Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-32/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarların ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “##.##.2025-ci il tarixli 25011002333720, 25011002333722 və ************** saylı qərarlarının ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “##.##.2004-cü ildən etibarən sadələşmiş vergi ödəyicisidir. Mənzillərin alqı-satqısı ilə məşğul olmuşdur. Mingəçevir şəhəri AzDres qəsəbəsi ünvan 1 ünvanında qeyri-yaşayış sahəsi 48.80 kv.m tikilidən ibarət olan 0.0058 ha torpaq sahəsi üzərində icarə hüququ tam qeydə alınmaqla torpaq sahəsi, tikili isə xüsusi mülkiyyət hüququ əsasında çıxarışla ona məxsusdur. Ona məxsus torpaq sahəsi və tikilinin arxa tərəfindən belə ki, ağacların arasında bələdiyyə mülkiyyəti olan boş sahə vardır. Həmin sahənin icarəyə götürülməsi ilə bağlı Mingəçevir şəhər bələdiyyəsinə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə Mingəçevir şəhər bələdiyyəsi ilə ** saylı icarə müqaviləsi bağlamışdır. Mövsümi olaraq yəni 4 ay müddətinə mövsümi icarəyə götürdüyü sahəyə stol və stullar yerləşdirmişdir. Məqsədi sərinləşdirici içkilər vermək olmuşdur. Bununla bağlı Mingəçevir şəhərində dillerlər olan spirtli, yəni pivə və digər içkilərlə bağlı xidmət etmək üçün dillerlərə müraciət etmişdir. Heç bir fəaliyyət göstərmədiyi halda ##.##.2025-ci il tarixdə cavabdehin əməkdaşları onunla telefon əlaqəsi saxlayıb, icarəyə götürdüyü yerdə fəaliyyət göstərməyini soruşmuşlar. Iddiaçı isə yaxın günlərdə fəaliyyətə başlayacağını, ancaq hazırda fəaliyyətdə olmadığını bildirmişdir. Onlar iddiaçı ilə görüşmək istədiklərini bildirmişlər. Iddiaçı da imtina etməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçı gələnədək qonşu obyektdə işləyən Qurban adlı cavan oğlanı yanlarına çağıraraq onlara su almağını istəmişlər. Həmin şəxs iddiaçının obyektindən kənarda olan köşkdən qazlı su alaraq vergi əməkdaşlarına gətirmişdir. Vergi əməkdaşları həmin cavan oğlanın soyad, ad və ata adını soruşmuşlar. Bununla bağlı özlərində qeydiyyat aparmışlar. Müəyyən müddətdən sonra iddiaçı obyektə gəlmişdir. Vergi əməkdaşları ona bildirmişlər ki, kassa aparatın yoxdur, qeydiyyatın yoxdur və əmək müqaviləsi bağlamadan işçi işlətmisən. Sənin barəndə protokol tərtib ediləcəkdir. Iddiaçı onlara bildirmişdir ki, sənədləri qanunidir. Fəaliyyətə başlayanda qanunvericilikdə nəzərdə tutulmuş bütün qaydalara riayət edəcəkdir. Onlara gələcəkdə fəaliyyət göstərəcək mətbəxini də, cərəyana qoşulmamış soyuducunu göstərmişdir. Ona bildirmişlər ki, biz protokoları tərtib etmişik. Bununla bağlı onların arasında sözlə mübahisə yaranmışdır. Bütün görüntülər obyektə quraşdırılmış kamera vasitəsilə qeydə alınmışdır. Bütün bunlara baxmayaraq cavabdehin əməkdaşları eyni vaxta tamamilə əsassız olaraq 3 sayda vergi məsuliyyətinə cəlb edilmə barədə qərar göndərmişlər. Cavabdehin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini, R X4 ************** saylı qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-1-ci maddəsində nəzərdə tutulmuş 40 (qırx) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. ************** saylı qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1ci maddəsində nəzərdə tutulmuş 1000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. ************** saylı qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş 2000 (iki min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 25011002333720, 25011002333722 və ************** saylı qərarları tamamilə qanunsuzdur, əsassızdır və qərəzli xarakter daşıyır.”
3. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı ##.##.2004-cü il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmışdır. X6 ##.##.2025-ci il tarixdə Iqtisadiyyat Nazirliyinə etdiyi yazılı müraciətdə İddiaçı Mingəçevir şəhərində qanunsuz kafe işlətdiyini bildirərək araşdırılmasını xahiş etmişdir. Vətəndaş müraciətinin ilkin araşdırılması zamanı fərdi sahibkar İddiaçı vergi orqanında qeydiyyata alınmış fəaliyyət növünün “Daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentlərin fəaliyyəti”, təsərrüfat subyektinin isə “Daşınmaz əmlakın alqı-satqısı” adlı təsərrüfat subyekti olduğu, kafe fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektinin vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Vergi Məcəlləsinin 23-cü, 41-ci, 50.1-ci və 50.2.4-cü maddələrinə əsasən Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli qərarı ilə İddiaçı fəaliyyət göstərdiyi təsərrüfat subyektində “təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyicilərinin aşkar edilməsi”, “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək (##.##.2025-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixdə saat 14:25-də aparılmış vergi nəzarəti tədbirləri zamanı Mingəçevir şəhəri, Naxçıvan küçəsindəki “Təmiz evim” mağazasının yanında yerləşən, fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi mövsümi kafedə (pivəxana) satın alınmış 0.5 litr qazlı sirab suyu üçün 2 (iki) manat nağd qaydada ödənilmiş, lakin ödənişin müqabilində nəzarət-kassa aparatı çeki təqdim edilməmişdir. Araşdırma zamanı təsərrüfat subyektində nəzarət-kassa aparatının (NKA) quraşdırılmadığı müəyyən edilmişdir. Bu hal ## ### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan başqa, bir nəfər fiziki şəxsin - X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş, X2 bununla bağlı izahat verməkdən imtina edərək obyektdən uzaqlaşmışdır. Bu hal ## ### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi mövsümi kafe (pivəxana) vergi orqanında uçota qoyulmadığı üçün barəsində ## ### 2025-ci il tarixli ****** nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar tanış olmaq və imzalamaq üçün fərdi sahibkar İddiaçı təqdim olunsa da heç bir səbəb göstərmədən aktları imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmiş, bu barədə aktlarda müvafiq qeyd aparılmışdır. Odur ki, fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi operativ vergi nəzarəti zamanı tərtib edilmiş aktlar və digər sənədlər vergi ödəyicisinə ##.##.2025-ci il tarixli 2511120082562100, 2511120082557900 və **************** nömrəli bildirişlərlə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş aktlara və digər materiallara baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli, ************** nömrəli və ************** nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi vergi iddiaçı barəsində operativ vergi nəzarəti tədbiri zamanı qanun pozuntularının rəsmiləşdirildiyi aktlardan, digər sübutlardan və qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçının Vergi Məcəlləsinin 58.2- 1-ci, 58.7-ci və 58.10-cu maddələrində nəzərdə tutulmuş qanun pozuntularına yol verməsi halları tam sübuta yetirilərək barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli, ************** nömrəli və ************** nömrəli qərarlar qəbul edilmişdir. Iddiaçının iddia ərizəsinin dəlillərinə münasibətdə isə işin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsinin dəlilləri işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır.”
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək, vətəndaş müraciətinin ilkin araşdırılması zamanı fərdi sahibkar İddiaçı vergi orqanında qeydiyyata alınmış fəaliyyət növünün “Daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentlərin fəaliyyəti”, təsərrüfat subyektinin isə “Daşınmaz əmlakın alqısatqısı” adlı təsərrüfat subyekti olduğu, kafe fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektinin vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Vergi iddiaçı barəsində operativ vergi nəzarəti tədbiri zamanı qanun pozuntularının rəsmiləşdirildiyi aktlardan, digər sübutlardan və qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçının Vergi Məcəlləsinin 58.2-1-ci, 58.7-ci və 58.10-cu maddələrində nəzərdə tutulmuş qanun pozuntularına yol verməsi halları tam sübuta yetirilərək barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli, ************** nömrəli və ************** nömrəli qərarlar qəbul edilmişdir bu səbəbdən iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, obyektin fəaliyyətdə olmasını və məhz operativ vergi nəzarəti tədbirinin keçirildiyi vaxt iaşə xidməti göstərməsini sübut edən aşağıdakı sübutlar məhkəməyə təqdim edilmişdir: 1) X6nun ##.##.2025-ci il tarixdə Iqtisadiyyat Nazirliyinə etdiyi yazılı müraciətdə İddiaçı qanusuz kafe işlətməsi barədə müdaciət etmişdir. 2) Barəsində qanunsuz fəaliyyət göstərməsi barədə şikayət olunan obyektdə operativ vergi nəzarəti tədbirinin keçirilməsi zamanı müştəri qismində vergi orqanı əməkdaşlarına faktiki iaşə xidməti göstərilmişdir. 3) Cavabdehin məhkəməyə təqdim etdiyi videogörüntülərdən də görünür ki, qeyd edilən obyektdə stolun üzərində menyu, duzqabı, salfet mövcuddur. (Videogörüntünün 2:48-02:55 dəqiqəsi). 4) Məhkəmədə şahid kimi izahat vermiş X7 cavabdehin təqdim etdiyi videogörüntünün 00:54 dəqiqəsində 01:30 dəqiqəsində iaşə xidməti göstərmiş X2 onun qardaşı olduğunu bildirdiyi görünür. 01:43 dəqiqədə isə başı ilə işarə edərək X2 getməsini bildirərək onun işləmədiyini, İddiaçı həmin obyekti işlətdiyini, özünün isə işçi olduğunu bildirir. O, X2 başı ilə işarə edərək obyektdən uzaqlaşdırdığını məhkəmədə izahat verərkən də etiraf etmişdir. 5) Videogörüntünün 09:00 dəqiqəsində isə Rəfiq Səfərov işçi olmadığını, obyektin də Savalana aid olduğunu bildirir. 6) Operativ vergi nəzarəti tədbiri keçirilmiş obyekt İddiaçı tərəfindən ##.##.2025-ci il tarixli ərizə ilə qeydiyyata qoyulmuşdur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, məhkəmə mövcud sübutları araşdırmamış, həmin sübutlarda olan faktları hərtərəfli qiymətləndirməmiş, bütün digər sübutları bir kənara qoyaraq, yoxlayıcı orqanı hər vəchlə yanıltmağa çalışmış və hətta məhkəmədə yalan izahat verdiyi sübut olunmuş fərdi sahibkar X7 yalan izahatı əsasında İddiaçı məxsus obyektin işləmədiyi qənaətinə gəlmişdir. Belə ki, Rəfiq Səfərov vergi orqanı əməkdaşlarına İddiaçı işçisi olduğunu dediyi halda, məhkəmədə vergi orqanı əməkdaşlarına belə söz demədiyini bildirmişdir. Bunun yalan olması barədə məhkəməyə sübut təqdim edilməsinə baxmayaraq, məhkəmə Rəfiq Səfərovun izahatına qərarında sübut kimi istinad etmişdir. Bundan başqa Şəki Inzibati Məhkəməsinin qərarında göstərilmişdir ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Baxılan iş üzrə mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə müəyyən edilmir. Məhkəmənin bu mövqeyi tətbiq edilməli qanunvericilik normalarının düzgün müəyyən edilməməsinin nəticəsi olmaqla qanunsuz və əsassızdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi vergi qanunvericiliyinin pozulması halları barədə X3 ##.##.2025-ci il tarixli müraciətində göstərilənlərin operativ vergi nəzarəti tədbiri qaydasında araşdırmaq qanunvericilikdə vergi orqanının vəzifəsi kimi müəyyən edilmişdir və operativ vergi nəzarəti tədbirinin keçirilməsinin nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli, ************** nömrəli və ************** nömrəli qərarların qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2025-ci il tarixli Müqavilənin surəti;
2. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında *********** nömrəli arayışın surəti;
3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli qərarın surəti;
4. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli qərarın surəti;
5. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli qərarın surəti;
6. ************** nömrəli Tələbnamənin surəti;
7. ************** nömrəli Tələbnamənin surəti;
8. ************** nömrəli Tələbnamənin surəti;
9. Cavabdehin ##.##.2025-ci il tarixli məktubun surəti;
10. ********** qeydiyyat nömrəli ##.##.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı Mingəçevir şəhər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyəti hüququ dövlət qeydiyyatına alınmış, torpaq sahəsi isə icarəyə verilmişdir;
11. ##.##.2025-ci il tarixli ****** nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət social sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında Akt;
12. ##.##.2025-ci il tarixli ****** nömrəli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında Akt;
13. ##.##.2025-ci il tarixli ****** nömrəli Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumat təqdim edən vergi ödəyicilərinin aşkar edilməsi barədə Akt.
TƏTBIQ EDILƏN HÜQUQ
12. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar və xüsusi icra məmurları isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.2. Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maddə 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 58.2-1. Vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə, habelə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks olunmamasına görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
14. Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
15. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
16. Iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (IPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (IPM-in 35-ci maddəsi).
17. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (IPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (IPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
18. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (IPM-in 38.1-ci maddəsi).
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə müəyyən edilmir. Həmçinin qeyd olunmalıdır ki, vergi yoxlamasına əsas kimi cavabdeh vətəndaş müraciətinə istinad edərək, yoxlamanın müddətini ##.##.2025 il tarixdən ##.##.2025 il tarixədək müəyyən etsə də, aşkar edilmiş pozuntularla bağlı aktlar ## ### 2025-ci il tarixində tərtib edilmişdir. Məhkəmə hesab edir ki, açıq şəkildə mövsümi fəaliyyət üçün nəzərdə tutulmuş ictimai iaşə obyektinin davamlı fəaliyyət göstərməsinin müəyyən edilməsi bir gün ərzində aparılmış yoxlama ilə sübuta yetirmək üçün çox əsaslı və təkzibolunmaz sübutlarla təsdiq olunmalıdır. Hazırkı halda isə cavabdeh orqanın əməkdaşları işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, bir gün ərzində vizual olaraq müşahidə etdikləri halları aktlaşdıraraq iddiaçı barəsində sözügedən qərarlar qəbul edilmişdir. Bu hal isə iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirli olması üçün kifayət qədər əsasların mövcudluğuna dəlalət etmir. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə bildirir ki, hazırkı iş üzrə iddianın növünə görə sübutetmə yükü inzibati orqanın üzərinə düşsə də, inzibati orqan öz mövqeyini- sübut edə bilməmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ****** nömrəli Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumat təqdim edən vergi ödəyicilərinin aşkar edilməsi barədə Aktdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Mingəçevir şəhəri, Naxçıvani küçəsi, “Təmiz evim” mağazasının yaxınlığında 40 kv.m təsərrüfat subyektinin vergi orqanında uçota alınmadığı aşkar olunmuşdur. Bununla bağlı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli qərar qəbul edilərək, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən təsərrüfat subyektinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və təsərrüfat subyektinin sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə 40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
22. Məhkəmə kollegiyası tərəfindən iddiaçı İddiaçı və cavabdeh inzibati orqanın təqdim etdiyi çəkilişə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, aparılmış vergi nəzarəti tədbirləri zamanı Mingəçevir şəhəri, Naxçıvan küçəsindəki “Təmiz evim” mağazasının yanında yerləşən, iddiaçının fəaliyyət göstərdiyi kafedə stol-stullar hazır düzülmüş, stolların üzərinə süfrə çəkilərək, menyu, duzqabı, kağız dəsmallar qoyulmuş və iş üçün hazır vəziyyətə gətirilmişdir. Həmçinin, videogörüntünün ilk 00:33 və 00:49-cu saniyələrində bir nəfər şəxsin masalardan birinin üzərindəki istifadə olunmuş boşqab və stəkanları yığışdırdığı görünür.
23. Belə ki, iş materialları, videogörüntülər və operativ vergi nəzarəti materialları obyektin faktiki fəaliyyət göstərdiyini təsdiq etdiyindən kollegiya vergi orqanının həmin pozuntu ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.
24. Bundan başqa ##.##.2025-ci il tarixli ****** nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət social sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında Aktdan görünür ki, İddiaçı tərəfindən icarəyə götürülmüş obyektdə aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən X2 xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
25. Videogörüntülərə baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, iki nəfər müştəri qismində vergi orqanının əməkdaşları stolda sərbəst əyləşir. 1 nəfər onların stoluna yaxınlaşır, müştəri qismində gələn vergi orqanının əməkdaşları su sifariş edirlər və həmin şəxs onlara su və stəkan gətirir. Daha sonra həmin kafedə gələn müştərilərə xidmət edən şəxsin cavabdeh orqanın əməkdaşları tərəfindən aşkarlanan pozuntuları rəsmləşdirərkən izahat verməkdən imtina etmiş və X7 başı ilə işarə edərək onu obyektdən uzaqlaşdırdığı müəyyən olunmuşdur.
