Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-300/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. 2004-ci ilin iyun ayında R hərbi rütbəsi ilə hərbi xidmətə yollanmış, xidməti dövründə R hərbi rütbəsini almış, 2005-ci ilin dekabr ayında hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından təxris edilmişdir. Torpaqların düşmən işğalından azad edilməsi, həmçinin düşmən hücumlarının qarşısının alınması üçün ## ######## 2020-ci ildə başlayan 44 X4 gedişində əlavə qüvvələrin cəlb edilməsi zərurəti yarandığından və o, hərbi xidməti zamanı peşəkar rabitəçi olduğundan ## ###### 2020-ci ildə səfərbərliyə cəlb edilmiş və ilkin olaraq N nömrəli hərbi hissənin tərkibində Mingəçevir şəhərində arxa cəbhə xidmətində olmuş, daha sonra isə ## ###### 2020-ci ildə döyüş bölgəsinə- Ağdam rayonunun Xındırıstan kəndinə köçürülmüşdür. ## ###### 2020-ci ildən ## ###### 2020-ci ilə kimi N nömrəli hərbi hissənin tərkibində xidmət keçmiş, ## ###### 2020-ci ildən isə N nömrəli hərbi hissəyə köçürülmüşdür. ## ###### 2021-ci ilə kimi, N nömrəli hərbi hissədə rabitə tağım komandiri olaraq xidmət keçmiş və həmin tarixdə ordu sıralarından təxris edilərək qeydiyyata düşmək üçün Şəki RHK-na göndərilmişdir. Bütün bunlar onun ZE******* nömrəli hərbi bileti və digər sənədləri ilə tam şəkildə təsdiq edilmişdir. Bundan sonra o, Cavabdeh müraciət edərək ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. O, cavabdeh qurumun imtinası ilə qətiyyən razılaşmır. Belə ki, o, ## ###### 2020-ci ildən ## ###### 2020-ci ilə kimi N nömrəli hərbi hissənin tərkibində sair təminat növü kimi Mingəçevir şəhərində, ## ###### 2020-ci ildən isə ## ###### 2020-ci ilə kimi döyüş bölgəsi olan Ağdam rayonunun Xındırıstan kəndində xidmət keçmişdir. Peşəkar rabitəçi olaraq R hərbi rütbəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Həmçinin nümunəvi xidmətinə görə N nömrəli hərbi hissənin komandiri R Klos Abbasov tərəfindən ona ## ###### 2021-ci ildə Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında fəaliyyətinə, yüksək intizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə fəxri fərmanla təltif edilmişdir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, ona məxsus olan ZE******* nömrəli Hərbi Biletdən və digər sənədlərdən görünür ki, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rabitəçi kimi iştirak etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Hesab edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd)), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir. Azərbaycan Respublikası müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfiqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də, iddia əsaslı sayıla bilməz. 'Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının ## #### 2017-ci il tarixli *-*(***)-****/**** nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı" sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh üzərinə iddiaçı İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. - Cavabdeh hazırki tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. - Belə ki, iş materiallarından görünür ki, iddiaçı, ##.##.2020-ci il tarixdən-##.##.2020-ci il tarixədək hərbi xidmətdə olmuş, 281 və N nömrəli hərbi hissələrin tərkibində Vətən müharibəsində iştirak etmişdir. - Bundan başqa, iddiaçının şəxsi işində və ona məxsus hərbi biletdə onun səfərbərlik sərəncamı əsasında hərbi xidmətə cəlb edilməsi və ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək *** nömrəli, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissələrdə hərbi xidmət keçməsi, ##.##.2021-ci il tarixdə xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidmətinə ezam edilməsi və ##.##.2021-ci il tarixdə ehtiyata buraxılması qeyd edilmişdir. - İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. - Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
6. Cavabdeh Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayəti təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan qərarında cavabdehin imtinasının qanunsuz olmaqla yanaşı, həm də əsassız olduğunu, iddiaçının # ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək hərbi xidmətdə olduğunu, 281 və N nömrəli hərbi hissələrin tərkibində "Vətən müharibəsi"ndə iştirak etdiyini qeyd edərək iddianı təmin etmişdir. - Məhkəmə tərəfindən maddi və prosessual normaların ciddi pozuntularına yol verməklə qərar qəbul edilmişdir. Hesab edirlər ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır. - İşin faktiki hallarından görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə # ###### 2020-ci il tarixdən gəlmiş hesab olunaraq həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxıl edilərək bütün növ təminatlara qoyularaq və zabit tamamlama bölüyünə təhkim edilmiş, ## ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək həmin hərbi hissədə 2-ci motoatıcı taborun qərargah rəisinin rabitə üzrə köməkçisirabitə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərmişdir. - Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi rəsmi sənədlərlə təsdiqlənmiş olsa da, onun Əsasnamədə göstərilən ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. - Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulmuş ikinci və üçüncü kateqoriyalar-yəni döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların icrası və döyüş bölgələrinə ezam olunma halları üzrə də iddiaçının hər hansı fəaliyyəti sənədlərlə sübut edilməmişdir, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərməsi, iddiaçının isə həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyularaq və zabit tamamlama bölüyünə təhkim edilməsi onu müharibə veteranı statusu üçün nəzərdə tutulmuş tələblərə cavab verən şəxs kimi qiymətləndirməyə əsas vermir. - İddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. - Göründüyü kimi iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır. - Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. - Məhkəmənin tamamilə öz şəxsi və qanunvericiliyə istinad edilməyən mövqeyinə əsaslanaraq cavabdeh orqan barəsində qeyd etdiyi “cavabdeh orqanın qanunsuz hərəkətləri” və digər əlaqədar ifadələr məhkəmənin cavabdeh orqana qarşı formalaşdırdığı aşkar qanunsuz, qərəzli və tərəfli mövqeyinin təzahürüdür. Halbuki qanunvericiliyin, habelə hakimlərin X2 tələblərinə əsasən, məhkəmə qərarları yalnız işin mahiyyətini əks etdirməli, tərəflərin keyfiyyətlərinə və ya tərəflərin şəxsinə (orqanların fəaliyyətinə) münasibətdə hər hansı şəxsi ifadələr qeyd edilməməlidir. - Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə müvafiq olaraq, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
13. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
14. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il ## ###### tarixli, *** №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli *** nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli *** nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi olmuşdur.
21. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi rəsmi sənədlərlə təsdiqlənmiş olsa da, onun Əsasnamədə göstərilən ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulmuş ikinci və üçüncü kateqoriyalar-yəni döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların icrası və döyüş bölgələrinə ezam olunma halları üzrə də iddiaçının hər hansı fəaliyyəti sənədlərlə sübut edilməmişdir, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərməsi, iddiaçının isə həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyularaq və zabit tamamlama bölüyünə təhkim edilməsi onu müharibə veteranı statusu üçün nəzərdə tutulmuş tələblərə cavab verən şəxs kimi qiymətləndirməyə əsas vermir. İddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Göründüyü kimi, iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan ZE ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N saylı hərbi hissədə 2-ci motoatıcı taborun qərargah rəisinin rabitə üzrə koməkçisirabitə V, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək N №-li hərbi hissədə qərargah rəisinin rabitə üzrə koməkçisi- rabitə V vəzifəsinə başlamışdır.
23. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ######## 2020ci il tarixli *** nömrəli əmrinə əsasən aşağıda adları çəkilən hərbi vəzifəlilər SHXÇDX-nin müvafiq idarəsindən (şöbə, bölməsindən) ## ###### 2020-ci il tarixdən gəlmiş hesab olunsunlar, N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər, bütün növ təminatlara qoyulsunlar və zabit tamamlama bölüyünə təhkim edilsinlər: 2. ehtiyatda olan R İddiaçı - SHXÇDX-nin Şəki rayon şöbəsindən.
24. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2020-ci il tarixli ***** nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrindən çağırılaraq 1-ci Tamamlama mərkəzinə (N №-li hərbi hissə) göndərilmiş zabitlər döyüş əməliyyatlarında iştirak etmək üçün müvafiq vəzifələrə təyin olunmuşlar: 18. R İddiaçı, 281-ci motoatıcı briqadanın (N №-li hərbi hissə) 2812-ci motoatıcı taborun qərargah rəisinin rabitə üzrə köməkçisi-rabitə taqımının komandiri.
25. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, Aşağıda adları çəkilən hərbi qulluqçular və hərbi vəzifəlilər X6 Olaraq ##.##.2020-ci il tarixdən təyin olunmuş hesab edilsinlər: 18.R İddiaçı- 281-ci motoatıcı briqadanın 2812-ci motoatıcı taborun qərargah rəisinin rabitə üzrə köməkçisi- rabitə taqımının komandiri. D******.
26. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2020-ci il tarixli ***** nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 72-ci maddəsinin “b” bəndinə uyğun (aşağı vəzifəyə) olaraq aşağıda adları çəkilən hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilsinlər və müvafiq vəzifələrə təyin edilsinlər: 40.R İddiaçı, N nömrəli hərbi hissənin 2-ci taborun qərargah rəisinin rabitə üzrə köməkçisi-rabitə taqımının komandiri- N nömrəli hərbi hissənin 4-cü taborun qərargah rəisinin rabitə üzrə köməkçisirabitə V.
27. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli ***** nömrəli əmrinə əsasən aşağıda adları çəkilən zabitlər müvafiq vəzifələrə təyin olunduqlarına görə, N nömrəli hərbi hissədən (Ağdam rayonu) gəlmiş hesab edilsin, ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsinlər, vəzifələrinin qəbuluna və icrasına başlasınlar: 14. R İddiaçı, 4-cü tank taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi - rabitə taqımının komandiri.
28. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, ## ###### 2020-ci il tarixdən getmiş hesab edilsinlər: 2. R İddiaçı, tank taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi - rabitə taqımının komandiri, ezamiyyətə, N nömrəli hərbi hissəyə (Qubadlı rayonu).
29. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, Xidməti zərurətlə əlaqədar olaraq hərbi hissəyə ezam gəlmiş N nömrəli hərbi hissənin aşağıda adı qeyd olunan hərbi qulluqçusu ##.##.2020-ci il tarixdən gəlmiş hesab edilsin və ##.##.2020-ci il tarixdən qazan təminatına qoyulsun. 2.R İddiaçı.
30. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən görünür ki, Hərbi hissənin 4-cü tank taborunun aşağıda adları çəkilən hərbi qulluqçuları ## ###### 2021-ci il tarixdən ezamiyyətdən N nömrəli hərbi hissəyə qayıtmış hesab edilsinlər və ## ###### 2021-ci il tarixdən qazan təminatına qoyulsunlar: 19.R İddiaçı, tank taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi.
31. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli *** nömrəli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin ## ###### 2020-ci il tarixli **** nömrəli birgə əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq, 284-cü Motoatıcı briqadanın (N N°-li hərbi hissə) aşağıda adları çəkilən hərbi qulluqçuları tutduqları vəzifələrdən azad edilsinlər və ## ###### 2021-ci il tarixdən Azərbaycan ordusunun şəxsi heyətinin siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan respublikası dövlət sərhəd xidməti rəisinin sərəncamına ezam olunmuş hesab edilsinlər: 58. R İddiaçı, 2844-cü tank taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi - rabitə taqımının komandiri.
32. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən görünür ki, R İddiaçı, 5-ci taborunun, rabitə taqımının komandiri Dövlət Sərhəd Xidmət rəisinin ## ###### 2021-ci il tarixli 179 ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tərxis edildiyinə görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, ## ###### 2021-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilsin. R İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli ** nömrəli qərarında nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. R İddiaçı, 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib, 2021-ci ilin növbəti məzuniyyətindən 15 gün istifadə edib, 1 (misli) vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməyib.
33. İş materiallarında olan SHXÇDX-nin Şəki rayon şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.1977-ci il təvəllüdlü, ehtiyatda olan zabit, R İddiaçı 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Motoatıcı V” hazırlıq kursunu bitirmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ona R hərbi rütbəsi verilmişdir. İddiaçı ##.##.2004-cü il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir, hərbi xidmət zamanı R hərbi rütbəsinə təqdim edilmişdir və hərbi xidmət müddəti başa çatdığı üçün ehtiyata tərxis olunmuşdur. İddiaçı səfərbərliklə əlaqədar ##.##.2020-ci il tarixdə hərbi xidmətə çağrılmışdır, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək *** nömrəli, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissələrdə hərbi xidmət keçmişdir. ##.##.2021-ci il tarixdə xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidmətinə ezam edilmişdir və ##.##.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Onun hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına dair heç bir rəsmi məlumat yoxdur.
