Məhkəmə qərarları › İş №2-1(3-10)-329/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-329/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-329/2026 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ## ####### 1957-ci il tarixdə doğulmuşdur. O, ## ######## 1973-cü ildən ## #### 1975-ci ilədək Balakən ** saylı Peşə məktəbində təhsil almış, 1975-ci ildən Balakən kolxozlararası tikinti idarəsində fəhlə işləmiş, # ###### 1975-ci il tarixdən ## ###### 1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 1977 – 1982-ci illərdə Mingəçevir şəhər X5 təhsil almışdır.

2. O, həqiqi hərbi xidməti başa vurduqdan sonra 1988-ci ilədək Balakən kolxozlararası tikinti idarəsində (Balakən təsərrüfatlararası tikinti idarəsi) əmək fəaliyyətini davam etdirmişdir. 1988-ci ildən sonra davamlı iş fəaliyyəti ilə məşğul olmamışdır.

3. Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 7 dekabr ** nömrəli qərarı əsasında ona və ailə üzvlərinə 1,13 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı ona aidiyyəti orqan tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN – 437 KOD 40114018 Dövlət Aktı verilmişdir.

4. İddiaçı 2010 və 2014-cü illərdə torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqları ödəmişdir.

5. İddiaçı ## ####### 2022-ci il tarixdə 65 yaşı tamam olmuş və ona avtomatlaşdırılmış qaydada sosial müavinət təyin olunmuşdur.

6. O, məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmişdir.

7. Mərkəzi Filial ## #### 2025-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını sığortaedənin uçot məlumatlarının aşkar ediləməsi ilə əsaslandırmışdır.

8. Bundan sonra iddiaçı İddiaçı cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında əks etdirilməsi» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1973 – 1974-cü illərdə Balakən ** saylı peşə məktəbində təhsil almış, 1975-ci ildə Balakən Kolxozlararası Tikinti İdarəsində fəhlə işləmiş, 1975 – 1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra 1988-ci ilədək Balakən Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətini davam etdirmişdir.1988-ci ildən sonra yalnız ara işləri ilə məşğul olmuşdur. Balakən Rayon Aqrar İslahat Komissiyasının # ###### 1997-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkin işləri aparmışdır. Bələdiyyədən ona bildirildikdən sonra ## ###### 2010-cu ildə DSFM Balakən rayon şöbəsinə getmiş və istifadəsində olan torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəmiş, şöbə tərəfindən ona ****** nömrəli mədaxil qəbzi təqdim edilmişdir. Növbəti illərdə müəyyən səbəblərdən ödəniş edə bilməmiş, son olaraq ## ###### 2014-cü ildə “Kapital Bank”da olan DSMF məcburi dövlət sosial sığorta haqları üzrə 35,60 manat ödəniş etmişdir. 2022-ci ildə 65 yaşı tamam olduqda sosial müavinət təyin edilmişdir. İddiaçı DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına məcburi dövlət sosial sığorta haqlarının şəxsi hesabına əks etdirilməsi ilə bağlı müraciət etsə də, qurum məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, elektron informasiya sistemində iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir.

10. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaya etiraz etmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmasının mümkün olmadığı qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikda isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dak yaşa görə əmək pensiyası təyin edilmiş şaxslər istisna olmaqla) yaşa göra əmək pensiyası hüququ vardır. # #### 2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə), eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019 – 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçı İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası # ###### 2006-cı il tarixdən # #### 2013-cü il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər. Lakin iddiaçının # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi 2006 – 2016-cı illər üzrə mədaxil qəbzlərinin düzgünlüyünün yoxlanılması üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi iddiaçıya aid 2006 – 2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə illik hesabat”lar (Forma B2) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Bundan əlavə, 2006 – 2016-cı illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilmədiyi müvafiq illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilə bilməz. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

12. Qeyd olunmalıdır ki, məhkəmə icraatının gedişində iddiaçı İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı ərizə ilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Flialına müraciət etsə də, məsələ müsbət həllini tapmamışdır.

13. İddiaçı İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «kənd təsərrüfatı təyinatlı torpaqdan istifadə edən şəxs olaraq ödənilmiş 55,60 manat məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks etdirilməsi, ## ####### 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pul fərqinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi iddianın dəyişdirilməsini qəbul etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını xahiş etmişdir.

17. Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia tələbi “ödənilmiş məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks etdirilməsi” hissəsində mümkün sayılmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ## ##### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək vəzifəsi üzərində olan iddiaçı İddiaçı tərəfindən müvafiq Forma B2 və Forma B3 məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sıqortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Digər tərəfdən ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARI

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. «Əmək pensiyaları haqqında» Qanunun: 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 22-1.1-ci maddəsinə görə 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə görə 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 221.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır.

26. «Sosial sığorta haqqında» Qanunun: 14.5-сi maddəsinə görə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (14.5.1-1). Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: (14.5.1-1.3) mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: - 5 hektaradək olduqda – 5 faiz miqdarında; - 5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında; - 10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında.

27. «Əmək pensiyaları haqqında» Qanunun: 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

28. «İnzibati icraat haqqında» Qanunun: 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsindən ibarətdir.

35. İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik, yaxud # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış və # #### 2020-ci il tarixdən sonra 65 yaşa çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ yaranır.

37. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ####### 1957-ci il tarixdə doğulduğunu və mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə DSMF-nin Balakən rayon şöbəsinə ## ###### 2010cu il tarixdə 20 manat (CİP/1 ****** nömrəli mədaxil qəbzi) və ## ###### 2014-cü il tarixdə 36,10 manat (AZ**A**B nömrəli qəbz) məcburi dövlət sosial sığorta haqqları ödədiyini əsas gətirərək 65 yaşı tamam olmuş şəxs kimi ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır.

38. Belə ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla iddiaçının təqdim etdiyi ## ###### 2010-cu il tarixli CİP/1 ****** nömrəli və ## ###### 2014-cü il tarixli AZ**A**B nömrəli qəbzlərdəki qeydlərin həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır.

39. Formalaşmış inzibati praktika isə ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin müvafiq dövrdə, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin iyul ayının 1dək olan dövrdə MDSS üzrə ödədiyi vəsaitin fərdi hesabının sığorta hissəsində qeydə alınmaması onun təqsiri ilə bağlı olmayan haldır və belə halda da ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyinatı aparılır.

40. Nəzərə alınmalıdır ki, qanunvericinin əmək pensiyasının avtomatlaşdırılmış qaydada belə təyinatı nəzərdə tutmaqda müvafiq dövrdə əmək fəaliyyəti ilə məşğul olmuş və ya mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə etmiş fiziki şəxsləri vaxtilə qanunun tələblərinə riayət etməklə məcburi dövlət sosial sığorta ödənişlərindən tamamilə yayınmamağına görə digərlərindən fərqləndirmək məqsədi daşıyır. Odur ki, hazırkı iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə müvafiq məbləğdə məcburi dövlət sosial sığorta haqqını ödəməklə, bu ödəniş fərdi hesabın sığorta hissəsində qeydə alınmasa belə, barəsində pensiya təyinatı aparılmalı şəxslərin sırasına aid edilir.

41. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə DSMF-nin Balakən rayon şöbəsinə ## ###### 2010cu il tarixdə 20 manat (CIP/1 ****** nömrəli mədaxil qəbzi) və ## ###### 2014-cü il tarixdə 36,10 manat (AZ**A**B nömrəli qəbz) məcburi dövlət sosial sığorta haqqlarını ödəmiş və ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözügedən qəbzlərlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını birbaşa sübut edir.

42. Əvvəlki dövr üzrə yaranmış fərq məbləğinə gəldikdə isə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya pensiya təyinatı aparılarkən keçmiş dövr üzrə ödənilməmiş məbləğdən ona verilmiş müavinət məbləği çıxılmaqla yaranmış fərq məbləği ötən dövr üçün ayların sayına bölünməklə aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Pensiya təyinatı ## ####### 2022-ci il tarixdə aparılarsa, iddia ərizəsi ## #### 2025-ci il tarixdə məhkəməyə təqdim olunduğundan və inzibati orqana müraciət də ondan əvvələ təsadüf etdiyindən, keçmiş müddət üç illik dövrü aşmır.

43. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar