Məhkəmə qərarları › İş №2-1(3-10)-3/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-3/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-3/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 37,88 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə ( Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 37,88 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsi (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi bələdiyyə aktı qəbul edilən gündən, hətta icarə müqaviləsi bağlanana qədər onun faktiki icarəsinə verilmişdir, hazırda da icarəsindədir, torpaq sahəsindən təyinatına uyğun istifadə həyata keçirilir, icarə haqları ödənilir. Ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməsi mümkünsüzdür, çünki həmin təşkilat ləğv edilmişdir. Bundan başqa ərizəyə yerli bələdiyyə tərəfindən təsdiq edilmiş elektron xəritədən çıxarış əlavə edilmişdir. Bu sənəd sübut edir ki, torpaqların elektron qeydiyyat bazasında icarəsinə verilmiş torpaq sahəsi barədə məlumat var. Həmin məlumat torpaq sahəsinin məhz onun icarəsində olması barədədir.

3. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Zərdab rayonu Çallı kəndində yerləşən 50.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə Üçüncü şəxs qərarının ##.##.2000-ci il tarixdə verilməsinə baxmayaraq, icarə müqaviləsinin ##.##.2007-ci il tarixdə bağlanılması, həmçinin, icarə müqaviləsində icarə müddətinə düzəliş edilməsi və icarə haqqının 2013-cü ildən hesablanmasının qeyd olunması və yerquruluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməməsi Zərdab rayonu Çallı kəndində yerləşən 50.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılarkən və ya ayrıldıqdan sonra ciddi qanun pozuntusuna yol verilməsinə əsaslı şübhə yaratmışdır.

4. Cavabdehin ##.##.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: - iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 36.8 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. - Iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 17.8 ha torpaq sahəsinin 5.68 ha hissəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, 12.12 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlar kimi göstərilmişdir. - Iddia olunan torpaq sahəsinin 12.12 ha hissəsinin xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi (JN- 045, JN-046, JN-048, JN-49, JN-055, JN-056, JN-057, JN-058, JN-059, JN-060) vəziyyəti Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUIS) uyğun verilmişdir.

5. Şəki Inzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ##.##.2024-cü il tarixli *-*(***)- */**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinin (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) üzərinə Zərdab rayon Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarına və Çallı bələdiyyəsi ilə bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş 37,88 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı Fəzli oğlunun icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı bələdiyyə qərarı və icarə müqaviləsinin mövcudluğu o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması işin mübahisəsiz halıdır. Zərdab rayon Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı hüquqmüəyyənedici sənəd olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsasdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

8. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsi (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş icarə müqaviləsində həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Üçüncü şəxs qərarı ##.##.2000-ci il tarixdə verilməsinə baxmayaraq icarə müqaviləsi ##.##.2007-ci il tarixdə bağlanılmışdır. Təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarış Zərdab rayon DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılması barədə rəyi əlavə edilməmişdir. Məhkəmə torpaq sahəsinin ayrılmasına dair Üçüncü şəxs qərarının verilmə tarixi ilə icarə müqaviləsinin fərqli tarixlərdə verilməsinə və həqiqiliyi təsdiqlənməmiş düzəliş edilməsinə münasibət bildirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı etiraz edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, icarəsində olan 50 ha torpaq sahəsinin 50 il müddətinə əkinçiliyin inkişafı məqsədi üçün verilməsinin nəzərə alınmasını, torpaq sahəsinin dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)- */**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. 14.2-ci maddəsinə əsasən maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3-cü maddəsinə əsasən yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması zamanı qüvvədə olan): 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 16.4-cü maddəsinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hazırda qüvvədə olan): 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) 6.1-ci maddəsinə əsasəb bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: ... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 43.2.1-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda ekspert və ya mütəxəssis inzibati icraatda iştirak edə bilməz. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

21. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

25. Apellyasiya şikayətinin dəlilləri hazırki qərarın 11-ci bəndində sadalanan hallardan ibarətdir.

26. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı bələdiyyə qərarı və icarə müqaviləsinin mövcudluğu o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması işin mübahisəsiz halıdır. Zərdab rayon Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı hüquqmüəyyənedici sənəd olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsasdır.

27. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmış və Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsi (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

29. Inzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

30. Ali Məhkəmə hazırki iş üzrə ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd etmişdir ki; -Apellyasiya instansiyası məhkəməsi Çallı bələdiyyəsinin hazırkı iddiaçıya qarşı qaldırdığı “icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” tələbinin rədd edilməsini əsas götürərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olmasına istinad etmişdir. Məhkəmə torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə bələdiyyə qərarının və həmin qərar əsasında bağlanmış icarə müqaviləsinin mövcudluğunu, eləcə də bu sənədlərin hazırda etibarlı olmasını iş üzrə mübahisəsiz hal kimi qiymətləndirmişdir. Bu yanaşmadan çıxış edərək apellyasiya instansiyası iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri hüquqi əsasların mövcud olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, istinad edilən — “icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” tələbinin rədd edilməsi barədə qətnamə hazırkı iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki, hazırkı inzibati işdə cavabdeh olan dövlət orqanı — “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in ** saylı Ucar Ərazi Idarəsi — həmin mülki işdə tərəf olmamış, bu səbəbdən, həmin iş üzrə müəyyən edilmiş hallar cavabdeh üçün məcburi hüquqi nəticə doğura bilməz. Mülki iş üzrə müəyyən edilmiş hal — bələdiyyənin icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinin ləğvi tələbinin sübut olunmaması — inzibati orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq sənədlərin həqiqiliyini və reyestr məlumatları ilə uyğunluğunu yoxlamaq vəzifəsini aradan qaldırmır. Belə ki, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. Hazırkı iş üzrə mübahisə predmeti — icarə hüququnun dövlət qeydiyyatına alınması — əvvəlki mülki iş üzrə mübahisə predmeti olan “icarə müqaviləsinin ləğvi”ndən mahiyyətcə fərqlidir. Bu səbəblərə görə apellyasiya instansiyası tərəfindən sözügedən qətnaməyə istinad etməklə nəticə çıxarılması hüquqi baxımdan əsassız və qanuna ziddir. Iş materiallarından göründüyü kimi, təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar və hüquqi qeyri-müəyyənliklər mövcuddur. Belə ki, Çallı bələdiyyəsinin ##.##.2000-ci il tarixli ** saylı iclas protokolunda 50 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi nəzərdə tutulsa da, həmin qərardan xeyli müddət sonra – ##.##.2007-ci il tarixdə bağlanmış icarə müqaviləsində icarə müddəti 20 il göstərilmişdir. Müqavilədə icarə haqqının yalnız 2013-cü ildən hesablanması, həmçinin sənəddə sonradan edilmiş düzəliş və müdaxilələrin əlamətləri olduğu görünür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun “Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər” adlanan 11-ci maddəsində qeyd edilmişdir ki, “təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.” Göründüyü kimi, müqavilədə bir sıra ziddiyyətlər olduğu halda apellyasiya məhkəməsi bunları görməzdən gəlmiş və buna münasibət bildirməmişdir. Bu mənada həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə istinad etməsi də başa düşülən deyil. Belə ki, həmin prinsip yalnız hüquqi baxımdan ardıcıl, aydın və şübhə doğurmayan sənədlər mövcud olduqda tətbiq edilə bilər. Halbuki təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar, müxtəlif illərə dair qərar və müqavilələrdə uyğun gəlməyən məlumatlar, eləcə də sənədlərin mətnində edilmiş müdaxilələr onların etibarlılığını şübhə altına alır. Belə hallarda etimadın qorunması prinsipinə əsaslanaraq sənədlərin mübahisəsiz və hüquqi qüvvədə hesab edilməsi əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsinin həmin prinsipə istinad etməklə sənədlərin etibarlılığını araşdırmaması və onların hüquqi nəticələrini qiymətləndirməməsi obyektiv araşdırma prinsipinin mahiyyətinə uyğun gəlmir. Işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinə dair yuxarıda sadalanan sənədlər qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır. Göründüyü kimi, həmin norma örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin hazırda qüvvədə olan 16-cı maddəsi yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, qeyd edilməlidir ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların II və III bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların II və III bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, III bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Başqa sözlə, örüş sahələri hazırkı qanunvericiliyə görə də bir qayda olaraq 10 ildən 15 ilədək icarəyə verilə bilər. Halbuki, hazırkı işdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi 50 il müddətinə icarəyə verilməsi barədə qərar qəbul olunmuş, bundan sonra 2007-ci ildə 20 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. Bu da göstərilən normanın tələblərinin pozulması anlamına gəlir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan ziddiyyətləri araşdırmadan yekun nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, inzibati mübahisə üzrə iddianın təmin edilməsi yalnız cavabdehin imtina zamanı bildirdiklərinin və daha sonra məhkəmə icraatı gedişində şikayətdə göstərdikləri dəlillərin əsassız olmasının müəyyən olunmasından asılı deyildir. Məhkəmə iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələ bilmək üçün həm də iddiaçının tələb etdiyi məzmunda iddiasının təmin edilməli olduğu ilə bağlı nəticəyə gəlməli, bu zaman etirazın və şikayətin dəlilləri ilə bağlı olmadan qanunvericilikdə tələb olunan bütün şərtlərin mövcudluğunu xidməti vəzifəsinə görə apardığı araşdırmanın nəticəsi əsasında mötəbər sübutlara istinadla dəqiq müəyyən etməlidir.

31. Məhkəmə kollegiyası tərəfindən də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmışdır.

32. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir.

33. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının icraatında olan *-*(*-**)- */**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli məktubla Zərdab rayonu, Çallı Bələdiyyəsinə sorğu göndərilmiş, Bələdiyyə qarşısında aşağıdakı suallar qoyulmuşdur: Çallı bələdiyyəsinin ##.##.2000-ci il tarixli ** saylı iclas protokolunda 50 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi nəzərdə tutulsa da, həmin qərardan xeyli müddət sonra – ##.##.2007-ci il tarixdə bağlanmış iddiaçının məhkəməyə təqdim etdiyi icarə müqaviləsində icarə müddətinin 20 il kimi göstərildiyi halda, bələdiyyənin təqdim etdiyi sənəddə həmin müddət 50 il olaraq qeyd edilmişdir. Həmin müddətlər arasında fərqlərin olmasının səbəbi nədir? ##.##.2007-ci il tarixdə bağlanmış icarə müqaviləsində icarə haqqının yalnız 2013-cü ildən hesablanması, həmçinin sənəddə sonradan edilmiş düzəliş və müdaxilələrin əlamətləri olduğu görünür. Həmin düzəliş və müdaxilələr kim tərəfindən və hansı məqsədlə edilmişdir? Bələdiyyədə saxlanılan həmin müqavilənin əslində düzəliş edilmiş tarixlərin necə qeyd edildiyini tədqiq etmək üçün qeyd edilən sənədin əslinin qısa bir müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir.