34. İş materiallarında olan Cavabdeh ## #### 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən iddiaçının xidmət etdiyi 282 (281, N) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib.
35. Həmçinin, iş materiallarında olan nizami hissə üzrə əmrlərdən müəyyən olunur ki, iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərmişdir.
36. Göründüyü kimi, İddiaçı Vətən Müharibəsi zamanı ## ###### 2020-ci il tarixindən ordu sıralarına cəlb edilmişdir. İddiaçı MN-in N saylı hərbi hissəsində tağım komandiri, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N №-li hərbi hissədə qərargah rəisinin rabitə üzrə koməkçisi- rabitə V vəzifəsinə təyin olunmuşdur.
37. İddiaçının hərbi xidmət etdiyi MN-in N saylı hərbi hissəsi Mingəçevir şəhəri Aran qəsəbəsində yerləşməklə Vətən Müharibəsi zamanı tamamlama mərkəzi funksiyasını yerinə yetirmişdir. Yəni, müharibənin davam etdiyi 44 gün müddətində aktiv hərbi əməliyyatlarda iştirak etməmişdir. Daha sonra, iddiaçı, ##.##.2021-ci il tarixdə xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidmətinə ezam edilmişdir və ##.##.2021-ci il tarixdə ehtiyata buraxılmışdır.
38. Kollegiya bildirir ki, yuxarıda qeyd olunan məlumatlar, əmrlərdən çıxarışlar və cavabdeh orqan tərəfindən təqdim edilmiş rəsmi arayışlar birgə və hərtərəfli təhlil edildikdə müəyyən edilir ki, N nömrəli hərbi hissə “Vətən Müharibəsi” dövründə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr sırasına daxil edilməmişdir. İddiaçının isə həmin hərbi hissədə zabit olmaqla xidmətdə olması faktı iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı hüquqi nəticə doğurmur.
39. Kollegiya qeyd edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
40. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İddiaçı isə ## ######## 2020-ci il tarixdən 2020ci il noyabr ayının 10-dək adıçəkilən ərazilərdən heç birində döyüşlərdə iştirak etmədiyindən ona veteran statusunun verilməsindən söhbət gedə bilməz.
41. Kollegiya bildirir ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməsi rəsmi sənədlərlə təsdiqlənmiş olsa da, təqdim edilmiş materiallarda onun həmin müddət ərzində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, döyüş tapşırıqlarının icrasına cəlb olunması və ya döyüş zonalarına ezam edilməsi barədə hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh orqanın təqdim etdiyi sənədlər iddiaçının xidmət dövründə döyüş əməliyyatlarında iştirak etmədiyini açıq şəkildə təsdiq edir.
42. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulmuş ikinci və üçüncü kateqoriyalar – yəni döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların icrası və döyüş bölgələrinə ezam olunma halları üzrə də iddiaçının hər hansı fəaliyyəti sənədlərlə sübut edilməmişdir. İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərməsi, iddiaçının isə həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə, bütün növ təminatlara qoyulmaqla zabit tamamlama bölüyünə təhkim edilməsi bu kateqoriyalara uyğun gəlmir və onu müharibə veteranı statusu üçün nəzərdə tutulmuş tələblərə cavab verən şəxs kimi qiymətləndirməyə əsas vermir.
43. Göründüyü kimi, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
44. Bu səbəblə, qanunvericiliyin tələbləri, təqdim edilmiş rəsmi sənədlər və iş materialları əsasında Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı müharibə veteranı adı verilməsi üçün tələb olunan meyarlara cavab vermir və sözügedən statusun ona şamil edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
45. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
46. Nəzərə almaq lazımdır ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək *** nömrəli, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissələrdə hərbi xidmət keçməsi, ##.##.2021-ci il tarixdən xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidmətinə ezam edilməsi, ##.##.2021ci il tarixdə ehtiyata buraxılması yetərli sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normalarında nəzərdə tutulmuş dispozisiya şərtləri ona münasibətdə mövcud olmalıdır. Belə şərtlərin mövcud olmadığı təqdirdə, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən səhvə yol verməmiş, işin faktiki hallarını tam şəkildə araşdıraraq doğru nəticəyə gəlmiş, lakin, birinci instansiya məhkəməsi işin hallarını nəzərə almadan iddiaçının tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
49. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilməsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
50. Məhkəmə kollegiyası da cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.