Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-308/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları: 1.Iddiaçı, DSX SQ N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, **** №-li əmrinə əsasən çevik hərəkət taboru minaatan taqımı 4-cü heyətin heyət nəfəri vəzifəsinə, ##.##.2020-ci il tarixli, **** №-li əmrə əsasən 12-ci sərhəd zastavasının təminat qrupunun baş aşpazı vəzifəsinə təyin edilmişdir
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin 26-## ######## 2020-ci il tarixli **** №-li əmri (Döyüş şəraitində xidmət edən bölmələr hesab edilsinlər): - Aşağıda adları qeyd edilən hərbi qulluqçular və mülki işçilər ##.##.2020-ci il tarixdən xüsusi göstərişədək döyüş əməliyyatlarının idarə edilməsi və maddi-texniki təminat işlərinin görülməsinə cəlb edilmiş hesab edilsinlər: - əsgər İddiaçı - çevik hərəkət taborunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu; - Aşağıda adları qeyd edilən hərbi qulluqçuları cəbhə xəttində döyüş əməliyyatlarının başlaması ilə əlaqədar xüsusi obyektin mühafizə edilməsi məqsədilə ##.##.2020-ci il tarixdən xüsusi göstərişədək yeni hərbi hissəyə ezamiyyətə göndərilmiş hesab edilsinlər: - əsgər İddiaçı - çevik hərəkət taborunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu.
3. Iddiaçı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» üçün cavabdehə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən müharibəsinin başlanması ilə əlaqədar 2020-ci ilin ########ın ##-dən xüsusi göstərişədək döyüş əməliyyatları aparılmış yuxarıda qeyd edilən ərazilərdən kənarda, Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən hərbi hissənin mühafizəsinə cəlb edilmişdir. Belə ki, 2020-ci ilin ######## ##-dən noyabrın 10-dək olan dövr ərzində Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı adınln verilməsi ilə bağlı tədbirlər haqqında” AR Prezidentinin ##.##.2021-ci tarixli, **** nömrəli Sərəncamında döyüş əməliyyatları aparılan ərazilərə daxil olmadan kənarda tapşırıqlara cəlb edilmiş (xidmət etmiş) şəxslərə “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “##.##.2019-##.##.2019 və ##.##.2019-##.##.2021-ci illərdə Azərbaycan Respublikası Sərhəd Xidməti Sərhəd Qoşunlarının tərkibində (2012 və N saylı hərbi hissələrdə) Ikinci Qarabağ müharibəsi zamanı vuruşduğunu və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi nəzərə alınaraq ona müharibə veteran adı və müvafiq vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - o, ##.##.1995-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. Ali məktəbi başa vurduqdan sonra ##.##.2019-cu ildə hərbi xidmətini yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə göndərilmişdir və ##.##.2021-ci ildə DSX rəisinin 611 s/h əmri əsasında hərbi xidmətdən ehtiyyata buraxılaraq ##.##.2021-ci ildə SHXÇDX-nin Şəki rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Hərbi xidmət zamanı o, ##.##.2019 - ##.##.2019-cu il tarixlərində DSX-nın N saylı hərbi hissəsində ##.##.2019 - ##.##.2021-ci il tarixlərində N-saylı hərbi hissəsində hərbi xidmətdə olmaqla antiterror əməliyyatları zamanı 44 günlük II Qarabağ Müharibəsində döyüşlərdə iştirak etmişdir. Lakin döyüşlərdə onunla birlikdə iştirak etmiş əsgər və zabit heyətinə veteran adı və vəsiqəsi verilsə də ona veteran adı və vəsiqəsi verilməmişdir. Hərbi xidmət zamanı döyüşlərdə iştirtakı barədə məlumatlar hərbi biletində vardır. Hazırki vaxtadək ona veteran adı və vəsiqəsi verilmədiyindən ##.##.2025-ci il tarixdə cavabdeh orqana rəsmi şəkildə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətini almasına və müraciətindən 35 gündən çox müddət ötməsinə baxmayaraq indiyədək müraciətinə cavab verməmişdir. O, da məcbur olub hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.
6. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Məlumat üçün qeyd edilmişdir ki, 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək olan müddət ərzində 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** №-li Qərarının, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında” AR Prezidentinin ##.##.2021-ci il tarixli **** №-li sərəncamının və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş (müxtəlif istiqamətlər üzrə tapşırıqlara cəlb olunmuş) şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağıda göstərilən meyarların, Hərbi qulluqçular üzrə: 1.1. Döyüş əməliyyatlarının icrasının təşkilini və bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla)-, 1.2. Həmin ərazilərdə bilavasitə döyüşlərdə iştirak etmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla)-,1.3. Həmin ərazilərdə döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla)-,1.4. Həmin ərazilərdə döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla)-,1.5.Həmin ərazilərdə döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla);1.6.Həmin ərazilərdə döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla)-,Işçilər üzrə: 1.7.Həmin ərazilərdə döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş mülki şəxslər (cəlb edilməsinin əsasları üzrə qruplaşdırılmaqla, məsələn ezamiyyət və s.); 1.8.Həmin ərazilərdə döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirmiş mülki şəxslər (cəlb edilməsinin əsasları üzrə qruplaşdırılmaqla, məsələn ezamiyyət vəs.); 1.9. Həmin ərazilərdə döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş mülki şəxslər (cəlb edilməsinin əsasları üzrə qruplaşdırılmaqla, məsələn ezamiyyət və s.); 1.10. Həmin ərazilərdə döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmiş mülki şəxslər (cəlb edilməsinin əsasları üzrə qruplaşdırılmaqla, məsələn ezamiyyət və s.) tələblərinə uyğun Şuşa şəhəri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonları, Tərtər rayonunun Suqovuşan və Çaylı kəndlərinin ərazilərində aktiv döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, həmçinin 2-ci bəndi üzrə 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərdən kənarda bu əməliyyatların -2.1. Planlaşdırılmasını həyata keçirmiş hərbi qulluqçular; 2.2. Hazırlanmasını həyata keçirmiş hərbi qulluqçular; 2.3.Idarə edilməsini həyata keçirmiş hərbi qulluqçular. bu döyüş əməliyyatlarının aparılmasına (idarə olunmasına) bilavasitə rəhbərliyi həyata keçirmiş şəxslərə (burada kənarda döyüşün idarə olunmasına rəhbərliyi bilavasitə həyata keçirmiş vəzifəli şəxs başa düşülür) tələblərinə uyğun “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. 44 günlük Vətən müharibəsində iştirak etmiş şəxslərə "Müharibə veteranı" statusunun verilməsi (təsdiq edilməsi) ilə bağlı müvafiq qərarın qəbul edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə daxildir. Bu qanunvericiliyin tələblərinə uyğun 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparılan ərazilərdən kənarda müxtəlif tapşırıqları icra etmiş şəxslərə "Müharibə veteram" statusunun verilməsi ilə bağlı (şəxsin 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək olan müddət ərzində aktiv döyüş əməliyyatlarında iştirakı, həmçinin həmin dövr ərzində işğaldan azad olunmuş ərazilərə ezam olunmaqla müxtəlif tapşırıqları icra etmələri) sənədlərə baxılması üçün Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərildiyi zaman bu qurum tərəfindən aşağıdakı təsdiqedici sənədlər olması tələb olunur: - şəxsin həmin ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı əmrlər; -əmrlər əsasında 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək şəxsin həmin döyüş əməliyyatları aparılmış ərazilərdə olmasını təsdiqləyən aktlar; -ezamiyyət və ya uçuş vərəqələri; -işğaldan azad olunmuş rayonların (şəhər, qəsəbə, kənd) azad olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən orden və ya medallarla təltifləri. Bundan öncə bu kimi şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş sənədlərə baxış zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslər barədə yuxarıda qeyd olunan təsdiqedici sənədlər olmadığından bu qurum tərəfindən "Müharibə veteram" adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməyərək geri qaytarılmışdır (imtina olunmuşdur). 44 günlük Vətən müharibəsi zamanı sözügedən İddiaçı Sərhəd Qoşunlarının N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş və N №-li hərbi hissə komandirinin 26/##.##.2020-ci il tarixli **** №-li əmri ilə aktiv döyüş əməliyyatları aparılan yuxarıda qeyd edilən ərazilərə daxil olmadan kənarda X3 tabeliyində olan Füzuli rayonunun Horadiz şəhərində yerləşən N №-li hərbi hissənin (alayın) mühafizəsinə cəlb edilmişdir. Məhz bu baxımdan "Müharibə veteranı" statusunun verilməsi üçün barəsində döyüş əməliyyatlarında iştirakı, həmçinin 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək olan müddət ərzində işğaldan azad olunmuş ərazilərdə (meyarın 1.5-ci bəndi - həmin ərazilərdə döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla) döyüş əməliyyatlarının icrasından irəli gələn tapşırıqları icra etməsi barədə təsdiqedici sənədlər olmadığından İddiaçı "Müharibə veteranı" statusunun verilməsi ilə bağlı sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi mümkün olmamışdır. Bununla yanaşı 44 günlük Vətən müharibəsindən 5 (beş) il ötməsini nəzərə alaraq, bu istiqamət üzrə işlərin yekunlaşdırılmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bütün struktur qurumlara, eləcə də Dövlət Sərhəd Xidmətinə ##.##.2024-cü il tarixli müvafiq tapşırıq daxil olmuşdur. Sözügedən şəxsin bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi məqsədəuyğun hesab edilir. Yuxarıda göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir. Iddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Iş materiallarında olan sənədlərdən görünür ki, 44 günlük Vətən müharibəsi zamanı İddiaçı Sərhəd Qoşunlarının N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş və N nömrəli hərbi hissə komandirinin 26/##.##.2020-ci il tarixli **** nömrəli əmri ilə cəbhə xəttində döyüş əməliyyatlarının başlaması ilə əlaqədar xüsusi obyektin mühafizə edilməsi məqsədilə ##.##.2020-ci il tarixdən xüsusi göstərişədək yeni hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı aktiv döyüş əməliyyatları aparılan yuxarıda qeyd edilən ərazilərə daxil olmadan kənarda X3 tabeliyində olan Füzuli rayonunun Horadiz şəhərində yerləşən N nömrəli hərbi hissənin (alayın) mühafizəsinə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, "Müharibə veteranı" statusunun verilməsi üçün barəsində döyüş əməliyyatlarında iştirakı, həmçinin 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək olan müddət ərzində işğaldan azad olunmuş döyüş əməliyyatlarının icrasından irəli gələn tapşırıqları icra etməsi barədə təsdiqedici sənədlər olmadığından iddiaçıya “Müharibə veteranı” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
9. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə iş materiallarına əlavə edilmiş sənədlər ziddiyyət təşkil edir. Məhkəmə işə cavabdehin nümayəndəsinin izahatı əsasında qiymət vermişdir. Lakin 26/##.##.2020-ci il tarixli **** nömrəli əmrlə ##.##.2020-ci il tarixdən xüsusi göstərişədək döyüş əməliyyatlarının idarə edilməsi və maddi-texniki təminat işlərinin görülməsinə cəlb edilmiş, cəbhə xəttində döyüş əməliyyatlarının başlaması ilə əlaqədar xüsusi obyektin mühafizə edilməsi məqsədilə yeni hərbi hissəyə ezamiyyətə göndərilmiş və Horadiz şəhərində yerləşən N nömrəli hərbi hissənin mühafizəsinə cəlb edilmişdir. Alayın mühafizəsi döyüş tapşırığı hesab edilir, hərbi biletində döyüşlərdə iştirakı barədə müvafiq qeydlər vardır və bu qeydlər əmrlərlə təsdiq edilir. Onunla birlikdə eyni yerdə, eyni tağımda xidmət edən əsgər və zabit heyətinə veteran adı və vəsiqəsi verilsə də, ona verilməmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmamış, öz sorğularına cavab almamış, cavabdehin nümayəndəsinin izahatı ilə yetinmiş, təqdim etdiyi ərizə üzrə araşdırma aparmamış və veteran adı verilən şəxslərin siyahısını tələb etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla əsaslandırılmışdır.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməsini Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mühafizəsinə cəlb ediliyi hərbi hissənin Füzuli rayonunun Horadiz şəhərində yerləşmiş və o, məhz həmin ərazidə xidmət keçmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə: 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X7 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: HYPERLINK "https://e-qanun.az/framework/46956" \l "_edn82" \o "" [82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Iddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
21. Kollegiya qeyd edir ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hallar üzrə hüquqi əsas “Veteranlar haqqında” Qanun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təşkil edir.
22. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilir. Həmin normaya görə qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bütün şəxslərə deyil, müəyyən kateqoriya şəxslərə bu statusun verilməsini məqsədə müvafiq hesab edir ki, belə şəxslərin dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşir.
23. Müharibə veteranı adının verilməsi ilə bağlı olan şəxslərin dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapmışdır.
24. Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövr üzrə müharibə veteranı adı və vəsiqəsi verilən şəxslər əsasən iki kateqoriyaya bölünmüşdür.
25. Onlardan biri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçular və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərdir.
26. Onlardan digəri isə 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərdir.
27. Iddiaçı birinci hala istinad etməmişdir (iddiaçının vəziyyəti birinci hala uyğun gəlmir). Iddiaçı ikinci hala əsaslanmışdır.
28. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin 26-## ######## 2020-ci il tarixli **** №-li əmrindən çıxarışdan görünür ki, iddiaçı cəbhə xəttində döyüş əməliyyatlarının başlaması ilə əlaqədar xüsusi obyektin mühafizə edilməsi məqsədilə ##.##.2020-ci il tarixdən xüsusi göstərişədək yeni hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Cavabdeh orqan iddiaçının mühafizəsinə cəlb ediliyi hərbi hissənin Füzuli rayonunun Horadiz şəhərində yerləşdiyini bildirir. Iddiaçı da, bununla razılaşır. Lakin qeyd edir ki, Horadiz şəhərində xidmət etməsinə baxmayaraq, o birbaşa cəbhə xəttində olmuş və onunla eyni yerdə xidmət keçən digər şəxslərə müharibə veteranı statusu verilmişdir.
29. Məhkəmə kollegiyası istinad olunan Əsasnamənin tələblərini iddiaçıya tətbiq edərək qeyd edir ki, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların Füzuli rayonunun 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində yerinə yetirilməsi “müharibə veteranı” adının verilməsi üçün əsas ola bilər. Sözügedən ərazi isə 1993-cü ildə HYPERLINK "https://az.wikipedia.org/wiki/Erm%C9%99nistan_Silahl%C4%B1_Q%C3%BCvv%C9% 99l%C9%99ri" \o "Ermənistan Silahlı Qüvvələri"Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalsa da, HYPERLINK "https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Milli_Ordusu" \o "Azərbaycan Milli Ordusu"Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi HYPERLINK "https://az.wikipedia.org/wiki/Horadiz_%C9%99m%C9%99liyyat%C4%B1" \o "Horadiz əməliyyatı"Horadiz əməliyyatı zamanı işğaldan azad edilmiş, “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı ilə eyni yerdə xidmət etmiş digər şəxslərə veteran adı verilməsi barədə dəlil də, əsaslı hesab edilə bilməz. Belə ki, hər bir şəxsin bu statusa hüququ onun xidmət etdiyi yer, yerinə yetirdiyi konkret tapşırıq və həmin tapşırığın Əsasnamədə müəyyən edilmiş meyarlara uyğunluğu əsasında fərdi qaydada qiymətləndirilməlidir. Buna görə də digər şəxslərə bu statusun verilibverilməməsi iddiaçıya münasibətdə Əsasnamənin məcburi şərtlərinin nəzərə alınmamasına və qanunvericilikdə nəzərdə tutulmayan əsasla ona “müharibə veteranı” adının verilməsinə səbəb ola bilməz.
31. Beləliklə, iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Əsasnamədə sadalanan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.