26. Görünüyü kimi qeyd edilən obyektdə həmin şəxs faktiki olan gələn müştərilərə xidmət göstərmişdir. Həmin hal videogörüntülər və operativ vergi nəzarəti materialları ilə də sübut olunur.
27. Həmçinin, ##.##.2025-ci il tarixli ****** nömrəli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında Aktdan görünür ki, ##.##.2025-ci il tarixdə saat 14:25 radələrində 0.5 litr sirab suyu üçün 2 (iki) manat nağd qaydada ödəniş edilmiş və ödəniş müqabilində nəzarət-kassa çeki təqdim edilməmişdir. Araşdırma zamanı təsərrüfat subyektində nəzarət-kassa aparatının quraşdırılmadığı müəyyən olunmuşdur. Bununla bağlı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
28. Belə ki, təqdim edilmiş videogörüntülərə məhkəmə kollegiyasının iclasında baxış zamanı müəyyən edilmişdir ki, müştəri qismində obyektə gələn vergi orqanının əməkdaşları su sifariş edirlər. Onlar tərəfindən 0.5 litr sirab suyu alınır və su üçün 2 (iki) manat nağd qaydada ödənilir. Ödənişin müqabilində nəzarət-kassa aparatı çeki təqdim edilmir. Araşdırma zamanı təsərrüfat subyektində nəzarət-kassa aparatının quraşdırılmadığı da müəyyən edilmişdir.
29. Bu səbəbdən məhkəmə kollegiyası vergi orqanının əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə gəldiyi nəticəni də əsaslı hesab edir.
30. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı kollegiya tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, kafeni yay mövsümü ərəfəsində 4 ay müddətinə icarəyə götürmüş, lakin həmin vaxt fəaliyyət göstərmirdi. Sadəcə olaraq gələcəkdə istifadə üçün hazır vəziyyətə gətirilmişdir. Kafedə şəxslərə xidmət üçün yaxınlaşan şəxs X7 olmuşdur. Vətəndaş tərəfindən satılmış su üçün pulu qəbul edən şəxsi tanımır, sonradan ona məlum olub ki, X7 qonşusudur. X7 işlətdiyi ərazi onun kafesi ilə qonşudur. Müştərilərə satılan sirab suyu X7 obyektindən gətirilir. X7 ona zəng vurmuşdur ki, kafeyə vergi əməkdaşları gəlmişdir. Onun sonradan X7 ilə müqavilə bağlamasının səbəbi ürək əməliyyatı olunması ilə bağlı olmuşdur. Obyekti tanıdığı şəxsə təhvil vermək məqsədilə onunla müqavilə bağlamışdır.
31. Halbuki birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirmişdir ki, “İddiaçı işlətdiyi obyektin yanındakı mağazanın sahibkarıdır. Həmin obyekt ancaq yay fəslində fəaliyyətdə olur. Cavabdehin nümayəndələri onlar dostu ilə həmin ərazidə nərd oynayan zaman gəlmişlər. Onun mağazasının arxası həmin əraziyə çıxır, yəni həmin əraziyə giriş-çıxış sərbəstdir. Həmin obyek işlədiyi zaman hər kəs daxil olub əyləşə bilər. Nərd oynadıqları zaman 2 vətəndaş yaxınlaşıb obyektin işlədiyini soruşur, o isə işləmədiyini, obyektin müdirinin orada olmadığını qeyd etmiş, sonra o vətəndaşlardan biri su içmək istədiyini bildirmiş, o da özünə məxsus mağazadan su alıb gətirmiş, onlar suyu içib pulunu ödəyib getmişlər. Orada olan uşaq isə qonşusunun uşağıdır. Həmin obyekt ümümiyyətlə işləmir və işçisi də yoxdur. Uşaq qonşusunun uşağıdır. Dostu qardaşı kimi yaxın olduğu üçün cavabdehin nümayəndələrinə qardaşının uşağı olduğunu demişdir. Cavabdehin nümayəmdəsinə “İddiaçı işçisiyəm” deməmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kollegiya tərəfindən baxış keçirilən videogörüntülərdə müştəri qismində obyektə gələn vergi orqanının əməkdaşlarına X2 iaşə xidməti göstərmiş, lakin birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən Rəfiq Səfərov müştərilərə özünün xidmət göstərdiyini bildirmişdir.
33. Buna baxmayaraq, birinci instansiya məhkəməsi şahidin ifadəsini iş üzrə digər sübutlarla, xüsusilə də videomateriallarla müqayisəli şəkildə qiymətləndirməmiş, ifadədə olan ziddiyyətlərin aradan qaldırılması üçün hər hansı araşdırma aparmamışdır.
34. Halbuki sübutların qiymətləndirilməsi zamanı hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə yoxlanılmalı, sübutlar arasında olan ziddiyyətlərin səbəbləri araşdırılmalı və həmin ziddiyyətlərə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi isə bu ziddiyyətləri nəzərə almadan iddia tələbinin təmin edilməsi barədə nəticəyə gəlmişdir.
35. Bununla yanaşı iddiaçı həmin dövrdə kafenin fəaliyyət göstərmədiyini bildirsə də sonradan kafeni işlətməsi ilə bağlı X7 ilə əmək müqaviləsi bağladığını etiraf etmişdir. Bunun səbəbi kimi isə ürək əməliyyatına getməli olduğunu və obyekti tanıdığı şəxsə təhvil verməli olduğunu göstərmişdir.
36. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilən vergi ödəyicisi üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabatdan da görünür ki, İddiaçı ilə X7 arasında ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, ##.##.2025-ci il tarixdə müqaviləyə xitam verilmişdir.
37. Göründüyü kimi bu hal iddiaçının məhkəmə araşdırması zamanı verdiyi izahatlarla davranışları arasında ziddiyyət təşkil edir. Belə ki, iddiaçı verdiyi izahatda mövsümi olaraq icarəyə götürdüyü kafedə həmin mübahisəli dövrdə hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilmədiyini bildirsə də lakin onun aşkar olunmuş pozuntulardan sonra X7 ilə əmək müqaviləsinin bağlanması ona dəlalət edir ki, sonuncu iddiaçının göstərişi ilə mübahisəli dövrdə kafenin gündəlik fəaliyyətini həyata keçirmiş, gələn müştərilərlə ünsiyyətdə olmuş, onlara xidmət göstərmiş və faktiki olaraq kafenin fəaliyyəti ilə bağlı işləri yerinə yetirmişdir. Bundan başqa vergi orqanının əməkdaşları tərəfindən araşdırma aparılan zaman Rəfiq Səfərov iddiaçı İddiaçı zəng edərək məlumat vermiş və bunu da iddiaçı həm birinci instansiya məhkəməsinin iclasında həm də apellyasiya instansiya məhkəməsinin iclasında verdiyi izahatında etiraf etmişdir. Sonradan iddiaçı tərəfindən həmin şəxslə əmək müqaviləsinin bağlanması da onun təsadüfi şəkildə həmin obyektdə olması barədə ehtimalı istisna edir.
38. Belə ki, iş materiallarında olan operativ vergi nəzarəti tədbirlərinin nəticələri haqqında aktlarda qeyd olunan təsərrüfat subyektinin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi, əhali ilə pul hesablaşmalarının nəzarət-kassa aparatı tətbiq edilmədən aparılması, habelə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsi halları öz əksini tapmış, həmin aktlar əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında müvafiq qərarlar qəbul edilmiş, məhkəmə iclaslarına verilən izahatlarla şahid ifadələri, eyni zamanda videogörüntülər də ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarların qanuni və əsaslı olması qənaətinə gəlir.
39. Yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək kollegiya belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, iş üzrə toplanmış sübutlara tam və obyektiv hüquqi qiymət verməmiş, təqdim edilən videogörüntülərin məzmununa, onların sübut kimi əhəmiyyətinə münasibət bildirməmiş və həmin videogörüntüləri iş üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.
41. Buna görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarların ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.