34. ## ###### 2026-cı il tarixli sorğuya cavab olaraq ## ###### 2026-cı il tarixli cavab məktubunda bildirmişdir ki, həqiqətən Zərdab rayon Çallı kənd sakini İddiaçı Fəzli oğluna Çallı bələdiyyəsindən ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə heyvandarlıq məhsulu istehsal etmək üçün 50.0 ha torpaq sahəsi icarəyə verilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı Fəzli oğlu 2010-cu ilin yanvar ayından 2015-ci ilin yanvar ayına kimi 5 il müddətinə Zərdab rayon Çallı bələdiyyəsinin sədri vəzifəsində işləyib. Bələdiyyə icarə müqavilələri 2 nüsxə hazırlanır və 1 nüsxə icarədarda, 1 nüsxəsi bələdiyyədə qalır. İddiaçı Fəzli oğlu 2015-ci ildə bələdiyyə sədri vəzifəsindən azad olunduqdan sonra həmin müqavilənin bələdiyyədə surəti qalmışdır. Müqavilənin surətinə və protokol kitabına (protokolun surəti əlavə olunur) baxdıqda müdaxilə hiss olunur. Müdaxilənin kim tərəfindən olunduğu onlara məlum deyildir. Məlumat üçün bildirilir ki, mübahisə predmeti olan 37.88 ha torpaq sahəsinin faktiki yerləşdiyi ərazi örüş təyinatlıdır və örüş torpaqlarını 15 ildən artıq icarəyə vermək olmaz. Həmin məktuba Çallı bələdiyyəsinin ##.##.2000-ci il tarixli * saylı protokolunun surəti əlavə edilmişdir.

35. Üçüncü şəxs ## #### 2026-cı il tarixli məktubla ünvanlanmış sorğu ilə Çallı Bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarının 2007-ci ilə qədər icra olunmamasının, ##.##.2007-ci il tarixdə bağlanmış icarə müqaviləsinin 2013-cü ildə qüvvəyə minməsinin səbəbinə aydınlıq gətirilməsi, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə ## ###### 2000-ci il tarixli qərarın nömrəsi “* saylı” kimi, protokolda 6 və protokoldan çıxarışda “* saylı” kimi göstərildiyindən qeyd edilən məsələni aydınlaşdırmaq məqsədi ilə Çallı bələdiyyəsində saxlanılan 2000-ci ilə aid 6, 7, * nömrəli qərarların əslinin ## #### 2026-cı il, saat 11:00-a təxirə salınmış məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş edilmişdir.

36. Hazırki qərarın 35-ci bəndində göstərilən sorğuya Zərdab rayonu, Çallı Bələdiyyəsi ## #### 2026-cı il tarixli cavab məktubunda qeyd etmişdir ki, ##.##.2000-ci il tarixli * saylı qərarın 2007-ci ilə qədər icra olunmamasının səbəbini belə izah edilə bilər ki, İddiaçı Fəzli oğlu 2000-ci ildə bələdiyyə icarə torpaq sahəsi götürmək üçün müraciət etmiş, ona torpaq sahəsi verilməsi üçün Çallı bələdiyyəsi ##.##.2000-ci il tarixli * saylı qərarla heyvandarlıq məhsulları istehsal etmək üçün 50 ha icarəyə torpaq sahəsi ayrılması üçün qərar vermişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etsə də, icarə haqqından yayınmaq üçün bələdiyyə ilə müqavilə bağlamamışdır. (Həmin vaxtı Zərdab rayon Icra Hakimiyyətinin Iqtisadi Məsələlər üzrə müavini vəzifəsində çalışırdı) Nəhayət 7 ildən sonra ##.##.2007-ci ildə bələdiyyə ilə müqavilə bağlamışdır. Həmin müqavilənin 2013-cü ildən qüvvəyə minməsi məsələsinə gəldikdə deyə bilərik ki, həmin müqavilə 2000-ci ildən qüvvəyə minmişdir. Mövcud qanunvericiliyə görə icarəyə verilərkən yararlı hala salmaq üçün 6 ilə qədər icarə haqqından azad oluna bilər. Müqavilədən görünür ki İddiaçı icarə haqqından yayınmaq üçün həmin hüquqdan da yararlanıb, yəni icarə haqqı 2013-cü ildən hasablanıb. Protokolun nömrəsinə gəldikdə qeyd etmişlər ki Protokol kitabında qərarın nömrəsi 6 olsa da, müqavilədə səhv olaraq 8 kimi yazılmışdır. Bələdiyyədə qalan müqavilənin surətində müqavilənin müddəti 50 il göstərilsə də, bu yaxınlarda bələdiyyənin arxivində müddət 20 il göstərilən 2-ci nüsxə də tapılmışdır. Həmin müqavilədən görünür ki, bələdiyyə qərarı 2000ci ildən 20 il müddətinə verilmişdir. Yəni həmin müqavilənin müddəti ## ###### 2020-ci ildə bitmişdir. Vaxtı bitmiş müqaviləyə çıxarış almaq qeyri-mümkündür .

37. Şəki Inzibati Məhkəməsi *-*(***)-*/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarda Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən iddiaçıya qarşı "icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair" Zərdab rayon Məhkəməsində iddia qaldırıldığı, lakin iddianın təmin edilmədiyi, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinin təmin edilmədiyi, odur ki, Zərdab rayon Çallı bələdiyyəsinin ## ###### 2000- ci il tarixli, ** saylı iclas protokolu və Çallı bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi qüvvədə olduğu qeyd edilmişdir. Beləliklə, hesab etmişdir ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı bələdiyyə qərarı və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması işin mübahisəsiz halıdır. Zərdab rayon Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı hüquqmüəyyənedici sənəd olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas olduğu qənaətinə gəlmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Plenum qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir.

39. Qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, "icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair" iddiası ilə bağlı yekun məhkəmə aktı hazırki inzibati iş üzrə cavabdeh üçün məcburi hüquqi nəticə doğura bilməz və iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz.

40. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, təqdim edilmiş icarə müqaviləsində həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Hazırki qərarın 34-cü bəndində qeyd edilmiş Zərdab rayon Çallı Bələdiyyəsinin sorğuya verdiyi cavabdan da görünür ki, müdaxilələrin olduğu qeyd edilsə də, həmin müdaxilələrin kimin tərəfindən edildiyi məlum deyildir.

41. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin Üçüncü şəxs qərarının ##.##.2000-ci il tarixdə verilməsinə baxmayaraq icarə müqaviləsinin ##.##.2007-ci il tarixdə bağlanılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki qərarın 36-cı bəndində əksini tapmış sorğuya cavabda Zərdab rayon Çallı bələdiyyəsi qeyd etmişdir ki, İddiaçı həmin torpaq sahəsindən istifadə etsə də, icarə haqqından yayınmaq üçün bələdiyyə ilə müqavilə bağlamamışdır.

42. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin torpaq sahəsinin ayrılmasına dair Üçüncü şəxs qərarının verilmə tarixi ilə icarə müqaviləsinin fərqli tarixlərdə verilməsinə və həqiqiliyi təsdiqlənməmiş düzəliş edilməsinə münasibət bildirməməsi ilə bağlı qeyd edir ki, Çallı Bələdiyyəsi ## #### 2026-cı il tarixli sorğuya cavabında qeyd etmişdir ki, Çallı bələdiyyəsi ##.##.2000-ci il tarixli * saylı qərarla heyvandarlıq məhsulları istehsal etmək üçün 50 ha icarəyə torpaq sahəsi ayrılması üçün qərar vermişdir. Nəhayət 7 ildən sonra ##.##.2007-ci ildə bələdiyyə ilə müqavilə bağlamışdır. Mövcud qanunvericiliyə görə icarəyə verilərkən yararlı hala salmaq üçün 6 ilə qədər icarə haqqından azad oluna bilər. Müqavilədən görünür ki İddiaçı icarə haqqından yayınmaq üçün həmin hüquqdan da yararlanıb, yəni icarə haqqı 2013-cü ildən hasablanıb.

43. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması zamanı qüvvədə olan) 16.4-cü maddəsinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər. Hazırkı işdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi 50 il müddətinə icarəyə verilməsi barədə qərar qəbul olunmuş, bundan sonra 2007-ci ildə 20 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. Bu da göstərilən normanın tələblərinin pozulması anlamına gəlir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcuddur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsi (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Inzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 37,88 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilməlidir.

45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsi (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “Çallı bələdiyyəsinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 37,88 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar