Məhkəmə qərarları › İş №2-1(3-10)-327/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-327/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-327/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Musayev Taleh Valeh oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “zəlzələ nəticəsində Qax rayonunun Zərnə kəndində ona məxsus yaşayış evinin bərpa edilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Qax rayonu Zərnə kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin zəlzələ nəticəsində qəzalı vəziyyətdə düşməsini bildirərək, yaşayış evinin tikilib bərpa olunması ilə bağlı cavabdehə müraciət etmişdir.

2. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Zaqatala, Balakən və Qax rayonlarında yerləşən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən AR FHN-nin komissiyaları tərəfindən Qax rayonu ərazisində yerli icra orqanlarının təqdim etdiyi siyahılar əsasında zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin siyahılarda iddiaçının adı olmadığından onun evinə baxış keçirilməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən iddiaçının evi barədə hər hansı tədbirin görülməsi mümkün deyildir. Ərazidə fəaliyyət göstərən komissiyalar öz işini 2014-cü ildə bitirmişdirlər.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı, cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət “zəlzələ nəticəsində Qax rayonunun Zərnə kəndində ona məxsus yaşayış evinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2012-ci ilin may ayında Qax rayonunda baş vermiş zəlzələ nəticəsində Qax rayonun Zərnə kəndində iddiaçıya məxsus yaşayış evinə ziyan çəkmiş və həmin dövrdə aidiyyəti orqanlara müraciət edərək burda yaşayışın aparılmasının qeyri-mümkün olması barədə vaxtında məlumat vermişdir. Lakin hal-hazırki vaxta qədər rəsmi dövlət orqanları, yəni Qax Rayon Icra Hakimiyyətinə müraciət etdikdə o təqsiri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Fövqəladə Hallar Nazirliyinə bu barədə rəsmi müraciət etdikdə isə təqsiri Qax Rayon Icra Hakimiyyətində olduğu barədə iddiaçıya rəsmi məlumat verirlər. Qax rayonun Zərnə kəndində iddiaçıya məxsus yaşayış evi atası X1 iddiaçıya miras qalmışdır. Həmin evdə 1-ci Qarabağ müharibəsində şəhid olan qardaşı X4 və ümumilikdə 7 ailə üzvü yaşamışdır. Hal-hazırda iddiaçının evi olmadığı üçün (dövlət orqanları vəzifələrini layiqincə həyata keçirmədikləri üçün) iddiaçı oğlu Nümayəndə (23 ildir ki Müdafiə Nazirliyinin zabitidir) himayəsində yaşayır. Iddiaçı bildirir ki, uzun müddətdir ki, konstitusion hüquqlarının bərpa edilməsi üçün Qax Rayon Icra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, heç bir nəticə əldə edilmədiyi üçün, bundan öncə Qax rayon Icra Hakimiyyəti ilə yaranmış mübahisənin Şəki Inzibati Məhkəməsində hüquqi müstəvidə həll edilməsi baxımından iddia verilmiş, lakin Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı qanunsuz və əsassız olmaqla yanaşı, iddiaçının və ailə üzvlərinin konstitusion hüquq və qanuni mənafelərinin pozulmasına yönəlmişdir, o cümlədən cavabdehi haqlı çıxardaraq işin mahiyyəti üzrə həll edilməsi cavabdeh tərəfin səlahiyyət çərçivəsində olmadığı göstərmişdir. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının təsviri-əsaslandırıcı hissəsindən aydın olur ki, zəlzələ nəticəsində Qax rayonu Zərnə kəndində dağılmış evinin təmir və ya bərpa edilməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir. Məhkəmənin qərarını əsas götürərək iddiaçı Fövqəladə Hallar Nazirliyinə bu barədə rəsmi müraciət etmiş və onların cavab məktubu ## ####### 2024-cü il tarixdə poçtla iddiaçıya göndərilmişdir. Iddiaçı iddia tələbində əlavə olaraq maddi hüquq normalarını sadalamışdır.

7. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, “2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyin Tikintidə X9 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. Yerli ica hakimiyyəti tərəfindən tərtib olunmuş siyahılar əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən və yerli icra hakimiyyətlərin nümayəndələrindən ibarət komissiyalar tərəfindən bir neçə ay ərzində ziyan dəymiş yaşayış evlərinə baxışlar keçirilmişdir. Həmin baxışların nəticəsində bütün ziyan dəymiş evlər, zəlzələdən sonra düşdüyü vəziyyətə uyğun olaraq 3 kateqoriyaya bölünmüşdür: qəzalı, bərpaya və ya təmirə ehtiyacı olan evlər. Hər bir kateqoriyaya uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Təqdim edilmiş siyahıda iddiaçının adı olmadığına görə evinə komissiya tərəfindən baxış keçirilməmişdir. Uzun müddət keçməyinə baxmayaraq vətəndaşın 2024-cü ildə ünvanladığı ərizələrində bu barədə iddiaçıya məlumat verilmişdir. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının ## #### 2011-ci il tarixli ***-IVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortalamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşların evlərini dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35.3-cü və 47.2-ci maddələrini nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdirlər”.

8. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçı, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Qax rayonu Zərnə kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəydiyini və fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan evinin bərpa edilməsini tələb edir. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu, Şamaxı, Ismayıllı rayonlarında baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. Iddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

10. Iddiaçının nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Iddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, faktiki olaraq həmin dövrdə Icra Hakimiyyətinin nəzdində yaradılmış fövqalədə komissiya onun evinin zəlzələ nəticəsində yarasız hala düşməyi barədə baxış keçirməmiş və bu barədə Fövqaladə Hallar Nazirliyinə məlumat verməmişdir (üzərinə düşən vəzifə səlahiyyətlərini hərəkətsizlik formasında pozmuşdular). Belə ki, Fövqaladə Hallar Nazirliyi tərəfindən ona ünvanlamış cavab məktubunda da bu hal öz təsdiqini tapır, yəni bu orqan birbaşa Qax rayon Icra Hakimiyyətini təqsirli sayır və bildirir ki, iddiaçının evinin zəlzələ nəticəsində yararsız hala düşməsi barədə Icra Hakimiyyəti rəsmi məlumat verməmişdir. Digər tərəfdən məlumat üçün bildirmişdir ki, 2 (iki) ailə, atası İddiaçı məxsus yaşayış evi və vətəndaş X2 məxsus yaşayış evi ilə (bir damın altında) olduğundan zəlzələ nəticəsində həmin yaşayış evləri yarasız vəziyyətə düşərək hər 2 (iki) ailəyə maddi ziyan dəymişdir. Nəticədə vətəndaş X2 dövlət tərəfindən ev tikilsə də, digər tərəfdən atası İddiaçı heç bir köməklik göstərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

13. Tərəflər məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına ərizə ünvanlayaraq, hərbi xidmətdə olduğundan şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

15. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.8. təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi haqqında Əsasnamə:

7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.2. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir;

8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.9. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək; 8.41. fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək; ...

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. Avropa Insan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarı: “xxxx“Affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).”

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Iddiaçının nümayəndəsi onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin cavabdeh tərəfindən tikilib bərpa edilməsinə nail olmaqdan ibarətdir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin cavabdeh tərəfindən tikilib bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Həmçinin, Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

26. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür.

27. Iddiaçıya məxsus fərdi yaşayış evinin 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşməsi özü özlüyündə həmin evin yenidən tikilməsi və ya bərpa edilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Əksinə, mənzil və ya fərdi evin bərpası və təmiri, o cümlədən təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş yaşayış sahəsinin mümkün olan ən qısa müddət ərzində təmiri və bərpası mülkiyyətçinin vəzifəsi və öhdəliyinə aiddir. Iddiaçının belə öhdəliyinin təminatı qismində həm də “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsində təsbit edilmiş icbari sığorta institutu çıxış edir.

28. Belə ki, istinad olunan həmin normaya görə, hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binaları, mənzillər mütləq qaydada sığorta olunmalıdır. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

29. Belə hallarda fərdi evi zəlzələ nəticəsində yararsız hala düşmüş şəxsə yardım etməsi və ya maliyyə dəstəyi göstərməsi, dövlətin bununla bağlı mütləq öhdəliyinin mövcud olması anlamına gəlmir. Dövlət dəstəyinin həm də qəzanın nəticələrinin aradan qaldırılması üçün tələb olunan maliyyə yükünün həcminə və bir sıra digər faktorlara bağlı olduğu da nəzərə alınmalıdır. Odur ki, iddiaçı hazırkı məzmunda cavabdehin belə öhdəlik daşıdığına istinad etməkdə haqlı sayıla bilməz.

30. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının nümayəndəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar