Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-324/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və X2 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın 2-ci dərəcə məhdudlaşdırılması halının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iddiaçıya ##.##.2013-##.##.2014, ##.##.2014-##.##.2015, ##.##.2015- ##.##.2016, ##.##.2016-##.##.2021-ci illərdə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. ##.##.2022 və ##.##.2023-cü il tarixlərdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmiş, həmçinin ##.##.2024-cü il tarixdə müayinəsinə cavab olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi cavabı verilmişdir.
3. Daha sonra İddiaçı müraciəti əsasında əlavə əyani müayinəyə cəlb olunmuş və barəsində ## #### 2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbli *-**-*/*- ****/**** nömrəli qərar qəbul olunmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “imtinanın qanunsuz hesab edilməsi və ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın 2-ci dərəcə məhdudlaşdırılması halının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı mövqeyini belə əsaslandırır ki, o, ## #### 1992-ci il tarixdə Ucar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və # ###### 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ## ###### 1993-cü il tarixdə döyüşlərdə yaralanmış və ## ###### 1993-cü il tarixdən ## ###### 1993-cü il tarixədək aldığı yaralara görə Əli-Bayramlı Şəhər Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuş, həmin vaxt ona “sol baldırın yuxarı orta arxa 1/3 hissəsinin yumşaq toxumasını dəlib keçən güllə yarası” diaqnozu qoyulmuşdur. Bundan sonra ## ###### 1993-cü il tarixdən ## ##### 1993-cü il tarixədək Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında müayinə və müalicə olunmuş və ona “sol baldırı dəlib keçən güllə yarası” diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının # ###### 2012-ci il tarixli, *** nömrəli qərarı ilə də təsdiq edilmişdir ki, onun aldığı xəsarətlər hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmaya görə ona 2012-ci ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının elektron sistemindən çıxarışdan görünür ki, # #### 2016-cı il tarixli qiymətləndirmə zamanı ona ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi və “sol baldırın yuxarı 1/3 yumşaq toxumasını dəlib keçən güllə yaralanması, bel fəqərələrinin osteoxondrozu kəskin kökçük ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Beləliklə o, 2012 – 2024-cü illərdə ikinci dərəcəli əlil kimi pensiya almışdır. X1-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in # ##### 2024-cü il tarixli qərarı ilə əlilliyin təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Iddiaçı cavabdehin imtinasını mübahisələndirir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının ## ####### 2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: sol baldırın orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasından sonrakı xroniki osteomielit, funksiya edən fistula. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı əlillik vəziyyətinə ## ####### 2023-cü il tarixli göndəriş əsasında baxılmış, ## #### 2024-cü il tarixdə qərar sistemə daxil edilmişdir. Iddiaçı isə 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olmasına baxmayaraq, şikayəti # #### 2026-cı il tarixdə, 1 il 7 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim etmişdir. Məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması xahiş edilmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbul olunması səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid etmiş və əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Əlilliyin təyin olunması barədə qərar inzibati aktın xassələrini daşıdığından, o cümlədən şəxs üçün hüquqi nəticə yaratdığından, hazırkı mübahisə “məcburetmə haqqında” iddiaya aid edilməlidir. Həmin növdən olan iddialara qanunvericiliklə iddia müddəti şamil olunur. Qeyd olunmalıdır ki, iş üzrə iddia ərizəsi məhkəməyə # #### 2026-cı il tarixdə, yəni cavabdehin müvafiq (## #### 2024-cü il tarixli) imtinasından 1 il 7 ay müddət keçdikdən sonra verilmişdir. Buraxılmış iddia müddətinin bərpa olunmasına gəldikdə isə, iddia 1 ildən artıq müddət keçdikdən sonra qaldırıldığından və IPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) üzrə xüsusatlar ortaya çıxmadığından, məhkəmə buraxılmış müddətin bərpası barədə ərizə verilməsinin iddiaçıya tövsiyə olunmasını məqsədəuyğun saymamışdır. Məhkəmə bir xüsusatı da diqqətə çəkir ki, mübahisənin xarakterinə görə əlillik təyinatına şəxsin sağlamlıq vəziyyətinin dəyişməsi birbaşa təsir etdiyindən, iddiaların imtina tarixindən uzun müddət keçmədən qaldırılması daha ağlabatan və səmərəli ola bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının sağlamlıq vəziyyətindən, müayinə və müalicələrinin nəticəsindən asılı olmayaraq, yuxarıda göstərilənlərə əsasən hazırkı iddia mümkün sayıla bilməz.
9. Iddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, qanunvericilik inzibati aktın mübahisələndirilməsi barədə iddianın 30 gün ərzində qaldırıla bilməsini qeyd etmiş və həmin 30 günlük müddətin başlamasını isə həmin inzibati aktın tərəfə təqdim edilməsi ilə şərtləndirmişdir. Göründüyü kimi həmin 30 günlük müddət qeyd edilən inzibati aktın iddiaçıya təqdim edildiyin gündən başlayır. Buna görə də məhkəmə ilk öncə həmin inzibati aktın ona nə zaman təqdim edilməsi barədə sübutu cavabdeh inzibati orqandan tələb etməli və bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddətin keçib-keçməməsini aydınlaşdırmalıdır. Iddiaçı bildirmişdir ki, həmin inzibati aktı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 3 gün öncə almışdır. Həmin akt ona cavabdeh inzibati orqan tərəfindən gec təqdim edildiyindən hazırkı iddia ərizəsi ilə inzibati aktın qəbul edilməsindən 1 il 7 ay sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən də həmin inzibati aktın iddiaçıya təqdim edilməsi barədə heç bir sübut təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Tərəflər məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/14623" \l ":~:text=T%C6%8FSD%C4%B0Q%20ED%C4%B0LM%C4%B0%C5%9ED%C4%B0R- ,H%C9%99rbi%2Dh%C9%99kim%20ekspertizas%C4%B1%20haqq%C4%B1nda,- %5B1%5D"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
20. Iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
22. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
24. Iş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının ## ####### 2023-cü il tarixli göndərişi əsasında baxılmış (diaqnoz: sol baldırın orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasından sonrakı xroniki osteomielit, funksiya edən fistula), ##.##.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.
25. Bundan sonra iddiaçı həmin imtina ilə razılaşmayaraq cavabdeh orqana müraciət etmiş, bu müraciət əsasında ##.##.2024-cü il tarixdə əlavə əyani müayinəyə cəlb olunmuş və barəsində eyni məzmunlu qərar qəbul edilmişdir. Sözügedən qərar ## #### 2024-cü il tarixdə sistemə daxil edilmişdir (iş.səh53).
26. Həmçinin cavabdeh orqan ##.##.2024-cü il tarixdə *-**-*/*-*-****/**** saylı qərarında bir daha ##.##.2024-cü il tarixli əlavə əyani müayinənin nəticələrinə istinad edərək eyni məzmunlu qərar qəbul etmişdir.
27. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh inzibati aktın iddiaçıya nə vaxt təqdim edildiyini sübut etməmiş, buna görə də 30 günlük iddia müddətinin buraxılması barədə nəticəyə gəlinməsi düzgün olmamışdır. Kollegiya bu dəlillə razılaşmayaraq qeyd edir ki, işin hallarından iddiaçının əlilliyin müəyyən edilməsindən imtina olunması barədə cavabdehin mövqeyindən məlumatlı olması aşkar görünür. Iddiaçı əvvəlki imtinadan sonra özü cavabdehə müraciət etmiş, ##.##.2024-cü il tarixdə əlavə əyani müayinəyə cəlb olunmuş, həmin müayinədən sonra isə uzun müddət ərzində ona əlilliyin təyin edilmədiyini və bununla bağlı ödəniş almadığını bilmişdir. Nəzərə alınmalıdır ki, əlilliyin müəyyən edilməsində iddiaçının güddüyü məqsəd buna görə müvafiq ödənişlərin və imtiyazların əldə edilməsidir.
28. Iddiaçı, əyani müayinənin keçirildiyi ##.##.2024-cü il tarixdən 1 il 10 aydan artıq müddət keçdikdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi ilkin olaraq iddiaçı imtina qərarının qəbul edildiyi ##.##.2023-cü il tarixdən 5 ay keçdikdən sonra cavabdehə bununla bağlı şikayət etmişdir.
29. Kollegiya qeyd edir ki, ilkin imtina qərarından 5 ay keçdikdən sonra ona əlilliyin təyin olunmamasından məlumatlı olan və cavabdeh orqana şikayət edən iddiaçının ##.##.2024-cü il tarixli əyani müayinənin nəticəsindən məlumatsız olmaqla 2 ilə yaxın müddətdə gözləməsi ağlabatan və inandırıcı hesab edilə bilməz.
30. Cavabdeh orqan yekun imtina qərarının sistemə ##.##.2022-ci ildə daxil edildiyini bildirmişdir. Hətta həmin tarixdən hesablandıqda belə müəyyən edilir ki, iddia ərizəsi 1 il 7 ay keçdikdən sonra (##.##.2026) məhkəməyə təqdim edilmişdir.
31. Odur ki, iddiaçının ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etməsi, onun imtina qərarından məhz həmin dövrdə məlumatlı olması ilə bağlı ağlabatan və inandırıcı qənaət yaratmır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.
33. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. Iddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi.
34. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür. Belə olan halda iddiaçının sonuncu imtina cavabından 2 ilə vaxt keçdikdən sonra - ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır).
35. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ilə yaxın müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.
36. Başqa sözlə, inzibati aktın təqdim edilməməsi iddiaçıya qeyri-müəyyən müddət ərzində gözləmək və təxminən iki il sonra eyni imtinanı mübahisələndirmək imkanı vermir. Yuxarıda qeyd edildiyi kimi əlilliyin qiymətləndirilməsi şəxsin konkret dövr üzrə sağlamlıq vəziyyətinin tibbi göstəricilərinə əsaslanır. Uzun müddət keçdikdən sonra həmin dövrə aid sağlamlıq vəziyyətinin əvvəlki göndəriş əsasında qiymətləndirilməsi obyektiv olaraq mümkün olmayacaqdır.
37. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkün idi. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir.
38. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi.
39. Iddiaçının əlavə olaraq təqdim etdiyi cinayət və mülki icraatlarla bağlı yazışmalar və məhkəmə aktlarının surətləri də iddia müddətinin buraxılmasını üzrlü hesab etmək üçün yetərli əsas yaratmır. Həmin sənədlər iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməsinə qarşısıalınmaz maneənin mövcud olmasını sübut etmir. Əksinə, iddiaçının digər icraatlarda hüquqi müdafiə vasitələrindən istifadə etməsi onun məhkəmə və inzibati orqanlara müraciət etmək imkanının olmasını göstərir. Iddiaçının Qarabağ müharibəsi iştirakçısı olması və sağlamlıq vəziyyəti iddia müddətinə əməl edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına əsas ola bilməz.
40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.