluq edən şəxsin müəyyənləşdirilməsinə dair Qaydaların 2.2.1 və 2.2.3-cü yarımbəndlərində ayrıca tənzimləmələrin saxlanılması məntiqsiz olardı.

33. Ilahə Cəlilovanın 90 faiz OFP-nin ## ###### 2023-cü ildən müəyyən edilməsi onun əlillik statusunda fasilə yaratmasa da, təqaüd ödəniləcəyi şəxs üçün yeni hüquqi vəziyyət yaranmışdır. Belə ki, ## ###### 2023-cü ilədək söhbət əlilliyi olan uşağa qulluqdan, ## ###### 2023-cü ildən isə 90 faiz OFP müəyyən edilmiş yetkinlik yaşına çatmış şəxsə qulluqdan gedir və Qaydalar həmin şəxslərə qulluq edən şəxsin müəyyənləşdirilməsi üçün fərqli tələblər nəzərdə tutur.

34. Qaydaların 1.2-ci bəndinə əsasən təqaüd orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə deyil, ona qulluq edən şəxsə verilir. Qaydaların 1.6-cı bəndinə görə valideynlər ailə üzvləri sırasına daxildir. Bununla yanaşı, Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən 81–100 faiz OFP müəyyən edilmiş yetkinlik yaşına çatmış şəxsin ailə üzvünə təqaüd verilməsi üçün həmin ailə üzvünün həqiqətən ona qulluq etdiyini təsdiq edən əlilliyi olan şəxsin ərizəsi və qohumluq əlaqəsini təsdiq edən sənədlər tələb olunur. Əlilliyi olan şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə Qaydaların 2.2.3-cü yarımbəndinə əsasən qulluq edən şəxsin onun qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı tələb edilir.

35. Beləliklə, yetkinlik yaşına çatmış əlilliyi olan şəxsə qulluq edən şəxsin kimliyi onun hüquqi statusundan asılı olaraq fərqli qaydada təsbit edilir: fəaliyyət qabiliyyəti olan şəxsə kim tərəfindən qulluq edilməsi onun öz iradəsi ilə; fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq edən isə qəyyumluq və himayəçilik orqanının qərarı ilə müəyyən olunur.

36. Kollegiya qeyd edir ki, bu tənzimləmənin məqsədi dövlət büdcəsindən ödənilən təqaüdün qanuni ünvanını müəyyənləşdirməkdir. Qaydaların 3.2-ci bəndinə əsasən bir nəfər əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir. Buna görə təqaüdün konkret olaraq kimə ödənilməsinin dəqiq müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır.

37. Iddiaçının ## ###### 2023-cü ilədək təqaüd alması onun əlilliyi olan uşağa qulluq edən şəxs kimi müəyyən edilmiş olmasından irəli gəlmişdir. Ilahə Cəlilova yetkinlik yaşına çatdıqdan sonra isə təqaüdün sonrakı dövrdə kimə ödənilməli olması Qaydaların yetkinlik yaşına çatmış əlilliyi olan şəxslərə münasibətdə müəyyən etdiyi şərtlər əsasında qiymətləndirilməli idi.

38. Iş materiallarında Ilahə Cəlilovanın ## ###### 2023-cü ildən sonrakı dövrdə iddiaçının həqiqətən ona qulluq etdiyini təsdiq edən, Qaydaların 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş ərizəsi mövcud deyildir.

39. Qaydaların 1.5-ci bəndində müraciət müddətindən asılı olmayaraq təqaüdün onu almaq hüququ yarandığı gündən təyin edilməsi nəzərdə tutulmuşdur. Ilahə Cəlilova məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, iddiaçı isə yalnız ## #### 2024-cü il tarixdən onun qəyyumu təyin olunmuşdur. Bununla da fəaliyyət qabiliyyəti olmayan Ilahə Cəlilovaya qulluq üzrə təqaüdün məhz iddiaçıya ödənilməsi üçün Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi əsas həmin tarixdə yaranmışdır.

40. Şərh olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, iddiaçı ## ###### 2023-cü ildən ## #### 2024-cü ilədək Qaydaların 2.2.1 və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş qaydada təqaüd almağa hüququ olan qulluq edən şəxs kimi müəyyən edilmədiyindən, həmin dövr üzrə ödənilməmiş təqaüdün verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

41. Buna görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddianın təmin edildiyi hissədə (yəni, iddiaçı İddiaçı OFP-nin 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində) ləğv edilir. Həmin hissədə yeni qərar qəbul edilməklə iddiaçı İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “OFP-nin 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq edən şəxs kimi təyin edilmiş Prezident təqaüdünün ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət üzrə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar