Məhkəmə qərarları › İş №2-1(3-10)-332/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-332/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-332/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı iddiaçı1 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin X3 şöbəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilərək, iddiaçıların müraciətləri üzrə cavabdehin əsaslandırılmış inzibati akt qəbul etməyə məcbur edilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iş materiallarından görünür ki, iddiaçı iddiaçı1 Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəbində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X8 Xidmətinin X3 şöbəsinə ##.##.2026-cı il tarixdə müraciət etmiş, iş yerində ona qarşı haqsızlıqlar edilməsini, normal iş şəraiti və fəaliyyəti yaradılmamasını bildirmiş, pozulmuş hüquqlarının bərpa olunmasını və işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

2. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq onun 2017-2018-ci tədris ilində məktəbə həftəlik 16 saat dərs yükü ilə biologiya müəllimi təyin edilməsini, cari tədris ilində ona həftəlik 26 saat dərs yükü və sinif rəhbərliyi həvalə olunmasını, ##.##.2026-cı il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi əsasında xitam verilməsini bildirmiş, müraciətdə göstərilən digər məsələlərin X8 Xidmətinin səlahiyyətləri xaricində olması, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi, şərtlərinin dəyişdirilməsi, əməkhaqqının və digər ödənişlərin müəyyən edilməsi, hesablanması və ödənilməsi ilə bağlı məsələlərin fərdi əmək mübahisəsinin predmeti olması və həmin məsələlər üzrə məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir.

3. Iddiaçı iddiaçı2 Ucar rayon Boyat kənd M.Tehmirov adına tam orta məktəbində əmək hüquqlarının pozulması ilə bağlı X8 Xidmətinə ##.##.2025-ci il tarixdə müraciət etmişdir.

4. Cavabdeh orqan araşdırmanın nəticəsində məktəb direktoru X6 tərəfindən Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin və 156-cı maddəsinin 1ci hissəsinin tələblərinin pozulmasını müəyyən etmiş, onun barəsində Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Cavab məktubunda həmçinin 30 gün müddətində əməkhaqqından tutulmuş məbləğin iddiaçıya geri ödənilməsi və pozuntunun aradan qaldırılması ilə bağlı məktəb direktoruna icrası məcburi göstəriş məktubu ünvanlanması bildirilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh icraatında olan ##.##.2025-ci il tarixli *-**-*/*-i-*****/**** nömrəli və ##.##.2025 tarixli *-**-*/*-i- *****/**** nömrəli müraciətlərin qanunauyğun araşdırılaraq inzibati akt qəbul etməsi üçün barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı iddiaçı1 ## ###### 2026-cı il tarixli elektron qaydada vəsatətlə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilərək, iddiaçıların müraciətləri üzrə cavabdehin əsaslandırılmış inzibati akt qəbul etməyə məcbur edilməsi”ni xahiş etmişdir.

7. Iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 iddiaçının ## ###### 2026-cı il tarixli vəsatətini məhkəməyə təqdim edərək “cavabdehin hərəkətsizliyini qanunsuz hesab edilərək, iddiaçıların müraciətləri üzrə cavabdehin əsaslandırılmış inzibati akt qəbul etməyə məcbur edilməsi”ni xahiş etmişdir.

8. Məhkəmə yuxarıdakı vəsatətləri iddia tələbinin dəqiqləşdirilməsi kimi nəzərə alaraq məhkəmənin ## ##### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul etmişdir.

9. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırıılmışdır: - iddiaçı1 Ucar rayon Bağban kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində işləyir. O, ##.##.2025 tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə əmək hüququnun pozulması ilə əlaqədar əmək haqqının ##.##.2024-cü il tarixdən əmək müqaviləsinə uyğun ödənilməməsi ilə əlaqədar elektron müraciət ünvanlamışdır. O, ##.##.2025 tarixdə telefon zəngi vasitəsilə qeyd etdiyi müraciətlə bağlı izahat vermək üçün X8 Xidmətinin X3 şöbəsinə dəvət edilmiş, ##.##.2025 tarixdə X8 Xidmətinin X3 şöbəsində izahat yazmışdır. Lakin, indiyədək müraciəti əsəsında inzibati icraatla bağlı iclasın yeri və vaxtı barədə məlumat verilməmişdir. Həmin ##.##.2025-ci il tarixli izahatdan başqa X8 Xidmətinin X3 şöbəsinə ##.##.2025 ci il tarixli, *-**-*/*-i*****/**** nömrəli elektron müraciətində qeyd etdiyi faktları dəqiqləşdirmək üçün ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə izahat və əlaqəli sənədləri təqdim etmək üçün elektron müraciət ünvanlamışdır. Bundan əlavə ##.##.2025 tarixdə saat 14:49–da DƏMX-dən telefon zəngi vasitəsilə ##.##.2025 ci il tarixli, *-**-*/*-i-*****/**** nömrəli elektron müraciətində qeyd etdikləri DƏMX-nin səlahiyyətinə aid olmadığından həmin müraciətin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərildiyini qeyd edilmişdir. Biologiya müəllimi işlədiyi Ucar rayon Bağban kənd tam orta məktəbi ilə bağladığı müddətsiz əmək müqaviləsində dəyişikliyə görə əmək haqqı 1267 manatdan 1234.7 manata azalmışdır. Elektron qaydada müddətsiz bağlanılmış bu əmək müqaviləsi üzrə əməkhaqqı 1234.7 manat tarif haqqından (vəzifə maaşından) və 0 (sıfır) manat əlavədən ibarətdir. 2024-cü ildə qüvvədə olan müddətsiz əmək müqaviləsində əmək haqqı 1234.7 manat olmasına baxmayaraq müqaviləyə birtərəfli qaydada dəyişiklik edilərək ona 936 manat əmək haqqı müəyyənləşdirilmişdir. iddiaçı2 Ucar rayon Boyat kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. O, ##.##.2025 tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə əmək hüququmun pozulması ilə əlaqədar əmək haqqının ##.##.2024- cü il tarixdən əmək müqaviləsinə uyğun ödənilməməsi ilə əlaqədar elektron müraciət ünvanlamışdır. Qeyd etdiyi müraciətdə, yəni DƏMX-nə ##.##.2025 ci il tarixdə daxil olmuş *-**-*/*i-*****/**** nömrəli ##.##.2025 tarixli elektron müraciətimdə qeyd etdiyi faktları dəqiqləşdirmək üçün 09.2025 tarixli ***-*/*-i-*****/** nömrəli məktuba əsasən ##.##.2025 tarixdə X8 Xidmətinin X3 şöbəsinə izahat və əlaqəli sənədləri təqdim etmək üçün elektron müraciət ünvanlamışdır. Lakin indiyədək müraciətinə əsasən inzibati icraatla bağlı iclasın keçirilməsi yeri və vaxtı barədə məlumat verilməmişdir. O, 2023-cü ildə Ucar rayon Boyat kənd tam orta məktəbi ilə elektron qaydada bağladığı müddətsiz əmək müqaviləsinə əsasən 1309.72 manat əməkhaqqı müəyyənləşdirilmişdir. Bu müqaviləyə görə əməkhaqqı 1309.72 manat tarif haqqından (vəzifə maaşından) və 0 (sıfır) manat əlavədən ibarət olmuşdur. 2024-cü ildə əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək əməkhaqqı ##.##.2024 tarixdən başlayaraq qüvvədə olan müqaviləyə əsəsən 1309.72 manat ödənilməmişdir. Nəticədə ##.##.2024 tarixdən 762.22 manat vəzifə maaşı və vəzifə maaşına 116.22 manat əlavə müəyyənləşdirilərək cəmi 878.44 manat aylıq əmək haqqı ödənilmişdir. Bundan başqa mövcud hüquqpozmalara görə sosial məzuniyyət haqqı ödənilməmişdir. Iddiaçılar yuxarıda qeyd edilən ##.##.2025-ci il tarixli *-**-*/*-i-*****/**** nömrəli elektron müraciətdə qeyd edilənlərin DƏMX-nin səlahiyyətinə aid olmadığından həmin müraciətin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərildiyini telefon zəngi vasitəsilə məlumat verməsi inzibati orqanın inzibati icraat haqqında qanunun 4-cü və 33-cü maddələrinin tələblərini pozduğunu iddia edərək,bununla inzibati orqan gərəksiz olaraq icraat müddətinin uzanmasına səbəb olduğunu iddia ərizəsində bildirmişdir.

10. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş, iddiaçıların müraciətləri əsasında aparılmış icraat materiallarını məhkəməyə təqdim etmişdir.

11. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı ##.##.2025-ci il tarixli və ##.##.2025 tarixli müraciətləri əsasında Cavabdeh tərəfindən inzibati akt qəbul edilməsindən ibarətdir. Iddiaçılar cavabdehin hərəkətsizliyini qanunsuz hesab edilərək, iddiaçıların müraciətləri üzrə cavabdehin əsaslandırılmış inzibati akt qəbul edilməsini arzu edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar təhsil müəssisələri ilə aralarında yaranmış mübahisəyə əsasən cavabdeh inzibati orqana müraciətlər etmişdirlər. Cavabdeh tərəfindən həmin müraciətlər araşdırılmışdır. Iddiaçı iddiaçı2 müraciəti əsasında inzibati orqan tərəfindən iddiaçının iştirakı ilə inzibati icraat aparmışdır. Inzibati icraat çərçivəsində iddiaçı2 inzibati orqana dəvət edilmiş, ##.##.2025-ci il tarixli izahatında ərizəsində qeyd olunan xüsusatlar dəqiqləşdirilmişdir. Inzibati icraat zamanı Ucar rayon M.Tehmirov adına Boyat kənd tam orta məktəbinin direktoru Layiq Əliyev tərəfindən inzibati icraat materialları hazırkı iş üzrə cavabdehə təqdim edilmiş, iddiaçı iddiaçı2 həmin sənədlərlə tanış olmaq imkanına malik olmuşdur. Belə ki, Ucar rayon Boyat kənd M.Tehmirov adına tam orta ümumtəhsil məktəbinin direktoru X6 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin və 156-cı maddəsinin 1-ci hissəsinin (əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir) tələbləri pozulmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə, qanun pozuntularına yol verilməsinə görə) inzibati xəta halı yaranmışdır. Bu səbəbdən məktəbin direktoru X6 barəsində inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırkı iddia tələbinə dair iş məhkəmənin icraatında olduğu müddətdə icraatın yekununda iddiaçı iddiaçı2 ## ###### 2025-ci il tarixli məktub ünvanlanaraq 30 (otuz) gün müddətində əmək haqqından tutulmuş məbləğin ona geri ödənilməsi və pozuntunun aradan qaldırılması ilə bağlı məktəbin direktoru X6 icrası məcburi olan göstəriş məktubu ünvanlandığı bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı iddiaçı2 ##.##.2025-ci il tarixli müraciətinin cavabdeh tərəfindən lazımi qaydada araşdırıldığı, cavabdehin hər hansı hərəkətsizlik və qanunsuzluğa yol vermədiyi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçı iddiaçı1 ##.##.2025 tarixli müraciəti və həmin icraatın davamı olaraq ## ###### 2025-cı il tarixli müraciətlərinin də cavabdeh tərəfindən araşdırıldığını müəyyən etmişdir.Bununla bağlı iddiaçıya ## ###### 2026-cı il tarixli cavab məktubu göndərilmişdir. Iddiaçı iddiaçı1 müraciəti əsasında inzibati orqan tərəfindən iddiaçının iştirakı ilə inzibati icraat aparmışdır. Inzibati icraat çərçivəsində iddiaçı1 inzibati orqana dəvət edilmiş, ##.##.2025-ci il tarixli izahatında ərizəsində qeyd olunan xüsusatlar dəqiqləşdirilmişdir. Inzibati icraat zamanı Ucar rayon S.Salmanov adına Bağban kənd tam orta məktəbinin direktoru Vahid Osmanov tərəfindən inzibati icraat materialları hazırkı iş üzrə cavabdehə təqdim edilmiş,iddiaçı iddiaçı1 həmin sənədlərlə tanış olmaq imkanına malik olmuşdur. Həmin icraat şərçivəsində ##.##.2026-cı il tarixində iddiaçı1 təhsil müəssisəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı iddiaçı1nın ##.##.2025-ci il tarixli müraciətinin cavabdeh tərəfindən lazımi qaydada araşdırıldığı, cavabdehin hər hansı hərəkətsizlik və qanunsuzluğa yol vermədiyi qənaətinə gəlmişdir.

13. Iddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul ediməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətinin dəlillərinə görə, ##.##.2025-ci il tarixli müraciət əmək haqqının qanunsuz azaldılması, əmək müqaviləsinin qüvvədə olduğu dövrə aid hüquq pozuntusu ilə bağlı olmuşdur. ##.##.2026-cı il tarixli müraciət isə əmək müqaviləsinə xitam verildikdən sonra işəbərpa olunma ilə bağlı olmuşdur. Beləliklə, ikinci müraciət zamanı hüquqi vəziyyət tam dəyişmişdir. Əmək münasibətləri davam edən işçi ilə əmək müqaviləsinə xitam verilmiş şəxsin hüquqi vəziyyəti eyni deyildir. Bu səbəbdən ##.##.2026-cı il tarixli müraciət əvvəlki icraatın davamı hesab edilə bilməzdi. Inzibati orqan yeni yaranmış hüquqi vəziyyət üzrə ayrıca inzibati icraat aparmalı və ayrıca inzibati akt qəbul etməli idi. Digər iddiaçı iddiaçı2 müraciəti üzrə inzibati aktın vaxtında qəbul müddətinin qanunsuz uzadılması və həmin qərarın surətinin ona verilmədiyi üçün hüquqlarının effektiv müdafiə edə bilməməsi halı və ümumilikdə hüquqi qeyri-müəyyənlik halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə inzibati aktın mövcudluğunun sübut edilmədən qəbul etmişdir. “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən konkret məsələni həll etmək məqsədilə qəbul edilən və ünvanlandığı şəxs üçün hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər hakimiyyət tədbiridir. Iş materiallarında onun ##.##.2025-ci il tarixli müraciəti üzrə və digər iddiaçı iddiaçı2 ##.##.2025-ci il tarixli müraciəti üzrə qəbul edilmiş inzibati aktın surəti mövcud olmamışdır. ##.##.2026-cı il tarixli məhkəmə iclasında sənədlərlə tanış olarkən inzibati aktın surətinin olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Hakim özü cavabdehin sənədləri natamam təqdim etdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə inzibati aktın surəti olmadan və həmin aktın hüquqi nəticələrini müəyyən etmədən yalnız məktubda olan qeydlərə əsasən cavabdeh DƏMX-nin X2 qərar qəbul etdiyi qənaətinə (Məhkəmə ##.##.2026 tarixli iclasda yekun qərardan öncə qərarın mahiyyətini bildirmişdir) gəlmişdir. Bu nəticə qanuni və əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə məktubla inzibati akt anlayışını qarışdıraraq, araşdırma qaydasını pozaraq (IPM maddə 58.) sübutları düzgün qiymətləndirməyib. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ##.##.2025-ci il tarixli məktubda açıq şəkildə göstərilmişdir ki, iddiaçıların müraciəti üzrə araşdırma davam edir. Həmçinin cavabdeh DƏMX-nin X2 məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli *-**- */*-i-*****/**** nömrəli məktubda qeyd edilənlərin həqiqətə uyğunluğu məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, qüvvədə olan *******000304 bildiriş nömrəli əmək müqaviləsi üzrə (ƏMAS-da mövcud olan aylar üzrə fərdi şəxsi hesab arayışı və iş yeri arayışı bunu sübut edir) müəyyənləşmiş 1234.70 manat yalnız vəzifə maaşından ibarət əməkhaqqısı ##.##.2024-cü il tarixdən birtərəfli qaydada azaldılmış, əməyin ödənilməsi sistemi vaxtamuzddan işəmuzda dəyişdirilmişdir. Qeyd edilən dəyişiklik əmək məcəlləsinin 56.2. maddəsinə uyğun məlumat verilməmiş və həmin dəyişiklə bağlı razılıq olmamışdır. ##.##.2025-ci il tarixli müraciətində qeyd etdiyi “əmək şəraitində dəyişiklik edilməsi təklifi” dedikdə işəgötürənin ##.##.2024-cü il tarixindən sonra ƏMAS vasitəsilə elektron qaydada təsdiq etməyi üçün şəxsi kabinetinə göndərdiyi əmək müqaviləsini nəzərdə tutmuşdur. Müraciətində qeyd etdiyi bu cümlə mahiyyətcə işəgötürənin Əmək məcəlləsinin 56.2-ci maddəsinə uyğun xəbərdarlığı hesab edilməsi səhvdir. Əmək şəraitinin şərtlərində dəyişiklik ##.##.2024-cü il tarixdən olub. Lakin işəgötürən Ucar rayon Bağban kənd tam orta ümumtəhsil məktəbi bu dəyişikliyə səbəb olan əmr və ya əsaslandırılmış yazılı məlumatla Əmək məcəlləsinin 56.2-ci maddəsinə uyğun iddiaçılara xəbərdarlıq etməmişdir. Cavabdeh DƏMX-nin X3 Şöbəsinin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli *-**-*/*-i-*****/**** nömrəli məktubda qeyd edilən ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə “xəbərdarlıq bildirişlər” adlandırdığı məktubların məzmununda əməkhaqqının azalması, əməyin ödənilməsi sisteminin dəyişilməsi ümumiyyətlə əmək şəraiti şərtlərinin dəyişilməsini özündə ehtiva etmir. ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli məktubların məzmunundan da görmək olur ki, məktəbin direktoru qüvvədə olan *******000304 bildiriş nömrəli əmək müqaviləsi üzrə əmək şəraiti şərtlərində (əməkhaqqının azaldılması, əməyin ödənilməsi sisteminin vaxtamuzddan işəmuzda dəyişməsini) qanuni dəyişiklik proseduruna ümumiyyətlə əməl etməyərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli *** nömrəli qərarının icrasını təzyiq kimi istifadə etmiş, əmək müqaviləsinin qüvvədən düşəcəyini bildirməklə təzyiq edərək məcburi əməyə sövq etmişdir. Cavabdeh DƏMX-nin X2 məktəbin direktorundan həqiqətən də Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli *** nömrəli qərarının icrası ilə əlaqədar Ucar rayon Bağban kənd tam orta ümumtəhsil məktəbinə həmin məktəbin tabe olduğu yuxarı qurumdan rəsmi göstərişin olub-olmadığını sübut edən sənəd tələb etmiş olsaydı müəyyən edə bilərdi ki, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə “xəbərdarlıq bildirişləri” adlandırdığı məktub əslində hədəqorxu məqsədilə ünvanına göndərilmişdir. (Inzibati icraat haqqında qanun maddə 24. obyektiv araşdırma). Beləliklə, Ucar rayon Bağban kənd tam orta ümumtəhsil məktəbinin əmək şəraiti şərtlərinin qanuni proseduruna əməl etmədən birtərəfli dəyişiklik edərək bir ildən çox müddətdə yəni ##.##.2024-ci il tarixindən ##.##.2026-cı il tarixinə kimi əməkhaqqımı qüvvədə olan əmək müqaviləmdə müəyyən edilmiş 1234 manatdan az olmaqla (Fərdi şəxsi hesab və iş yeri arayışı bu faktı sübut edir) ödənilməsinə cavabdeh DƏMX-nin X2 düzgün hüquqi qiymət verməyərək belə halın qanuni olması qənaətinə gəlməklə hüquqlarımı kobud şəkildə pozmuşdur. Məhkəmə onun müraciəti ilə digər iddiaçının müraciətini qarışdırmışdır. Iş materiallarından görünür ki, inzibati cərimə iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli müraciəti üzrə deyil, digər iddiaçı iddiaçı2 ##.##.2025-ci il tarixli müraciəti üzrə tətbiq edilmişdir. Buna baxmayaraq məhkəmə həmin icraatın nəticələrini iddiaçı iddiaçı1 müraciəti üzrə inzibati aktın mövcudluğuna dəlil kimi qiymətləndirmişdir. Başqa şəxsin müraciəti üzrə görülmüş tədbirlər onun müraciəti üzrə inzibati akt hesab edilə bilməz. Əgər məhkəmə hər iki iddiaçının tələbi üzrə məsələyə eyni yanaşmışdırsa onda nə üçün cavabdeh DƏMX-nin X2 hər iki müraciət üzrə fərqli nəticəyə gəlmişdir? Göründüyü kimi işin halları ilə məhkəmənin qərarı ziddiyyət təşkil edir. Məhkəmə natamam sənədlər üzərindən qərar verərək iddianı təmin etməyib. Məhkəmə cavabdehin tələb olunan sənədləri natamam verməsi səbəbindən ##.##.2025-ci il tarixli məktubun məzmununa hüquqi qiymət verməmişdir. ##.##.2025-ci il tarixli məktubda cavabdeh özü bildirmişdir ki, iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli müraciəti üzrə araşdırma davam edir. Əgər ##.##.2025-ci il tarixdə araşdırma davam edirdisə, deməli həmin tarixədək onun müraciəti üzrə yekun inzibati akt qəbul edilməmişdir. Məhkəmə bu ziddiyyəti aradan qaldırmamış və cavabdehin ##.##.2026-cı il tarixindən sonrakı məktublarını üstün tutmuşdur. Digər iddiaçının ##.##.2025-ci il tarixli müraciəti üzrə də icraat müddətinin qanunsuz uzadıldığı iş materiallarından məlum olduğu təqdirdə məhkəmə qərarın surəti, cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara izahat və yazılı münasibəti olmadığı halda məhkəmə yalnız məktub qeydlərinə əsəsən qərarın verildiyi və hərəkətsizliyin qanunsuz olmadığı nəticəsinə gəlmişdir. IPM-in 68.2-ci maddəsinin tələbləri pozulmuşdur. IPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, təqdim etdiyi sənədlərlə bağlı izahat verməmiş və Inzibati aktın surətini təqdim etməmişdir. Sənədlərin natamam olduğu hakim tərəfindən də ##.##.2026-cı il tarixdə iclasda etiraf edilmişdir. Həmçinin ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdehin münasibət bildirməməsi də hakim tərəfindən tərəfindən etiraf edilmişdir. Beləliklə, məhkəmə natamam sənədlərə əsaslanmış və cavabdeh DƏMX-nin X3 Şöbəsinin təqdim etdiyi sənədlərə məhkəmə öz mülahizəsi əsasında nəticəyə gəlmişdir. IPM-in 52-ci maddəsinin tələbləri pozulmuşdur. Iddia tələbi inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab olunması, müvafiq olaraq ##.##.2025-ci il tarixli 3-17- 5/1-i-44625/2025 və ##.##.2025-ci il tarixli *-**-*/*-i-*****/**** nömrəli müraciətlər üzrə inzibati akt qəbul etməyə məcbur edilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə əsas diqqəti əmək münasibətlərinin mahiyyətinə və digər hallara yönəltmiş, əsas mübahisə predmeti olan inzibati aktın qəbul olunub-olunmaması məsələsini lazımi qaydada araşdırmamışdır. Məhkəmə ##.##.2025-ci il tarixli müraciət üzrə inzibati akt qəbul olunması iddia tələbini ##.##.2026-cı il tarixli müraciəti üzrə inzibati akt qəbul edilməsinə fokuslanmaqla iddia tələbindən kənara çıxmışdır. Iddiaçı iddiaçı2 ##.##.2025-ci il tarixli müraciəti üzrə məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-i-******/**** nömrəli məktubda qeyd edilən ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarın surəti iddiaçıya təqdim edilməyib. Məhkəmə qərarın surəti olmadan məktubda qeyd edilənlərlə kifayətlənmişdir. Müvafiq olaraq ##.##.2025-ci il tarixli 3-17-5/1-i-44625/2025 və ##.##.2025-ci il tarixli *-**-*/*-i-*****/**** nömrəli hər iki müraciət üzrə inzibati akt qəbul edilməsində icraat prosesinin müddətinin pozulduğu aşkar göründüyü halda məhkəmə cavabdehin bu hərəkətsizliyinə hüquqi qiymət verməmişdir. Inzibati icraat zamanı iddiaçıların müdafiə hüququ pozulmuşdur. ##.##.2026-cı il tarixli məhkəmə iclasında məktəb direktorunun DƏMX-nin X2 ünvanladığı ##.##.2025-ci il tarixli ** nömrəli məktubu ilə ilk dəfə tanış olmuşdurlar. Bu haqda məhkəmənin sualına cavab olaraq bildirmişdirlər ki, ##.##.2025-ci il tarixli müraciəti üzrə icraatla bağlı yalnız araşdırma aparıldığı məlumatı verilmiş və icraatın aparıldığı ünvana öz təşəbbüsləri ilə bir neçə dəfə gedib icraat materialları ilə tanış olmaq istəsələr də “hələ araşdırma aparıldığı” məlumatı verilmiş, heç bir sənəd təqdim edilməmişdir. Əgər cavabdeh DƏMX-nin X2 iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli müraciəti üzrə icraat prosesini qanunauyğun aparsaydı, həmin məktubdan iddiaçını xəbərdar etsəydi o, hüquqlarını müdafiə edə bilərdi. Bu zaman vəsatət verərək ##.##.2025-ci il tarixli, ** nömrəli məktubda qeyd edilənlərin əslində ona qarşı işəgötürənin düşmənçilik məqsədilə yalan məlumat verdiyini tələb edəcəyi sənədlərlə sübut etməsi mümkün idi. Iş materialından göründüyü kimi cavabdeh DƏMX-nin X2 maraqlı şəxsin subyektiv izahatı ilə kifayətlənməklə inzibati icraat haqqında qanunun 24-cü maddəsinin yəni işin obyektiv araşdırılmasının tələblərinə əməl etməmişdir. Inzibati orqanın qanuna ciddi riayət etmək vəzifəsi nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: HYPERLINK "https://e-qanun.az/framework/46956" \l "_edn82" \o "" [82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə aktının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

24. Iş materiallarından görünür ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 şöbəsinə qarşı iddia qaldıraraq cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini və onların müraciətləri üzrə cavabdehin əsaslandırılmış inzibati akt qəbul etməyə məcbur edilməsini xahiş etmişlər.

25. Işin müəyyən edilmiş hallarına görə, iddiaçı iddiaçı1 Ucar rayon Bağban kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində işləmiş, ##.##.2025-ci il tarixdə X8 Xidmətinə müraciət edərək ##.##.2024-cü il tarixdən əməkhaqqının əmək müqaviləsinə uyğun ödənilmədiyini bildirmişdir. Iddiaçının mövqeyinə görə, onun əmək müqaviləsində əməkhaqqı 1234,70 manat göstərildiyi halda, ona 936 manat əməkhaqqı müəyyən edilmişdir.

26. Iddiaçı iddiaçı2 isə Ucar rayon Boyat kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmiş, ##.##.2025-ci il tarixdə X8 Xidmətinə müraciət edərək ##.##.2024-cü il tarixdən əmək müqaviləsində göstərilən əməkhaqqının tam ödənilmədiyini, əvvəlki əmək müqaviləsində 1309,72 manat əməkhaqqı göstərildiyi halda, sonradan ona 878,44 manat məbləğində aylıq əməkhaqqı ödənildiyini, habelə sosial məzuniyyət haqqının ödənilmədiyini bildirmişdir.

27. Inzibati Prosessual Məcəllənin 1.1 və 2.1-ci maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxılır. Mübahisənin inzibati məhkəməyə aid olub-olmaması yalnız cavabdehin inzibati orqan olması ilə deyil, mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mahiyyəti ilə müəyyən edilir. Əgər şəxsin tələbi xüsusi hüquq münasibətindən, o cümlədən əmək müqaviləsindən irəli gəlirsə, həmin tələb inzibati orqanın iştirakına istinad edilməklə inzibati mübahisə kimi qiymətləndirilə bilməz.

28. Beləliklə, iddiaçıların cavabdeh inzibati orqana müraciətlərinin və hazırkı iddianın faktiki əsası əmək müqaviləsində göstərilən əməkhaqqı və digər əmək ödənişlərinin işəgötürən tərəfindən tam ödənilməməsi ilə bağlıdır. Iddiaçılar dövlət qulluqçusu deyil, ümumtəhsil məktəblərində əmək müqaviləsi əsasında müəllim kimi işləmiş şəxslərdir. Onların əməkhaqqının məbləği, əmək müqaviləsinə dəyişiklik edilməsi, əməkhaqqının tam və ya qismən ödənilməsi, məzuniyyət haqqının hesablanması və ödənilməsi məsələləri işçi ilə işəgötürən arasında yaranmış fərdi əmək mübahisəsinin predmetidir. Iddiaçıların X8 Xidmətinə müraciət etmələri həmin mübahisənin hüquqi təbiətini dəyişmir.

29. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, həmin maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin maddənin ikinci hissəsinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradıla bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair qərarında göstərmişdir ki, X8 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilməmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Xidmətin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirməkdən ibarət olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

31. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndinə əsasən, X8 Xidməti işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.1.1, 3.1.10 və 3.1.13-cü bəndlərində Xidmətin əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda inzibati məsuliyyətə cəlb etmək və vətəndaşların müraciətlərinə baxmaq səlahiyyətləri nəzərdə tutulmuşdur. Lakin bu səlahiyyətlər Xidmətə fərdi əmək mübahisəsini həll etmək, işçinin xeyrinə əməkhaqqı borcunu müəyyən etmək və ya işəgötürən üzərinə əmək müqaviləsindən irəli gələn pul öhdəliyi qoymaq hüququ vermir.

32. Odur ki, DƏMX-in işəgötürənə göstəriş vermək, pozuntunun aradan qaldırılmasını tələb etmək və ya təqsirkar vəzifəli şəxs barəsində inzibati məsuliyyət tədbiri tətbiq etmək səlahiyyəti iddiaçılara DƏMX-dən onların fərdi əmək mübahisəsi üzrə “əsaslandırılmış inzibati akt” qəbul edilməsini tələb etmək hüququ vermir. Belə tədbirlər dövlət nəzarəti funksiyasının nəticəsidir və fərdi əmək mübahisəsinin həlli kimi qiymətləndirilə bilməz.

33. Iş materiallarından görünür ki, iddiaçı iddiaçı2 müraciəti əsasında cavabdeh orqan tərəfindən araşdırma aparılmış, iddiaçı izahat vermək üçün dəvət edilmiş, ##.##.2025-ci il tarixdə izahatı alınmış, Ucar rayon Boyat kənd M.Tehmirov adına tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən müvafiq sənədlər təqdim edilmiş, iddiaçı həmin sənədlərlə tanış olmaq imkanı əldə etmişdir. Araşdırmanın nəticəsində məktəb direktoru X6 hərəkətlərində Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin və 156-cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması müəyyən edilmiş, bu hal Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati xəta kimi qiymətləndirilmiş və ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, iddiaçıya ##.##.2025-ci il tarixli məktubla 30 gün müddətində əməkhaqqından tutulmuş məbləğin geri ödənilməsi və pozuntunun aradan qaldırılması ilə bağlı məktəb direktoruna icrası məcburi göstəriş məktubu ünvanlandığı bildirilmişdir.

34. Iddiaçı iddiaçı1 müraciəti üzrə də cavabdeh tərəfindən araşdırma aparılmış, iddiaçı izahat verməyə dəvət edilmiş, ##.##.2025-ci il tarixli izahatında müraciətində göstərdiyi hallar dəqiqləşdirilmiş, Ucar rayon S.Salmanov adına Bağban kənd tam orta məktəbinin direktoru tərəfindən təqdim edilmiş sənədlər araşdırılmış, iddiaçı həmin sənədlərlə tanış olmaq imkanı əldə etmişdir. Həmin icraat çərçivəsində iddiaçının əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilməsi müəyyən edilmiş və iddiaçıya ##.##.2026-cı il tarixli cavab məktubu göndərilmişdir.

35. Göründüyü kimi cavabdeh orqan iddiaçıların müraciətlərini cavabsız saxlamamış, hər iki müraciət üzrə araşdırma hərəkətləri aparmış və müraciətlərin nəticəsi barədə iddiaçılara məlumat vermişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların müraciətləri üzrə cavabdeh tərəfindən görülə biləcək tədbirlər iki istiqamətdə qiymətləndirilə bilər: birincisi, müraciətin araşdırılması və ona cavab verilməsi; ikincisi, əmək qanunvericiliyinin pozulması əlamətləri aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraatın aparılması. Hər iki halda bu fəaliyyət fərdi əmək mübahisəsinin mahiyyəti üzrə həlli demək deyildir.

37. Inzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlardır. Iddiaçıların DƏMX-ə müraciəti əmək qanunvericiliyinin pozulması barədə məlumat kimi inzibati xəta haqqında iş üzrə icraata başlanmasına səbəb ola bilər. Lakin həmin məlumat əsasında aparılan icraatın yekunu Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında qərar ola bilər. Belə qərarın ünvanlandığı şəxs işəgötürən və ya onun vəzifəli şəxsi, predmeti isə inzibati məsuliyyət tədbirinin tətbiqidir.

38. “Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən, həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Odur ki, iddiaçıların tələb etdiyi nəticə əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirinin görülməsi kimi başa düşüldüyündən, həmin məsələ inzibati xəta haqqında iş üzrə icraatın predmetinə aiddir və IPM-in 2.2.2 və 73.1-ci maddələri üzrə məcburetmə iddiası qaydasında irəli sürülə bilməz.

39. Beləlikə iddiaçıların gözləntisi iki mümkün nəticədən birinə yönələ bilər: ya işəgötürənin əməkhaqqı borcunun müəyyən edilməsi və ödənilməsi, ya da əmək qanunvericiliyinin pozulmasına görə işəgötürən və ya vəzifəli şəxs barəsində inzibati məsuliyyət tədbirinin görülməsi. Birinci nəticə fərdi əmək mübahisəsidir və işəgötürənə qarşı ümumi məhkəmə qaydasında irəli sürülməlidir. Ikinci nəticə isə inzibati xəta haqqında iş üzrə icraatın nəticəsidir və bu icraat Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Hər iki halda hazırkı məzmunda “DƏMX-in iddiaçıların xeyrinə əsaslandırılmış inzibati akt qəbul etməyə məcbur edilməsi” tələbi inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz.

40. Eyni zamanda iddiaçıların tələb etdiyi “əsaslandırılmış inzibati akt” işin hallarına münasibətdə cavabdehin qəbul etməli olduğu konkret publik inzibati akt kimi müəyyən edilmir. Iddiaçıların faktiki tələbi əmək müqaviləsinin icrası ilə bağlı mübahisənin onların xeyrinə həll edilməsinə yönəlmişdir. Bu tələb üzrə hüquqi müdafiə vasitəsi DƏMXə qarşı iddia deyil, əmək müqaviləsi üzrə öhdəlik daşıyan işəgötürənə qarşı fərdi əmək mübahisəsi qaydasında ümumi məhkəməyə müraciət edilməsidir.

41. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçılar cavabdehdən onun səlahiyyətinə aid olmayan məsələnin həllini tələb etmişlər. Mübahisənin faktiki və hüquqi mahiyyəti əmək müqaviləsindən irəli gələn fərdi əmək mübahisəsinə aiddir. Bu səbəbdən hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında mümkün sayıla bilməz.

42. Iddiaçı, apellyasiya şikayətində qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə iddia mümkün sayılmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin X3 şöbəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilərək, iddiaçıların müraciətləri üzrə cavabdehin əsaslandırılmış inzibati akt qəbul etməyə məcbur edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar