Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-330/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən # ######## 2025-ci il tarixli, *-**-*/*-A-******/**** nömrəli məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
2. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının iş stajının 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində tələb olunan həddən az pensiya kapitalının toplanması və # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmaması səbəbindən yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər təmin olunmamışdır. Belə ki, X2 filialının ## ###### 2025-ci il tarixli arayışına əsasən, iddiaçının X5 # ###### 1996-cı il tarixdən # ####### 1997-ci il tarixədək əməkhaqqı hesablanmış dövrü sığorta stajına daxil edilmiş, 1993–1995-ci illərə aid əməkhaqqı cədvəlləri filiala təhvil verilmədiyindən həmin dövr üzrə əməkhaqqı alması müəyyən edilməmiş, # ####### 1997-ci il tarixdən ## ###### 1997-ci il tarixədək isə adına əməkhaqqı hesablanmadığından qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - 1981-ci ildə Moskva şəhərində istehsalat təcrübəsi keçdikdən sonra # ##### 1982-ci il tarixdən # ##### 1985-ci il tarixədək “xxxx” müəssisəsində, ## ##### 1985-ci il tarixdən ## ######## 1990-cı il tarixədək (arada qısa fasilə ilə) “Zil” zavodunda, # ###### 1990-cı il tarixdən # ###### 1993-cü il tarixədək “xxxx” müəssisəsində, # ###### 1993cü il tarixdən ## ###### 1997-ci il tarixədək X5, # #### 2019-cu il tarixdən ## #### 2025-ci il tarixədək DOST Mərkəzi MMC-də işləmişdir. Iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, qurum məsələnin həllindən imtina etmişdir. Imtina məktubunda bildirilmişdir ki, aidiyyəti sənədlər arxivə təhvil verilmədiyindən onun müvafiq dövrdə əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün olmadığından, həmin dövr sığorta stajına daxil edilməmişdir, sığorta stajı 23 il 8 ay 9 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən azdır. Iddiaçı cavabdehin imtinasını mübahisələndirir və hesab edir ki, hərbi xidmət və təhsil dövrü də daxil olmaqla onun 28 il 11 gün sığorta stajı var və bu staj pensiya hüququ yaradır. X6 sənədlərinin aşkar olunmaması onun təqsiri ilə bağlı deyil.
5. Cavabdeh orqan iddia tələbinə etirazını imtinanın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun # ######## 1977-ci il tarixdən # #### 1982-ci il tarixədək təhsil və hərbi xidmət müddətləri, # ###### 1990-cı il tarixdən # ###### 1993-cü il tarixədək əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla ümumi sığorta stajı 23 il 8 ay 9 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı # ###### 2006-cı il tarixədək 17 il 8 ay 9 gün sığorta stajına uyğun olaraq 18.219,16 manat, # #### 2019-cu il tarixdən # #### 2025-ci il tarixədək 6 il sığorta stajına uyğun olaraq 5.958,97 manat olmaqla ümumilikdə 24.178,13 manat (2025-ci ilə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46.080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Iddiaçının əmək kitabçasında qeyd olunmuş X5 mötəbərliyinə əsaslı şübhələr olan # ###### 1993-cü il tarixdən ## ###### 1997-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X2 filialının ## ###### 2025-ci il tarixli arayışında qeyd olunan məlumatlara əsasən X5 iddiaçının əmək fəaliyyəti zamanı # ###### 1996-cı il tarixdən # ####### 1997-ci il tarixədək adına əməkhaqqı hesablanan dövr sığorta stajına daxil edilmişdir. Həmçinin 1993 – 1995-ci illərə aid əməkhaqqı cədvəlləri sözügedən filiala təhvil verilmədiyindən, həmin dövr üzrə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış və # ####### 1997-ci il tarixdən ## ###### 1997-ci il tarixədək adına əməkhaqqı hesablanmadığından qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. «Sosial müavinətlər haqqında» Qanunun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya # #### 2025-ci il tarixdən (əmək müqaviləsinə ## #### 2025-ci il tarixdə xitam verildiyindən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5ci maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli qərarına əsasən məsələyə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
6. Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli, 2-1(116)- ****/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəflərin dəlil və sübutlarına qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı sayır, cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (IPM-in 14.3-cü maddəsi). Çünki, «Inzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desələr sübut etmək yükü daşıyır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin # ###### 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə, məhkəmə vurğulayır ki, müvafiq dövrdə əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı alıb-almaması barədə sənədlərin aşkar olunmaması, hətta əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal (sənədlərin aşkar olunmaması) iddiaçının iradəsi ilə bağlı olmadığından və məsuliyyət sferasını əhatə etmədiyindən, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa, iddiaçının işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti # ###### 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan iddiaçının sığorta stajına onun eyni müəssisədə işlədiyi dövrün bir hissəsini daxil edib, digər hissəsini daxil etməmişdir. Hansı ki, mübahisəli dövrlər # ###### 2002-ci il tarixdən əvvəlki, yəni qanunvericiliklə iş fəaliyyətinin sığorta stajı kimi hesablanmasının məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmədiyi vaxta aiddir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı 1993 – 1997-ci illərdə X5 işlədiyi müddətin onun sığorta stajına daxil edilməməsi üçün əsaslar mövcud deyil. Həmin staj nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (cavabdehin mübahisələndirmədiyi müddət 23 il 8 ay 9 gündür). Həmin dövrlər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının 25 ildən artıq sığorta stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 65 yaşı tamam olduğu ## ### 2025-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Nəzərə alınmalıdır ki, iddiaçı ## ### 1960-cı il tarixdə doğulmuşdur.
8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq məhkəmənin mövqeyinə münasibətdə qeyd etmişdir ki, 1993-1995-ci illərə aid əməkhaqqı cədvəlləri X2 filialına təhvil verilmədiyi üçün həmin dövr üzrə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından, ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixinədək isə adına əməkhaqqı hesablanmadığından qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Bütün bu halları nəzərə alaraq düşünürlər ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Beləliklə, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, ##.##.1993-cü ildən ## ###### 1997-ci il tarixədək X5 işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri və qeyd edilən dövrlərlə bağlı iddiaçının işə qəbul və işdən çıxma əmrləri olmadığından həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda 1996-cı ilin oktyabr və noyabr ayları da iddiaçının stajına daxil edilməmişdir.
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
15. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ### 2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
19. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
25. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.
28. Apellyasiya şikayətinin ümumiləşdirilmiş dəlilləri ondan ibarətdir ki, iddiaçının 1993-1995-ci illərdə əməkhaqqı almasına dair sənədlər arxivdə mövcud olmadığından, # ####### 1997-ci ildən ## ###### 1997-ci ilədək isə adına əməkhaqqı hesablanmadığından həmin dövrlər sığorta stajına daxil edilə bilməz və bu səbəbdən onun 25 illik sığorta stajı tamamlanmır.
29. Cavabdeh orqan iddiaçının # #### 2025-ci il tarixədək mübahisəsiz sığorta stajının 23 il 8 ay 9 gün olduğunu qəbul etmiş, X5 # ###### 1996-cı il tarixdən # ####### 1997-ci il tarixədək işlədiyi müddəti həmin stajın tərkibində nəzərə almışdır. Cavabdehin mübahisələndirdiyi əmək fəaliyyəti dövrü staja əlavə edildikdə iddiaçının tələb olunan ümumi sığorta stajı 25 ildən artıq olur.
30. X2 filialının məktubundan görünür ki (iş.səh53) iddiaçı X4 ## ###### 1993-cü il tarixdə işə qəbul edilmiş və ## ###### 1997-ci il tarixdə işdən azad olunmuşdur.
31. Kollegiya qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə, Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 3-cü bəndinə və əmək kitabçalarının aparılması qaydalarına əsasən əmək kitabçası iş stajını təsdiq edən əsas sənəddir. Əməkhaqqı cədvəlləri, şəxsi hesablar və digər sənədlər isə əmək kitabçası olmadıqda, onda zəruri qeydlər aparılmadıqda və ya həmin qeydlər düzgün və dəqiq olmadıqda iş stajının təsdiqi üçün istifadə edilən əlavə sübutlardır.
32. Belə olan halda iddiaçının işlədiyi müəssisənin əməkhaqqı kitablarını arxivə təhvil verməməsi əmək kitabçasındakı qeydlərin mötəbərliyinə şübhə yarada və iddiaçının ziyanına şərh edilə bilməz.
33. Nəzərə alınmalıdır ki, X2 filialı iddiaçının 1993-1995-ci illərdə əməkhaqqı almamasını yox, həmin illərə aid əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsini bildirir. Müvafiq sənədlərin arxivdə mövcud olmaması iddiaçının həmin dövrdə işləməməsi və ya əməkhaqqı almaması ilə eyni hüquqi nəticə yaratmır. Arxiv sənədlərinin təhvil verilməməsi müəssisənin sənəd dövriyyəsi ilə bağlı məsuliyyət sferasına aid olmaqla, iddiaçının ziyanına şərh edilə bilməz.
34. Bundan başqa, mübahisə # ###### 2002-ci il tarixədək olan dövrə aiddir. Həmin dövrdə əmək müqaviləsi ilə işləyən şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunduğundan, bu dövr üzrə əhəmiyyət daşıyan hal şəxsin əmək fəaliyyətinin olubolmamasıdır. Hazırkı işdə iddiaçının əmək kitabçası mövcuddur. Əmək kitabçasında işə qəbul və işdən azad edilmə qeydləri arxiv məlumatı ilə təsdiqlənir. Əmək kitabçasının mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilməmiş, cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilməmişdir.
35. Beləliklə, cavabdeh orqanın mübahisələndirdiyi dövrün iddiaçının ümumi sosial sığorta stajına daxil edilməsinə hər hansı hüquqi maneə olmamışdır. Cavabdeh həmin dövrü yalnız əməkhaqqı sənədlərinin arxivdə mövcud olmaması kimi formal əsasla nəzərə almamış və nəticədə iddiaçının 25 illik sığorta stajının tamamlanmaması qənaətinə gəlmişdir. Mübahisəli dövr staja daxil edildikdə isə iddiaçının tələb olunan minimum 25 il ümumi sosial sığorta stajı tamamlandığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.